requested_url
stringlengths 14
556
| plain_text
stringlengths 300
10k
| published_date
stringlengths 10
10
| title
stringlengths 1
3.19k
| tags
stringlengths 0
829
| categories
stringlengths 0
1.04k
| author
stringclasses 999
values | sitename
stringlengths 3
167
| image_url
stringlengths 7
461
⌀ | language
stringclasses 1
value | language_score
float64 0.7
1
| responded_url
stringlengths 14
556
| publisher
stringclasses 103
values | warc_path
stringlengths 92
92
| crawl_date
stringlengths 25
25
|
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
https://report.az/maraqli/dunyanin-en-yasli-kisisinin-112-yasi-oldu/ | Bakı. 5 fevral. REPORT.AZ/ Dünyanın ən yaşlı kişisi yaponiyalı Sakari Momoinin bu gün 112 yaşı tamam olur. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, o, ad gününü daimi müşahidə altında olduğu Tokiyonun xüsusi tibbi müəssisələrin birində öz ailəsi ilə birgə keçirib. Sakari Momoi 1903-cü ildə Yaponiyanın Xonsyu adasının şimal-şərqindəki Fukusima prefekturasında anadan olub. Bütün ömrü boyu aqrokimya müəllimi, eləcə də bir neçə məktəbin direktoru olub. Avqust ayında "Ginnesin Rekordlar Kitabı" komitəsi rəsmi olaraq Momoini dünyanın ən yaşlı kişisi olduğunu qəbul edib. Bununla əlaqədar ona fəxri diplom da verilib. Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində dünyanın ən yaşlı qadını yaşayır. Misao Okava adlı qadının 116 yaşı var. | 2015-02-05 | Dünyanın ən yaşlı kişisinin 112 yaşı oldu | News Department | Report İnformasiya Agentliyi | az | 0.986936 | https://report.az/maraqli/dunyanin-en-yasli-kisisinin-112-yasi-oldu/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:27+00:00 |
|||
https://report.az/maraqli/cin-sakini-15-ildir-xeste-anasini-belinde-gezdirir/ | Bakı. 3 dekabr. REPORT.AZ/ Çində bir gənc iflic olmuş anasını 15 ildir belində gəzdirir. Bu barədə "Report" TV "Peope"yə istinadən xəbər verir. Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib. Gənc müxtəlif şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O, 2015-ci ildə tikiş fabrikində işə düzəlib. Lakin fabrik yarım il sonra bağlanıb. Ana və oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər burada onları iş və evlə təmin ediblər. | 2018-12-03 | Çin sakini 15 ildir xəstə anasını belində gəzdirir | Anar Tağıyev | Report İnformasiya Agentliyi | az | 0.999855 | https://report.az/maraqli/cin-sakini-15-ildir-xeste-anasini-belinde-gezdirir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:30+00:00 |
|||
https://report.az/maraqli/dunyada-yeni-ilan-novu-tapilib/ | Bakı. 1 oktyabr. REPORT.AZ/ Dünyada yeni ilan növü tapılıb. "Report" Türkiyə KIV-inə istinadən xəbər verir ki, sürünənin yeni cinsi Hatay vilayətinin dağlıq ərazilərində aşkar olunub. Tədqiqatçıların tapdığı ilanlardan DNT analizi götürülərək araşdırılıb və belə qənaətə gəlinib ki, bu ilan növünün burun ucu küt və baş hissəsi fərqlidir. Anatomik quruluş və DNT analizinin nəticələri bu ilanın yeni bir cins olduğunu deməyə əsas verib. Bu kəşflə dünyada ilan növlərinin sayı 515-ə çatıb. Yeni ilan növünün uzunluğu 30 sm-dir, incə və kiçik quruluşludur. Dərisinin rəngi sarımtılla qızılı arasında dəyişir. Başının üstü qara rənglə örtülüdür. Başının ön hissəsi kül rəngindədir. Zəhərsiz və zərərsiz bir ilandır. Adətən, daşın altında olur. Rütubətli bölgələrdə torpağa girib gizlənə də bilir. Türkiyədə yeni ilan növünü aşkar edən ovçular sürünənə "Muhtarophis" adını veriblər. | 2015-10-01 | Dünyada yeni ilan növü tapılıb - FOTO | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999023 | https://report.az/maraqli/dunyada-yeni-ilan-novu-tapilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:46+00:00 |
|||
https://report.az/maraqli/sahzade-diananin-paltari-herracda-127-min-dollara-satisa-cixarilib/ | Bakı. 4 dekabr. REPORT.AZ/ Böyük Britaniyada şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb. "Report" xəbər verir ki, bu barədə "Kerry Taylor" hərrac evi məlumat yayıb. Söhbət britaniyalı modelyer Devid Emanuel tərəfindən yaradılan fil dişi rəngli paltardan gedir. Bildirilir ki, Diana onu 1986-ci ildə Bəhreynə rəsmi səfəri zamanı geyinib. Sonra şahzadə paltarını xeyriyyə məqsədləri üçün bağışlayıb. Səkkiz il sonra naməlum qadın Hereford şəhərindəki mağazaların birində həmin paltarı alıb və 255 dollar ödəyib. İndi hərracda paltarın başlanğıc qiyməti 127,4 min dollar təşkil edir. | 2018-12-04 | Şahzadə Diananın paltarı hərracda 127 min dollara satışa çıxarılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.997323 | https://report.az/maraqli/sahzade-diananin-paltari-herracda-127-min-dollara-satisa-cixarilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:13+00:00 |
|||
https://report.az/maraqli/abs-viza-vererken-muraciet-edenlerin-sosial-sebekelerdeki-sehifelerini-yoxlayacaq/ | Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ ölkəyə giriş zamanı viza verilməsi prosesində müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlamaq hüququnu saxlayır. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə jurnalistlərə məlumat verib. "Vizaların verilməsi prosesi hər bir halda fərdidir, bu yalnız K-1 vizalarına tətbiq olunmur. Bundan əlavə, Dövlət Departamenti bu proses üçün məsul olan yeganə qurum deyil. Biz Milli Təhlükəsizlik Departamenti ilə birgə çalışırıq", - Kirbi deyib. Onun sözlərinə görə, konsulluğun səlahiyyətli şəxsləri söhbət zamanı müraciət edənin sosial şəbəkələrdəki hesablarını yoxlamağın lazım gəldiyini düşünərsə, bu ediləcək. C.Kirbi bu halın hər dəfə yox, seçmə yolu ilə və ya şübhə oyandıqda baş tutacağını da əlavə edib. | 2015-12-15 | ABŞ viza verərkən müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlayacaq | News Department | Report İnformasiya Agentliyi | az | 0.999394 | https://report.az/maraqli/abs-viza-vererken-muraciet-edenlerin-sosial-sebekelerdeki-sehifelerini-yoxlayacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:23+00:00 |
|||
https://report.az/hadise/azerbaycan-gomrukculeri-kulli-miqdarda-narkotik-vaite-askar-edib/ | Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Komitədən “Report”a verilən məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 5 ədəd bağlmada qablaşdırılan, xalis çəkisi 4,995 kq olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. | 2018-12-03 | Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999973 | https://report.az/hadise/azerbaycan-gomrukculeri-kulli-miqdarda-narkotik-vaite-askar-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:26+00:00 |
|||
https://report.az/hadise/mehkemede-rejissor-arif-qaziyevin-anlaqli-olub-olmamasi-ile-bagli-ekspertiza-kecirilmesi-istenilib/ | Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub. Hakim söyləyib ki, "Azercell"ə göndərilən sorğuya cavab gəlib. Sorğuya cavabda qeyd edilib ki, təqsirləndirilən Ə.Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənov arasında 2150 dəfə telefon əlaqəsi olub. Məhkəmədə elan olunub ki, Ə.Əbdüləziz ötən iclaslarda İ.Həsənovla telefonla danışmadığını bildirib. Daha sonra Ə.Əbdüləzizin vəkili vəsatət qaldırıb. O, cinayət işində adı keçən Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib. Vəkil vurğulayıb ki, A.Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər. Vəkilin sözlərinə görə, istintaq A.Qazıyevin səhhəti ilə bağlı ekspertiza keçirməyib: "Xahiş edirəm ki, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında Arif Qazıyevin anlaqlı olub-olmadığı ilə bağlı sual qoyulsun. Görək onun şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?". Məhkəmə vəsatəti təmin etməyib. Ə.Əbdüləzizin vəkili daha bir vəsatət qaldırıb. O deyib ki, şahidlər ifadələrində "Gəlişim İnşaat" şirkətinin kassirinin "KapitalBank"dakı hesabdan 300 min manat çıxararaq Ə.Əbdüləzizə verdiyini bildiriblər: "Bununla bağlı banka sorğu verilərək belə bir əməliyyatın aparılıb-aparılmadığı öyrənilməsini tələb edirəm". Zərərçəkmiş İ.Həsənov söyləyib ki, "Gəlişim İnşaat" şirkəti Meliorasiya və Su Təsərrüfatı Birliyi 29 milyon manatlıq müqavilə imzalayıb, su kanallarının çəkilməsi işini həyata keçirəcəkdi: "Buna görə də idarə şirkətin hesabına 2,5 milyon manat avans köçürmüşdü". İ.Hüseynov qeyd edib ki, vəkili olmadığı üçün vəsatətə münasibət bildirmək istəmir. Vəsatətin müzakirəsi növbəti iclasa saxlanılıb. Məhkəmənin növbəti prosesi dekabrın 10-na təyin edilib. İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb. Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir. | 2018-11-29 | Məhkəmədə rejissor Arif Qazıyevin anlaqlı olub-olmaması ilə bağlı ekspertiza keçirilməsi istənilib | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.999704 | https://report.az/hadise/mehkemede-rejissor-arif-qaziyevin-anlaqli-olub-olmamasi-ile-bagli-ekspertiza-kecirilmesi-istenilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:30+00:00 |
|||
https://report.az/hadise/sumqayitda-masinlari-ogurlayib-ban-nomrelerini-deyiserek-satan-destenin-uzvleri-saxlaniliblar/ | Video əlavə olunub *** 12:40 Sumqayıt. 7 noyabr. REPORT.AZ/ Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. “Report”un Sumqayıt-Abşeron bürosuna Sumqayıt Şəhər Polis İdarəsindən verilən xəbərə görə, keçirilən əməliyyat nəticəsində bu qrupun üzvləri əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar. Əsasən “VAZ” və “Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada isə C. Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər, paytaxt sakinləri Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər. Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan “Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb. Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir. | 2018-11-22 | Sumqayıtda maşınları oğurlayıb ban nömrələrini dəyişərək satan dəstənin üzvləri saxlanılıblar - VİDEO - YENİLƏNİB | News Department | Report İnformasiya Agentliyi | az | 0.999957 | https://report.az/hadise/sumqayitda-masinlari-ogurlayib-ban-nomrelerini-deyiserek-satan-destenin-uzvleri-saxlaniliblar/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:44+00:00 |
|||
https://report.az/hadise/bakida-muellime-hede-qorxu-gelerek-pul-teleb-eden-sexslerin-mehkemesi-basa-catib/ | Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib. Qeyd edək ki, bu ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat pul manat alıb. Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə S.Hümbətovanın barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib. Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir. | 2018-11-30 | Bakıda müəllimə hədə-qorxu gələrək pul tələb edən şəxslərin məhkəməsi başa çatıb | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.999966 | https://report.az/hadise/bakida-muellime-hede-qorxu-gelerek-pul-teleb-eden-sexslerin-mehkemesi-basa-catib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:47+00:00 |
|||
https://report.az/hadise/bakida-emanetcinin-hesabindan-yarim-milyon-dollari-oz-kartina-kocuren-bank-emekdasinin-ibtidai-istintaqi-basa-catib/ | Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. "Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib. Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. | 2018-11-23 | Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının ibtidai istintaqı başa çatıb | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.998134 | https://report.az/hadise/bakida-emanetcinin-hesabindan-yarim-milyon-dollari-oz-kartina-kocuren-bank-emekdasinin-ibtidai-istintaqi-basa-catib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:50+00:00 |
|||
https://report.az/hadise/bakida-polisin-emeliyyati-zamani-torpaga-basdirilan-2-kiloqram-tiryek-askarlanib/ | Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakıda torpağa basdırılan tiryək aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar. Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirlər davam etdirilir. | 2018-10-22 | Bakıda polisin əməliyyatı zamanı torpağa basdırılan 2 kiloqram tiryək aşkarlanıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.998595 | https://report.az/hadise/bakida-polisin-emeliyyati-zamani-torpaga-basdirilan-2-kiloqram-tiryek-askarlanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:54+00:00 |
|||
https://report.az/hadise/celilabadda-surucu-56-yasli-qadini-vuraraq-hadise-yerinden-qacib/ | Cəlilabad. 5 noyabr. REPORT.AZ/ Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb. Rayonun Privolnoye kənd sakini, 1962-ci il təvəllüdlü Gülmirzəyeva Xanım Qurbanəli qızı müəyyən edilməmiş avtomobil ilə vurulub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır. | 2018-11-05 | Cəlilabadda sürücü 56 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999031 | https://report.az/hadise/celilabadda-surucu-56-yasli-qadini-vuraraq-hadise-yerinden-qacib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:41:57+00:00 |
|||
https://report.az/hadise/baki-seher-prokurorlugu-elcin-qurbanov-hebs-olunmamisdan-evvel-prokurorluq-orqanlarindan-xaric-edilib/ | Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı şəhər Prokurorluğu sabiq prokurorluq əməkdaşı Elçin Qurbanovun həbsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan "Report"a verilən məlumatda qeyd olunur ki, Elçin Müzəffər oğlu Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi 2018-ci il avqustun 20-də baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, E.Qurbanovun həbs olunması barədə xəbəri "Report" yayıb. Hafiz Heydərov | 2018-10-10 | Bakı şəhər Prokurorluğu: Elçin Qurbanov həbs olunmamışdan əvvəl prokurorluq orqanlarından xaric edilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999622 | https://report.az/hadise/baki-seher-prokurorlugu-elcin-qurbanov-hebs-olunmamisdan-evvel-prokurorluq-orqanlarindan-xaric-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:00+00:00 |
|||
https://report.az/hadise/agsuda-su-xetlerine-qurasdirilmis-avadanligin-bir-hissesini-ogurlamaq-isteyen-sexs-saxlanilib/ | Bakı. 3 dekabr. REPORT.AZ/ Ağsuda su xətlərinə quraşdırılmış avadanlığın bir hissəsini oğurlamaq istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 1-də Ağsu şəhəri ərazisində əhalinin su ilə təchiz edən xəttə quraşdırılmış avadanlığın alüminiumdan olan hissələrini çəkiclə sındırıb oğurlamağa cəhd göstərən şəxs Kürdəmir Rayonlararası Mühafizə Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Ağsu Rayon Polis Şöbəsinə təhvil verilən şəxsin Ağsu şəhər sakini Mahir Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. | 2018-12-03 | Ağsuda su xətlərinə quraşdırılmış avadanlığın bir hissəsini oğurlamaq istəyən şəxs saxlanılıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.9996 | https://report.az/hadise/agsuda-su-xetlerine-qurasdirilmis-avadanligin-bir-hissesini-ogurlamaq-isteyen-sexs-saxlanilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:13+00:00 |
|||
https://report.az/hadise/masallida-bir-heyetde-yasayis-evi-iki-avtomobil-ve-ot-tayalari-yanib/ | Foto əlavə olunub ***23:21 Masallı. 31 oktyabr. REPORT.AZ/ Masallı rayonunun Bədəlan kəndində güclü yanğın baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Aşurlu məhəlləsində yaşayan Nicat Həsənovun həyətində olub. İlk yanğın hadisəsi yaşayış evinin birinci mərtəbəsində başlayıb. Ev sahibləri tez xəbər tutduqlarından yanğın söndürülüb. Axşam isə yanğın ikinci mərtəbədə olub və 5 otaqlı yaşayış evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını ala biliblər. Sabahısı gün yanan evin qalıqlarını daşımaq üçün yük maşını çağırılıb. İşlər yekunlaşmadığı üçün sürücü maşını həyətdə saxlayıb, bu zaman isə müəmmalı şəkildə avtomaşının kabinəsi alovlanıb. Həmçinin Nicat Həsənovun onunla eyni həyətdə yaşayan qardaşı Zəfərə məxsus "VAZ-2106" markalı minik maşını od tutub yanıb. Yanğınlar bununla da bitməyib. Ardınca həyətdəki ot tayası da alovlanıb. Ümumilikdə iki gün ərzində bu ailəyə külli miqdarda ziyan dəyib. Lakin Həsənovlar ailəsi bu işdə kiminsə əlinin olduğundan şübhələnir. Çünki son yanğın zamanı ot tayasının yaxınlığında sönmüş kibrit çöpləri tapılıb. Hadisə ilə bağlı artıq polis şöbəsinə də məlumat verilib. Fakt araşdırılır. Bundan əvvəl Bakının mərkəzində disko-barda yanğın olub. | 2018-11-01 | Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb - FOTO - YENİLƏNİB | News Department | Report İnformasiya Agentliyi | az | 0.999492 | https://report.az/hadise/masallida-bir-heyetde-yasayis-evi-iki-avtomobil-ve-ot-tayalari-yanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:16+00:00 |
|||
https://report.az/hadise/axtarisda-olan-sexs-qazaxistanda-saxlanilaraq-azerbaycana-ekstradisiya-olunub/ | Bakı. 1 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Anar Xələfov Qazaxıstan Respublikasında saxlanılıb. A.Xələfov Azərbaycana ekstradisiya olunub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Rəşad Bayramov saxlanılıb. | 2018-11-01 | Axtarışda olan şəxs Qazaxıstanda saxlanılaraq Azərbaycana ekstradisiya olunub | Ruhanə Mirzəyeva | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/hadise/axtarisda-olan-sexs-qazaxistanda-saxlanilaraq-azerbaycana-ekstradisiya-olunub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:20+00:00 |
|||
https://report.az/hadise/terterde-14-yasli-qizini-doyerek-zorlayan-atanin-ibtidai-istintaqi-basa-catib/ | Bakı. 29 noyabr. REPORT.AZ/ Tərtərdə 14 yaşlı qızını döyərək zorlayan Elnur Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, hadisə Tərtər rayonunda baş verib. İttiham aktına əsasən, E.Şirinov 14 yaşlı qızını döyərək zorlayıb. Məlumata görə, azyaşlı qız hamilə qalıb. 14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb. Hüquq-mühafizə orqanları əməkdaşları cinayəti törədən E.Şirinovu həbs edib. Onun barəsində zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə ittiham irəli sürülüb. | 2018-11-29 | Tərtərdə 14 yaşlı qızını döyərək zorlayan atanın ibtidai istintaqı başa çatıb | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.999872 | https://report.az/hadise/terterde-14-yasli-qizini-doyerek-zorlayan-atanin-ibtidai-istintaqi-basa-catib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:26+00:00 |
|||
https://report.az/hadise/tovuzda-yasli-kisini-ilan-sancib/ | Tovuz. 1 noyabr. REPORT.AZ/ Tovuz rayonunda ilansancma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1954-cü il təvəllüdlü Düz Cırdaxan kənd sakini Sadəddin Əsgərovu evinin önündə ilan sancıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən S.Əsgərova həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb. | 2018-11-01 | Tovuzda yaşlı kişini ilan sancıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.995047 | https://report.az/hadise/tovuzda-yasli-kisini-ilan-sancib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:42:30+00:00 |
|||
https://www.bbc.com/azeri/international-46420359 | “Qızım üçün ata tutmuşam, amma onun bundan xəbəri yoxdur” Valideynləri ayrılanda və atası həyatından yoxa çıxanda Mequmi körpə olub. Lakin illər sonra anası deyib ki, atası ilə yenidən qovuşmaq istəyir. Beləliklə, Mequmi Yamadanı müntəzəm görməyə başlayıb. Qız elə bilir ki, bu kişi onun atasıdır və Yamada onun həqiqi adıdır. Amma bu, bir yalandır. "Balaca vaxtından məndən soruşardı ki, atası haradadır, - Mequminin anası Asako deyir, - Bildiyi ancaq bu idi ki, atası o, doğulan kimi çıxıb gedib. Buna görə də elə hey özünü günahlandırırdı". Əvvəlcə bu elə bir problem kimi görünmürdü. Lakin Mequmi 10 yaşına çatanda Asako qızının davranışındakı dəyişikliyi hiss etməyə başlamışdı: "O, mənimlə danışmırdı və çox sakit, qaradinməz olmuşdu. Onun məktəbdə incidildiyini çox sonra bildim". Asako bunu da aşkar edib ki, Mequmi valideynlərinin ayrılmasında təkcə özünü günahlandırmır. Sən demə məktəbdəki uşaqlar atasız olduğuna görə onu lağa qoyurlarmış. Yaponiyada tək valideyni olan uşaqlarla tez-tez belə rəftarlar olur. Nəhayət qız o qədər cana yığılıb ki, məktəbə getməkdən imtina edib. "O, mənim yeganə övladımdır və onu belə görəndə ürəyim ağrıyırdı", - Asako deyir. Münasibətləri qoruya bilmirsiniz? Hər şeydə ananız günahkardır, alimlər deyir Sevgi xoşbəxtliyin əsas açarıdır Dünya boyu bir gündə öldürülən qadınlar Ana qızını bu vəziyyətdən çıxarmaq üçün məktəbdə müəllimlərdən kömək istəyib. Bu da bir fayda verməyəndə ağlına başqa bir ideya gəlib: "Düşündüm ki, nəzakətli və ədəbli bir kişi, ideal ata, qızımın könlünü alacaq birisini tapsam, necə olar?" Ana toylarda və görüşlərdə qonaq kimi aktyor kirayələyən agentliklərin olduğunu eşitmişdi. Bu, Yaponiyada geniş yayılmış bir işdir. Asako zəng edib soruşmuşdu ki, onun üçün saxta ata təşkil oluna bilərmi? Bundan sonra beş namizədi müsabiqədən keçirən ana Takaşi adlı kişinin üzərində dayanıb: "Onunla danışmaq çox asan idi. Çox nəzakətli və suyu şirin idi. Odur ki, instinktlərimin dediyini elədim". Takaşi 20 əməkdaşı və 1000-dək ştatdankənar işçisi olan kirayə agentliyinə rəhbərlik edir. Bu adamlar istənilən vəziyyətə uyğunlaşa bilən müxtəlif yaşlı qadın və kişilərdir. Onlar saxta adlar götürür və saxta rollar oynayırlar. Bunun üçün onlar tez-tez yalan danışmalı olurlar, amma qanunu heç vaxt pozmurlar. O, indiyədək sevgili, biznesmen, dost və ata rollarını oynayıb. Beş saxta toyda bəy kimi iştirak edib. Takaşi etiraf edir ki, bu rollara hazırlaşmalı olur. Bunun üçün Balaca Miss Xoşbəxtlik (Little Miss Sunshine) və ya "Törəmələr" (The Descendants) kimi Oscar mükafatlı Hollywood filmlərinə baxmalı olur. Bunlardan birincisində söhbət yola çıxmış ailədən gedir. İkinci filmdə isdə George Cloony yalnız ailə faciəsindən sonra atalığın nə demək olduğunu başa düşür. "Mən bu filmləri öyrənir, oradakı kəlmə və ifadələri yadda saxlayıram. Mən müxtəlif ailə üzvlərinin arasındakı münasibət və təmaslara diqqət yetirirəm. Bu mənə necə bir ata və ya ər olmaqda kömək edir. Bu mənə kömək edir ki, müxtəlif ailə dinamikalarını və münasibətlərini başa düşüm". Asako necə bir ata rolu istədiyini izah etmək üçün Takaşi ilə bir neçə dəfə görüşüb: "Mənim istədiklərim çox sadə idi. Birincisi, istəyirdim ki, o, indiyədək Mequminin həyatında ola bilmədiyinə görə necə peşmançılıq keçirdiyini desin. İkincisi isə istəyirdim ki, qızımın bütün dediklərini dinləsin". Asako bundan sonra Mequmiyə deyib ki, atası ikinci dəfə evlənib və indi öz ailəsi var, amma bu yaxınlarda əlaqə saxlayaraq deyib ki, onları görmək istəyir. Qızına deyib ki, atası "aktyordur". Mequmi əvvəlcə şoka düşüb, amma sonra görüşməyə razılıq verib. Beləliklə, Takaşi on il əvvəlki Yamada olub. Mequminin atası onun ən uzun və etik baxımdan ən birmənalı olmayan roludur. Takaşi il görüşü hələ də xatırlayır: "Çox qarışıq hisslər keçirirdim. O soruşurdu ki, niyə əvvəllər gəlib onu görməmişəm. Mən onun qəzəbini hiss edirdim". Takaşi Yamada rolunda Mequmiyə və anasına ayda bir neçə dəfə baş çəkməyə başlayıb. Bir-iki dəfə birlikdə kinoya, ad günlərinə də gediblər. Asako deyir ki, qızı qısa bir müddətdə dəyişib: "Bir müddətdən sonra Mequmi xoşbəxt bir insana çevrilib. Danışmağı sevir, şad-xürrəm idi. Hətta məktəbə qayıtmaq istəyirdi. Onda düşündüm ki, zəhmətinə dəyərmiş…" Amma bir hadisə Asakonun yaddaşına həmişəlik həkk olunub. Asako Yamada ilə məktəbə valideyn iclasına getmişdi: "Biz sinif otağının arxasında oturmuşduq. O bizi görmüşdü və dəqiqəbaşı dönüb bizə baxırdı. Onun üzündəki o böyük təbəssümü əvvəllər görməmişdim. Mən doğrudan da xoşbəxt idim". Takaşinin xidməti ucuz deyil. Onun hər dəfə Yamadanı oynamasına Asako 10 min yen (70-90 dollar) ödəyir. Maaşının yaxşı olmasına baxmayaraq, daim qənaət etməli olur. Takaşi də Mequmidəki dəyişikliyi hiss edir: "O, tədricən daha xoşbəxt və özünə güvənli olurdu. Mən, adətən, onların ikisi ilə bir yerdə görüşürdüm. Amma bir gün o dedi ki, atası ilə ikilikdə gəzməyə getmək istəyir. O vaxt o ilk dəfə olaraq mənim əlimdən tutmuşdu". Son on ildə Takaşinin Yamada obrazı Mequmiyə yamanca doğmalaşıb. O, artıq gənc qızdır. Takaşi bu ailənin üzvünə çevrilib. O, Mequmiyə onu sevdiyini deyir. Atanın qızını sevəcəyi qədər kamil oynamalıdır bu rolu. Amma ata kimi sevmir axı… Bəs yalançılığına necə haqq qazandırır? "Mənim işimdə şəxsiyyət və kimlik dəyişməsi çox mühümdür. Amma mən də insanam. Bir uşağa "səni sevirəm" deyərkən içimdə heç bir emosional ziddiyyət yaşamıram desəm yalan olar. Amma bu, biznesdir. Bunu etməliyəm. Bunu daim özüm öz yadıma salıram". Asako da başa düşür ki, bəziləri onu qınaya bilərlər: "Gördüyüm işin fövqəladəliyini başa düşürəm. Amma mən həqiqətən, həqiqətən qızımı xilas etməliydim". İşləri bir az da qəlizləşdirən odur ki, Asakonun özü də Yamada obrazına yaxınlıq nümayiş etdirməlidir. "Üçümüz bir yerdə olanda rahatam. Danışıb-gülürük, bir-birimizə çox nəzakətliyik. İndi artıq o, uzun müddətdir ki, həyatımızdadır. Mən doğrudan da ona ərə getmək, bir ailə olmaq istəyirəm". Amma Asako belə bir acı həqiqəti həmişə xatırlamalıdır ki, real həyatda mövcud olmayan, sevgisinə cavab verə bilməyəcək birisini sevir: "Mən bir dəfə hətta bunu ona dedim. Amma qayıdıb üzümə dedi ki, bu, sadəcə, onun işidir. Əlbəttə, başa düşürəm ki, ona pul ödəndiyi üçün bizimlədir. Amma mümkün münasibətlərimiz barədə xəyallar qururam. Bu, mənə həm emosional, həm də ruhi baxımdan güc verir". Əslində Asako bu "atalıq müqaviləsini" həmişəlik davam etdirmək niyyətindədir. O, işin nə qədər dərinə, fantaziya aləminə getdiyini başa düşsə də, Takaşinin Mequminin atası rolunu daimi oynamasını istəyir: "İdeal situasiya bu olardı ki, qızım onu daim atası kimi görəydi. Mən istəyirəm ki, o, bir gün qızımın toyunda da olsun. İstəyirəm ki, qızımın uşağı olanda o da baba osun. Ən pis ssenari budur ki, qızım həqiqəti bilsin". Birdən Mequminin öz həqiqi atası qayıdıb gəlsə, necə?.. Bu variant barədə Asako heç düşünməyib. Boşanandan sonra heç bir əlaqələri olmayıb və çətin ki, o, nə vaxtsa dönüb qayıda bilər. Amma belə bir şey olsa, Mequmi yəqin ki, ata olaraq Yamadanı görməkdə davam edəcək... Takaşi də başa düşür ki, yalan böyüməkdə davam edir: "Bu kirayə edən ailənin ən böyük problemlərindən biridir. Mequmi bir gün ərə gedəcək və onun əri düşünəcək ki, mən onun qaynatasıyam. Mequminin uşağı olsa, özümü baba kimi aparmalıyam. Bax, yalan beləcə böyüyə-böyüyə gedir". Takaşini tez-tez düşündürən bir sual var. Bir gün Mequmi hər şeyi bilsə, onda necə olacaq? Amma bu halda nikbin ssenariyə inanır: "Ən yaxşı ssenaridə o düşünəcək ki, ən azı onun qayğısına qalmışam. Bunun 80 faizi mənim xəyalımdır. 20 faiz ehtimal var ki, onun bütün dünyası alt-üst olacaq. Ola bilsin, deyəcək ki, niyə üstünü açdın, axıracan yalan danışmaqda davam edə bilməzdinmi? Bütün hallarda… mən onun həyatında böyük dayaq olmuşam. Doğrudur, buna görə ondan təşəkkür gözləməyim ağ olardı, amma istərdim ki, heç olmasa xidmətimizi qiymətləndirsin". Bəziləri soruşa bilərlər ki, Asako üstü açılarsa, qızına bu qədər kədər gətirəcək bir oyunu niyə başlayıb? Amma Asako etdiyindən peşman deyil: "Bilirəm, bəziləri düşünürlər ki, kiminsə öz qızına yalan danışması üçün pul ödəməsi axmaqlıqdır. Amma nə edə bilərdim. Başqa çarə yox idi… Məncə ,mənim vəziyyətimi, nələr çəkdiyimi başa düşmək olar. Bu, uşağımı qəlbi yaralı görməkdən daha yaxşı idi". Asako deyir ki, Mequmi həqiqəti bilsə, bundan necə pis mütəəssir olacağını bilir, amma bu barədə düşünməməyə çalışır. "İnanmıram ki, belə vəziyyətdə olan bircə mənəm. Əminəm ki, dünyada çox sayda qondarma ata və analar var". Mequminin bütün bunlardan xəbər tutmaması üçün oçerkdəki bütün adlar dəyişdirilib. Rəsmlərin müəllifi Katie Horwich | 2018-12-04 | “Qızım üçün ata tutmuşam, amma onun bundan xəbəri yoxdur” | Beynəlxalq | Sarah McDermott | BBC News Azərbaycanca | az | 0.998688 | https://www.bbc.com/azeri/international-46420359 | bbc.com | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204050406-00610.warc.gz | 2018-12-04T05:37:56+00:00 |
||
https://www.amerikaninsesi.org/a/siyaset/4685905.html | Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rəsmi məlumata görə müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən İ.Əliyev enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib. Onun sözlərinə görə bu baxımdan ABŞ höküməti və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib Öz növbəsində səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ Müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper qeyd edib ki, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib. | 2018-12-04 | İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib | voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音 | Azərbaycan | VOA | VOA | az | 1 | https://www.amerikaninsesi.org/a/siyaset/4685905.html | amerikaninsesi.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T13:37:59+00:00 |
|
https://report.az/hadise/produser-terane-semedova-hebs-olunub/ | Bakı. 30 oktyabr. REPORT.AZ/ İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs edilib. Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. | 2018-10-30 | Prodüser Təranə Səmədova həbs olunub | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/hadise/produser-terane-semedova-hebs-olunub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:08:49+00:00 |
|||
https://report.az/hadise/gurcustanda-qanunsuz-odlu-silah-gezdiren-azerbaycan-vetendasi-saxlanilib/ | Tbilisi. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır. Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından “Korovin” tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə “Gold Star” tipli tapança müsadirə olunub. Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. | 2018-11-24 | Gürcüstanda qanunsuz odlu silah gəzdirən Azərbaycan vətəndaşı saxlanılıb | Cəmilə Babayeva | Report İnformasiya Agentliyi | az | 0.99836 | https://report.az/hadise/gurcustanda-qanunsuz-odlu-silah-gezdiren-azerbaycan-vetendasi-saxlanilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:08:52+00:00 |
|||
https://report.az/hadise/prokuror-torpaq-satmaq-adi-ile-deleduzluq-etmekde-teqsirlendirilen-sexse-ceza-isteyib/ | Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında V.Məlikovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib. Qeyd edək ki, zərərçəkmişlərin şikayəti əsasında saxlanan V.Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. | 2018-10-10 | Prokuror torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.99998 | https://report.az/hadise/prokuror-torpaq-satmaq-adi-ile-deleduzluq-etmekde-teqsirlendirilen-sexse-ceza-isteyib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:08:59+00:00 |
|||
https://report.az/hadise/gencede-sernisin-avtobusu-qezaya-dusub-xesaret-alanlar/ | Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 17 nömrəli marşurut xətti üzrə işləyən "İsuzu" markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bir nəfərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Hazırda onun kimliyi dəqiqləşdirilir. Hadisənin başvermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq. | 2018-11-13 | Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999691 | https://report.az/hadise/gencede-sernisin-avtobusu-qezaya-dusub-xesaret-alanlar/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:04+00:00 |
|||
https://report.az/hadise/gencede-kucede-namelum-kisi-meyiti-tapilib/ | Gəncə. 15 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində küçədə kişi meyiti tapılıb. "Report"un Qərb bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan meyit şəhərin Fikrət Əmirov küçəsində aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit təcili tibbi yardım maşını ilə tibbi ekspertizaya aparılıb. Araşdırmalar zamanı onun üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb və tüfeyli həyat yaşayan biri olduğu və xəstəlikdən öldüyü məlum olub. Meyit sonra qəbiristanlığa aparılaraq dəfn edilib. | 2018-10-15 | Gəncədə küçədə naməlum kişi meyiti tapılıb | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999473 | https://report.az/hadise/gencede-kucede-namelum-kisi-meyiti-tapilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:16+00:00 |
|||
https://report.az/hadise/abseronda-tanisina-118-min-manatliq-deleduzluq-eden-sexs-mehkeme-zalindan-azadliga-buraxilib/ | Bakı. 26 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səidi Cəlalın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. "Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Cəlal barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, S.Cəlal Abşeronda tanışı Əhməd Orucova məzənnədən ucuz qiymətə ABŞ dolları verəcəyini vəd edərək onun 118 min manat pulunu ələ keçirməklə dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qismində dindirilən S.Cəlal ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, öz ifadəsində zərərçəkmiş şəxsdən 48 min manat pul aldığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəlal 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. | 2018-10-26 | Abşeronda tanışına 118 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.999772 | https://report.az/hadise/abseronda-tanisina-118-min-manatliq-deleduzluq-eden-sexs-mehkeme-zalindan-azadliga-buraxilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:20+00:00 |
|||
https://report.az/hadise/azerbaycanda-arvadini-oldurerek-mesede-basdiran-sexse-hokm-oxunub-yeni-leni-b/ | Samux. 25 oktyabr. REPORT.AZ/ Samux rayonunda həyat yoldaşını döyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Samux rayon sakini, 1981-ci il təvəllüdlü Ağamir Tofiq oğlu Səmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Hakimin qərarı ilə A.Səmədov 16 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, əvvəllər də məhkumluq həyatı yaşayan, A.Səmədov bu ilin aprel ayında Samux rayon Kolayır kəndində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovu döyərək qətlə yetirib. Daha sonra onun meytini "VAZ-21-011" markalı avtomobillə qoyaraq Qırmızı Samux kənd ərazisindəki meşə zolağına aparıb basdırıb. ***12:35 Samux. 25 oktyabr. REPORT.AZ/ Samux rayon sakini arvadını qətlə yetirərək meşədə basdırıb. "Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini Ağamir Səmədov ailə münaqişəsi zəminində arvadı Ləman Səmədovanı döyərək qətlə yetirib. Daha sonra onun meyitini "VAZ-21011" markalı avtomobillə rayonun Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırıb. Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib. A.Qəhrəmanova Samux Rayon Polis Şöbəsinə ərizə ilə mürəciət edərək bacısının ailə münaqişəsi zəminində evdən qaçaraq geri qayıtmadığı barədə məlumat verib. Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan əməliyyat-axtarışlar tədbirlərinin nəticəsində Ləman Səmədovanın qətlə yetirilməsi məlum olub. Ağamir Səmədov şübhəli şəxs qismində saxlanılaraq instintaqa cəlb edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. | 2018-10-25 | Azərbaycanda arvadını öldürərək meşədə basdıran şəxsə hökm oxunub - YENİLƏNİB | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999279 | https://report.az/hadise/azerbaycanda-arvadini-oldurerek-mesede-basdiran-sexse-hokm-oxunub-yeni-leni-b/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:23+00:00 |
|||
https://report.az/hadise/bakida-erini-olduren-qadinin-vesateti-temin-edilmeyib/ | Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin təhqiqi mərhələsinin başlandığı elan olunub. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində yenidən Məhkəmə Psixoloji Ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin edilməyib. Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Xatırladaq ki, ər və arvadın birgə nikahdan iki övladı var. | 2018-10-15 | Bakıda ərini öldürən qadının vəsatəti təmin edilməyib | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.999977 | https://report.az/hadise/bakida-erini-olduren-qadinin-vesateti-temin-edilmeyib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:27+00:00 |
|||
https://report.az/hadise/polis-qadina-qarsi-soygunculuq-eden-sexsi-saxlayib/ | Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində soyğunçuluq edən şəxsi polis yaxalayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 17-də axşam saatlarında Nizami rayon Polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb. Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis şöbəsinə təhvil verilib. Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. | 2018-10-18 | Polis qadına qarşı soyğunçuluq edən şəxsi saxlayıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999253 | https://report.az/hadise/polis-qadina-qarsi-soygunculuq-eden-sexsi-saxlayib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:31+00:00 |
|||
https://report.az/hadise/berdede-60-yasli-kisi-intihar-edib/ | Bərdə. 14 noyabr. REPORT.AZ / Bərdə rayonunda intihar hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Rayon sakini 1958-ci il təvəllüdlü Dadaşov Abbas Kərəm oğlu özünü iri gövdəli ağacdan iplə asıb. Hadisə barədə sakinlər rayon polis şöbəsinə məlumat veriblər. İntiharın dəqiq səbəbi bilinməsə də, 60 yaşlı kişinin uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. | 2018-11-14 | Bərdədə 60 yaşlı kişi intihar edib | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.99824 | https://report.az/hadise/berdede-60-yasli-kisi-intihar-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:35+00:00 |
|||
https://report.az/hadise/gedebeyde-sevgilisinin-tanisini-bicaqlamaqda-teqsirlendirilen-sexsin-ibtidai-istintaqi-basa-catib/ | Bakı. 3 dekabr. REPORT.AZ/ Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən Ulduz Musayevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. "Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, hadisə Gədəbəy rayonunun mərkəzində baş verib. Rayonun Arıqdam kənd sakini 30 yaşlı U.Musayeva mübahisə zəmnində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmova xəsarət yetirib. Əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yara diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olub. Mübahisə zamanı U.Musayeva da ayağından xəsarət alıb. U.Musayeva ilkin ifadəsində bildirib ki, qeyri-rəsmi nikahda olduğu Kamil adlı şəxslə mübahisə edən zaman onun tanışı S.Rüstəmov onların arasına girib. Bu zaman bıçaq S.Rüstəmova dəyib. | 2018-12-03 | Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb | İsmayıl Nəsibli | Report İnformasiya Agentliyi | az | 0.998391 | https://report.az/hadise/gedebeyde-sevgilisinin-tanisini-bicaqlamaqda-teqsirlendirilen-sexsin-ibtidai-istintaqi-basa-catib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:09:46+00:00 |
|||
http://www.cumhuriyyet.net/lent/125209-lacin-icra-bascisi-fermerl%C9%99rin-payina-da-goz-dikir-video.html | Laçın icra başçısı fermerlərin payına da göz dikir – Video Ağcabədi rayonun Taxta Körpü deyilən ərazisi sovetlər vaxtından Laçın rayonu kolxoz və sovxozlarının qışlaq yerləri olub. Laçın rayonu işğal olduqdan sonra da laçınlıların əksər hissəsi Taxta körpü qəsəbəsində məşkunlaşıb. Rayonun Minkənd kənd sakini Vəliyyəddin Məmmədov da doğma torpaqlarının işğalından sonra Taxta Körpüdə təsərrüfatını davam etdirib.
2008-ci ildən “Orxan-2008” fermer təsərrüfatı yaradan Vəliyyəddin Məmmədov heyvandarlıqla yanaşı taxılşılığın inkişafına da töhfə vermək istəyib. Ona ayrılan 200 hektar sahənin 60 hektarı Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə fermerə toxumluq taxıl istehsalı ilə məşğul olmaq imkanı verib.
Vəliyyəddin Məmmədovun bildirdiyinə görə, bir neçə il əvvələ kimi işlər yaxşı gedib. Bol məhsuldarlıq verən buğda növləri yetişdirib. Həm ailəsinin dolanışığı üçün, həm də xeyriyəçilik məqsədi ilə yetişdirdiyi məhsuldan istifadə edib. Məhsuldarlığı hər hektardan 60 sentnerə qaldıran fermer bir neçə ildir problemlərlə üzləşdiyini deyir. 3 il əvvəl Laçın Rayon İcra Hakimyyətinin başçısı Aqil Nəzərli müavini vasitəsi ilə ona xəbər göndərib ki, əkilən taxıl sahələri üçün dövlət tərəfindən verilən subsidiya onlarla yarıya bölünməlidir. Vəliyyəddin Məmmədov isə bununla razılaşmayıb.
Laçın rayon İcra hakimiyyətinin başçısına dövlət sərəncamına əməl edilməsini tələb etdikdə isə, Aqil Nəzərli tərəfindən kobud qarşılandığını deyən Vəliyyəddin Məmmədov aldığı sarsıntıya görə xəstələndiyini, buna görə də uzun müddət müalicə olunduğunu da bildirib.
Fermer təsərrüfatı rəhbərinin bildirdiyinə görə bundan sonra rayon rəhbərliyi onunla intriqa aparmağa başlayıb. Onun istifadəsində olan torpaq sahələrini başqa fermerlərə satmağa girişib.
Bütün bunlara baxmayaraq fermer öz işini davam etdirdiyini deyib. Bu il 30 hektardan artıq sahədə yenidən taxıl əkib. Amma bu işdə subsidiya verilmədiyinə görə maddi çətinliklə üzləşdiyini də xatırladıb.
Laçınlı fermer aidiyyatı qurumlara səslənərək Laçın rayon İcra hakimiyyəti Başçısı Aqil Nəzərlinin əməllərinə son qoyulmasını dilə gətirib. İnsanlarla davranmaq qabiliyyəti olmayan məmurların ağlına şübhə etdiyini deyərək, belə adamların yüksək vəzifəyə necə sahib olmaları barədə ölkə başçısına sual ünvanlayıb.
Vəliyyəddin Məmmədovla söhbətin bir hissəsini dinləyicilərimizə təqdim edirik.
Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Buna baxmayaraq onların da mövqe bildirmək haqları saxlanılır. Short URL: http://www.cumhuriyyet.net/?p=125209 | 2018-12-04 | Laçın icra başçısı fermerlərin payına da göz dikir – Video | redaktorun secimi;xƏbƏr lentİ | null | Cumhuriyyət | az | 0.999424 | http://www.cumhuriyyet.net/lent/125209-lacin-icra-bascisi-fermerl%C9%99rin-payina-da-goz-dikir-video.html | cumhuriyyet.net | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:30:42+00:00 |
||
http://www.cumhuriyyet.net/sonxeber/125217-%C9%99h%C9%99d-abiyev-q%C9%99zaya-dusdu.html | Əhəd Abıyev qəzaya düşdü Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb. Report-un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb. İçərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn VAZ-21099 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Short URL: http://www.cumhuriyyet.net/?p=125217 | 2018-12-04 | Əhəd Abıyev qəzaya düşdü | günün xəbəri;son xəbər | null | Cumhuriyyət | az | 0.998642 | http://www.cumhuriyyet.net/sonxeber/125217-%C9%99h%C9%99d-abiyev-q%C9%99zaya-dusdu.html | cumhuriyyet.net | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:30:45+00:00 |
||
http://www.cumhuriyyet.net/xeberler/125213-iron-insaat-camaati-evind%C9%99n-zorla-cixarir.html | “İron İnşaat” camaatı evindən zorla çıxarır “İron İnşaat” MMC razılaşma əldə etmədiyi mülk sahibini məhkəyə verərək pul kompensasiyası qarşılığında mənzilindən çıxarmaq istəyir. Bu barədə Yenicag.az-a mənzil sahibləri Qurban Məmmədov, Rövşən Məmmədov, Kamran Məmmədov, Səadət Vəliyeva məlumat veriblər. Rövşən Məmmədov bildirib ki, 4 ildir “İron İnşaat” MMC onları mənzillərindən çıxarmaq istəyir: “İron İnşaat” MMC Bakı şəhər, Nərimanov rayon N.Yusifbəyli küçəsindəki həyət evlərini alan zaman qiymətdə razılığa gəlmədik. Onlar da evi almadı, binanı bizim evin arxasından tikdi. “İron İnşaat” MMC binanı evimizə bitişik tikib. Evlə bina arasında heç bir məsafə yoxdur. Ara məsafəsi olmadığı üçün məhkəməyə müraciət etdik. Məhkəməni udduq. Ancaq Ali Məhkəmə şirkətin xeyrinə qərar çıxardı. Qanuna görə, bina ilə yaşayış yeri arasında məsafə saxlanılmalıdır. Yaranmış vəziyyətdən əsəb xəstəliyi tapan atamın müalicəsi ilə məşğul olduq. Şirkət isə binanı ucaltmağa başladı. Binanın ikinci mərtəbəsinin balkonu bizim evin üstündədir. Bina artıq tikilib qurtarmaq üzrədir”. Şikayətçilərin sözlərinə görə, “İron İnşaat” MMC-nin rəhbərliyi onları Bakı şəhər İcra Hakimiyyətinin adı ilə hədələyib. İddiaya əsasən, şirkət rəhbərliyi mülk sahiblərinə BŞİH-in həmin yeri onlara hansı yolla olursa-olsun verəcəyini deyib. 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi, BŞİH və “İron İnşaat” MMC mülk sahibini məhkəməyə verib. 3 qurumun iddiası vətəndaşların yaşadıqları mənzildən köçürülməsi olub. İddia ərizəsində qeyd edilib ki, ev “İron İnşaat” MMC-nin abadlıq sahəsinə düşür. Rövşən Məmmədov bildirir ki, Nəsimi rayon Məhkəməsində hakim Natavan xanım iddianı rədd edib: “Onlar rədd edilmiş işi Apellyasiya Məhkəməsinə verdilər. 2018-ci il aprel ayının 14-ü məhkəmə olacaqdı, ayın 9-u Hacıbala Abutalıbov vəzifədən azad edildi. FHN, BŞİH və “İron İnşaat” MMC-nin nümayəndələri məhkəmə iddialarını geri götürdülər. Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı və belə bir qərar çıxardı ki, həmin iddiadan şikayət verə bilməzlər. Bundan sonra “İron İnşaat” MMC bizə təklif etdi ki, ev sökülsün, yerində 2-3 mərtəbəli qeyri-yaşayış obyekti tikilsin, bu obyekti yarı-yarı bölək. Biz məsələnin qanuni yolla həll edilməsini istəyəndə, onlar təklifi geri çəkdilər. O zaman anladıq ki, şirkətin tək məqsədi evimizi sökməkdir. Sökəndən sonra qalacaqdıq ortalıqda”. Şikayətçilər bildiriblər ki, bu il iyun ayının 30-da “İron İnşaat” MMC yenidən onları məhkəməyə verib. Rövşən Məmmədovun sözlərinə görə, qaldırılan iddia sözün əsil mənasında gülüncdür: “Şirkət məhkəməyə müraciət edib ki, vətəndaşın evinin 1 kvadrat metrinin 1600 manatdan şirkətə satılması təmin edilsin. Çox maraqlıdır ki, hakim məsələni uzadır, hətta tikinti ekspertizası təyin edib. Ev mənimdir, 1988-ci ildən orada yaşayırıq, sənədləri də qaydasındadır. Satmaq istəmədiyim mülki necə məcbur satdıra bilərlər ki?”. Mülk sahibi sonda bildirib ki, 4 ildir “İron İnşaat” MMC onlara insan kimi yaşamağa imkan vermir. Bundan əlavə, iddialara görə, şirkət dəfələrlə mənzil sahiblərini təxribata çəkib, hətta evlərində olduqları zaman divarlarını da uçurdub. Qeyd edək ki, bütün cəhdlərimizə baxmayaraq, “İron İnşaat” MMC ilə əlaqə saxlamaq mümkün olmadı. Short URL: http://www.cumhuriyyet.net/?p=125213 | 2018-12-04 | “İron İnşaat” camaatı evindən zorla çıxarır | redaktorun secimi;xəbərlər | null | Cumhuriyyət | az | 0.999394 | http://www.cumhuriyyet.net/xeberler/125213-iron-insaat-camaati-evind%C9%99n-zorla-cixarir.html | cumhuriyyet.net | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:30:52+00:00 |
||
http://www.cumhuriyyet.net/redaktorun-secimi/125207-xocav%C9%99nd-t%C9%99hsilinin-umidini-d%C9%99fn-ed%C9%99n-umidvar-m%C9%99mm%C9%99dov-kimdir.html | Xocavənd təhsilinin ümidini dəfn edən Ümidvar Məmmədov kimdir? Ümid varıydı ki, düşməni tapdağında olan Xocavəndin gələcək nəsilləri bilikli yetişdiriləcək, onların təhsilinə xüsusi əhəmiyyət veriləcək. Amma Xocavənd təhsil şöbəsi müdiri Ümidvar Məmmədovun fikri-xəyalından bu arzular keçmir. Cahan.info xəbər verir ki, Xocavənd təhsili respublikada ən geridə qalan bölgələr sırasında yer alıb. İşğal edilmiş rayonların siyahısında da Xocavənd sonunculardandır. Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin boş olduğu və dərslərinin demək olar ki, 3-5 uşağa keçirildiyi üzə çıxıb. Bir çox hallarda isə məktəblərdə nəinki şagird, heç müəllimdə tapılmır. Xocavənd məktəblərində vəziyyət həddən artıq acınacaqlıdır. Demək olar ki, Xocavənd məktəblərində dərs keçilmir və bunun müqabilində bir qayda olaraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Məktəblərdə adı keçən şagirdlərin böyük əksəriyyəti Bakıda yaşayır və Xocavənddəki məktəblərinin ünvanını belə bilmirlər. Bütün bunlar isə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa xeyir-duası ilə baş verir. Çünki mənimsənilən dövlət vəsaitlərində icra başçısı əsas payçı kimi çıxış edir. Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda Xoavənddə 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi yaranıb. Amma bu rayonların arasında təhsildə ən geriləyən Xocavənd olduğu, ali məktəbə daxil olanların sayında gerilədiyi bildirilir. Xocavənd Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şəfahət Yusifovun bünövrəsini qoyduğu və öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən vəzifəsindən getdiyi strukturda heç nə dəyişməyib. Bu gün işğal altında olan rayonun təhsili uçuruma yuvarlanmaqdadır. Xocavənd, Beyləqan və Ağcabədi rayonlarındakı imkanlı şəxslərin övladlarının əksəriyyətinin adları bu məktəblərə yazdırılıb. Adı məktəbdə gedən şagirdlər məktəblərinin hansı kənddə hansı ünvanda yerləşdiyini belə bilmirlər. Ancaq bunun əvəzində onlar Bakı şəhərində və yaşadığı ünvanda hazılıq kursuna, yaxud müəllim yanına gedirlər. Hazırda övladlarının daha çox kurslarda və müəllim yanında hazırlaşmasına meyl edən valideyinlər Xocavənd təhsl şöbəsinə üz tuturlar. Təhsil şöbəsi müdirinin şişridilmiş dərs saatlarından aylıq qazancı isə kifayət qədər çoxdur. Hazırda Xocavənd məktəblərində həqiqətəndə acınacaqlı bir durum yaşanır. Qarşı tərəfi dinləməyə hazırıq. Short URL: http://www.cumhuriyyet.net/?p=125207 | 2018-12-04 | Xocavənd təhsilinin ümidini dəfn edən Ümidvar Məmmədov kimdir? | redaktorun secimi | null | Cumhuriyyət | az | 0.999954 | http://www.cumhuriyyet.net/redaktorun-secimi/125207-xocav%C9%99nd-t%C9%99hsilinin-umidini-d%C9%99fn-ed%C9%99n-umidvar-m%C9%99mm%C9%99dov-kimdir.html | cumhuriyyet.net | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:31:12+00:00 |
||
https://report.az/biznes/azerbaycanin-novbeti-ixrac-missiyasi-almaniyaya-gedib/ | Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyası Almaniyanın Berlin şəhərinə ixrac missiyası təşkil olunub. İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində faəliyyət göstərən Azərbaycanın 28 şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq. İxrac missiyası 27-30 noyabr tarixlərini əhatə edəcək. | 2018-11-27 | Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya gedib | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999711 | https://report.az/biznes/azerbaycanin-novbeti-ixrac-missiyasi-almaniyaya-gedib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:29:25+00:00 |
|||
https://report.az/biznes/konteyner-dasimalarina-nezaret-uzre-qlobal-proqram-in-icra-veziyyeti-oyrenilir/ | Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birlikdə həyata keçirdiyi "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyətinin öyrənilməsi məqsədilə görüş keçirilib. BU barədə “Report”a DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Görüşdə DGK-nın sədrinin müavini Əsgər Abdullayev, Əməliyyat-istintaq baş idarəsinin rəisi Məsum Rəsulov və həmin idarənin əməkdaşları, "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın Qaradəniz seqmenti üzrə koordinatoru Naida Şamilova, "Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto iştirak ediblər. Ə.Abdullayev 2011-ci ildən həyata keçirilən proqram çərçivəsində Azərbaycan Gömrük Xidmətinin müvafiq avadanlıqlarla təmin olunduğunu, əməkdaşların bu sahədəki biliklərinin artırılması üçün təlimlər keçirildiyini diqqətə çatdırıb və digər tədbirlər barədə məlumat verib. "Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto bildirib ki, məqsəd proqramın təkmilləşdirilməsinə, risklərin müəyyən edilməsinə, daha uğurlu nəticələrin ortaya qoyulmasına nail olmaqdır. Qeyd edilib ki, sonda hesabat hazırlanacaq və ən uğurlu nəticə ölkələr arasında paylaşılacaq. "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın milli əlaqələndiricisi Fikrət Ələsgərli layihə çərçivəsində yeni əlaqələrin qurulmasını və nəticədə bir sıra hüquqpozma hallarının aradan qaldırılmasını proqramın uğuru kimi qiymətləndirib. DGK Əməliyyat-istintaq baş idarəsinin rəis müavini Güloğlan Muradlı layihə çərçivəsində əməkdaşların potensialının gücləndirildiyini, bu sahədə təlimçilərin hazırlandığını diqqətə çatdırıb, qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edək ki, görüşdən sonra layihənin həyata keçirildiyi müvafiq gömrük postlarında proqramın icra vəziyyətilə bağlı müşahidələr aparılacaq. | 2018-10-02 | 'Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram'ın icra vəziyyəti öyrənilir | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999803 | https://report.az/biznes/konteyner-dasimalarina-nezaret-uzre-qlobal-proqram-in-icra-veziyyeti-oyrenilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:29:29+00:00 |
|||
https://report.az/biznes/azerbaycanin-ixrac-missiyasi-bolqaristana-gedib/ | Bakı. 6 noyabr. REPORT.AZ/ “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası bu gün Bolqarıstanın paytaxtı Sofiyaya yola düşüb. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, noyabrın 9-na qədər davam edəcək missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. Missiya çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar. | 2018-11-06 | Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999563 | https://report.az/biznes/azerbaycanin-ixrac-missiyasi-bolqaristana-gedib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:29:49+00:00 |
|||
https://report.az/biznes/bbf-in-i-dare-heyeti-vasinqtonda-beynelxalq-i-qtisadi-i-nkisaf-surasinin-rehberi-ile-gorusub/ | Bakı. 27 sentyabr. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) İdarə Heyəti Vaşinqtonda (ABŞ) Beynəlxalq İqtisadi İnkişaf Şurasının (BİİŞ) rəhbəri Cefri Finkl (Jeffrey Finkle) ilə görüşüb. "Report" xəbər verir ki, görüşdə C.Finkl BİİŞ-in fəaliyyəti barədə məlumat verib, ABŞ təcrübəsindən danışıb. Tərəflər Azərbaycanda startap ekosisteminin daha sürətlə inkişaf etdirilməsi məqsədi ilə inkubasiya və akselerasiya mərkəzləri üçün təcrübə mübadiləsini və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xatırladaq ki, BİİŞ-in 5 min üzvü var və dünyanın ən iri iqtisadi developer təşkilatıdır. Onun əsas missiyası iş yerlərinin artırılmasını təşviq etməklə sosial rifahın və həyat səviyyəsinin artırılmasına töhfə verməkdir. BBF isə 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır. | 2018-09-27 | BBF-in İdarə Heyəti Vaşinqtonda Beynəlxalq İqtisadi İnkişaf Şurasının rəhbəri ilə görüşüb | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.999794 | https://report.az/biznes/bbf-in-i-dare-heyeti-vasinqtonda-beynelxalq-i-qtisadi-i-nkisaf-surasinin-rehberi-ile-gorusub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:29:52+00:00 |
|||
https://report.az/biznes/bu-gun-azerbaycan-ile-bolqaristan-arasinda-musterek-komissiyanin-5-ci-iclasi-kecirilecek/ | Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. O deyib ki, noyabrın 6-8 tarixlərində Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası baş tutacaq. “Azərbaycan nümayəndə heyətinə Azərbaycan kənd təsərrüfatı naziri, komisiyanın həmsədri İnam Kərimov rəhbərlik edir və nazir bu gün Bolqarıstana rəsmi səfər edir”,- A.Hüseynov vurğulayıb. | 2018-11-06 | Bu gün Azərbaycan ilə Bolqarıstan arasında müştərək komissiyanın 5-ci iclası keçiriləcək | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999608 | https://report.az/biznes/bu-gun-azerbaycan-ile-bolqaristan-arasinda-musterek-komissiyanin-5-ci-iclasi-kecirilecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T14:30:04+00:00 |
|||
https://report.az/biznes/turkiyeli-ekspert-azerbaycanli-investorlar-xususile-bu-ayin-sonuna-qederki-muddeti-yaxsi-deyerlendirmelidirler-musahi-be/ | Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin daşınmaz əmlak bazarı üzrə eksperti Kaan Borucaoğlu “Report”a müsahibə verib: - Türk lirəsinin məzənnəsinin əvvəlki vaxtlarla müqayisədə kəskin aşağı olduğu bir şəraitdə ölkənin daşınmaz əmlak bazarına maraq necədir? - Türk lirəsi digər xarici valyutalar qarşısında ucuzlaşdıqdan sonra xüsusilə Körfəz ölkələrindən olan investorların Türkiyənin daşınmaz əmlak bazarına tələbatı 2 dəfə artıb. Bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərməktədir. İnşaat firmaları əllərində saxladıqları mənzilləri sürətlə bazara çıxarıb bu fürsətdən yararlanırlar. Çətin iqtisadi dövrdən keçən Türkiyənin dediyim fürsəti dəyərləndirərək bir qədər nəfəs aldığını desək doğru olar. Rəsmi statistik göstəricilərə görə, təkcə 2 ay ərzində Türkiyənin satılan əmlakdan gəliri, təxminən, 3 mlrd. ABŞ dolları olub. - Türkiyənin yeni iqtisadi proqramı çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən sənədləşdirmənin sürətləndirilməsi nəzərdə tutulurdu. İlkin addımlar atılıbmı? - İlk öncə Türkiyə hökuməti bu kritik şəraitdə böyük addım ataraq, xarici ölkə vətəndaşlarına vətəndaşlıq verilməsi və milli pasportun alınması üçün daşınmaz əmlak bazarına investisiya qoyulması tələbini 1 mln. dollardan 250 min dollara endirdi. Artıq xaricilər Türkiyədə əmlak sahibi olmaqla qısa müddətdə vətəndaşlıq da ala bilirlər. Bunu iqtisadiyyatın canlandırılması üçün böyük bir addım kimi qiymətləndirirəm. Sənədləşdirməyə gəlincə isə bu məsələ olduqca asandır. Yəni bunun üçün əlavə bir yeniliyə ehtiyac duyulduğunu düşünmürəm. - Azərbaycan vətəndaşları Türkiyənin daşınmaz əmlak bazarında nə dərəcədə fəaldırlar? - Düşünürəm ki, bu dövr azərbaycanlı investorlar üçün böyük üstünlük və onlar bunu dəyərləndirirlər. Manatın türk lirəsi qarşısında bahalaşması təbii ki, Türkiyədə əmlak sahibi olmaq istəyən azərbaycanlıların sayını artırdı. Əvvəllər 350 min lirə dəyərində ev almaq istəyən Azərbaycan vətəndaşı 175 min manat ödəyirdisə, indi həmin evi 100 min manata ala bilər. Düşünürəm ki, onlar bu fürsəti yaxşı dəyərləndirməlidilər, çünki iqtisadi dalğalanmalar uzunmüddətli olmur. Bundan bir ay sonra türk lirəsi əvvəlki dəyərini qazandıqda bu şanslar olmayacaq. Xüsusilə övladları Türkiyədə təhsil alan azərbaycanlı ailələr bu fürsətdən yararlana bilərlər. Onlar Türkiyədə ev sahibi olaraq övladlarının tələbə yataqxanalarında deyil, öz evlərində yaşamalarına şərait yarada bilərlər. Firmalar müxtəlif kampanyalar təklif edirlər ki, bunlar da kreditlə də ev almaq şansları yaradır. 24-36 ay ərzində üzərinə faiz qoyulmadan satılan evlər var. Qiymətlərə gəlincə isə, Türkiyədə lirənin dəyərdən düşməsindən əvvəl də evlərdə ucuzlaşma var idi. Bu proses bu müddətdə daha da sürətləndi. Bununla yanaşı, satışların türk lirəsi ilə həyata keçirilməsi də böyük üstümlükdür. Sadəcə Türkiyədə deyil, dünyada yaşanan iqtisadi dalğalanma Türkiyənin əmlak bazarında ucuzlaşmaya şərait yaratdı. Ancaq düşünürəm ki, bu ilin sonunda qiymətlər 15-20% artacaq. Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər. Son 2 ayda olan göstəricilər satışların daha da artdığını göstərir. Bu da onu deməyə əsas verir ki, xarici ölkə vətəndaşları ilin sonundan sonra qiymətlərdə artımın olacağının fərqindədilər. 2018-ci il mənzil satışında İstanbul 15 262 mənzil və 14,5% artımla ən yüksək paya sahib oldu. Növbəti yerlərdə 9 291 mənzil satışı və 8,8%-lik artımla Ankara, 5 064 mənzil satışı və 4,8%-lik artımla İzmir qərarlaşıb. - İndiki şəraitdə ev almaq istəyənlər, yoxsa evini satmaq istəyənlər çoxdur? - Hazırda Türkiyədən ev almaq dövrüdür. Təbii ki, almaq istəyənlər çoxdur. Lirənin dəyərdən düşməsi ilə yanaşı, evlərin ucuzlaşması da, burada əsas rol oynamaqdadır. Vüsalə Abbasova | 2018-10-24 | Türkiyəli ekspert: “Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər” - MÜSAHİBƏ | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.99977 | https://report.az/biznes/turkiyeli-ekspert-azerbaycanli-investorlar-xususile-bu-ayin-sonuna-qederki-muddeti-yaxsi-deyerlendirmelidirler-musahi-be/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:23+00:00 |
|||
https://report.az/biznes/i-qtisadiyyat-naziri-gencede-vetendaslari-qebul-edib/ | Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Gəncə şəhərində vətəndaşları qəbul edib. “Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, qəbula gələn Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətlərini nazir dinləyib, məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların bağçılıq, tərəvəzçilik, kartof istehsalı, turizm obyektinin tikintisi, qaz avadanlıqlarının istehsalı, gips əsaslı tikinti materiallarının istehsalı və qablaşdırılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Gəncədə keçirilmiş qəbulda Gəncə şəhəri, Kəlbəcər və Daşkəsən rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinin həlli üçün tədbirlər görülüb. | 2018-09-21 | İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.999892 | https://report.az/biznes/i-qtisadiyyat-naziri-gencede-vetendaslari-qebul-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:29+00:00 |
|||
https://report.az/biznes/nazir-azerbaycan-bolqaristanla-infrastruktur-layiheleri-cercivesinde-emekdasliq-ede-biler/ | Bakı. 7 noyabr. REPORT.AZ/ Sofiyada Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda çıxış edən Müştərək Komissiyanın həmsədri Bolqarıstanın energetika naziri Temenujka Petkova Komissiyanın beşinci iclasının gündəliyi barədə qısa məlumat verib. Nazir Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Temenujka Petkova Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımında Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyətini vurğulayıb. İclasda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Müştərək Komissiyanın həmsədri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi və sosial göstəriciləri ilə regionun lider dövlətinə çevrilib. Nazir qeyd edib ki, bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Kənd təsərrüfatı naziri deyib: “25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur”. Nazir İnam Kərimov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, Bolqarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın Bolqarıstanın bu mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. İnam Kərimov Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa İttifaqı ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb. Azərbaycan və Bolqarıstan arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı, ticarət dövriyyəsinin həcmində müsbət dinamikanın müşahidə edildiyi qeyd olunub. Bununla belə, bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə ikitərəfli görüşü keçirilib. Dövlətimizin başçısının apardığı iqtisadi islahatlar çərçivəsində həyata keçirilən Bakı-Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələrinin iqtisadi əhəmiyyətindən bəhs edən İnam Kərimov Bolqarıstanla sözügedən layihələr çərçivəsində əməkdaşlığın mümkünlüyünü ifadə edib. Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokolun mətninin razılaşdırılması və tamamlanması məqsədilə hər iki tərəfin ekspertlərinin iştirakı ilə işçi qrupları şəkilində müzakirələr aparılıb. İclasda Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib. | 2018-11-07 | Nazir: 'Azərbaycan Bolqarıstanla infrastruktur layihələri çərçivəsində əməkdaşlıq edə bilər' | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999838 | https://report.az/biznes/nazir-azerbaycan-bolqaristanla-infrastruktur-layiheleri-cercivesinde-emekdasliq-ede-biler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:32+00:00 |
|||
https://report.az/biznes/azerbaycandan-bir-sira-istiqametlere-carter-ve-mutemadi-reysler-acilacaq/ | Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O bildirib ki, sözügedən məsələ ilə bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir: "Hindistan istiqamətində reyslərin açılması gözlənilir. Qərbi və Mərkəzi Avropa ölkələrinə - İsveçrə, Almaniya, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir və gözlənilir. Əsas məqsəd Azərbaycanı daha da yaxın etmək və turistlərin həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir. Azərbaycan turizmi üçün yeni bazarlar açılır, yəni həmin istiqamətlərdən insanlar bura cəlb edilir". Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını vurğulayan K.Quluzadə bildirib ki, bu istiqamətlərdə 2018-ci ilin sonuna qədər Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. "İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistlərin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlər vasitəsilə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək", - agentliyin nümayəndəsi əlavə edib. | 2018-10-06 | Azərbaycandan bir sıra istiqamətlərə çarter və mütəmadi reyslər açılacaq | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999977 | https://report.az/biznes/azerbaycandan-bir-sira-istiqametlere-carter-ve-mutemadi-reysler-acilacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:46+00:00 |
|||
https://report.az/biznes/asco-caspian-ecology-2018-sergisinde-temsil-olunur/ | Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Ekspo Mərkəzi”ndə bu gün işə başlayan IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində təmsil olunur. QSC-dən “Report”a verilən məlumata görə, sərginin açılış günündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə yanaşı, digər dövlət rəsmiləri, aparıcı yerli və xarici şirkətlərin nümayəndələri də iştirak ediblər. Nazir ASCO-nun stendi ilə yaxından tanış olub. Nazirə məlumat verilib ki, bu ilki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq yenilənmiş ASCO brendi ilə təmsil olunur. Qeyd edilib ki, Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. Bundan başqa, vurğulanıb ki, Gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və iki yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən beynəlxalq tələb və normalara tam cavab verəcək. Qeyd edək ki, ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur. Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir. | 2018-11-14 | ASCO “Caspian Ecology 2018” sərgisində təmsil olunur | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.999747 | https://report.az/biznes/asco-caspian-ecology-2018-sergisinde-temsil-olunur/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:49+00:00 |
|||
https://report.az/biznes/baki-biznes-tedris-merkezinin-legv-edilmesinin-sebebi-melum-olub/ | Bakı. 17 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin ləğv edilməsinin səbəbi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, qurumun səlahiyyətləri nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə verilib. Mərkəzin əməkdaşlarının ötən ilin sonuna yaxın yaradılmış bu yeni qurumda işlə təmin ediləcəyi gözlənilir. | 2018-10-17 | Bakı Biznes Tədris Mərkəzinin ləğv edilməsinin səbəbi məlum olub | Namiq Hüseynov | Report İnformasiya Agentliyi | az | 0.998622 | https://report.az/biznes/baki-biznes-tedris-merkezinin-legv-edilmesinin-sebebi-melum-olub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:53+00:00 |
|||
https://report.az/biznes/mdb-istirakci-dovletlerinin-gomruk-xidmetlerinin-kinoloji-strukturlarinin-yarislari-kecirilir/ | Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində "MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" başlayıb. Bu barədə “Report”a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Yarışlarda Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus gömrük xidmətlərinin komandaları da iştirak edir. Tədbirin açılış mərasimində çıxış edən DGK sədrinin müavini Əsgər Abdullayev bildirib ki, Azərbaycan gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur. Gömrük orqanlarında son dövrlərdə aparılan islahatların və modernləşdirmə siyasətinin ölkəmizdə yerli istehsalın və ixrac potensialının stimullaşdırılmasında, daxili bazarın qorunmasında mühüm rol oynadığını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, məqsəd münbit ticarət mühitinin yaradılması, beynəlxalq ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır. Azərbaycan gömrük xidmətinin qaçaqmalçılıq faktlarının aşkar edilməsində mühüm rol oynayan xidməti axtarış itlərinin yetişdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran Əsgər Abdullayev, bu məqsədlə Kinoloji Mərkəzdə müasir standartlara uyğun infrastrukturun qurulduğunu və 2015-ci ildən Kinoloji Mərkəzin Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusu aldığını vurğulayıb. O da qeyd olunub ki, cari ilin 8 ayı ərzində kinoloqların və kinoloji xidmət itlərinin səmərəli fəaliyyəti nəticəsində xidməti axtarış itləri tərəfindən gömrük sərhədindən qaçaqmalcılıq yolu ilə keçirilməyə cəhd göstərilən 882 kq narkotik vasitə, 20 400 ədəd müxtəlif markalı tütün məmulatları aşkar edilib. "MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" iştirakçılarına uğurlar arzulayan Əsgər Abdullayev turnirin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə və yarışlarda güclülərin qazanacağına əminliyini ifadə edib. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin rəisi Vladimir Filipov təmsil etdiyi qurum adından Azərbaycan gömrük xidmətinə təşəkkürünü bildirib və turnirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, 3 gün davam edəcək yarışlar "Əl yüklərində narkotik vasitələrin axtarışı", "Xidməti itlərin ümumi itaətetməsi", "Narkotik vasitələrin yük avtomobillərində axtarışı", "Narkotik vasitələrin minik avtomobillərində axtarışı", "Narkotik vasitələrin otaq şəraitində axtarışı" nominasiyaları üzrə keçiriləcək. | 2018-09-20 | MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının yarışları keçirilir | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999589 | https://report.az/biznes/mdb-istirakci-dovletlerinin-gomruk-xidmetlerinin-kinoloji-strukturlarinin-yarislari-kecirilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:30:56+00:00 |
|||
https://report.az/biznes/sumqayitda-kend-teserrufati-yarmarkasi-basqa-yere-kocurulur/ | Sumqayıt. 4 noyabr. REPORT.AZ/ Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürüləcək. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, köçürülməyə yerli sakinlərin çoxsaylı şikayətləri səbəb olub. Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır. Belə olan halda ərazidə yaşayan sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış poblemin aradan qaldırılması üçün bu adımı atıb. Yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək. Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir. | 2018-11-04 | Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa yerə köçürülür - FOTO | News Department | Report İnformasiya Agentliyi | az | 0.999981 | https://report.az/biznes/sumqayitda-kend-teserrufati-yarmarkasi-basqa-yere-kocurulur/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:19+00:00 |
|||
https://report.az/biznes/dgk-sedri-turkiye-sefiri-ile-gorusub/ | Bu barədə “Report”a DGK-dan məlumat verilib. Məlumata görə, S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Səfir E.Özoral iki ölkə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. | 2018-10-18 | DGK sədri Türkiyə səfiri ilə görüşüb | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999923 | https://report.az/biznes/dgk-sedri-turkiye-sefiri-ile-gorusub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:22+00:00 |
|||
https://report.az/biznes/i-qtisadi-i-slahatlarin-tehlili-ve-kommunikasiya-merkezi-bp-ile-anlasma-memorandumu-imzalayib/ | Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və "BP Azerbaijan" şirkəti arasında ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədi ilə qarşılıqlı anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar. Memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. V.Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətindən danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasına xidmət etməkdir: “BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsində deyil, həm də postneft dövrünün quruculuğunda iştirak edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP ilə əməkdaşlığı qeyri-neft sektorunun inkişafına Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan.com və Bir Pəncərə İxraca Dəstək Mərkəzi vasitəsilə daha çox töhfə verməsinə zəmindir. Yeni qurum kimi İİTKM-in institutsional inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur”. Bəxtiyar Aslanbəyli isə əlavə edib ki, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyatın güclənməsinə və böyüməsinə,dünyanın digər ölkələri ilə yeni kommersiya əlaqələrinin qurulmasına, ən əsası Azərbaycanın dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələrinin qurmasına yardım etməklə ölkənin gələcək inkişafına öz töhfəsini verib: “Bugünkü memorandumun imzalanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq”. Qeyd edək ki, memorandumun imza mərasimindən öncə "BP Azerbaijan" şirkətinin nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Daha sonra onlara Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edilib. "BP Azerbaijan" şirkətinin nümayəndələri isə bildiriblər ki, Azərbaycanın regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi iqtisadi islahatların həyata keçirilməsi sahəsində atılan strateji addımların nəticəsində mümkün olub. | 2018-10-15 | İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi BP ilə anlaşma memorandumu imzalayıb | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999478 | https://report.az/biznes/i-qtisadi-i-slahatlarin-tehlili-ve-kommunikasiya-merkezi-bp-ile-anlasma-memorandumu-imzalayib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:25+00:00 |
|||
https://report.az/biznes/prezident-i-lham-eliyev-son-15-il-erzinde-olkemizde-iqtisadiyyat-uc-defeden-cox-artib/ | Bakı. 22 oktyabr. REPORT.AZ/ "Son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb". "Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib. "Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək. İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir. Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib. Bu gün biz İmişlidə “ASAN Həyat” mərkəzinin açılışını qeyd edəcəyik. Bu, çox önəmli sosial layihədir. Bildiyiniz kimi, “ASAN” bizim intellektual məhsulumuzdur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Əminəm ki, İmişli rayonunda sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olacaqdır", - dövlət başçısı qeyd edib. Prezident İlham Əliyev deyib ki, Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir: "Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək. Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib: "İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq". | 2018-10-22 | Prezident İlham Əliyev: 'Son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb' | News Department | Report İnformasiya Agentliyi | az | 0.999381 | https://report.az/biznes/prezident-i-lham-eliyev-son-15-il-erzinde-olkemizde-iqtisadiyyat-uc-defeden-cox-artib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:46+00:00 |
|||
https://report.az/biznes/renessans-palace-36-ay-faizsiz-odenisle-premium-menziller-teklif-edir/ | Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda inşa olunan ən parlaq layihələrdən biri – “Renessans Palace”da məhdud müddət ərzində hissə-hissə ödəməklə premium mənzilə sahib olmaq şansı təklif olunur. Premium sinif yaşayış kompleksi yeni başlatdığı “Payız aksiyası” ilə bu imkanı yaradır. Kampaniyanın digər şərtləri isə aşağıdakı kimidir: “Payız aksiyası”ndan faydalanaraq premium kateqoriyalı mənzil sahibi olmaq istəyənlər 15%-dək endirim fürsətlindən faydalanacaq. Bu isə 36 000 AZN-dək daha az ödəniş etmək imkanı deməkdir. Kampaniya çərçivəsində “Renessans Palace”da mənzillərin kvadratı 1900 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Bu isə premium sinif yaşayış kompleksi üçün hazırkı bazar qiymətlərində aşağı sayılır. Şirkətdən əldə olunan məlumata görə “Payız aksiyası” “Renessans Palace”da elan olunacaq ən son endirim kampaniyasıdır. İlin sonunda kompleks yaşayışa təhvil veriləcəyi üçün mənzillərin qiymətində ciddi artım olması gözlənilir. Əlavə şərtlər və təkliflər barədə məlumatı 0125382977 və 0507158888 telefon nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar. | 2018-10-02 | “Renessans Palace” 36 ay faizsiz ödənişlə premium mənzillər təklif edir | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.99973 | https://report.az/biznes/renessans-palace-36-ay-faizsiz-odenisle-premium-menziller-teklif-edir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:55+00:00 |
|||
https://report.az/biznes/nyu-dehlide-hindistan-azerbaycan-hokumetlerarasi-komissiyasinin-5-ci-iclasi-kecirilir/ | Bakı. 11 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün işə başlamış və sabah başa çatacaq ticarət-iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının 5-ci iclasında iştirak etmək üçün Nyu Dehlidə səfərdədir. Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib. Komissiyanın Hindistan tərəfdən həmsədri isə bu ölkənin ticarət və sənaye naziri cənab Suresh Prabhudur. İclasda bir sıra məsələlərin, o cümlədən qarşılıqlı ticarət və investisiya qoyuluşu, nəqliyyat və yük daşınması, energetika, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, turizm, mədəniyyət, səhiyyə və əczaçılıq, kosmik sahələrdə əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir. Tərəflər həmçinin Hindistanın qərb limanlarını İran limanları vasitəsilə Azərbaycan və Rusiyaya birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaq. Xatırladaq ki, Hindistanla Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur. Hindistan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdəndir. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Hindistanın ONGC Videsh şirkəti Azəri-Çıraq-Günəşli (AÇQ) neft yatağında və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərində pay sahibidir. | 2018-10-11 | Nyu Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilir | Tural Asadi | Report İnformasiya Agentliyi | az | 0.999863 | https://report.az/biznes/nyu-dehlide-hindistan-azerbaycan-hokumetlerarasi-komissiyasinin-5-ci-iclasi-kecirilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:31:59+00:00 |
|||
https://report.az/biznes/tbiliside-mdb-nin-ferroerintiler-bazari-muzakire-olunub/ | Bakı. 27 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Ukraynanın “Metall-Ekspert” təşkilatı tərəfindən “MDB-nin ferroərintilər bazarı” IV beynəlxalq konfrans təşkil olunub. "Report" xəbər verir ki, konfransda dünya bazarı, həmçinin Ukrayna, Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Avropa və Asiya ölkələrinin bazar liderlərinin nümayəndələri iştirak ediblər. Tədbir ferroərintilər və manqan şirkətləri tərəfindən təşkil olunub. Konfransın məqsədi yerlərdə baş verən cari hadisələr, çağırış və imkanlar barədə fikir mübadiləsi aparmaq olub. Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamli İnkişaf Nazirliyinin xarici əlaqələr üzrə siyasət şöbəsinin rəhbəri Marina Maçaraşvili bu konfransın Gürcüstan üçün çox vacib olduğunu bildirib. "Məlumdur ki, ferroərintilər və konsentratlar Gürcüstanın ixrac məhsulları sırasında böyük yer tutur. 2017-ci ildə bu sahə üzrə yerli istehsal 309 mln. dollar təşkil edib ki, bu da ixracın ümumi həcminin 12%-ni təşkil edib. Buna görə də yeni bazarları tapmaq və mövcud bazarları dəstəkləmək çox vacibdir. İxrac bazarı şaxələndirilsə və bizim məhsul dünyanın 39 ölkəsinə ixrac olunsa da, yeni bazarlar tapmaq vacibdir. Buna görə də ümid edirik ki, bugünkü görüş yeni bazarlara çıxmaq imkanı yaradacaq”, - Maçaraşvili deyib. Konfrans zamanı təşkil olunmuş müzakirələr və analitik sessiyalarda iştirakçılar ayrı-ayrılıqda danışıqlar aparıblar. “Gürcüstan manqan şirkəti” MMC-nin maliyyə direktoru Merab Lominadze də konfransın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlər Gürcüstanda əvvəllər də mütəmadi olaraq keçirilib. Lominadze konfransın konkret nəticələr əldə edəcəyi və istehlak bazarının şaxələndirilməsi üçün yeni tərəfdaşların tapılmasına kömək edəcəyinə ümidvar olduğunu qeyd edib: “Ferroərintilər və manqanın istehsalı Gürcüstan iqtisadiyyatının lider sahələrindən biridir. Bu il Gürcüstanın beynəlxalq konfrans keçirməsi bu sektorun inkişafına imkan yaradacaq”. Beynəlxalq bazarlarda ferroərintilərə tələbat ilbəil artır, bu da Gürcüstanda istehsal güclərinin daha da artırılmasına zəmin yaradır. Beynəlxalq bazarda tələbata görə sektorun ixracı şaxələndirmək imkanı var, bu da Gürcüstanda manqan istehsalı tərəfindən uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, şirkətimiz Gürcüstan ixracatçıları arasında ən yaxşı bazarları şaxələndirə bilib. Gürcüstan istehsalına beynəlxalq istehsalçıların marağını görmək xoşdur”, - Merab Lominadze deyib. | 2018-09-27 | Tbilisidə MDB-nin ferroərintilər bazarı müzakirə olunub | News Department | Report İnformasiya Agentliyi | az | 0.998875 | https://report.az/biznes/tbiliside-mdb-nin-ferroerintiler-bazari-muzakire-olunub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:02+00:00 |
|||
https://report.az/biznes/azerbaycan-rusiya-i-sguzar-surasi-yerli-mehsullarin-rusiya-bazarinda-tanidilmasina-ve-satisinin-artirilmasina-destek-verecek/ | Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib. Şuranın sədri Səməd Qurbanov çıxış edərək bildirib ki, bu iclas sentyabrın 27-də keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilir. O bildirib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkənin iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub. S.Qurbanov vurğulayıb ki, Şura tərəfindən azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək. Sonda sahibkarların çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. | 2018-10-04 | Azərbaycan-Rusiya İşgüzar Şurası yerli məhsulların Rusiya bazarında tanıdılmasına və satışının artırılmasına dəstək verəcək | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999176 | https://report.az/biznes/azerbaycan-rusiya-i-sguzar-surasi-yerli-mehsullarin-rusiya-bazarinda-tanidilmasina-ve-satisinin-artirilmasina-destek-verecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:16+00:00 |
|||
https://report.az/biznes/sumqayit-kimya-senaye-parkina-investisiyalar-3-mlrd-dollara-catdirilacaq/ | Bakı. 16 noyabr. REPORT.AZ/ “Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcək”. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı tütün məmulatları istehsalı fabrikinin açılışında bildirib. “Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 mln. dollar, ferroərintilər zavoduna 25 mln. dollar və inşaat materialları zavoduna isə 3,5 mln. dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 mln. dollara çatacaq, ferroərintilər zavoduna isə 100 mln. dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi”, - deyə o, qeyd edib. “Mən 2011-ci ilin sonunda müvafiq fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir”, - deyə dövlət başçısı əlavə edib. İ.Əliyevin sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir: “Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək. Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 mlrd. dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 mlrd. dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək”. "Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 mlrd. ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 mlrd.dır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10% isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir", - deyə o, qeyd edib. | 2018-11-16 | Sumqayıt Kimya Sənaye Parkına investisiyalar 3 mlrd. dollara çatdırılacaq | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.999689 | https://report.az/biznes/sumqayit-kimya-senaye-parkina-investisiyalar-3-mlrd-dollara-catdirilacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:19+00:00 |
|||
https://report.az/biznes/the-wall-street-journal-abs-venesualanin-qizil-ixracina-sanksiya-tetbiq-edecek/ | Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşıb. “Report” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb. Məqalədə deyilir ki, bu günlərdə elan ediləcək sanksiyaların məqsədi saxta şirkətlər vasitəsilə “çirkli pullar”ın hərəkətinin qarşısını almaqdır. Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Mayamidə bəyanatla çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, bir qədər əvvəl Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib. | 2018-11-01 | “The Wall Street Journal”: ABŞ Venesualanın qızıl ixracına sanksiya tətbiq edəcək | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.99735 | https://report.az/biznes/the-wall-street-journal-abs-venesualanin-qizil-ixracina-sanksiya-tetbiq-edecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:22+00:00 |
|||
https://report.az/biznes/stavropolun-ticaret-ve-senaye-palatasi-ile-ask-arasinda-emekdasliq-muqavilesi-imzalanib/ | Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının dəvəti ilə azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti Stavropol şəhərinə səfər edib. "Report" bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir. Konfederasiyasının baş katibin müavini Fuad Hümbətovun rəhbərlik etdiyi nümayəndə heyətinə "Azersun Holdinq", Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir. Səfər çərçivəsində bu gün bölgənin iş adamları ilə b2b görüşlər keçirilib. Stavropol vilayətinin Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK tərəfdən baş katibin müavini Fuad Hümbətov, digər tərəfdən isə Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Obelenes imzalayıb. Digər əməkdaşlıq müqaviləsi isə ASK ilə Stavropol vilayətində Sahibkarlığa Dəstək Fondu arasında imzalanıb. Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayəsi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər. | 2018-09-21 | Stavropolun Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq müqaviləsi imzalanıb | Nərmin Rəhimova | Report İnformasiya Agentliyi | az | 0.999885 | https://report.az/biznes/stavropolun-ticaret-ve-senaye-palatasi-ile-ask-arasinda-emekdasliq-muqavilesi-imzalanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:25+00:00 |
|||
https://report.az/biznes/cin-abs-la-ticaret-meslehetlesmelerinden-imtina-edib/ | Bakı. 22 sentyabr. REPORT.AZ/ Çin ABŞ-ın onun istehsalı olan daha 200 mlrd. dollar dəyərində 10%-lik gömrük rüsumu tətbiq etməsinə cavab olaraq bu ölkə ilə ticarət məsləhətləşmələrindən imtina edib. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. Xatırladaq ki, Çinin Dövlət Şurasının sədr müavini Liu Xe gələn həftə ABŞ-a rəsmi səfər etməyi planlaşdırırdı. Bundan başqa, Çinin yüksək səviyyəli rəsmi şəxslərindən ibarət nümayəndə heyətinin ABŞ-a göndərilməsinə dair planlar var idi. İndi isə bütün bu planlar təxirə düşüb. Xatırladaq ki, Çin də ABŞ istehsalı olan 60 mlrd. dollarlıq məhsula gömrük rüsumu tətbiq etməyi planlaşdırır. | 2018-09-22 | Çin ABŞ-la ticarət məsləhətləşmələrindən imtina edib | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999731 | https://report.az/biznes/cin-abs-la-ticaret-meslehetlesmelerinden-imtina-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:46+00:00 |
|||
https://report.az/biznes/sefir-bakida-ukrayna-ticaret-evinin-acilisinin-ilin-sonuna-qeder-bas-tutacagi-planlasdirilir/ | Bakı. 15 noyabr. REPORT.AZ/ Ukrayna tərəfi Bakıda Ukrayna Ticarət Evinin açılışına hazırlıqlarını, demək olar ki, tamamlayıb. Struktur Azərbaycanda qeydiyyatdan keçib. Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. "Artıq məkan hazırdır, onu hazırlamışıq. Yayda Kiyevdə Azərbaycan Ticarət Evini açan Azərbaycan tərəfi ilə müqayisədə, əlbəttə ki, bir az gecikirik. İndi isə bizim növbəmizdir. Ukraynanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərini gözləyirik ki, Ticarət Evinin müvafiq şəkildə açılışını edək", - A.Mişenko deyib. Onun sözlərinə görə, hazırda nümayəndə heyətinin Bakıya səfərinin tarixi məsələsi Ukrayna Prezidentinin Administrasiyası tərəfindən işlənir. "Ukrayna və Azərbaycan arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək bu vacib strukturun açılışını kimin və nə vaxt gələcəyinə dair qərarı gözləyirik. Ticarət Evinin ilin sonuna qədər açılacağını gözləyirik", - ukraynalı diplomat qeyd edib. | 2018-11-15 | Səfir: 'Bakıda Ukrayna Ticarət Evinin açılışının ilin sonuna qədər baş tutacağı planlaşdırılır' | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999339 | https://report.az/biznes/sefir-bakida-ukrayna-ticaret-evinin-acilisinin-ilin-sonuna-qeder-bas-tutacagi-planlasdirilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:32:52+00:00 |
|||
https://report.az/biznes/baki-aeroportunda-taksi-xidmeti-teleblere-cavab-vermir/ | Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisinə Heydər Əliyev Beynəlxalq Aeroportundan daxil olan yerli və xarici vətəndaşlar hava limanında taksi xidməti ilə bağlı vəziyyətdən narazıdır. "Report"un məlumatına görə, buna səbəb taksi sürücülərinin təyyarədən yeni düşmüş sərnişinlərin üstünə hücum çəkməsi, onları az qala zorla maşınlarına mindirərək harasa aparmaq istəməsidir. Üstəlik sürücülər potensial müştəriləri bacardıqca aldatmağa, onlara bazar qiymətindən azı 2 dəfə baha xidmət göstərməyə çalışırlar. Məsələn, aeroportdan şəhərin mərkəzinə getməyin haqqı maksimum 8-10 manat olduğu halda, insanlardan 15-20 manat tələb edilir. Halbuki, həmin yolu "Baku Bus" MMC-nin ekspress avtobusları ilə 1 manata belə getmək mümkündür. Amma taksi sahibləri vətəndaşlara heç avtobus dayanacağına getməyə imkan belə vermək istəmir. Məsələ ilə bağlı "Report"a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev da etiraf edib ki, aeroportda taksi xidmətinin keyfiyyəti qənaətbəxş deyil. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Hava limanı da ölkənin giriş qapısıdır və təyyarə ilə Azərbaycana gələnlərin ilk təəssüratı oradakı taksi xidmətinin hesabına formalaşır. Bu səbəbdən də orda xidmətin keyfiyyəti artırılmalıdır" "Hava limanındakı vəziyyət BNA-nı qane etmir. Orada müəyyən taksi şirkətləri xidmət göstərsə də, həmin xidmət tələblərə tam cavab vermir. Hava limanı da ölkənin giriş qapısıdır və təyyarə ilə Azərbaycana gələnlərin ilk təəssüratı oradakı taksi xidmətinin hesabına formalaşır. Bu səbəbdən də orda xidmətin keyfiyyəti artırılmalıdır. BNA ekspress xətt avtobusları ilə hava limanından metronun "28 may" stansiyasına qədər sərnişindaşımanı təşkil edib. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq aeroportda taksi xidmətinin təşkili ilə bağlı konsepsiya hazırlanıb. Bunun icrası nəticəsində hava limanında həm vətəndaşlarımıza, həm də xarici ölkə vətəndaşlarına keyfiyyətli taksi xidmətinin göstərilməsinə nail olacayıq", - M.Ağayev qeyd edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev isə "Report"a bildirib ki, hazırda 2 taksi şirkəti hava limanında xidmət göstərmək hüququna malikdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev "Əsas məqsəd sərnişinlə taksi sürücüsü arasındakı dialoqu tamamilə aradan qaldırmaqdır" “Həmin şirkətlərə məxsus avtomobillərin aeroportun qarşısındakı zolaqlarda dayanmasına icazə verilib. Bundan başqa, hava limanının terminalları daxilində taksi dayanacaqları yaradılıb. Terminalların çıxışında isə taksilərlə bağlı məlumat lövhələri yerləşdirilib. Həmin lövhələrdə taksi şirkətləri haqqında məlumatlar var. Əsas məqsəd sərnişinlə taksi sürücüsü arasındakı dialoqu tamamilə aradan qaldırmaqdır”, - o bildirib. Foto/Video: Elçin Murad | 2018-11-23 | Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - VİDEOREPORTAJ | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.999255 | https://report.az/biznes/baki-aeroportunda-taksi-xidmeti-teleblere-cavab-vermir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:02+00:00 |
|||
https://report.az/biznes/dovlet-gomruk-komitesinin-sedri-sumqayitda-vetendaslari-qebul-edib/ | Bu barədə “Report”a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Qeyd edilib ki, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda bölgədə yerləşən və aidiyyəti rayonların - Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Bildirilib ki, qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. | 2018-12-01 | Dövlət Gömrük Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/biznes/dovlet-gomruk-komitesinin-sedri-sumqayitda-vetendaslari-qebul-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:19+00:00 |
|||
https://report.az/biznes/nazirlik-serab-ixracinda-yaranmis-problem-hell-edilib/ | Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan şərablarının Rusiyaya ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiyaya ezam olunub. Bu barədə “Report”a Nazirlikdən bildirilib. Məlumata görə, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib. | 2018-11-26 | Nazirlik: “Şərab ixracında yaranmış problem həll edilib” | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/biznes/nazirlik-serab-ixracinda-yaranmis-problem-hell-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:22+00:00 |
|||
https://report.az/biznes/amcham-doing-business-2019-reytinqinde-azerbaycanin-ehemiyyetli-irelileyisini-alqislayib/ | Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) ötən illə müqayisədə “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə yüksələrək reytinqdə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirib. "Report"un məlumatına görə, Ticarət Palatasının icraçı direktoru xanım Natəvan Məmmədova deyib ki, Azərbaycan ötən il 8 islahat həyata keçirib ki, bu, bütün ölkələr arasında ən yüksək göstəricidir: “Bu göstərici ölkəmizdə biznes mühitinin inkişafı üçün həyata keçirilən növbəti islahatların bariz nəticəsi, eyni zamanda Strateji Yol Xəritələrində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir”. Onun sözlərinə görə, sahibkarlığa dəstək məqsədilə aparılan islahatlar biznes mühitinin bütün sahələri, xüsusilə də biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı və bir sıra başqa sahədə müsbət dəyişikliklərə şərait yaradıb. “Hesabatın nəticələri ölkəmizə daha çox xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaq. İnanırıq ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması və dayanıqlı inkişafı təmin edilməsi üçün iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək. Yaxın gələcəkdə Rəqabət Məcəlləsi, İnvestisiya Fəaliyyəti haqqında yeni qanunun qəbulu və gözlənilən vergi islahatları ölkəmizin biznes mühitinin inkişafına növbəti töhfə olacaq və beynəlxalq hesabatlarda Azərbaycanın reytinqinin daha da yüksəlməsinə rəvac verəcək”, -N.Məmmədova bildirib. O həmçinin “AmCham Azerbaijan"ın bu məqsədlə hökumətlə əməkdaşlıq etməyə və Palatanın öz təcrübə və biliklərini bölüşməyə hər zaman hazır olduğunu da ifadə edib. “AmCham Azerbaijan” ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəalliyyət göstərən 280-dən çox üzv və köməkçini özünü birləşdirir. “AmCham Azerbaijan” ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir. | 2018-11-02 | “AmCham” “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayıb | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.999694 | https://report.az/biznes/amcham-doing-business-2019-reytinqinde-azerbaycanin-ehemiyyetli-irelileyisini-alqislayib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:32+00:00 |
|||
https://report.az/biznes/bloomberg-abs-in-rusiyaya-qarsi-yeni-sanksiyalari-noyabra-qeder-qebul-olunmayacaq/ | Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ Konqresində noyabrın ortalarında keçiriləcək seçkilərə qədər yeni antirusiya sanksiyalarının layihəsi təsdiq olunmayacaq. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə respublikaçı senatorun köməkçisi bildirib. Qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiyalar enerji layihələrinə və dövlət borcuna məhdudiyyətləri nəzərdə tutur. "Hesab olunur ki, ABŞ-ın nümayəndələr palatası noyabrın 6-da konqresdə keçiriləcək seçkilərə qədər bu mövzuya qayıtmayacaq. Həmin vaxta qədər konqresdə sanksiyalarla bağlı səsvermə planlaşdırılmır" - deyə mənbə qeyd edib. Buna baxmayaraq, yeni sanksiyalar üzrə layihənin həmmüəlliflərindən olan senator Kris Van Xollen hesab edir ki, senat Rusiyaya qarşı bu sanksiyaları noyabrın 6-da keçiriləcək seçkilərə qədər də qəbul edə bilər. | 2018-09-27 | 'Bloomberg': ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları noyabra qədər qəbul olunmayacaq | Nərmin Rəhimova | Report İnformasiya Agentliyi | az | 0.998924 | https://report.az/biznes/bloomberg-abs-in-rusiyaya-qarsi-yeni-sanksiyalari-noyabra-qeder-qebul-olunmayacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:46+00:00 |
|||
https://report.az/biznes/kobi-a-ya-1-mln-avro-yardim-ayrilacaq/ | İlk xəbər saat 11:49-da verilib Bakı. 22 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 mln. avro yardım ayıracaq. "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransından Aİ-nın yerli nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas məlumat verib. “Aİ-nın Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyə qədər KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin Agentliyə 1 mln. avro yardım göstərəcəyik”, - o qeyd edib. Bundan başqa, səfirin sözlərinə görə, Aİ-nın Azərbaycan Mikromaliyyə Asssosiasiyası (AMFA) ilə birgə kənd yerlərinə dəstəklə bağlı dəyərti 10 mln. ABŞ dolları olan təşəbbüsü var: “Yaxın aylarda AMFA 4 əsas regionun inkişafı üçün qrantların yönəldiləcəyi istiqamətləri açıqlayacaq. 2020-ci ildə Lənkəran iqtisadi zonasının inkişafına başlayacağıq. Burada əsas məsələ meyvə- tərəvəzçiliyin inkişafı, rəqabət qabiiyyətinin artırılmasıdır”. *** AMFA-nın icraçı direktoru Jalə Hacıyeva isə bildirib ki, Aİ-nın maliyyələşdirəcəyi layihə məşğulluğun artırılması və Azərbaycanın regionlarında mikrobiznesin inkişafı, ev təsərrüfatlarında gəlirlərin artırılması üçün şərait yaratmaqla yanaşı uzun müddətli dayanıqlılığı təmin edəcək: "AMFA olaraq inanırıq ki, Maliyyə Bazarların Nəzarət Palatası maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması ilə yanaşı mikromaliyyə institutlarının da ödəniş sistemlərinə inteqrasiyası istiqamətində planlaşdırılmış tədbirlərin həyata keçirilməsini sürətləndirəcək. Bu, xüsusilə regionlarda və kənd yerlərində maliyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması, müştərilərə hərtərəfli və keyfiyyətli xidmətlərin göstərilməsi, regional iqtisadi inkişafa və məşğulluğa dəstək verilməsini hədəfləyən bir tədbir kimi "Maliyyə Xidmətlərinin İnkişafı üzrə Strateji Yol Xəritəsi"nin icrasından gözlənilən nəticələrdən biridir". | 2018-11-22 | KOBİA-ya 1 mln. avro yardım ayrılacaq - ƏLAVƏ OLUNUB | Nərmin Rəhimova | Report İnformasiya Agentliyi | az | 0.999901 | https://report.az/biznes/kobi-a-ya-1-mln-avro-yardim-ayrilacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:33:49+00:00 |
|||
https://report.az/biznes/turkmenistan-azerbaycanda-ticaret-evi-acmaq-isteyir/ | Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətovla Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi-konsul Batur Rejepov arasında görüş keçirilib. "Report" bu barədə ASK-ya istinadən xəbər verir. Son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan B.Rejepov noyabrın 21-22-də Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanmış 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib. Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb. Diplomat bildirib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub. B.Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı ASK-dan onlara dəstək verilməsini xahiş edib. F.Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz verib. | 2018-12-03 | Türkmənistan Azərbaycanda ticarət evi açmaq istəyir | Economic Department | Report İnformasiya Agentliyi | az | 0.999337 | https://report.az/biznes/turkmenistan-azerbaycanda-ticaret-evi-acmaq-isteyir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:34:16+00:00 |
|||
https://report.az/biznes/agentlik-sahibkarlari-qanunsuz-odenislerden-azad-etmek-ucun-onlayn-qeydiyyat-sistemi-tetbiq-olunacaq/ | Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirəcək. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunacaq. Sistem Agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır. Bu sahibkarlara qeydiyyat müqavilələrini və ödənişlərini görmək və onları vaxt itirmədən yeniləmək imkanı verir. Nümayiş olunacaq digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə Agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir. 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında, həmçinin ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar sərgilənəcək. Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdıracaq. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə biləcəklər. Qeyd edək ki, 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı 4 - 7 dekabr 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. | 2018-10-16 | Agentlik: Sahibkarları qanunsuz ödənişlərdən azad etmək üçün onlayn qeydiyyat sistemi tətbiq olunacaq | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999789 | https://report.az/biznes/agentlik-sahibkarlari-qanunsuz-odenislerden-azad-etmek-ucun-onlayn-qeydiyyat-sistemi-tetbiq-olunacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:34:19+00:00 |
|||
https://report.az/biznes/almaniya-sefirliyi-olke-sahibkarlarini-azerbaycanda-pese-tehsilinin-inkisafina-pul-qoymaga-cagirib/ | Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfransı fəaliyyətə başlayıb. "Report" xəbər verir ki, tədbirin əsas təşkilatçısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır. Tədbiri giriş sözü ilə açan ASK prezidenti Məmməd Musayev son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələr haqqında danışıb. O qeyd edib ki, son illər ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dollarından çox sərmayə qoyulub ki, onun da 50%-dən çoxu xarici sərmayələrdir. ASK prezidenti peşə təhsilinin Azərbaycan sahibkarları üçün önəmini də vurğulayıb. Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini xanım Suehl isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır. O, həmçinin Almaniya sahibkarlarını bu sahəyə maraq göstərməyə çağırıb. Təhsil nazirinin müavini Firudin Qurbanov isə son 15 ildə Azərbaycanın peşə təhsili sahəsində bir çox uğurlar əldə etdiyini bildirib: "Peşə təhsili Azərbaycanda ixtisaslı kadrların hazırlanmasında və ÜDM-in səviyyəsinin artırılmasında xüsusi əhəmiyyətə malikdir. Son illər peşə təhsili sahəsində aparılan rasionallaşma siyasəti nəticəsində Bakı, Gəncə və Qəbələdə 34 peşə təhsili müəssisəsinin bazasında 14 peşə təhsili müəssisəsi yaradılıb". | 2018-10-16 | Almaniya səfirliyi ölkə sahibkarlarını Azərbaycanda peşə təhsilinin inkişafına pul qoymağa çağırıb | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999276 | https://report.az/biznes/almaniya-sefirliyi-olke-sahibkarlarini-azerbaycanda-pese-tehsilinin-inkisafina-pul-qoymaga-cagirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:34:52+00:00 |
|||
https://report.az/energetika/con-bolton-abs-i-ranin-neft-ixracinin-qarsisini-almaq-ucun-tezyiqlerini-daha-da-artiracaq/ | Bakı. 13 noyabr. REPORT.AZ/ "ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq". “Report” TASS-a istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərlə görüşü zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib. “Elə əvvəldə məqsədimiz İranın neft ixracının qarşısını almaq olub. İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır. İngilislərin atalar sözündə deyildiyi kimi, ciyiltiləri çıxanadək sıxışdırmaq”, - C.Bolton qeyd edib. Qeyd edək ki, noyabrın 5-dən ABŞ hökuməti İranın neft ixracına qarşı yönələn əlavə sanksiyalar tətbiq edərək bütün ölkələri İran neftinin idxalını dayandırmağa çağırıb. | 2018-11-13 | Con Bolton: 'ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq' | Aydan Topçibaşeva | Report İnformasiya Agentliyi | az | 0.998672 | https://report.az/energetika/con-bolton-abs-i-ranin-neft-ixracinin-qarsisini-almaq-ucun-tezyiqlerini-daha-da-artiracaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:14:00+00:00 |
|||
https://report.az/energetika/sabirabadda-mecburi-kockunlerin-meskunlasdigi-qesebeye-qaz-verilib/ | Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. | 2018-11-19 | Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə qaz verilib | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999562 | https://report.az/energetika/sabirabadda-mecburi-kockunlerin-meskunlasdigi-qesebeye-qaz-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:14:03+00:00 |
|||
https://report.az/energetika/gelen-il-qalmaz-yeralti-qaz-anbarinda-aktiv-qaz-hecminin-1-5-mlrd-kubmetre-catdirilmasi-planlasdirilir/ | Bakı. 25 may. REPORT.AZ/ Gələn ilin may ayına kimi “Qalmaz” yeraltı qaz anbarı sahəsində aktiv qaz həcminin 1,5 mlrd. kubmetr olmaqla bufer qaz həcminin 2,3 mlrd. kubmetrə çatdırılması üçün işlər görüləcək. “Report” xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Rövşən Qarayev “Qalmaz” yeraltı qaz anbarı sahəsində keçirilən texniki müşavirədə bildirib. Onun sözlərinə görə, bunun üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində mühüm tədbirlər – yeni quyuların qazılması, yerüstü avadanlıqların – qaz təsərrüfatınin yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçiriləcək. Müşavirə zamanı qeyd olunub ki, bu il ərzində “Qalmaz” yeraltı qaz anbarı sahəsində 3-cü bloka 6, 4-cü bloka 15 yeni quyunun qazılması planlaşdırılır. Sözügedən sahədə 6 yeni kompressor stansiyasının tikilərək 2019-cu ilin qazvurma mövsümünə kimi başa çatdırılması nəzərdə tutulur. Yeni tikiləcək kompressor stansiyalarının avadanlıqlarının təchiz edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. 3-cü blokun qaz paylama məntəqəsində 15 ədəd quyu üçün yeni manifold sisteminin tikintisi həyata keçiriləcək. Bu məqsədlə anbarlarda, eləcə də kompressor və elektrik təsərrüfatlarında mühüm yenidənqurma və genişləndirilmə işlərinin aparılacağı bildirilib. Qeyd edək ki, hazırda "Qalmaz" yeraltı qaz anbarı sahəsində aktiv qazın həcmi 1 mlrd. kubmetr təşkil edir. | 2018-05-25 | Gələn il “Qalmaz” yeraltı qaz anbarında aktiv qaz həcminin 1,5 mlrd. kubmetrə çatdırılması planlaşdırılır | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.99912 | https://report.az/energetika/gelen-il-qalmaz-yeralti-qaz-anbarinda-aktiv-qaz-hecminin-1-5-mlrd-kubmetre-catdirilmasi-planlasdirilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:14:13+00:00 |
|||
https://report.az/energetika/agdam-ve-salyanin-yasayis-menteqelerine-qaz-verilib/ | Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Ağdam rayonunun Mirzələr qış otlağı ərazisinə və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə və Salyan rayonunun Peyk kəndinə ilk dəfə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağdam rayonunda keçirilən tədbirdə bildirilib ki, ümumilikdə, 388 fərdi evdən ibarət olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 072 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Salyan rayonunda da qeyd edilib ki, 232 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 31 013 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. | 2018-11-01 | Ağdam və Salyanın yaşayış məntəqələrinə qaz verilib | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999884 | https://report.az/energetika/agdam-ve-salyanin-yasayis-menteqelerine-qaz-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:14:39+00:00 |
|||
https://www.azadliq.org/a/laura-cooper/29637155.html | Prezident İlham Əliyev dekabrın 4-də ABŞ müdafiə naziri müavininin müşaviri Laura K Cooper-inbaşçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir ki, görüş zamanı hərbi sahədə ikitərəfli münasibətlər müzakirə edilib. İlham Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton-un və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərin inkişafındakı rolundan danışıb. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən prezident enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib. O, ABŞ hökumətinin və şəxsən ABŞ prezidentinin "Cənub" qaz dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi bu baxımdan yüksək qiymətləndirib. Dövlət başçısı həm NATO çərçivəsində, həm də ikitərəfli əsaslarla Əfqanıstandakı sülhməramlı qüvvələrə dəstək göstərildiyini də qeyd edib. Xanım Cooper deyib ki, bu səfərdən məqsəd Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin davam etdirilməsidir. Onun sözlərinə görə, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Cooper terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. | 2018-12-04 | Laura Cooper: ‘ABŞ Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir’ | Azadliq Radiosu | Xəbərlər | AzadlıqRadiosu | Azadlıq Radiosu | az | 1 | https://www.azadliq.org/a/laura-cooper/29637155.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:48:26+00:00 |
|
https://www.azadliq.org/a/mammad-ibrahim/29637135.html | AXCP sədrinin müşaviri, cəza müddətinin başa çatmasına iki gün qalmış haqqında cinayət işi başlanan Məmməd İbrahimin yatağından kəsici alət tapıldığını iddia edən üç nəfər hal şahidi məhbusların heç biri artıq 16 saylı cəzaçəkmə müəssisəsində yoxdur. İkisi azadlığa buraxılıb, biri də məntəqə tipli müəssisəyə köçürülüb. Onlar hal şahidi qismində tanınsalar da, heç biri məhkəməyə gəlməmişdi. Lakin Məmməd İbrahimin vəkili onların məhkəmədə dindirilməsində israrlıdır. Dekabrın 4-də Suraxanı rayon məhkəməsində Məmməd İbrahimin işi üzrə 16 saylı cəzaçəkmə müəssisəsinin baş nəzarətçisi Kamil Məmmədov, Mehman Əhmədov, dəstə rəisi Tacəddin Mənsimov, əməliyyat bölməsinin inspektoru Fərid Cəfərov və Ramin Xəlilov şahid qismində dindirilib. Təxminən eyni məzmunlu ifadələr verən müəssisə əməkdaşları deyib ki, məhkumlar arasında Məmməd İbrahimdə qadağan olunmuş əşya olması barədə söhbət gəzirdi. Bu məlumat əsasında da müəssisənin rəisi onun yatağında axtarış aparılmasına göstəriş verib. Axtarış vaxtı döşəyin içindən bıçaq tiyəsi tapılıb. Amma axtarışın nəticəsi barədə protokolun harada və nə vaxt yazılması və başqa məsələlər barədə şahidlərin ifadələri arasında ziddiyyətlər olub. "Bu adamlarla biz üz-üzə gəlmişik. Mən də bilirəm, onları məcbur ediblər. Onlar da bilir, nə var, nə yox. İndi onlara burada nə sual verim? Onları utandırmaq istəmirəm", – Məmməd İbrahim belə deyib. Məhkəmə dekabrın 25-də davam edəcək. Xatırlatma Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Məmməd İbrahimin ittiham olunduğu 317-2.1 maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub. Penitensiar Xidmət Məmməd İbrahimin yatağına kəsici alətin müəssisənin əməkdaşları tərəfindən atılması barədə söylədiklərini əsassız sayır. | 2018-12-04 | Məmməd İbrahimin əleyhinə ifadə verən məhkumlar azadlığa çıxıb | Azadliq Radiosu | Xəbərlər | AzadlıqRadiosu | Azadlıq Radiosu | az | 0.999749 | https://www.azadliq.org/a/mammad-ibrahim/29637135.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz | 2018-12-04T14:48:29+00:00 |
|
https://report.az/energetika/turkiye-prezidenti-bu-gun-bolgemiz-ve-olkemiz-ucun-tarixi-bir-addim-atiriq/ | Bakı. 12 iyun. REPORT.AZ/ "Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq. "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik". "Report" xəbər verir ki, Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, həmçinin bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm. Həmçinin mərasimdə iştirak edənlərə bütün prezidentlərə, nazirlərə, millət vəkillərinə təşəkkür edirəm". "TANAP layihəsi sayəsində Xəzər dənizindən hasil olunan təbii qaz ilk dəfə olaraq Avropaya nəql olunacaq. Bilirsiniz ki, bu bölgənin zəngin enerji resurslarının Avropaya daşıması üçün ilk dəfə cəhd edilmir. Bu yola Bakı-Tbilisi-Ceyhan xam nefti boru kəməri layihəsi ilə çıxdıq. Azərbaycan və Gürcüstanla olan strateji əməkdaşlığımızı Azərbaycan qazını Türkiyəyə gətirən Bakı-Tbilisi-Ərzurum layihəsi ilə davam etdirdik. İşbirliyimiz təkcə enerji layihələri ilə bitmədi. Son olaraq, nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəyərli qardaşım Azərbaycan prezidenti İlham Əliyevlə bərabər gerçəkləşdirdik. Bununla da Londonla Çini maneəsiz əlaqələndirdik. TANAP ortaq baxışımızın ən son nəticəsidir. Enerji bazarında dəyişikliklərə və ehtiyaclara cavab verən bu layihə eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz yeni layihələr üçün müjdədir", - deyə o, bildirib. Prezident həmçinin qeyd edib ki, TANAP layihəsinin istismara verilməsi Türkiyəyə enerji habına çevrilmək istiqamətində daha bir addım atmağa imkan verəcək və yüzlərlə müəssisəni işlə təmin edəcək. R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə indiyə qədər enerji, nəqliyyat, ticarət sahələrində bir sıra uğurlu layihələr reallaşdırıb: "Ölkəmiz yatırım üçün güvənlidir". | 2018-06-13 | Türkiyə prezidenti: 'Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq' | Şamil Əlibəyli | Report İnformasiya Agentliyi | az | 0.999703 | https://report.az/energetika/turkiye-prezidenti-bu-gun-bolgemiz-ve-olkemiz-ucun-tarixi-bir-addim-atiriq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:14:46+00:00 |
|||
https://report.az/energetika/azerenerji-hazirda-olke-uzre-enerji-techizati-90-e-catdirilib/ | Bakı. 3 iyul. REPORT.AZ/ "Yaxın 1 saat ərzində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyətini dayandırmış bloklarından 2-si işə salınacaq". Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Y.Babanlı bildirib ki, hazırda ölkə üzrə enerji təchizatı 90%-ə çatdırılıb. Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir. İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. | 2018-07-03 | “Azərenerji”: “Hazırda ölkə üzrə enerji təchizatı 90%-ə çatdırılıb” | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999255 | https://report.az/energetika/azerenerji-hazirda-olke-uzre-enerji-techizati-90-e-catdirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:05+00:00 |
|||
https://report.az/energetika/bp-nin-bas-icraci-direktoru-gelen-hefte-sahdeniz-2-den-ilk-kommersiya-qazi-neql-olunacaq/ | Bakı. 28 iyun. REPORT.AZ/ Gələn həftə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk kommersiya qazı nəql olunacaq. “Report” xəbər verir ki, bunu 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə şirkətin baş icraçı direktoru Bob Dadli bildirib. “Gələn həftə “Şahdəniz 2”dən ilk kommersiya tədarükünün şahidi olacağıq”,- o qeyd edib. BP-nin baş icraçı direktoru Cənub Qaz Dəhlizi layihəsinin dünyanın ən böyük enerji layihələrindən biri olduğunu vurğulayıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyədə (Eskişehir) TANAP-ın rəsmi açılış mərasimi baş tutub. Azərbaycan qazının 2020-ci ilin əvvəlində Avropaya nəqli nəzərdə tutulur. | 2018-06-28 | BP-nin baş icraçı direktoru: “Gələn həftə “Şahdəniz 2”dən ilk kommersiya qazı nəql olunacaq” | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.999326 | https://report.az/energetika/bp-nin-bas-icraci-direktoru-gelen-hefte-sahdeniz-2-den-ilk-kommersiya-qazi-neql-olunacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:15+00:00 |
|||
https://report.az/energetika/azeriqaz-seyyar-asan-kommunal-cercivesinde-kurdexanida-xidmetler-gosterecek/ | Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin 6 noyabr - 5 dekabr tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəxanı qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək. “Azəriqaz”dan “Report”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək (ünvan;Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Bələdiyyə binasının yanı). Bildirilib ki, vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər. Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır. | 2018-11-06 | “Azəriqaz” səyyar “ASAN Kommunal” çərçivəsində Kürdəxanıda xidmətlər göstərəcək | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999983 | https://report.az/energetika/azeriqaz-seyyar-asan-kommunal-cercivesinde-kurdexanida-xidmetler-gosterecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:22+00:00 |
|||
https://report.az/energetika/bp-yeni-qlobal-onlayn-portal-istifadeye-verib/ | Bakı. 18 oktyabr. REPORT.AZ/ BP bu gün "Bacarıqlar Fabriki" (Skills Refinery) adlı yeni qlobal onlayn portalı istifadəyə verib. Şirkətdən “Report”a verilən məlumata görə, portal tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. "Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə beş bacarıq sahəsində, yəni kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz bacarıqlarını sınamaq və inkişaf etdirmək fürsəti verir. Bildirilib ki, sözügedən platforma ən son rəqəmsal texnologiyalardan istifadə etməklə oyun elementləri olan onlayn portal şəklində yaradılıb. Burada tələbələr özlərinin vacib peşəkar bacarıqlarını artırmağa kömək edən resurslar tapa, eyni zamanda əylənə biləcəklər. "Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, öz nailiyyətlərini izləməyə və beş bacarığın peşəkar aləmdə daşıdığı praktiki əhəmiyyəti aşkar etməyə imkan verəcək. Rəqabət və həyəcan hissini artırmaq məqsədilə, "Bacarıqlar Fabrikinin" (Skills Refinery) üzvləri üçün illik qlobal yarış təşkil olunacaq. Yarışmaya dekabr ayında start veriləcək. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər gələn il 10-cu ildönümü münasibətilə London şəhərində keçiriləcək "One Young World" ümumdünya gənclər sammitinə/zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanmaq fürsəti uğrunda yarışmanı beynəlxalq səviyyədə davam etdirəcəklər. İlk il ərzində "Bacarıqlar Fabriki" (Skills Refinery) beş regionda, yəni Avstraliya, Azərbaycan, Sinqapur, Böyük Britaniya və ABŞ-da sınaqdan keçiriləcək, 2019-cu ildə isə qlobal miqyasda istifadəyə verilməsi planlaşdırılır. Portala bakalavr pilləsində təhsil alan birinci və ikinci kurs tələbələr heç bir ödəniş etmədən qoşula bilərlər. Onlayn platforma www.bpskillsrefinery.com ünvanında yerləşir. | 2018-10-18 | BP yeni qlobal onlayn portal istifadəyə verib | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.999649 | https://report.az/energetika/bp-yeni-qlobal-onlayn-portal-istifadeye-verib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:32+00:00 |
|||
https://report.az/energetika/tanap-in-acilis-merasimi-kecirilib/ | Eskişehir. 12 iyun. REPORT.AZ/ Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib. “Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər. SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev çıxış edərək TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq vəəməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm”. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: "TANAP fəal enerji siyasətlərinin əksidir. Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək". Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı qeyd edib ki, TANAP Türkiyəyə və region ölkələrinə mühüm imkanlar bəxş edən, güc və potensialı yüksək bir layihədir: "Bu gözəl hadisənin Türkiyə və Azərbaycana və bütün insanlığa xeyirli olmasını arzulayıram. Türkiyənin coğrafi mövqeyi onu Şərqin zəngin ehtiyatlarını nəql edən ideal bir enerji mərkəzi halına gətirib. Bu məkan bəşəriyyətə xidmət edən bir əməkdaşlıq xəttinə çevrilib". Serbiya Prezidenti Aleksandr Vuçiç vurğulayıb ki, TANAP mühüm layihədir: "Bu qaz boru kəmərini istifadəyə verməklə, ilk nöbbədə, Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək". Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır: "Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün bölgə və ölkə üçün tarixi bir addım atılır: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm". *** 18:43 Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilir. “Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak edirlər. TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub. Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq. TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. | 2018-06-13 | TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.998939 | https://report.az/energetika/tanap-in-acilis-merasimi-kecirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:42+00:00 |
|||
https://report.az/energetika/seudiyye-erebistani-neft-hasilatini-artirmaga-hazirlasir/ | Bakı. 2 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında 2019-cu ilin ilkin dövlət büdcəsi dərc olunub. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, OPEC-in ən mühüm üzv ölkəsində büdcənin məxaric hissəsinin 7 faiz artaraq 1,1 trilyon rial (295 milyard ABŞ dolları) təşkil etməsi nəzərdə tutulur ki, bunun da 70 faizi neft ixracından əldə olunacaq. Mədaxil hissəsi isə 978 milyard rial (261 milyard dollar) məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci ilə nisbətən 11 faiz çoxdur. Həmin fərq daha çox neftin kəskin bahalaşması ilə bağlıdır. Səudiyyə höküməti gələn il neft bazarında ciddi dəyişikliklər gözləyir. Maliyyə naziri Məhəmməd əl Cədaanın şərhində göstərilir ki, büdcənin bu cür açıq formada tərtib olunnmasının əsas məqsədi iqtisadiyyatın neft asılılığına son qoymaq olan Vision2030 proqramı çərçivəsində irimiqyaslı struktur islahatları aparmaq niyyətindən irəli gəlir. Belə ki, 2023-cü ilədək ölkədə tarazlı büdcəyə keçmək nəzərdə tutulur, islahatların isə müvəfəqiyyəti məhz neft bazarındakı sabitlikdən asılı olacaq. | 2018-10-02 | Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırlaşır | Aydan Topçibaşeva | Report İnformasiya Agentliyi | az | 0.999374 | https://report.az/energetika/seudiyye-erebistani-neft-hasilatini-artirmaga-hazirlasir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:45+00:00 |
|||
https://report.az/energetika/rusiyali-ekspert-neftin-qiymeti-yaxin-illerde-sabit-olmayacaq/ | Bakı. 14 noyabr. REPORT.AZ/ "Neftin qiymətinin azalması çoxdan baş verməli idi, çünki spekulyativ şəkildə qaldırılmış qiymətlər problemlər və müxtəlif ölkələrin milli valyutalarında devalvasiya dalğası yaratmışdı". Bunu "Report"a Qloballaşma və Sosial Hərəkat İnstitutunun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatında heç bir artım olmadığını göstərir, neftin qiymətinin artması isə yalnız inkişaf etməkdə olan ölkələrdə milli valyuta məzənnəsinin kursunun aşağı düşməsinə gətirib çıxarıb. "Bu azalma göstərir ki, neftin qiymətləri qeyri-sabitdir və yaxın illərdə də sabit olmayacaq. Bu, Dünya Bankının dünya iqtisadiyyatının artımı barədə bəyanatlarına baxmayaraq, dünya iqtisadiyyatının tərəddüdlü vəziyyəti ilə bağlıdır. Dünya iqtisadiyyatı qlobal böhran rejimində, başqa sözlə, qeyri-sabitlik rejimində qalır", - deyə ekspert bildirib. V.Koltaşov qeyd edib ki, neft qiymətinin gələcək taleyində çox şey ABŞ-ın fond bazarında başverənlərdən, eləcə də OPEC-in qərarlarından asılı olacaq. Qloballaşma və Sosial Hərəkat İnstitutunun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov "OPEC və OPEC+ istehsalın azaldırması ilə bağlı qərar qəbul etsə, bu, neftin qiymətinin azalmasının qarşısını ala bilər, amma prosesin özünü dayandıra bilməz. Belə gedişat, məsələn, 2016-cı ilin əvvəlində olduğu kimi, qiymətlərin 30 dollar/barel səviyyəsinə düşməməsi üçün onun hüdudlarını müəyyənləşdirə bilər". "OPEC və OPEC+ istehsalın azaldırması ilə bağlı qərar qəbul etsə, bu, neftin qiymətinin azalmasının qarşısını ala bilər, amma prosesin özünü dayandıra bilməz. Belə gedişat, məsələn, 2016-cı ilin əvvəlində olduğu kimi, qiymətlərin 30 dollar/barel səviyyəsinə düşməməsi üçün onun hüdudlarını müəyyənləşdirə bilər", - V.Koltaşov vurğulayıb. Ekspertin sözlərinə görə, bütün maraqlı tərəflər həddindən artıq böyük uçurumun qarşısını almaq və neftin qiymətinin dayanıqlı və sabit ola biləcəyi səviyyəyə uyğunlaşdırılmasını təmin edə bilmək üçün neftin qiymətinin azalmasını 50-60 dollar səviyyəsində məhdudlaşdırmağa çalışacaqlar. | 2018-11-14 | Rusiyalı ekspert: 'Neftin qiyməti yaxın illərdə sabit olmayacaq' | Aydan Topçibaşeva | Report İnformasiya Agentliyi | az | 0.999488 | https://report.az/energetika/rusiyali-ekspert-neftin-qiymeti-yaxin-illerde-sabit-olmayacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:15:59+00:00 |
|||
https://report.az/energetika/azerbaycan-erazisi-ile-rusiyadan-i-rana-elektrik-enerjisinin-neqli-gelen-il-reallasa-biler/ | Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib. "Report" bu barədə Rusiyanın Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, iclasda 3 ölkənin energetika nazirlərinin müavinləri - Natiq Abbasov, Anatoli Yanovski və Xomayun Xaeri iştirak ediblər. Danışıqların əsas mövzusunu sözügedən layihənin texniki-iqtisadi əsaslandırılması üzrə əsas aspektlərinin razılaşdırılması təşkil edib. Tərəflər 3 ölkənin inteqrasiya olunmuş elektrik enerjisi şəbəkəsində enerji nəqlinə dair xüsusi təkliflərin hazırlanması prosesinin sürətləndirilməsi, 2019-cu ildə Azərbaycan ərazisi ilə Rusiyadan İrana elektrik enerjisinin nəqli imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə ediblər. | 2018-10-13 | Azərbaycan ərazisi ilə Rusiyadan İrana elektrik enerjisinin nəqli gələn il reallaşa bilər | Aynur Bayramova | Report İnformasiya Agentliyi | az | 0.9996 | https://report.az/energetika/azerbaycan-erazisi-ile-rusiyadan-i-rana-elektrik-enerjisinin-neqli-gelen-il-reallasa-biler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:16:09+00:00 |
|||
https://report.az/energetika/tanap-in-acilisini-turkiye-prezidenti-receb-tayyib-erdogan-edecek/ | Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək. “Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır. Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək. | 2018-06-10 | TANAP-ın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.999851 | https://report.az/energetika/tanap-in-acilisini-turkiye-prezidenti-receb-tayyib-erdogan-edecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:16:32+00:00 |
|||
https://report.az/energetika/rovneq-abdullayev-socar-in-turkiyedeki-layiheleri-azerbaycana-boyuk-dividendler-getirecek/ | İstanbul. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi layihələr Azərbaycana uzun müddət böyük dividendlər gətirəcək. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev İstanbulda “Report”un Türkiyə bürosuna müsahibəsində deyib. Onun sözlərinə görə, SOCAR Türkiyədəki layihələrindən ildə 1,5 mlrd. dollarlıq EBİTDA (faiz, vergi, amortizasiya xərcləri öncəsi gəlirlər) gözləyir. SOCAR prezidenti vurğulayıb ki, bu, Azərbaycan üçün neft satışından əlavə böyük gəlirdir. “SOCAR Türkiyədə fəaliyyət göstərməyə başlayandan bu ölkədə böyük işlər görmüşük, böyük layihələrə imza atmışıq, böyük layihələr həyata keçirmişik və keçirməkdə davam edirik. SOCAR-ın Türkiyənin ən böyük şirkətlərindən birinə çevrilməsi üçün böyük zəhmət çəkilib. “Petkim” neft-kimya kompleksi artıq bir neçə ildir yüksək gəlirlərlə işləyir. Bu il STAR Neft Emalı Zavodu işə salınacaq”,- SOCAR-ın prezidenti deyib. Rövnəq Abdullayev Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən də danışaraq bildirib ki, Cənub Qaz Dəhlizi təkcə regionda deyil, dünyada ən böyük layihələrdən biridir: “Bu gün Cənub Qaz Dəhlizi layihəsinin ən böyük zəncirindən olan TANAP-ın Eskişəhərə qədər olan hissəsi işə salınacaq. Biz artıq bu kəmərlə Türkiyəyə qaz nəql edəcəyik. Çox şadam ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirilir. Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Səngəçal terminalının genişləndirilmiş hissəsi işə salındı, ilk qaz Türkiyəyə göndərildi və bu gün də Eskişəhərdə TANAP-ın birinci hissəsinin açılış mərasimi keçiriləcək. Layihə qrafikə uyğun, nəzərdə tutulan maliyyə çərçivəsində, hətta nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilib. Düşünürəm ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də vaxtında həyata keçiriləcək və artıq 2020-ci ildə Azərbaycan qazı Avropaya çatdırılacaq”. Vüsalə Abbasova | 2018-06-20 | Rövnəq Abdullayev: “SOCAR-ın Türkiyədəki layihələri Azərbaycana böyük dividendlər gətirəcək” | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.99959 | https://report.az/energetika/rovneq-abdullayev-socar-in-turkiyedeki-layiheleri-azerbaycana-boyuk-dividendler-getirecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:17:09+00:00 |
|||
https://report.az/energetika/azerbaycan-opec-qarsisindaki-ohdeliyini-mayda-da-yerine-yetiribfgf/ | Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barel olub. Bunun 748 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, gündəlik 635 min barel xam neft, 53 min barel kondensat, 17,8 min barel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib. Energetika Nazirliyi may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min, aprel ayında isə 785,7 min barel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. | 2018-06-09 | Azərbaycan OPEC qarşısındakı öhdəliyini mayda da yerinə yetirib | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.998299 | https://report.az/energetika/azerbaycan-opec-qarsisindaki-ohdeliyini-mayda-da-yerine-yetiribfgf/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:17:12+00:00 |
|||
https://report.az/energetika/reuters-opec-artiq-neft-qiymetlerinden-danismayacaq/ | Bakı. 17 oktyabr. REPORT.AZ/ OPEC üzv dövlətlərini neft qiymətlərindən söhbət açmamağa çağırıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb ABŞ tərəfindən antiinhisar xarakterli iddianın sürülməsi ehtimalıdır. OPEC-ə yaxın mənbələrə görə, iyul ayında təşkilatın ali rəhbərləri Vyanada beynəlxalq hüquq məsələlərində ixtisaslaşan “White & Case” təşkilatının nümayəndələri ilə görüşərək NOPEC qanun layihəsini müzakirə ediblər. Həmin görüşdə qarşı tərəf OPEC rəhbərlərinə neft qiymətləri məsələsinin açıq müzakirəsindən yayınmağı, daha çox neft bazarının dayanıqlı olmasından bəhs etməyi tövsiyə ediblər. Bununla yanaşı, OPEC təmsilçilərinə ABŞ-da təşkilata qarşı yönələn NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin qəbulunu əngəlləmək üçün diplomatik lobbiçilik kanallarını araşdırmaq məsləhət görülüb. Eyni tövsiyələr 1 avqust tarixində OPEC Katibliyi tərəfindən üzv ölkələrə göndərilən məktubda da yer alıb. NOPEC qanunu qüvvəyə minsə, ABŞ dünya neft bazarında hər cür qiymət dəyişikliyinə görə OPEC-i məhkəməyə vermək üçün hüquqi əsas əldə edəcək. | 2018-10-17 | 'Reuters': OPEC artıq neft qiymətlərindən danışmayacaq | Aydan Topçibaşeva | Report İnformasiya Agentliyi | az | 0.999941 | https://report.az/energetika/reuters-opec-artiq-neft-qiymetlerinden-danismayacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:17:29+00:00 |
|||
https://report.az/energetika/ucarin-bergusad-kendine-tebii-qaz-verilib/ | Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Ucar rayonunun Bərgüşad kəndinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 1 247 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 126 506 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda Ucar rayonunun Əlikənd və Ramal kəndlərində tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək. | 2018-11-08 | Ucarın Bərgüşad kəndinə təbii qaz verilib | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999757 | https://report.az/energetika/ucarin-bergusad-kendine-tebii-qaz-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:17:35+00:00 |
|||
https://report.az/energetika/star-zavodu-gelen-ilin-yanvar-ayindan-tam-gucde-istismarda-olacaq/ | Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu 2019-cu ilin yanvar ayından etibarən tam gücdə istimarda olacaq. “Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib. O qeyd edib ki, zavodun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir. Onun sözlərinə görə, zavodun daha səmərəli çalışması üçün Əliağada bir neçə il öncə alınan saxlama yeri 300 mln. dollar əlavə sərmayə yatırılaraq genişləndirilib: “Bundan başqa, Antalya və Mərmərə bölgələrində də saxlama yerləri axtarılır. Bu saxlama yerləri zavodda istehsal olunan məhsulların daha etibarlı tədarükü üçün vacibdir”. Qeyd edək ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Bu ilin avqust ayında STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.Fəaliyyətə başlama ərəfəsində olan zavodda sınaq məqsədi ilə bu neftin emalı həyata keçirilir. | 2018-10-02 | STAR zavodu gələn ilin yanvar ayından tam gücdə istismarda olacaq | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.997324 | https://report.az/energetika/star-zavodu-gelen-ilin-yanvar-ayindan-tam-gucde-istismarda-olacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:17:42+00:00 |
|||
https://report.az/energetika/sumqayitda-30-dan-artiq-evde-enerji-techizati-dayandirilib/ | Bakı. 23 may. REPORT.AZ/ Sumqayıt şəhərində - 147 nömrəli Abşeron Ceyranbatan peşə liseyinin arxasında yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakininin Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq, enerji təchizatı dayandırılıb. Bu barədə "Report"a "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, illərdir adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147 nömrəli Abşeron Ceyranbatan peşə liseyinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkib, Elektrik Enerjisi Təchizatı İdarəsində qeydiyyata düşməyib, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər: "Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər". “Azərişıq” ASC uzun müddətdir ki, respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur. Bildiririk ki, qüvvədə olan qanuna əsasən, fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız “ASAN xidmət" və “ASAN kommunal" mərkəzləri tərəfindən təmin olunur. Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC tərəfindən təmin olunur", - o qeyd edib. | 2018-05-23 | Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999851 | https://report.az/energetika/sumqayitda-30-dan-artiq-evde-enerji-techizati-dayandirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:18:02+00:00 |
|||
https://report.az/energetika/bakida-berpa-olunan-enerji-menbelerinin-inkisafi-qanunvericilik-ve-tenzimleyici-muhit-movzusunda-tedbir-kecirilib/ | Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), bir sıra dövlət qurumlarının və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit" mövzusunda tədbir keçirilib. “Report” xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. EBRD-nin Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte isə Azərbaycanla təmsil etdiyi qurumun birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, EBRD-nin alternativ enerji sahəsində Azərbaycana dəstək verməkdə maraqlı olduğunu qeyd edib. | 2018-10-30 | Bakıda “Bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit' mövzusunda tədbir keçirilib | Tural İbadlı | Report İnformasiya Agentliyi | az | 0.999579 | https://report.az/energetika/bakida-berpa-olunan-enerji-menbelerinin-inkisafi-qanunvericilik-ve-tenzimleyici-muhit-movzusunda-tedbir-kecirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:18:09+00:00 |
|||
https://report.az/multimedia/yol-polisi-surucuye-yorgunsansa-uzune-su-vur/ | Video əlavə olunub *** 10:31 Bakı. 11 sentyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının nəzarətində olan Salyan rayonu ərazisində maarifləndirici tədbir keçirilib. Tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, tədbir zamanı həmçinin avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib. Sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət etmək üçün imkan yaradıldığı bildirilib. Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib. Sürücülərin nəzərinə çatdırılır ki, istirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən də bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur. | 2018-09-11 | Yol polisi sürücüyə: 'Yorğunsansa, üzünə su vur' - VİDEO - YENİLƏNİB | News Department | Report İnformasiya Agentliyi | az | 0.999783 | https://report.az/multimedia/yol-polisi-surucuye-yorgunsansa-uzune-su-vur/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:44:03+00:00 |
|||
https://report.az/multimedia/qaxda-uzerinde-sirli-yazilar-olan-ev/ | Qax. 8 oktyabr. REPORT.AZ/ Qax rayonunun İlisu kəndində 200 ilə yaxın yaşı olan fərdi yaşıyış evində qeyri-adi hadisə baş verib. Mülk sahibi evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar aşkarlayıb. Bu yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür. Mülk sahibi Azər Qocayev "Report"un Şimal-qərb bürosuna bildirib ki, evin üzərində olan naməlum yazıları ilk dəfə yağış yağandan sonra görüb: "İlisu kəndində qədim evlər çoxdur, bu evlərdən biri də mənim ata-baba yurdum olan Qocayevlərin yaşayış evidir. Evdə bəzi sirli əlamətlər görünür. Yağış yağanda mən hiss etdim ki, bu daşların üzərində müəyyən qədər ərəb əlifbasına bənzər yazılar var. Adi gözlə baxdıqda daşların üzərində heç nə görünmür. Yalnız su atdıqda yazılar qabarıq şəkildə üzə çıxır". Ev sahibinin sözlərinə görə, ərəb əlifbasına bənzəyən naməlum yazıları heç kim oxuya bilməyib: "Bu ev 1881-83-cü illərdə tikilib. Ehtimal edirik ki, daşların üzərində olan və yalnız su atıldıqdan sonra oxunan yazılarda hər hansı işarə və ya sirr var. Buna görə də evin üzərində olan yazıların mütəxəssislər tərəfindən oxunmasını istəyirəm". | 2018-10-08 | Qaxda üzərində sirli yazılar olan ev - VİDEOREPORTAJ | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999776 | https://report.az/multimedia/qaxda-uzerinde-sirli-yazilar-olan-ev/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:44:09+00:00 |
|||
https://report.az/multimedia/berdede-2-mertebeli-10-otaqli-ev-yanib-vi-deo/ | Bərdə. 5 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ikimərtəbəli, 10 otaqlı ev yanıb. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Susəndə Azay qızı Quliyevaya məxsus ikimərtəbəli, 10 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Ev sahibinin sözlərinə görə, hadisə elektrik qısaqapanması səbəbindən baş verib. Evin birinci mərtəbəsindən başlayan yanğın qısa müddət ərzində genişlənərək bütün otaqlara keçib. Hadisə zamanı evin bütün əşyaları yanaraq külə dönüb. Mənzildə iki gəlinin cehizlik əşyaları olduğu bildirilir. Baş verən hadisə ilə bağlı araşdırma aparılır. | 2018-11-05 | Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb - VİDEO | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999199 | https://report.az/multimedia/berdede-2-mertebeli-10-otaqli-ev-yanib-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:44:16+00:00 |
|||
https://report.az/energetika/ebrd-tanap-ve-tap-en-az-karbon-qazi-emissiya-eden-layihelerdir/ | Bakı. 2 noyabr. REPORT.AZ/ Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri karbon qazının (CO2) emissiyaları ən az olan layihələrdir. “Report”un məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad “Anadolu” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, TANAP və TAP kəmərləri Avropa İttifaqı və EBRD-nin meyarlarına uyğun dizayn edilib. N.Parşad bankın yeni 5 illik strateji plan və enerji sektorunda qlobal inkişafda TANAP və TAP-ın maliyyələşdirilməsi ilə bağlı hesabat hazırladığını diqqətə çatdırıb. Yeni strategiyaya görə, iqlim dəyişiklikliyi və havanın keyfiyyəti ilə bağlı narahatlığın artdığını və təbii qazın iqlim dəyişikliyi ilə mübarizədə önəmli bir yanacaq olduğunu ifadə edən N.Parşad bankın kömür layihələrinin maliyyələşdirilməsini dayandırdığını bildirib. N.Parşad qeyd edib ki, bərpa olunan enerji mənbələrinin güclərinin sürətlə artmasının səbəbi layihələrin xərclərinin ucuzlaşmasıdır: “Bu sahədə təbii qazın rolu çox önəmlidir. Tamamilə bərpa olunan enerjiyə əsaslanan dünyaya keçid üçün təbii qazın mövcudluğu önəmlidir.Təbii qaz artıq TANAP və TAP layihələri ilə daha əvvəl qaza çıxışı olmayan ölkələr üçün çox uyğun bir seçim halına gəlib. Təbii ki, bu məsələdə təbii qazın təmiz daşınması məsələsi də çox önəmlidir. TANAP və TAP Avropa İttifaqı və Avropa Yenidənqurma Bankının şərtlərinə uyğun dizayn edilib". Bankın rəsmisi xatırladıb ki, bank TANAP layihəsinin maliyyələşdirilməsinə 500 mln. dollar kredit verib və layihənin digər maliyyə təşkilatları tərəfindən də maliyyələşdirildiyini də xatırladıb. O, hazırda əsas diqqətin TAP olduğunu qeyd edib: “TAP ilə Yunanıstan, Albaniya və İtaliyaya təbii qaz veriləcək. Beləcə, bu ölkələrdə də yeni infrastruktura sərmayəyə ehtiyac yaranacaq. TAP layihəsi qazın revers (əks istiqamətdə) olaraq nəql edilməsi üçün də dizayn edilib". O bildirib ki, EBRD ilin sonuna qədər TAP layihəsinə 500 mln. avro məbləğində kredit ayrılması məsələsini yekunlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bundan başqa EBRD-nin nəzarəti altında digər maliyyə təşkilatları tərəfindən də 500 mln. avro məbləğində kredit ayrılması nəzərdə tutulur və bununla da, TAP-a ayrılan kreditin məbləği 1 mlrd. avro olacaq. | 2018-11-02 | EBRD: TANAP və TAP ən az karbon qazı emissiya edən layihələrdir | Aqşin Rafiqoğlu | Report İnformasiya Agentliyi | az | 0.999595 | https://report.az/energetika/ebrd-tanap-ve-tap-en-az-karbon-qazi-emissiya-eden-layihelerdir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:18:32+00:00 |
|||
https://report.az/energetika/socar-in-eksperimental-istehsalat-muessisesi-yenidenqurmadan-sonra-istismara-verilib/ | Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulub. Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülüb. SOCAR prezidenti müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək bildirib ki, 50 ildən artıq bir müddətdə neftqazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilib. Onun sözlərinə görə, aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq: “Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmirarası müddətin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaq”. Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi “Azneft” İB-nin tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 neftqazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Müəssisədə həmçinin “Azneft” İB-nin neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur. | 2018-09-20 | SOCAR-ın eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib | Günel Abbasova | Report İnformasiya Agentliyi | az | 0.999774 | https://report.az/energetika/socar-in-eksperimental-istehsalat-muessisesi-yenidenqurmadan-sonra-istismara-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz | 2018-12-04T04:18:42+00:00 |
|||
https://report.az/multimedia/azerbaycan-yigmasi-uefa-milletler-liqasindaki-ilk-oyununda-hec-hece-edib/ | Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib. “Report” xəbər verir ki, "D" Liqasının 3-cü qrup matçında rəqib Kosovo millisi olub. Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 0:0. Matçın sakit keçən ilk yarısı ilə müqayisədə ikinci hissə daha maraqlı alınıb. Buna əvəzləmələrin də təsiri olub. 61-ci dəqiqədə Ruslan Qurbanov Təmkin Xəlilzadəyə, 66-cı dəqiqədə Emin Mahmudov Dmitri Nazarova, 74-cü dəqiqədə Ramil Şeydayev Rauf Əliyevə yerini verib. 69-cu dəqiqədə isə Azərbaycan millisinin hücumu zamanı top cərimə meydançası daxilində rəqib müdafiəçinin əlinə dəysə də, referi penalti təyin etməyib. Bir neçə epizodda isə təhlükəli hücumları qolla tamamlamaq mümkün olmayıb. Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçından qolsuz bərabərliklə ayrılıb. Qurbanovun yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşünə təsadüf edən ilk sınaq matçında da eyni hesab qeydə alınmışdı - 0:0. | 2018-09-07 | Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyununda heç-heçə edib - FOTOREPORTAJ | Firi Salim | Report İnformasiya Agentliyi | az | 0.998506 | https://report.az/multimedia/azerbaycan-yigmasi-uefa-milletler-liqasindaki-ilk-oyununda-hec-hece-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:44:36+00:00 |
|||
https://www.azadliq.org/a/r%C3%BC%C5%9Fv%C9%99t-almayan-hakim-kim%C9%99-g%C3%B6r%C9%99-c%C9%99zaland%C4%B1r%C4%B1l%C4%B1r/29636821.html | Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimlərindən biri də Namiq Cəfərovdur. Onun adı məhkəmə sistemiylə yanaşı, sosial şəbəkələrdə, vəkillər, praktik hüquqşünaslar arasında da tez-tez hallanır – rüşvət almayan, icraatında olan işlərə görə ona gələn sifarişlərə, verilən göstərişlərə «yox» deyən hakim kimi... İndi həmin hakim cəzanın astanasındadır. Məhkəmə Hüquq Şurasında onun haqqında iki iş üzrə intizam icraatı başlanıb, hələlik, qərar verilməyib. Bakı Apellyasiya Məhkəməsindəki mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, hakim N.Cəfərovun cəzalandırılmasının səbəblərindən biri qətnamədə vəkil Bəylər Məmişov haqqında yazdıqları olub: Saxta sənədə görə vəkili günahlandırıb «Namiq Cəfərovun sədrlik etdiyi məhkəmə tərkibi eyni mənzilin sahibi olduğunu iddia edən iki nəfərin mübahisəsinə baxıb. Tərəflərdən biri İran vətəndaşıdır, onun da vəkili Bəylər Məmişov olub. Onlar məhkəməyə tikinti şirkətiylə bağlanan bir müqavilə təqdim ediblər ki, həmin evin qarşı tərəfdən daha əvvəl alındığını sübut eləsinlər. Binəqədi Rayon Məhkəməsi həmin müqaviləyə əsaslanıb, həmin İran vətəndaşının iddiasını təmin edib. Cavabdeh qadının mənzildən çıxarılmasına qərar verilib. Qadın da o qətnamədən apellyasiya şikayəti verib. Namiq Cəfərov araşdırıb, dövlət orqanlarına sorğular göndərib və belə nəticəyə gəlib ki, həmin müqavilə saxtadır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, qadının xeyrinə qərar çıxarıb. Qərarında həm də saxta müqaviləyə, belə sənədi məhkəməyə təqdim etdiyinə görə qarşı tərəfin vəkili Bəylər Məmişovu ittiham edib». N.Cəfərovun bu qərarından Ali Məhkəməyə şikayət verilsə də, mənzil mübahisəsi ilə bağlı onun gəldiyi nəticə doğru hesab olunub. Ancaq elə həmin məhkəmə qətnaməsində vəkil B.Məmişov haqqında yazılanlar, onun saxtakarlıqda ittiham edilməsinə görə N.Cəfərovun özünün, həmçinin onunla birlikdə sözügedən qərara imza atmış daha iki hakimin barəsində xüsusi qərar çıxarılıb. «Bunu anlamaq üçün hakim olmaq lazım deyil» «Namiq Cəfərovun elə qərarları var, orada məsələn, buna bənzər fikirlər olur: «bu həqiqəti anlamaq üçün heç hakim olmaq lazım deyil, azacıq savadlı olmaq kifayətdir». Yasamal Rayon Məhkəməsinin bir hakiminin çıxardığı qətnaməni ləğv edəndə onun da haqqında müəyyən fikirlər yazmışdı. Bu məsələyə görə də onun haqqında intizam icraatı başlanmışdı. Ümumiyyətlə, Namiq Cəfərovun prinsipial davranışına, başqalarının fikri ilə hesablaşmamasına görə Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə də problemləri vardı», - mənbə AzadlıqRadiosuna bildirib. N.Cəfərov özü bu barədə danışmaq istəmir. Bakı Apellyasiya Məhkəməsi də məsələ ilə bağlı rəsmi açıqlama vermir. «Qarışmıram, nəticə də məni maraqlandırmır» Vəkil Bəylər Məmişov AzadlıqRadiosuna açıqlamasında hakim haqqında intizam icraatının onunla bağlı olduğunu təsdiqləyib. Bildirib ki, N.Cəfərovun çıxardığı qətnamədə heç bir sübut-dəlil olmadan o, sənədləri saxtalaşdırmaqda ittiham olunub. Ancaq deyir ki, özü Məhkəmə-Hüquq Şurasına şikayət etməyib: «Mən əsassız olaraq, məhkəmə qətnaməsində cinayətdə ittiham olunurdum. Heç bir sübut yox, mənimlə bağlı ittihamedici ifadə yox... Məsələyə sırf hüquqi baxımdan yanaşıb düşündüm ki, apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilə biləcək instansiya ancaq Ali Məhkəmədir. Məhkəmə Hüquq Şurasına müraciət etsəydim belə, bu qurum qərarı dəyişə bilməzdi. Ali Məhkəmədə də mənimlə bağlı hissədə o qərarı ləğv elədi. Belə nəticəyə gəldi ki, vəkilin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Xüsusi qərardad çıxarıldı ki, yol verdiyi pozuntuya görə hakimin əməlinə qiymət verilsin. Onun da əsasında intizam icraatı başlanıb. Müqavilənin saxtalığı barədə fikirlər də həqiqətəuyğun deyil». B.Məmişov deyir ki, onun N.Cəfərova qarşı qərəzi yoxdur, heç hakimin cəzalandırılıb-cəzalandırılmaması da onu maraqlandırmır: «O işdə mən tərəf deyiləm, qarışmıram da, nəticəsi də məni maraqlandırmır. Məni maraqlandıran nəticə o idi ki, qətnamədə mənimlə bağlı əsassız ittihamlar ləğv olunsun, Ali Məhkəmə də ləğv elədi». Sözügedən məhkəmə işindən AzadlıqRadiosu ayrıca söz açacaq. Saytımızı izləyin. | 2018-12-04 | 'Rüşvət almayan' hakim kimə görə cəzalandırılır | Azadliq Radiosu | Cəmiyyət | AzadlıqRadiosu | Azadlıq Radiosu | az | 0.999901 | https://www.azadliq.org/a/r%C3%BC%C5%9Fv%C9%99t-almayan-hakim-kim%C9%99-g%C3%B6r%C9%99-c%C9%99zaland%C4%B1r%C4%B1l%C4%B1r/29636821.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T11:43:20+00:00 |
|
https://report.az/multimedia/dyp-bakida-reyd-kecirib-50-ye-yaxin-surucu-barede-inzibati-tedbir-gorulub-foto-vi-deo/ | Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və mikroavtobuslarla sərnişindaşma həyata keçirən sürücülərə qarşı reyd keçirib. “Report”un əməkdaşı reydin gedişini izləyib. BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının inspektoru, polis baş leytenantı Elçin Səfərzadə bildirib ki, reyd, əsasən, nəqliyyatın sıx hərəkət etdiyi küçə və prospektlərdə, eyni zamanda ”20 yanvar” dairəsində təşkil olunub: ”20 yanvar” dairəsində qanunsuz taksi və sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərinə qarşı yol polisi uzun müddətdir tədbirlər görür. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Amma bəzi hallarda YPX əməkdaşları ərazidən uzaqlaşan kimi, taksi və mikroavtobus sürücüləri ərazini zəbt edir. Bunun nəticəsidir ki, həmin ərazidə nəqliyyatın hərəkətində sıxlıq və tıxaclar yaranır. Yol polisi əməkdaşları belə halların qarşısını almaqdan ötrü mütəmadi reydlər təşkil edəcək". Onun sözlərinə görə, ümumilikdə, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin 70 faizinin fərqlənmə nişanları yoxdur. Amma fərqlənmə nişanı olanlar da qaydaları pozurlar: “Fərqlənmə nişanları olan sürücülər də elə bilirlər ki, istənilən yerdə dayanıb taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Taksi fəaliyyəti ilə məşğul olan sürcülər üçün müxtəlif küçə və prospektlərdə dayanmağa icazə verən yol nişanları quraşdırlıb. Bakıdan Sumqayıt şəhəri istiqamətinə sərnişindaşmanı həyata keçirən taksi və mikroavtobus sürücüləri üçün isə Avtovağzal ərazisində yer ayırlıb, lakin sürcülər yenə də ”20 yanvar” dairəsinə toplaşır”. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “Report”a bildirib ki, bu sahəyə çox ciddi nəzarət olunmalı və daha təsirli tədbirlər görülməlidir: “Bu gün keçirilən reyd zamanı psixotrop maddələrin təsiri altında avtomobil idarə edən sürücülərə də rast gəlindi. Yol Patrul Xidmətinin əməkdaşları belə sürücüləri avtomobildən düşürdü və onların avtomobili hərəkətdən kənarlaşdırıldı. Bundan başqa, xarici ölkələrdən, əsasən, Gürcüstandan gətirilən və bu ölkənin nömrə nişanları ilə idarə olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürcülər də var. Belə sürücülərə qarşı da tədbirlər görülməlidir”. E.Muradlı əlavə edib ki, “20 yanvar” dairəsində hərəkətin tənzimlənməsi üçün işıqforlar qurlaşdırılıb, lakin buna baxmayaraq, yenə də nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaranır: "Bir çox hallarda taksi və mikroavtobus sürücüləri marşurt xətt avtobuslarının dayanacaqlarını da zəbt edir. Ona görə də avtobus sürücüləri sərnişini düşürməkdən ötrü yolun hərəkət hissəsində saxlamağa məcbur olurlar. Bunun da nəticəsində həmin ərazilərdə tıxac yaranır”. Reyd zamanı 50-ə yaxın sürücü barədə inzibati tədbirlər görülüb. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bir sıra addımlar atır. Ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda aparılan yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan məqamlar ortaya çıxıb. Foto/Video: Elçin Murad | 2018-10-10 | DYP Bakıda reyd keçirib, 50-yə yaxın sürücü barədə inzibati tədbir görülüb - FOTO - VİDEO | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999937 | https://report.az/multimedia/dyp-bakida-reyd-kecirib-50-ye-yaxin-surucu-barede-inzibati-tedbir-gorulub-foto-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz | 2018-12-04T09:44:39+00:00 |
Subsets and Splits