requested_url
stringlengths 14
556
| plain_text
stringlengths 300
10k
| published_date
stringlengths 10
10
| title
stringlengths 1
3.19k
| tags
stringlengths 0
829
| categories
stringlengths 0
1.04k
| author
stringclasses 999
values | sitename
stringlengths 3
167
| image_url
stringlengths 7
461
⌀ | language
stringclasses 1
value | language_score
float64 0.7
1
| responded_url
stringlengths 14
556
| publisher
stringclasses 103
values | warc_path
stringlengths 92
92
| crawl_date
stringlengths 25
25
|
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
https://news.day.az/azerinews/1344305.html | Bu yolda hərəkət məhdudlaşdırılır Xətai rayonunda küçədə aparılan təmir işlərinə görə, hərəkət məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu, Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Bu yolda hərəkət məhdudlaşdırılır | Azərbaycanca | null | Day.Az | az | 0.999474 | https://news.day.az/azerinews/1344305.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:06+00:00 |
||
https://news.day.az/azerinews/1344307.html | İtaliya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır - Deputat Bu gün Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu Trend-ə Milli Məclisin mayın 17-dən 19-dək İtaliyada rəsmi səfərdə olan nümayəndə heyətində təmsil olunan deputat Afət Həsənova deyib. A.Həsənova bildirib ki, səfər çox yüksək səviyyədə keçdi: "Proqrama uyğun olaraq İtaliyanın yüksək rütbəli rəsmiləri ilə səmərəli görüşlər keçirildi. Görüşlərdə bundan sonra da İtaliya-Azərbaycan əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi, yeni müstəviyə çıxması, hər iki tərəfi maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri, bərpa işlərində İtaliya şirkətlərinin iştirakı barədə müzakirələr keçirildi. Nümayəndə heyətinə rəhbərlik edən Milli Məclisin sədri Sahibə Qafarova görüşlər zamanı ermənilərin 10 noyabr sazişinə baxmayaraq təxribatlara əl atması, sərhəddə baş verən hadisələr barədə gerçəkliklər haqqında İtaliya rəsmilərinə geniş məlumat verdi və İtaliyanın 44 günlük müharibə zamanı ədalətli mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir". Deputat vurğulayıb ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra sıx münasibətlər qurduğu ilk ölkələrdən biri İtaliyadır: "Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci ildə İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında məhz ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. Bu, İtaliyanın Azərbaycanla münasibətlərə ilk vaxtlardan böyük əhəmiyyət verməsinin göstəricisidir. Bu gün iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx və səmərəli əməkdaşlıq mövcuddur. İtaliya ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahədə sıx əməkdaşlıq edir. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra dekabrın 6-da İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfəri, eyni zamanda Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində olması iki ölkə arasında dostluq və əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərdi. İkitərəfli əməkdaşlıq haqqında danışarkən mədəni-humanitar sahədə sıx əlaqələri qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması da bu sahədə əməkdaşlığın yüksək olmasının bariz nümunəsidir. Ticarət əməkdaşlığı ölkələrimiz arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bu ilin birinci rübündə Azərbaycanın neft-qaz məhsullarının ixracının ən böyük hissəsi, 35,5 faizi İtaliyanın payına düşür. Qeyri neft-qaz məhsullarının ixracı üzrə də İtaliya Azərbaycanın ən sıx tərəfdaşı olan ölkələr sırasındadır. Həmçinin ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərində də İtaliyanın əhəmiyyətli payı mövcuddur. Bütün bu amillər iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlığın mövcud olduğunu göstərir. Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək". Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | İtaliya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır - Deputat | Azərbaycanca | null | Day.Az | az | 1 | https://news.day.az/azerinews/1344307.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:12+00:00 |
||
https://news.day.az/azerinews/1344309.html | Vətən müharibəsi həkimləri yeni müalicə üsulları axtarmağa vadar etdi Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib. O Vətən müharibəsində Azərbaycan həkimlərinin fədakarlığından danışıb: "Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmalar 60-70 % ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək burda bizim əsas 3 komponentlə qurulur". Baş travmatoluq bildirib ki, müharibə dövründə dərman təchizatı dövlət tərəfindən tam təmin edilib: "Transfer - həm təcili yardım maşınları həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər olaraq fədakar və yüksək xidmət göstərildi. Düşünün gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq". Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Vətən müharibəsi həkimləri yeni müalicə üsulları axtarmağa vadar etdi | Azərbaycanca | null | Day.Az | az | 0.999849 | https://news.day.az/azerinews/1344309.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:17+00:00 |
||
https://news.day.az/azerinews/1344314.html | TƏBİB rəsmisi çimərliklərlə bağlı açıqlama verdi "Çimərliklərlə bağlı qaydaları biz tənzimlənmirik. Bu istiqamətdə müzakirələr gedir. Biz sadəcə həkim olaraq tibbi cəhətdən qiymət verə bilərik". BAKU.WS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva "Real" TV-yə müsahibəsində deyib. O xatırladıb ki, ötən il məlum şərtlərlə çimərliklər işləmişdi: "Həmin vaxt üçün sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər". Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | TƏBİB rəsmisi çimərliklərlə bağlı açıqlama verdi | Azərbaycanca | null | Day.Az | az | 0.999208 | https://news.day.az/azerinews/1344314.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:23+00:00 |
||
https://news.day.az/azerinews/1344316.html | Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti aşkar edilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 17 may 2021-ci il tarixində Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib. Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub. Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı | Azərbaycanca | null | Day.Az | az | 0.996877 | https://news.day.az/azerinews/1344316.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:29+00:00 |
||
https://news.day.az/azerinews/1344320.html | Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib. Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, 2020-ci il Qran Prisi üçün satılan biletlər tam olaraq qaytarılıb: "Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytarılsın, ya da 2021-ci ildə yarış baş tutarsa, bu ilə keçirilsin. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda heç bir bilet qalmayıb". Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib | Azərbaycanca | null | Day.Az | az | 0.99698 | https://news.day.az/azerinews/1344320.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:47+00:00 |
||
https://news.day.az/azerinews/1344323.html | İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib İsrail ordusu Qəzza zolağında Həmas hərəkatının istifadə etdiyi tunelə zərbələr endirib. Trend-in məlumatına görə, zərbə Beyt-Hanun şəhərində yerləşən obyektə endirilib. Bundan başqa, Qəzza zolağının şimalındakı Cəbaliyyə bölgəsində Həmasın raket qurğuları məhv edilib. Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında başlayan münaqişə nəticəsində 260-dan çox şəxs həlak olub. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib | Azərbaycanca | null | Day.Az | az | 0.998582 | https://news.day.az/azerinews/1344323.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:53+00:00 |
||
https://news.day.az/azerinews/1344325.html | Virusa “toy tutaq” - VİDEO Qol açıb peyvəndlənsək, əl açıb oynamaq asanlaşacaq Day.Az Real TV-ə istinadən bildirir ki, bu darıxdığımız mənzərədir. Bu günlərə qayıtmaq üçün isə yeganə çıxış yolumuz koronavirusa qarşı peyvənd olunmaqdır. Yeri gəlmişkən, Azərbaycanda gün ərzində vurulan vaksinlərin sayı 28 635 olub. Birinci doza üzrə 11 633, ikinci doza üzrə vurulan vaksinlərin sayı isə 17 002 -dir. Dünyanın bir çox ölkəsində bu proses davam edir. Sərt karantin rejimi tətbiq edən bir çox ölkələr artıq vaksinasiyadan sonra normal həyata qayıtmağa başlayıblar. Məsələn, Fransa, İtaliya, Belçika və Böyük Britaniyada əvvəlki sərt məhdudiyyətlər artıq tətbiq olunmur. Eynilə koronavirusun ocağı sayılan Çində də artıq tədricən virusla sağollaşmağa hazırlaşırlar. Ən aşağı yoluxma faktı bu ölkədə hesab olunur. Kafe və restoranların iş rejimi,eynilə də toy mərasimləri bərpa olunub. Ölkədə vurulan vaksinlərin sayı isə 422 milyon dozadır. Azərbaycanda da ilk gündən virusla mübarizədə qabaqlayıcı addımlar atılıb. Buna tək qapanmaları misal göstərmək doğru olmaz. Azərbaycan sosial dövlət olduğu üçün elə ilk gündən əsas prioritet vətəndaşların öncə sağlamlığı sonra isə sosial məişət şəraiti olub. İşsiz şəxslərə edilən 190 manat birdəfəlik ödəmələri və bundan başqa sahibkarlara minimum 250 maksimum 5000 manatlıq yardımları xatırlatmaq istəyirəm. İşsiz və xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qyri-formal məşğul şəxslərdən ibarət aztəminatlı şəxslərə ümumilikdə 450 milyon manat vəsait xərclənib. Koronavirus pandemiyası ilə bağlı olaraq 4-cü maliyyə paketi çərçivəsində 20 442 vergi ödəyicisinin 185 min 856 nəfər muzdlu işçisinə 41 milyon 753 min manat vəsait, fərdi sahibkarlardan 84 min 632 vergi ödəyicisinə isə 30 milyon 198 min manat ödəniş edilib. Vətəndaşlara edilən bütün bu maddi yardımlar elə dövlət büdcəsindən sərf olunurdu. Bir çox obyektlərin işini dayandırması əlbəttə ki, ölkə iqtisadiyyatından təsirsiz ötüşə bilməzdi. Əsas da Toy mərasimləri.... Qeyd edim ki, son illərdə Azərbaycanda toy iqtisadiyyatı anlayışı kifayət qədər geniş şəkildə iqtisadi proseslərə təsir imkanlarına malik idi. Ekspert hesablamalarına görə illik 100 milyonlarla manat dövriyyəsi olan iqtisadi sistemdən söhbət gedir. Yəni, nəhayət etibarilə toy mərasimləri iki cütlüyün qovuşması kimi yox bir çox şəxsin öz iş yerinə qovuşması kimi də qiymətləndirilir. Reportajımı toyla başlayıb, toyla bitirirəm. Təki bütün başlanğıcların sonu toy olsun. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Virusa “toy tutaq” - VİDEO | Azərbaycanca | null | Day.Az | az | 0.998578 | https://news.day.az/azerinews/1344325.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520091839-01840.warc.gz | 2021-05-20T09:46:59+00:00 |
||
https://www.azadliq.org/a/31264357.html | Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə 19 may görüşü “konstruktiv” keçib, ancaq iki ölkənin dünyaya baxışında “ciddi fikir ayrılıqları” var. İslandiya paytaxtı Reykyavikdə görüşdən öncə Lavrov deyirdi ki, Soyuq müharibə düşmənlərinin münasibətləri üçün yolların müəyyənləşdiriləcəyinə ümid edib. Amma ABŞ rəsmisi görüşün işgüzar və məhsuldar keçdiyini, ciddi dönüş olmadığını deyib. Onun sözlərinə görə, növbəti həftələr və illər ərzində Moskvayla Vaşinqtonun münasibətləri üzərində iş davam edəcək. ABŞ-da Co Bayden yanvarda prezident kürsüsünə keçəndən ilk dəfəydi iki ölkənin baş diplomatları bir araya gəlirdi. Toplantı ikigünlük Arktika Şurası çərçivəsində gerçəkləşib. “Rusiyanın mövqeyi sadədir” Lavrovla Blinkenin müzakirə etdiyi məsələlər sırasında Rusiyanın Ukrayna ərazisinə və ətrafına hərbi qüvvə yığması, Ermənistanla Azərbaycanın münaqişəsi, Rusiyanın saxladığı iki ABŞ vətəndaşının azadlığa buraxılması, iki ölkə prezidentinin təklif olunan sammiti yer alıb. “Interfax” xəbər verir ki, Lavrov Moskvanın Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında təklif olunan sammitə razılaşıb-razılaşmaması haqda suala cavab verməyib. Amma deyib ki, o və Blinken mümkün görüşlə bağlı təkliflər hazırlayacaqlar. ABŞ Dövlət Departamenti isə Blinken-Lavrov görüşüylə bağlı bəyanatında mümkün sammitdən söz açmır. Birləşmiş Ştatlar rəsmisinin deməsinə görə, Blinkenlə Lavrov mümkün sammitin tarixini elan etməyi Kreml və Ağ evin öhdəsinə buraxıblar. Lavrov deyib ki, Rusiya və Birləşmiş Ştatlar “maraqlarımızın kəsişdiyi sahələrdə” əməkdaşlıq etməlidirlər və Rusiyanın mövqeyi sadədir: “Biz istisnasız bütün məsələlərin müzakirəsinə hazırıq, bir şərtlə ki müzakirə səmimi keçsin, faktlar masaya qoyulsun, qarşılıqlı hörmət əsasında aparılsın”. Dövlət katibinin qaldırdığı məsələlər Blinken isə Rusiyada saxlanmış iki ABŞ vətəndaşı və keçmiş dəniz piyadaları Pol Velan və Trevor Ridin buraxılması məsələsini qaldırıb. Rid polis əməkdaşına hücumda, Velan isə casusluqda ittiham olunurlar. Bu açıqlamanı departamentin sözçüsü Ned Prays verib. Dövlət katibi Rusiyanın Ukrayna ilə sərhədə hərbçi yığmasını, həbsdə olan müxalifətçi Aleksey Navalnının səhhəti və hökumətin Amerikanın Səsi və AzadAvropa/AzadlıqRadiosu-na qarşı addımlarına toxunub. Rusiya bir müddət öncə hərbçilərini geri çəkdiyini açıqlayıb. Blinken qeyd edib ki, Bayden “Rusiya ilə proqnozlaşdırılan və sabit münasibət” istəyir. Onun sözlərinə görə, iki ölkə koronavirusla mübarizə, iqlim dəyişikliyi, İran və Şimali Koreyanın nüvə proqramları, Əfqanıstanda müharibə məsələlərində birlikdə işləyə bilərlər. “Düşünürük ki, bu, xalqımızın, Rusiya xalqının, bütün dünyanın xeyrinədir”, – Blinken deyib. | 2021-05-20 | Lavrovla Blinken Qarabağdan da danışıblar | Siyasət | Siyasət | AzadlıqRadiosu | Lavrovla Blinken Qarabağdan da danışıblar | az | 0.999395 | https://www.azadliq.org/a/31264357.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:31+00:00 |
|
https://report.az/biznes-xeberleri/kontakt-home-emekdaslari-ucun-konullu-vaksinasiya-teskil-etdi/ | Ölkənin qabaqcıl elektronika və mebel şəbəkələrindən olan "Kontakt Home" TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına kömək göstərib. Vaksinasiya prosesini TƏBİB-in səyyar briqadaları "Kontakt Home"un ofisində aparıb. Əməkdaşlar müayinədən keçdikdən, onlarla profilaktik söhbətlər aparıldıqdan və əks göstərişlərin olmadığına əmin olduqdan sonra ilk doza peyvənd olunublar. “3000-ə yaxın əməkdaşı olan şəbəkə kimi cəmiyyət qarşısındakı sosial öhdəliyimizi anlayırıq. Vaksinasiya həm əməkdaşlarımızın, eyni zamanda xidmət sektorunun fəal iştirakçısı kimi həm də müştərilərimizin sağlamlığı üçün önəmlidir” deyə “Kontakt Home”dan bildiriblər. Bundan başqa şəbəkə “Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə “VaksinAksiya” kampaniyasına başlayıb. Belə ki, mayın 31-dək COVID əleyhinə peyvənd olunmuş şəxslər Kontakt Home mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz, faizsiz və komissiyasız tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcəklər. Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” Samsung, LG, Bosch kimi 30-dan çox dünya brendinin rəsmi, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəzidir. | 2021-05-20 | “Kontakt Home” əməkdaşları üçün könüllü vaksinasiya təşkil etdi | "Kontakt Home";vaksinasiya | İqtisadiyyat Şöbəsi | Report İnformasiya Agentliyi | az | 0.999073 | https://report.az/biznes-xeberleri/kontakt-home-emekdaslari-ucun-konullu-vaksinasiya-teskil-etdi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:31+00:00 |
||
https://www.azadliq.org/a/31264399.html | Ötən il münaqişələr və təbii fəlakətlər səbəbindən evindən didərgin düşənlərin sayı rekord həddə çatıb. Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) və Norveç Qaçqınlar Şurası birgə hesabat açıqlayıb. COVID-19 pandemiyasından dolayı tətbiq olunmuş kəskin hərəkət məhdudiyyətlərinə baxmayaraq ötən il dünyada hər saniyədə bir nəfər ölkəsindən qaçmalı olub. Tufanlar, münaqişələr, zorakılıqların qızışması ötən il 40.5 milyon nəfəri öz ölkəsi daxilində məcburi köçkünə çevrilib. Bu, son 10 ildə ən böyük rəqəmdir. Dünyada məcburi köçkünlük yaşayanların ümumi sayı isə ötən il 55 milyona çatıb. Bu, ölkə sərhədlərini keçmiş 26 milyon qaçqından iki dəfə çoxdur. “Ötən il hər iki rəqəm qeyri-adi dərəcədə yüksək olub”, – MKMM direktoru Aleksandra Bilak deyib. Hesabatda deyilir ki, ötən il daxili köçkünlərin 75 faizi təbii fəlakət, özəlliklə aşırı hava şəraitilə bağlı fəlakət qurbanları olub. Yeni məcburi köçkünlərin 10 milyona yaxını isə münaqişələrdən, zorakılıqdan qaçıb. Suriya və Əfqanıstanda münaqişələrin davam etməsi məcburi köçkünlərin sayını artırmaqdadır. | 2021-05-20 | Dünyada 55 milyon məcburi köçkün var | Dünya xəbərləri | Dünya xəbərləri | AzadlıqRadiosu | Dünyada 55 milyon məcburi köçkün var | az | 0.999759 | https://www.azadliq.org/a/31264399.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:36+00:00 |
|
https://report.az/elm-ve-tehsil-xeberleri/azerbaycan-tibb-universitetinin-binasi-temir-edilir/ | Azərbaycan Tibb Universitetinin (ATU) idman kompleksi, 5 saylı tədris binasının dam örtükləri və 2, 3-cü mərtəbələrinin foyesi təmir olunacaq. “Report” xəbər verir ki, ATU bununla bağlı 1 lot üzrə açıq tender elan edib. Maraqlı şəxslərə təklif edilib ki, Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak haqqı lot-1 üzrə 150 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. | 2021-05-20 | Azərbaycan Tibb Universitetinin binası təmir edilir | təmir;bina;Tibb Universiteti | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999531 | https://report.az/elm-ve-tehsil-xeberleri/azerbaycan-tibb-universitetinin-binasi-temir-edilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:37+00:00 |
||
https://www.azadliq.org/a/31264425.html | Nyu York da ABŞ-ın digər böyük şəhərləri kimi maska qadağasını yüngülləşdirib. Mayın 19-da Nyu York normal həyata qayıdış yönündə böyük bir addım atmaqla ölkədə COVID-19 pandemiyanın səngidiyini təsdiqləmiş olub. Bundan sonra restoranlar, mağazalar, gimnaziyalar, böyük bizneslər tam gücüylə işləyə biləcəklər, bir şərtlə ki vaksinasiya arayışları yoxlanılsın. Nyu Yorkun yayı Barlar və restoranlar üçün gecə qadağası ayın sonunadək qüvvədə qalır. Brodvey tamaşalarına biletlərin satışı bərpa olunub, amma sentyabradək hər hansı tamaşa göstərilməyəcək. Metro günboyu işini bərpa edib. Mer Bill de Blasio “Nyu York Şəhərində yayın” başlandığını elan edib. Rəsmilərin sözlərinə görə, 2020-ci ilin yazında yoluxmaların diz çökdürdüyü şəhər imicini dəyişmək vaxtıdır. Artıq şəhər sakinlərinin 48 faizə qədərinə vaksinin azı bir dozasının vurulduğu bildirilir. Ölüm halları günə 24-ə düşüb, yeni yoluxmalar, xəstəxanaya yerləşdirmələr də azalır. ABŞ-ın digər böyük şəhərlərində tam vaksin olunmuş şəxslərin küçəyə maskasız çıxmasına icazə verilib. Las Veqasda kazinolar 100 faiz gücüylə işləməyə başlayıb. Çikaqoda yay musiqi festivalı işini bərpa edib, Roman Katolik kilsələrində daha maska tələb olunmur. ABŞ-da koronavirusdan 587 mindən çox insan vəfat edib. Bu, dünya üzrə 3.4 milyondan çox ölümün altıda biri deməkdir. Digər ölkələr Artıq bir sıra digər ölkələr də məhdudiyyətləri yumşaldırlar. Fransada Eyfel qülləsi, Paris kafeləri, kinoteatrlar, Luvr bir neçə aydan sonra yenidən ziyarətçi qəbul etməyə başlayıb Rumıniya və Pakistan da tezliklə koronavirus qadağalarının yüngülləşdiriləcəyini elan edib. Rumıniyanın 21 milyonluq əhalisinin 3 milyona qədərinin tam peyvənd olunduğu bildirilir. Pakistanda mayın 24-dən məktəblər açılır. Hökumət açıq havada toy mərasimlərinə, restoranların açıq havada xidməti bərpa etməsinə icazə verəcək. Digər qadağalar qüvvədə qalır. Ölkədə COVID-19-a 886 mindən çox yoluxma və 20 minə yaxın ölüm qeydə alınıb. | 2021-05-20 | Nyu York şəhərində maska qadağası yüngülləşdirilir | Koronavirus | Koronavirus | AzadlıqRadiosu | Nyu York şəhərində maska qadağası yüngülləşdirilir | az | 0.99866 | https://www.azadliq.org/a/31264425.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:41+00:00 |
|
https://report.az/elm-ve-tehsil-xeberleri/tehsil-uzre-isci-qrupun-novbeti-iclasi-kecirilib/ | Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetinin həyata keçirilməsi məqsədilə yaradılan "Təhsil" üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib. "Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk sosial səhifəsində paylaşım edib. Nazir qeyd edib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində prioritetin hədəflərinə nail olmaq üçün təhsil pillələri üzrə 21-ci əsrin tələblərinə uyğun təhsil məqsədlərinin reallaşdırılmasına dair fəaliyyətlər haqqında məsləhətləşmələr və müzakirələr aparılıb. | 2021-05-20 | Təhsil üzrə İşçi Qrupun növbəti iclası keçirilib | Emin Əmrullayev;iclas | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999861 | https://report.az/elm-ve-tehsil-xeberleri/tehsil-uzre-isci-qrupun-novbeti-iclasi-kecirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:22:43+00:00 |
||
https://report.az/hadise/agsuda-sakininden-kalasnikov-avtomati-goturulub/ | Ağsuda keçmiş məhkumdan“Kalaşnikov” avtomatı götürülüb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib. Faktla Ağsu RPŞ-də cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. | 2021-05-20 | Ağsu sakinindən “Kalaşnikov” avtomatı götürülüb | silah;Ağsu;sakin | Valeh Dadaşov Valeh Dadaşov Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999439 | https://report.az/hadise/agsuda-sakininden-kalasnikov-avtomati-goturulub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:23:26+00:00 |
||
https://report.az/hadise/xizi-sakininde-narkotik-ve-silah-askarlandi/ | Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şorabad qəsəbə sakini Mehman Axundov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Axundovun yaşadığı evə keçirilən axtarış zamanı isə oradan bir ədəd lüləsi kəsilmiş odlu silah aşkar edilərək götürülüb. Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. | 2021-05-20 | Xızı sakinində narkotik və silah aşkarlandı | Xızı;narkotik;sakin | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999866 | https://report.az/hadise/xizi-sakininde-narkotik-ve-silah-askarlandi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:23:38+00:00 |
||
https://report.az/hadise/zaqatalada-kulli-miqdarda-narkotik-vasite-mehv-edilib/ | Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. | 2021-05-20 | Zaqatalada külli miqdarda narkotik vasitə məhv edilib | narkotik;Zaqatala;DSX | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999871 | https://report.az/hadise/zaqatalada-kulli-miqdarda-narkotik-vasite-mehv-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:23:44+00:00 |
||
https://report.az/hadise/zerdabda-qadinin-uzerinden-narkotik-cixdi/ | Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Gülsabah Rəsulova rayon ərazisində saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman sellofan torbada olan 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir. | 2021-05-20 | Zərdabda qadının üzərindən narkotik çıxdı | Zərdab;narkotik;Qadın | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999291 | https://report.az/hadise/zerdabda-qadinin-uzerinden-narkotik-cixdi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:23:51+00:00 |
||
https://report.az/ikt/yaxin-5-ilde-azerbaycanda-roaminq-xidmeti-87-ucuzlasacaq/ | Önümüzdəki illərdə digər Şərqi tərəfdaşlıq ölkələrinə səfər edən Azərbaycan vətəndaşları Regional Rouminq Razılaşması çərçivəsində rouminq qiymətlərinin tədricən azalmasından yararlana biləcəklər. “Report” xəbər verir ki, layihə EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir. 2021-ci ilin payızında imzalanması gözlənilən bu razılaşma sadəcə başlanğıcdır və onun uğurlu olması üçün razılaşmanı imzalayan ölkələrin gələcək illərdə görəcəyi işlər vacib əhəmiyyət daşıyır. Sözügedən razılaşma Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsində rouminq qiymətlərinin yaxın gələcəkdə tədricən azalmasını nəzərdə tutur. Razılaşmaya əsasən, 2026-cı ilin sonuna kimi Şərqi tərəfdaşlıq ölkələrində rouminq qiymətlərinin 87%-ə qədər ucuzlaşması gözlənilir. 2021-ci il ərzində razılaşmanı imzalayacaq ölkələr rouminq tariflərinin ucuzlaşması üçün qanunvericilikdə lazımi dəyişikliklər qəbul etməlidirlər. Növbəti ilin əvvəlindən etibarən qüvvəyə minəcək bu razılaşma Azərbaycan vətəndaşlarının mobil rouminq xidmətlərinə görə daha az pul ödəməsinə imkan verəcək. Tənzimləyicinin müstəqilliyi əsas amil olaraq Bu razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün sözügedən ölkələrin qarşıda çoxlu sayda vəzifəsi var. EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovoskisin sözlərinə görə, müstəqil milli tənzimləyici orqanın yaradılması daxil olmaqla lazımi qaydada təşkil edilmiş qanunvericilik sistemi, provayderlər arasında azad və ədalətli rəqabəti təmin etməklə yanaşı, xidmət istifadəçilərinin səlahiyyətləndirilməsi və qorunması üçün həyati-vacib əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda konkret müstəqil tənzimləyici orqan yoxdur və tənzimləmə ilə bağlı vəzifələri dövlət orqanı yerinə yetirir. “Tənzimləyici orqan bazardan asılı olmamalı və öz fəaliyyətinin qanunvericilərdən asılı olmadan həyata keçirməlidir. Bu, qanunla zəmanət verilən qərəzsiz qərar qəbuletmə prosesinin təmin edilməsində vacib element hesab olunur." Dombrovoskis bildirir ki, müstəqil milli tənzimləyici orqanın fəaliyyətləri, bazar iştirakçıları tərəfindən xidmətlərin göstərilməsinə dair gələcək perspektivləri və xidmət istifadəçilərinin maraqlarını tarazlaşdıracaq. Tənzimləyici orqanlar bazar və istehlakçı hüquqları pozulduqda qərəzsiz müdaxilə etmək hüququna malik olmalıdırlar. “Milli tənzimləyici orqan Regional Rouminq Razılaşmasına daxil edilmiş öhdəliklərlə bağlı qərarların qəbul edilməsinə cavabdeh olacaq. Məhz bu səbəbdən həmin qurumlar istehlakçıların bu razılaşmanın faydalarından yararlanmasında mühüm rol oynayırlar". Dombrovskis həmçinin qeyd edir ki, qanunvericilər və qanunverici orqanlar tənzimləyici orqanın kifayət qədər səlahiyyət sahibi olmasını təmin edərək bu proses üzərində olduqca böyük təsir gücünə malik olacaqlar. EU4Digital Proqramının mütəxəssisi əmindir ki, Regional Rouminq Razılaşmasının həyata keçirilməsi üçün milli qanunvericiliyə dəyişikliklər tələb olunursa, həmin dəyişikliklərin edilməsi zəruridir. Milli orqanlar necə müstəqil ola bilər? Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) rəhbəri İnqa Popoviçi deyir ki, müvafiq dövlət idarəsi tənzimləyici orqanın vəzifələrini yaxşı yerinə yetirə bilər, ancaq “müstəqil milli tənzimləyici orqanın (NRA) yaradılması Azərbaycan üçün milli prioritet hesab olunur”. Aİ-nin qabaqcıl təcrübəsinə əsasən, müstəqil milli tənzimləyici orqan daima rəqabət mühiti və yekun istifadəçilərin hüquqlarının lazımi dərəcədə qorunmasını təmin edən proqnozlaşdırıla bilən normativ-hüquqi aktların əsas hərəkətverici qüvvəsidir. “Milli tənzimləyici orqanın (NRA) müstəqilliyi, Aİ-nin telekommunikasiyaya dair qanunvericilik bazasının əsas prinsiplərindən biridir. Telekommunikasiya (rəqəmsal) bazarlarında rəqabəti təşviq edən mühüm amil olan bu tənzimləyici orqan yekun istifadəçilərə daha münasib qiymətlərlə seçim imkanı verir. Bundan əlavə, bu qurum bazarları idarə edərək şəffaf qərarlar qəbul edərək yekun istehlakçını qoruyur və səlahiyyətləndirir”, - deyə Popoviçi əlavə edib. EU4Digital Proqramının müvafiq qrupu, milli tənzimləyici orqanların və elektron rabitə bazarlarının düzgün fəaliyyəti üçün atılacaq addımlar barədə Şərqi tərəfdaşlıq ölkələrinə gündəlik praktik dəstək və məsləhətlər verir. “IRB EWG-dəki Azərbaycanlı həmkarlarımız, EU4Digital Proqramı çərçivəsində həyata keçirilən boşluqların qiymətləndirilməsində fəal iştirak edərək bir çox dəyərli praktiki bacarıqlar əldə ediblər. Onlar bu təhlil əsnasında istehlakçıların marağının və faydalarının prioritet olduğunu açıq-aydın ifadə ediblər. Beləliklə, Azərbaycanda müstəqil milli tənzimləyici orqan təsis edildikdən sonra bazara və xüsusilə istehlakçılara çoxlu sayda fayda gətirəcək uğurlu bir qurum olacağına əminəm". Şərqi tərəfdaşlıq ölkələrindən hansı Azərbaycan üçün nümunə ola bilər? Andrey Dombrovoskisin fikrincə, Şərqi tərəfdaşlıq ölkələrindəki vəziyyət hələ eyni deyil və uyğunlaşdırılmamışdır. “Altı ölkədən dördündə milli tənzimləyici orqanlar var, iki ölkənin isə milli tənzimləyici orqan yaratmaq niyyəti var, eyni zamanda müstəqil olmamasına baxmayaraq, müəyyən funksiyalar müvafiq nazirliklər tərəfindən həyata keçirilir. Bütün ölkələr tənzimləyici orqanların müstəqilliyinin təmin edilməsinin vacibliyini yaxşı dərk edirlər”. Azərbaycan üçün uyğun nümunələrə toxunan İnqa Popoviçi Gürcüstanın tənzimləyici orqanını (ComCom) nümunə göstərir. “Tənzimləyicinin institusional və maliyyə cəhətdən müstəqilliyi Gürcüstan Konstitusiyasında təsbit edilmişdir. Bundan əlavə, Gürcüstanın tənzimləyici orqanına milli qanunvericiliyə uyğun olaraq geniş səlahiyyətlər verilir və bu da onun tənzimləmələrini səmərəli edir”, - deyə Popoviçi bildirir. Almaniyanın Elektrik, Qaz, Telekommunikasiya, Poçt və Dəmir Yolları Federal Şəbəkə Agentliyi olan BnetzA-nın beynəlxalq əlaqələr/poçt tənzimləmə şöbəsinin direktoru Anneqret Gröbel, öz ölkəsində qanunvericilik bazasının həyata keçirilməsində milli tənzimləyici orqanların müstəqilliyinin nə qədər vacib olduğunu izah edir. “Vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün milli tənzimləyici orqanlar ən yüksək səviyyədə tənzimləyici qərarlar qəbul etmək üçün lazımi səlahiyyət və səriştəyə, həmçinin maliyyə və insan resurslarına sahib olmalıdırlar. Nəhayət, iqtisadi tənzimləyicilərə qanunvericilikdə nəzərdə tutulmuş hədəflərə çatan ən uyğun və mütənasib tənzimləmə tədbirlərini seçmək səlahiyyətləri verilməlidir". Alman tənzimləyici orqanının nümayəndəsi əmindir ki, bu cür dövlət orqanlarının müstəqilliyi iştirakçılara bərabər şərait yaratmağa və liberallaşdırılmış bazarların təqdim etdiyi fürsətlərdən istifadə etmək üçün real şans əldə etməyə imkan verir. EU4Digital Proqramı Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini təşviq edir. Bu proqram, Action Global Communications and CEPS ilə birlikdə EY-nin idarə etdiyi konsorsium tərəfindən həyata keçirilir. EU4Digital Proqramının telekommunikasiya sahəsində məqsədi beynəlxalq rouminqlə əlaqəli fəaliyyətlər və altı tərəfdaş ölkə arasında vahid beynəlxalq rouminq məkanına dair potensial razılaşma kimi mövzuları dəstəkləməkdir. Eyni zamanda, bu proqram elektron rabitə vasitələri üzrə milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə kömək edir və mobil xidmətlərin mövcudluğunun və keyfiyyətinin artırılması üçün mövcud radiotezlik spektr ehtiyatlarından istifadəni dəstəkləyir. Regional Rouminq Razılaşması (RRA), altı Şərqi tərəfdaşlıq ölkəsi arasında qanunvericilik bazasının uyğunlaşdırılmasını və rouminq qiymətlərində əhəmiyyətli endirimlər təmin edəcək. Bununla da, rabitə şəbəkələri rouminq müştərilərinə regiondakı daha sərfəli rouminq xidmətlərindən istifadə etməyə imkan verəcək. EU4Digital proqramının rouminqə dair tədqiqatının (2019) nəticələrinə əsasən qiymətin orta hesabla 80%-dən artıq ucuzlaşması gözlənilir. | 2021-05-20 | Yaxın 5 ildə Azərbaycanda rouminq xidməti 87% ucuzlaşacaq | xidmət | Tural İbadlı Tural İbadlı Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | https://static.report.az/photo/29fe11c3-5e01-33b5-a278-12809d658ea1_824.jfif | az | 0.999899 | https://report.az/ikt/yaxin-5-ilde-azerbaycanda-roaminq-xidmeti-87-ucuzlasacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:23:57+00:00 |
|
https://report.az/maliyye-xeberleri/azerbaycan-ve-rusiyanin-hesablama-palatalari-arasinda-gorus-kecirilib/ | MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanları (AAO) üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun fəaliyyəti çərçivəsində Azərbaycan və Rusiyanın Hesablama palataları arasında video-konfrans formatında görüş keçirilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Hesablama Palatası məlumat yayıb. Məlumata görə, görüşdə qurumu auditor Cavid Bayramov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Günay Məmmədova təmsil ediblər. Eyni zamanda, görüşdə Rusiyanın Hesablama Palatasının müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları da iştirak edib. Toplantıda tərəflərin birlikdə aparacağı MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili ilə bağlı Rusiyanın Hesablama Palatasının təqdimatları dinlənilib, müzakirələr aparılıb. Toplantının sonunda Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili üzrə müvafiq qərarlar qəbul edilib və bu istiqamətdə gələcək əməkdaşlığın perspektiv istiqamətləri müəyyən olunub. | 2021-05-20 | Azərbaycan və Rusiyanın Hesablama palataları arasında görüş keçirilib | Azərbaycan;Rusiya;Hesablama Palatası | Kənan Sadıqov Kənan Sadıqov Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999727 | https://report.az/maliyye-xeberleri/azerbaycan-ve-rusiyanin-hesablama-palatalari-arasinda-gorus-kecirilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:24:15+00:00 |
||
https://report.az/qarabag/ombudsman-azerbaycanda-saxlanilan-ermenistandan-olan-silahli-qrupun-uzvlerine-novbeti-defe-bas-cekib/ | Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirdiyi başçəkmə zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib. Qeyd olunub ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra, 12-13 dekabr tarixlərində Azərbaycan ərazisində 4 Azərbaycan hərbçisinin qətlə yetirilməsi, 1 mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar. Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər. Ombudsman tərəfindən fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Başçəkmə çərçivəsində aparılmış araşdırmaların nəticəsi əsasında Ombudsmanın Ad hoc hesabatı hazırlanaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. | 2021-05-20 | Azərbaycanda həbsdə olan erməni silahlı qrupun üzvləri saxlanma şəraitindən və rəftardan razıdırlar | Ombudsman;məlumat | Səid Qərib Səid Qərib Report az https; Static Report Az; Photo; Ba | Report İnformasiya Agentliyi | az | 0.999991 | https://report.az/qarabag/ombudsman-azerbaycanda-saxlanilan-ermenistandan-olan-silahli-qrupun-uzvlerine-novbeti-defe-bas-cekib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:24:37+00:00 |
||
https://report.az/qarabag/rusiya-ve-ermenistanin-mudafie-nazirleri-qarabagdaki-veziyyeti-muzakire-edib/ | Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. “Report” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Nazirlər regiondakı vəziyyəti və Qarabağdakı Rusiya sülhməramlıların qarşısına qoyulan tapşırıqların icra vəziyyətini, qarşılıqlı maraq doğuran başqa məsələləri müzakirə ediblər. | 2021-05-20 | Rusiya və Ermənistanın müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib | Ermənistan;Rusiya;müdafiə nazirləri | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999027 | https://report.az/qarabag/rusiya-ve-ermenistanin-mudafie-nazirleri-qarabagdaki-veziyyeti-muzakire-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:24:43+00:00 |
||
https://report.az/qarabag/veten-muharibesi-sehidi-defn-edillir/ | Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilir. “Report”un məlumatına görə, şəhidin nəşi II Fəxri xiyabana gətirilib. Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb. Mayın 19-da doğulduğu Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb. Allah rəhmət eləsin! | 2021-05-20 | Vətən müharibəsi şəhidi dəfn edillir | şəhid;dəfn | Nərmin Bəhruzi Nərmin Bəhruzi Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | https://static.report.az/photo/c3d44b3c-ec39-3bc3-93d9-f7b7dbf9ba73_824.jfif | az | 0.999737 | https://report.az/qarabag/veten-muharibesi-sehidi-defn-edillir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:24:49+00:00 |
|
https://report.az/region-xeberleri/dovlet-katibi-baydenle-putin-boyuk-ehtimalla-yaxin-heftelerde-gorusekler/ | “ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”. “Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib. Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”. Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub. | 2021-05-20 | Dövlət katibi: "Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər" | Vladimir Putin;Cozef Bayden | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.996439 | https://report.az/region-xeberleri/dovlet-katibi-baydenle-putin-boyuk-ehtimalla-yaxin-heftelerde-gorusekler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:24:57+00:00 |
||
https://report.az/sehiyye-xeberler/azerbaycanda-aciq-havada-maskadan-istifade-legv-edilir/ | "Azərbaycanda açıq havada maskadan istifadənin ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır". “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda maskalarla bağlı qərarlar elan olunacaq. | 2021-05-20 | Azərbaycanda açıq havada maskadan istifadə ləğv edilir | Tibbi maska;Yaqut Qarayeva | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.990557 | https://report.az/sehiyye-xeberler/azerbaycanda-aciq-havada-maskadan-istifade-legv-edilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:25:23+00:00 |
||
https://report.az/sehiyye-xeberler/toylarin-pandemiya-seraitinde-teskil-edilmesi-ile-bagli-qaydalar-hazirlanir/ | Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır. “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib. Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq: “Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək. Təəssüf ki...”. | 2021-05-20 | Toyların pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır | pandemiya;Toy;Yaqut Qarayeva | Şəfiqə Nazimqızı Şəfiqə Nazimqızı Report az https; Static Report Az; Photo; C | Report İnformasiya Agentliyi | az | 0.999788 | https://report.az/sehiyye-xeberler/toylarin-pandemiya-seraitinde-teskil-edilmesi-ile-bagli-qaydalar-hazirlanir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:25:35+00:00 |
||
https://report.az/diger-olkeler/israil-hemas-in-100-kilometrlik-yeralti-tunelini-mehv-edib/ | İsrailin Müdafiə Ordusu hava zərbələri ilə HƏMAS-ın Qəzza zolağında hərəkət tunelləri şəbəkəsinin 5 gün ərzində məhv edildiyini açıqlayıb. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir. İsrail ordusu tərəfindən yerləşdirilmiş videoçarxa əsasən, HƏMAS son onillikdə Qəzzada yaşayış binalarının altında tunel şəbəkəsi yaradıb. Tunellər döyüşçülərin İsrail ərazisinə raketlərin işə salınmasından sonra gizlənməsi üçün fəal istifadə olunub. Tunellər tezliklə hərəkat üzvlərinin yalnız gizlənmələri üçün deyil, həmçinin döyüş sursatlarını və silahı yerləşdirmək üçün istifadə edilən mürəkkəb yeraltı sistemə çevrilib. Bildirilir ki, İsrail hərbçiləri əməliyyatın gedişatında demək olar, 100 kilometrlik yeraltı tuneli məhv etməyə nail olub. "Cəmi beş gün ərzində biz onu (tunel şəbəkəsini - red.) zərərsizləşdirdik", - ordunun mətbuat xidmətindən qeyd edilib. Bundan əvvəl İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağındakı Həmas hərəkatının tunel sisteminə üç hücum təşkil edərək, anklavın şimalındakı 15 kilometrlik yeraltı tikilini məhv edib. | 2021-05-20 | İsrail HƏMAS-ın 100 kilometrlik yeraltı tunelini məhv edib | İsrail;HƏMAS | Xəbərlər Şöbəsi Xəbərlər Şöbəsi Report az https; Static Report Az; Photo; A | Report İnformasiya Agentliyi | az | 0.999705 | https://report.az/diger-olkeler/israil-hemas-in-100-kilometrlik-yeralti-tunelini-mehv-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:53:44+00:00 |
||
https://report.az/diger-olkeler/lavrov-putinle-baydenin-gorusu-barede-gomrukcu-deyilik-ki-raziliq-verek/ | Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir. "Biz gömrükçü deyilik ki, razılıq verək", - nazir zarafatla bildirib. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken isə yaxın həftələrdə Putin və Baydenin görüşü ehtimalını açıqlayıb. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Baydenlə nə vaxt və harada görüşməsi ilə bağlı danışarkən “qəhvədə fala baxmamağı" təklif edib. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden apreldə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ona üçüncü ölkədə təkbətək görüşməyi təklif edib. Amerika lideri sonra bildirib ki, görüş iyunda ola bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, iki ölkə liderlərinin sammitinin əsas mövzusu strateji sabitlik olmalıdır. | 2021-05-20 | Lavrov Putinlə Baydenin görüşü barədə: "Gömrükçü deyilik ki, razılıq verək" | Vladimir Putin;Sergey Lavrov;Co Bayden | Xəbərlər Şöbəsi Xəbərlər Şöbəsi Report az https; Static Report Az; Photo; A | Report İnformasiya Agentliyi | az | 0.997318 | https://report.az/diger-olkeler/lavrov-putinle-baydenin-gorusu-barede-gomrukcu-deyilik-ki-raziliq-verek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:53:50+00:00 |
||
https://report.az/energetika/oten-ay-socar-in-ukraynaya-tedaruk-etdiyi-aviayanacagin-hecmleri-aciqlandi/ | Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 0,3 min ton aviasiya yanacağı idxal edib. “Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupun hesabatında deyilir. Məlumata görə, Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirliən aviasiya yanacağı Litvadan tədarük edilib. Bu ilin mart ayı ilə müqayisədə isə apreldə Ukraynaya idxal edilən aviasiya yanacağının həcmləri 0,6 min ton və ya 3 dəfə azdır. Ötən ay Litvadan ölkəyə 1,3 min ton aviasiya yanacağı idxal edilib ki, bu da 2020-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 60 % çoxdur. Həmçinin, ötən ay ərzində Belarusdan Ukraynaya gətirilən aviasiya yanacağının həcmi 4,9 min ton təşkil edib. 2020-ci ilin aprel ayında bu ölkədən Ukraynaya aviasiya yanacağının tədarükü həyata keçirilməyib. Bu ilin aprel ayında ümumilikdə Ukraynaya 8 min ton aviasiya yanacağı idxal edilib ki, bu da daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bu ilin yanvar-aprel ayları ərzində isə müxtəlif ölkələrdən Ukraynaya 26,3 min ton aviayanacaq idxal edilib ki, bu da 2020-ci ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 35 % azdır. | 2021-05-20 | Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi aviayanacağın həcmləri açıqlandı | Aqşin Rafiqoğlu Aqşin Rafiqoğlu Report az https; Static Report Az; Photo; Ad | Report İnformasiya Agentliyi | az | 0.998258 | https://report.az/energetika/oten-ay-socar-in-ukraynaya-tedaruk-etdiyi-aviayanacagin-hecmleri-aciqlandi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:54:02+00:00 |
|||
https://report.az/hadise/xacmazda-qayinata-ve-qayinanasini-qetle-yetiren-sexsin-mehkemesi-baslayir/ | Xaçmazda qayınata və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Report”un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Qeyd edək ki, 2020-ci il sentyabrın 18-də odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Rəhman Osmanovun arvadının bir neçə gün əvvəl evi tərk edərək öz valideynlərinin evinə getməsi səbəbindən qeyd edilən tarixdə qayınatası Beykəs Yunusov və qayınanası Sona Yunusova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. | 2021-05-20 | Xaçmazda qayınata və qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır | qətl;Xaçmaz;Məhkəmə | Şəfiqə Nazimqızı Şəfiqə Nazimqızı Report az https; Static Report Az; Photo; C | Report İnformasiya Agentliyi | az | 0.999803 | https://report.az/hadise/xacmazda-qayinata-ve-qayinanasini-qetle-yetiren-sexsin-mehkemesi-baslayir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:54:13+00:00 |
||
https://report.az/maliyye-xeberleri/gurcustan-pandemiya-dovrunde-2-milyard-dollara-yaxin-borc-goturub/ | Gürcüstan koronavirus (COVID-19) pandemiyası dövründə beynəlxalq tərəfdaşlarından 1,9 milyard ABŞ dolları vəsait əldə edib. “Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib. O, məbləğin əsas hissəsinin borc olduğunu və 100 milyon avro qrant da alındığını deyib. Nazir müavini həmçinin vurğulayıb ki, bu ilin I rübündə səhiyyə sektorunda pandemiya ilə bağlı xərclər 176,6 milyon lari (təxminən 53 milyon ABŞ dollar) təşkil edib. | 2021-05-20 | Gürcüstan pandemiya dövründə 2 milyard dollara yaxın borc götürüb | Gürcüstan;borc | Cəmilə Babayeva Cəmilə Babayeva Report az https; Static Report Az; Photo; Ffeb | Report İnformasiya Agentliyi | az | 0.994095 | https://report.az/maliyye-xeberleri/gurcustan-pandemiya-dovrunde-2-milyard-dollara-yaxin-borc-goturub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:54:49+00:00 |
||
https://report.az/qarabag/veten-muharibesi-sehidinin-cenazesi-bakiya-getirilir/ | Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir. “Report”un Aran bürosunun məlumatına görə, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb. Vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək. Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb. Allah rəhmət eləsin! | 2021-05-20 | Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir | şəhid;cənazə | Valeh Dadaşov Valeh Dadaşov Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999586 | https://report.az/qarabag/veten-muharibesi-sehidinin-cenazesi-bakiya-getirilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:55:01+00:00 |
||
https://report.az/sehiyye-xeberler/bakida-yeni-tibb-merkezi-yaradilir/ | Bakıda yeni tibb mərkəzi yaradılır. "Report"un əldə etdiyi məlumata görə, publik hüquqi şəxs statuslu "Qaradağ Tibb Mərkəzi" təsis edilir. Yeni tibb mərkəzi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və Z.Bayramov adına 9 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının birləşmə formasında yenidən təşkili yolu ilə yaradılır. Qeyd edək ki, Azərbaycanda daha bir neçə tibb müəssisəsi də birləşdirilir. | 2021-05-20 | Bakıda yeni tibb mərkəzi yaradılır | Bakı;fəaliyyət | Səid Qərib Səid Qərib Report az https; Static Report Az; Photo; Ba | Report İnformasiya Agentliyi | az | 0.999842 | https://report.az/sehiyye-xeberler/bakida-yeni-tibb-merkezi-yaradilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:55:13+00:00 |
||
https://report.az/xarici-siyaset/blinkenle-lavrov-azerbaycan-ve-ermenistan-serheddindeki-veziyyeti-muzakire-edib/ | ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub. “Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Neda Prays bildirib. Onun sözlərinə görə, görüş iki saata yaxın davam edib: “Dövlət katibi Suriya xalqına humanitar yardımın çatdırılmasının təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib. Tərəflər arasında regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi müzakirə olunub”. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib ki, A.Blinken və S.Lavrov iki ölkənin qarşılıqlı maraqlarını təqdim edəcək əməkdaşlıq mövzularını da müzakirə ediblər. Onlar strateji sabitlik, İran və Şimali Koreyanın nüvə proqramı, habelə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: “Dövlət katibi və xarici işlər naziri gələcəkdə də müzakirələr davam etdirmək barədə razılığa gəliblər”. S.Lavrov isə bildirib ki, onların görüşünün yekununa dair məruzə ABŞ prezidenti Cozef Baydenə və Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək. | 2021-05-20 | Blinkenlə Lavrov Azərbaycan və Ermənistan sərhəddindəki vəziyyəti müzakirə edib | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999764 | https://report.az/xarici-siyaset/blinkenle-lavrov-azerbaycan-ve-ermenistan-serheddindeki-veziyyeti-muzakire-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:55:19+00:00 |
|||
https://report.az/xarici-siyaset/deputat-latviya-azerbaycana-azad-edilmis-torpaqlarin-berpasinda-yardim-ede-biler/ | "Latviya Azərbaycana azad edilmiş torpaqların bərpası məsələsində kömək edə bilər". Bu barədə “Report”a Latviya Seyminin deputatı Armands Krauze bildirib. O deyib ki, bu məsələ ilə bağlı əməkdaşlıq üç əsas istiqamət üzrə inkişaf edə bilər: “Birinci istiqamət, texnologiyalar, rabitə və genişzolaqlı internetdir. Latviyada yalnız şəhərlərdə deyil, əksər kənd yerlərində də çox müasir və sürətli internet şəbəkəsi mövcuddur. “MicroTik” və digərləri kimi texnologiya şirkətlərimiz var. İkinci istiqamət inşaatdır, çünki Latviya şirkətləri artıq müxtəlif ölkələrdə müxtəlif təmir-bərpa layihələrində iştirak ediblər”. Onun sözlərinə görə, üçüncü istiqamət meşə təsərrüfatı və meşələrin bərpasıdır: "Hazırda Azərbaycanda meşələrin ümumi sahəsi ölkə ərazisinin cəmi 11 faizini təşkil edir, lakin tarixən meşə sahələri daha böyük olub. Kömək edə bilərik, çünki Latviyada meşə təsərrüfatı çox yüksək səviyyədədir. Meşə sahələri Latviyanın ümumi ərazisinin 53 faizini təşkil edir, hərçənd 20-ci əsrdə təxminən 27 faiz təşkil edirdi. Meşə bərpası dünyanın bütün ölkələri üçün vacibdir, çünki iqlim dəyişikliyinin təsirlərini yumşaldır”. İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması məsələsini şərh edən A.Krauze bunun nəqliyyat və logistikanın yaxşılaşdırılması üçün çox vacib olacağını qeyd edib: “Hazırda məhz mürəkkəb logistika ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrini mürəkkəbləşdirir, çünki malların çatdırılması üçün daha qısa, daha ucuz və daha sürətli yolları seçə bilmirik”. | 2021-05-20 | Deputat: "Latviya Azərbaycana Qarabağın bərpasında yardım edə bilər" | Qarabağ;Deputat;Latviya | Xəbərlər Şöbəsi Xəbərlər Şöbəsi Report az https; Static Report Az; Photo; A | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/xarici-siyaset/deputat-latviya-azerbaycana-azad-edilmis-torpaqlarin-berpasinda-yardim-ede-biler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520050255-01837.warc.gz | 2021-05-20T05:55:25+00:00 |
||
https://www.azadliq.org/a/%C3%A7ind%C9%99-uy%C4%9Fur-qad%C4%B1nlar-q%C4%B1s%C4%B1rla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1r/31264569.html | Avstraliya Strateji Siyasət İnstitutu Çinin 2011-2019-cu illərdəki rəsmi demoqrafiq göstəricilərini araşdırıb. Müəlliflər bu qənaətə gəliblər ki, dövlət Çində uyğur türklərinin və digər müsəlman etnik qrupların yaşadıqları ərazidə həmin xalqların doğum göstəricilərinin azaldılması üçün sistemli iş aparır. 1979-cu ildən bəri gerçəkləşdirilən "tək uşaq" siyasəti son illərdə etnik çinlilər üçün yumşaldılsa da, uyğurlar və digər etnik qruplara qarşı doğum göstəricisi nəzarətdə saxlanır və sərt tədbirlər həyata keçirilir. 2017-ci ilin aprelindən bu yana uyğurların yaşadığı Sincan vilayətində "Qeyri-qanuni doğumların azaldılması" kampaniyası başladılıb. Bunun nəticəsində 2017-2019-cu illərdə həmin bölgədə doğum göstəriciləri təxminən yarıbayarı – 48.7 faiz azalıb. 2016-cı ildən bəri məhdudiyyətlər yumşaldılsa da… Çində ailə planlama siyasətinin tərkib hissəsi kimi "tək uşaq" siyasəti 1979-cu ildən bəri gerçəkləşdirilir. 36 il qüvvədə qalan məhdudiyyətlər 2016-cı ildən bəri yumşaldılır. Məhdudiyyətlərin keçərli olduğu müddətdə onlara əməl etməyən ailələr pul cəzasına, işdən qovulmaya, hətta məcburi abortadək müxtəlif cəzalara məhkum edilirdi. "Tək uşaq" siyasəti nəticəsində Çində sayca 400 milyon insanın doğulmasının qarşısının alındığı ehtimal edilir. Maraqlıdır ki, "tək uşaq" siyasəti tətbiq edilən dövrdə etnik azlıqlar yaşayan bölgələrdə məhdudiyyətlər nisbətən yüngül olsa da, həmin siyasətin yumşaldılmasından sonra əks proses müşahidə edilməyə başlanıb. Çində uyğurlara qarşı həyata keçirilən demoqrafiq siyasətlə bağlı digər bir tədqiqatda etnik qruplardan olan qadınların məcburi doğum nəzarət tədbirlərinə cəlb edildiyi və hətta qısırlaşdırıldığı vurğulanır. 2013-cü ildən bəri Türkiyəyə qaçan 300 uyğur qadının müayinəsi zamanı onların 27 faizinin qısırlaşdırıldığı üzə çıxıb. Maraqlıdır ki, həmin qadınların əksəriyyəti bundan xəbərsiz olub. Araşdırmaçılar bu əməliyyatların həmin qadınların başqa səbəblərlə xəstəxanalara müraciət etdikləri zaman xəbərsiz gerçəkləşdirildiyi qənaətindədir. Rəsmi rəqəmlər nə deyir? Rəsmi rəqəmlərə görə, Çində istifadə edilən "intrauterine" cihazlarının (IUD) – uşaqlı borusu daxilindəki cihazların (spiralların) 80 faizindən məhz həmin bölgədə yararlanıblar. Digər tərəfdən, 2014-cü ildə ölkədə 3 min 214 qısırlaşdırma əməliyyatı aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20 dəfə artaraq 60 min 440-a yüksəlib. Onu da qeyd etmək lazımdır ki, uyğurlar yaşayan bölgə onlara qarşı həyata keçirilən bu doğum nəzarət tədbirlərinədək ölkədə təbii artımın ən yüksək olduğu regionlardan biri sayılıb. Çin rəsmiləri bölgədəki doğum göstəricilərinin azalmasını regionun iqtisadi inkişafı və sosial rifahın yüksəlməsi ilə əlaqələndirib. Çində fəaliyyət göstərən hökumətyönümlü təşkilatsa bunu bölgədə radikal dindarlıq səviyyəsinin yüksəlməsi və bu üzdən qadınların zorla doğuşa məcbur edilməkdən qurtulmaq istəyi ilə əlaqələndirib. | 2021-05-20 | Çində uyğur qadınlar qısırlaşdırılır | Dünya - məqalələr, çin, doğum, uyğur | Dünya - məqalələr | AzadlıqRadiosu | Çində uyğur qadınlar qısırlaşdırılır | az | 0.999976 | https://www.azadliq.org/a/%C3%A7ind%C9%99-uy%C4%9Fur-qad%C4%B1nlar-q%C4%B1s%C4%B1rla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1r/31264569.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:05+00:00 |
|
https://report.az/ask/azerbaycanda-agrouber-mobil-tetbiqi-istifadeye-verilib/ | Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqini təqdim edib. “Report”un nazirliyə istinadən verdiyi məlumata görə, “Android” platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlərlə və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək. “Aqroservis”in İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır. Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, “AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə biləcək. Bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktorlar və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq. “AgroUber” proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur. İnnovativ metodlara əsaslanan bu proqram aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək. Eyni zamanda, bu yanaşma aqroxidmət göstərən mexanizatorlar arasında rəqabətliliyi artıracaq, paralel olaraq xidmətin keyfiyyətini yüksəldəcək. Mobil tətbiqdə xidmətin sifariş vəziyyəti proqram vasitəsilə izlənilir, 3-cü tərəf olmadan fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır. Elmin Rəhmanov qeyd edib ki, “AgroUber” proqramı fermerlərə göstərilən xidmətinin keyfiyyətini artırmağa və xidmətləri daha əlçatan etməyə imkan verəcək: “Proqramın tətbiqi operativ xidmət, vahid məkanda formalaşan məlumat bazası, neqativ halların qarşısının alınması, fermer və mexanizator arası əlaqənin sərbəst şəkildə qurulması və idarə edilməsi imkanlarını yaradır. Əsas məqsədimiz fermerlərin istənilən mövsümdə aqrotexniki xidmətlərə əlçatanlığını təmin etmək, yüksək keyfiyyətli və çevik xidmətə nail olmaqdır”. Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi, istifadə qaydaları əyani şəkildə nümayiş olunub. | 2021-05-20 | Azərbaycanda “AgroUber” mobil tətbiqi istifadəyə verilib | Aqşin Rafiqoğlu Aqşin Rafiqoğlu Report az https; Static Report Az; Photo; Ad | Report İnformasiya Agentliyi | az | 0.999648 | https://report.az/ask/azerbaycanda-agrouber-mobil-tetbiqi-istifadeye-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:05+00:00 |
|||
https://www.azadliq.org/a/a%C3%A7%C4%B1q-havada-maska-tax%C4%B1lmas%C4%B1-l%C9%99%C4%9Fv-oluna-bil%C9%99r/31264494.html | "Bilirik ki, insanları ən çox narahat edən açıq havada maska taxılmasıdır. İnsanlar fiziki məsafəni saxladıqları halda açıq havada maskaların ləğv olunması elan oluna bilər". Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Azərbaycan Dövlət Televiziyasina açıqlamasında deyib. O bildirib ki, yaxın vaxtlarda maskalarla bağlı bəlli qərarlar elan olunacaq. Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ilin martından karantin rejimidir. Ölkədə nəinki qapalı məkanlarda, hətta açıq havada da maska taxmamağa görə cərimə nəzərdə tutulur. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 331 min 40 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 814-nün vəfat etdiyi bildirilir. | 2021-05-20 | Açıq havada maska taxılması ləğv oluna bilər | Koronavirus, Maska, koronavirus | Koronavirus | AzadlıqRadiosu | Açıq havada maska taxılması ləğv oluna bilər | az | 0.994553 | https://www.azadliq.org/a/a%C3%A7%C4%B1q-havada-maska-tax%C4%B1lmas%C4%B1-l%C9%99%C4%9Fv-oluna-bil%C9%99r/31264494.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:10+00:00 |
|
https://report.az/biznes-xeberleri/britaniyanin-ixracat-naziri-azerbaycanla-iqtisadi-elaqelerinin-derinlesmesini-gozleyir/ | “Sabahın xeyir, Bakı! Azərbaycana çatdım, ticarət və iqtisadi əlaqələrimizin dərinləşməsini gözləyirik”. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Stuart tvitterdəki paylaşımında qeyd edib. Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək. Məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək. Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Stuartdır. | 2021-05-20 | Britaniyanın ixracat naziri Azərbaycanla iqtisadi əlaqələrinin dərinləşməsini gözləyir | Azərbaycan;Böyük Britaniya;nazir | Tural İbadlı Tural İbadlı Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999821 | https://report.az/biznes-xeberleri/britaniyanin-ixracat-naziri-azerbaycanla-iqtisadi-elaqelerinin-derinlesmesini-gozleyir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:11+00:00 |
||
https://www.azadliq.org/a/ombudsman-saxlanan-h%C9%99rb%C3%A7il%C9%99rl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb/31264469.html | İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Penitensiar Xidmətin İstintaq Təcridxanasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistanın yerləşdirdiyi bildirilən və saxlanaraq istintaqa təhvil verilən hərbi qulluqçulara baş çəkib. Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra saxlanıb. Bildirildiyinə görə, onlar dörd Azərbaycan hərbçisinin qətlə yetirilməsi, bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar. "Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb...", - məlumatda yazılıb. Açıqlamaya görə, Ombudsman fərdi qaydada həmin şəxslərin müraciətlərini dinləyib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, bu şəxslərin sayı əvvəlcə 60-dan çox olub. Onlardan yalnız üçü bu ayın əvvəlində ittiham edilmədən geri qaytarılıb. Ermənistanın rəsmi qurumları onları hərbi əsr adlandırır və hamısının geri qaytarılmasını tələb edir. Azərbaycan isə bu şəxsləri təxribat qrupunun üzvləri sayır və bildirir ki, onlar 10 noyabr razilığından sonra saxlandıqlarından hərbi əsir sayılmırlar. Xatırlatma Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. | 2021-05-20 | Ombudsman saxlanan hərbçilərlə görüşüb | Azərbaycan xəbərləri, azərbaycan, qarabağ, əsir, erməni | Azərbaycan xəbərləri | AzadlıqRadiosu | Ombudsman saxlanan hərbçilərlə görüşüb | az | 0.999883 | https://www.azadliq.org/a/ombudsman-saxlanan-h%C9%99rb%C3%A7il%C9%99rl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb/31264469.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:16+00:00 |
|
https://report.az/elm-ve-tehsil-xeberleri/inkluziv-telim-merkezi-buzovnaya-kocuruldu/ | İçərişəhərdə yerləşən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Buzovna qəsəbəsində yerləşən korpusuna köçürülüb. "Report" xəbər verir ki, bu İnklüziv Mərkəz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycanda inklüziv təhsilin təşviqinə yönəlmiş layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və İçərişəhər Administrasiyası tərəfindən birgə təsis edilib. “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” adlı üçillik layihənin əsas məqsədi əlilliyi olan uşaq və gənclərin ehtiyaclarına uyğunlaşdırılmış inklüziv peşə təhsil proqramlarına çıxış imkanlarının artırılmasına kömək etməkdir. Layihə nəticəsində, 112 nəfər əlilliyi olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb; 20 nəfər müxtəlif çətinlikləri olan tələbə isə özünüməşğulluq layihələrini kiçik qrantlar əldə etmək üçün təqdim edib; əlavə olaraq 50 video dərs hazırlanaraq layihənin Bundan əlavə, incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. Məqsəd, qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub. Layihə eyni zamanda Buzovnada yerləşən peşə təhsil müəssisəsində müvafiq lift inşa edərək Mərkəzə müyəssər girişi təmin edib. Həmçinin, yeni avadanlıq və materiallar təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası olaraq istifadəyə verilib. Layihə çərçivəsində suvenir istehsalı ilə bağlı bir sıra ustad dərsləri təşkil edilib və vitraj suvenirlərinin istehsalı üzrə yeni inklüziv kurs sınaqdan keçirilib. Bu inklüziv mərkəzin adıçəkilən peşə təhsil müəssisəsinə köçürülməsi ilə, Peşə Təhsili üzrə Dövlət Agentliyi öz növbəsində, inklüziv təhsil proqramlarını davam etdirmək və inklüziv təhsilin peşə təhsili şəraitində inteqrasiyasını daha da inkişaf etdirmək niyyətindədir. “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” layihəsinin nailiyyətlərini əldə tutaraq həmin istiqamətdə davam etdirmək, həmçinin əlilliyi olan tələbələrə davamlı dəstəyin təmin edilməsi məqsədilə bu sahədə çalışan mütəxəssislər üçün yaxın gələcəkdə əlavə olaraq, potensialın artırılması proqramları da nəzərdə tutulur. | 2021-05-20 | İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü | Buzovna | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/elm-ve-tehsil-xeberleri/inkluziv-telim-merkezi-buzovnaya-kocuruldu/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:29+00:00 |
||
https://report.az/energetika/keskin-azalmadan-sonra-neftin-qiymeti-bu-gun-artir/ | Dünya bazarında neftin qiyməti dünənki çöküşdən sonra bu gün səhər korreksiya çərçivəsində cüzi artıb. “Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı saat 09:25-də 0,23 faiz artaraq 66,81 dollar təşkil edib. WTI neftinin iyul fyuçersləri 0,36 faiz bahalaşaraq bir bareli 63,58 dollara satılıb. Bu neft markasının iyun fyuçersləri 0,58 faiz bahalaşıb və bir bareli 63,73 dollara təklif olunub. Çərşənbə günü İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyişə və ABŞ-da ehtiyatların artmasına dair xəbərlər neftin qiymətinin düşməsinə səbəb olub. “ING Group” ekspertləri neft bazarının orta müddətli perspektivlərini kifayət qədər nikbin qiymətləndirirlər. Onların fikrincə, bu ilin ikinci yarısında “Brent”in qiyməti orta hesabla bir barel üçün 70 dollar olacaq. | 2021-05-20 | Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşır | neft;qiymət;Birja | İqtisadiyyat Şöbəsi | Report İnformasiya Agentliyi | az | 0.997094 | https://report.az/energetika/keskin-azalmadan-sonra-neftin-qiymeti-bu-gun-artir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:40+00:00 |
||
https://metbuat.az/news/1407141/azerbaycanda-tetbiq-edilen-en-keyfiyyetli-peyvend-aciqlandi.html | Azərbaycanda tətbiq edilən peyvəndlərdən ən keyfiyyətlisi “AstraZeneca”dır.
Meetbuat.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. “Təəssüflər olsun ki, vətəndaşlara peyvəndlərlə bağlı sərbəst seçim imkanı verilmir. İlk dəfə tətbiq edilən “CoronaVac” peyvəndi əldə olunan zaman onun effektivliyinin kifayət qədər yüksək olduğunu bildirdilər. Amma hazırda antikor testi verənlərin bəzisində zidiyyətli nəticələr ortaya çıxır. Yəqin ki, bunlar ümumiləşdirilib, açıqlamalar veriləcək və müəyyən zamanda onların hansısının effektiv olduğu ortaya çıxacaq. Hesab edirəm ki, Azərbaycana gətirilən peyvəndlər arasında ən keyfiyyətlisi “AstraZeneca”dır. Bu, Oksford Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış vektorlu peyvənddir. Belə peyvəndlərdən biri də Rusiyada istehsal olunub. Lakin ölkəmizə gətirilən bu peyvəndlərin ilkin və ya təkmilləşmiş variant olub-olmadığını bilmirik”, - o bildirib. | 2021-05-20 | Azərbaycanda tətbiq edilən ən keyfiyyətli peyvənd açıqlandı - VİDEO | Azərbaycanda, tətbiq, edilən, ən, keyfiyyətli, peyvənd, açıqlandı, VİDEO xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.998949 | https://metbuat.az/news/1407141/azerbaycanda-tetbiq-edilen-en-keyfiyyetli-peyvend-aciqlandi.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:33:09+00:00 |
|
https://report.az/futbol-xeberleri/maksim-medvedev-her-kes-penalti-epizodunda-nelerin-bas-verdiyini-gorub/ | "Bu oyuna kimi çox uzun və ağır yol keçdik. İrəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi bəlkə də emosiyaların təsiri altındayam. Ona görə də çox şey demək istəmirəm". "Report"un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib. 32 yaşlı müdafiəçi çempionluq münasibəti ilə rəqibi təbrik edib: "Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin reytinqini artıracaqlar". Medvedev qarşılaşmadakı mübahisəli penalti epizodları haqqında isə çox danışmaq istəməyib: "Qarşılaşma gedə-gedə nələrin baş verdiyini deyə bilmərəm. Oyunun təkrarına baxanda bütün camaat görür ki, əslində nələr baş verib". | 2021-05-20 | Maksim Medvedev: "Hər kəs penalti epizodunda nələrin baş verdiyini görüb" | Azərbaycan Premyer Liqası;Maksim Medvedev;neftçi qarabag | Təbriz Quliyev Təbriz Quliyev Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.99846 | https://report.az/futbol-xeberleri/maksim-medvedev-her-kes-penalti-epizodunda-nelerin-bas-verdiyini-gorub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:56:51+00:00 |
||
https://report.az/futbol-xeberleri/sebail-bas-mesqci-ile-bagli-qerar-verdi/ | “Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib. "Report"un məlumatına görə, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib. Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər barədə də danışılıb. Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. 3 ildir baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb. | 2021-05-20 | "Səbail" baş məşqçi ilə bağlı qərarını açıqladı | Aftandil Hacıyev;"Səbail" klubu | Təbriz Quliyev Təbriz Quliyev Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/futbol-xeberleri/sebail-bas-mesqci-ile-bagli-qerar-verdi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:03+00:00 |
||
https://metbuat.az/news/1407146/metroda-gedis-haqqi-artirilir.html | Sərt karantin rejiminin tətbiqi istiqamətində aparılan yumuşalma tədbirləri hələ də bir çox sahələrə tətbiq edilməyib. Bunlardan biri də metroların açılmasına qoyulan qadağadır. Bəs qarşıdakı günlərdə Bakı Metropoliteni sərnişinlərinə yenidən qapılarını aça biləcəkmi? Bu sualımızı cavablandıran metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov Metbuat.az-a bildirdi ki, metronun sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi sırf Operativ Qərargahın səlahiyyətidir. Hər hansısa qərar barədə onlara məlumat daxil olmayıb. “Metronun açılmasını, hamıda çox biz – metropoliten işçiləri istəyirik. Qeyri-müəyyən vəziyyətdə işləmək daha da çətindir. Amma bu metropoliten rəhbərliyindən asılı deyil. Məsələyə mütəxəssis səviyyəsində baxılmalıdır və Nazirlər Kabineti yanında Operativ Qərargan buna qərar verməlidir. Operativ Qərargah isə, məlumdur ki, pandemiya ilə bağlı mövcud vəziyyəti dəyərləndirib qərarlar verir. Metroda qapalı mühit, süni ventilyasiya sistemi nəzərə alınır. Biz də hamı kimi Operativ Qərargahın verəcəyi qərarı gözləyirik ki, qısa zamanda metro açılsın”. Bakı Metropoliteni açılacağı təqdirdə sərnişindaşımada qiymət artımın olması məsələsinə də aydınlıq gətirən Bəxtiyar Məmmədov qeyd etdi ki, qiymətlə bağlı Tarif Şurasına hələ müraciət olunmayıb. “İndi əsas vəzifə sərnişindaşımada infrastrukturu hazır vəziyyətdə saxlamaqdır. İnanın ki, bu da asan başa gələn məsələ deyil. Yerin altında bütöv şəhəri saxlamaq böyük əziyyətlər bahasına başa gəlir”. Gülbəniz Hüseynli /Metbuat.az | 2021-05-20 | Metroda gediş haqqı ARTIRILIR? - Metropolitendən AÇIQLAMA | Metroda, gediş, haqqı, ARTIRILIR?Metropolitendən, AÇIQLAMA xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülbəniz Hüseynli | Metbuat.az | az | 0.999412 | https://metbuat.az/news/1407146/metroda-gedis-haqqi-artirilir.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:33:38+00:00 |
|
https://report.az/hadise/kelbecerde-ermenilerin-saldigi-narkotik-plantasiyasi-askarlanib/ | İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində çətənə kolları aşkarlanıb. “Report”un xəbərinədə görə, bununla bağlı sosial şəbəkələrdə “Hərbi xəbərlər” səhifəsi videogörüntülər paylaşıb. Belə ki, rayon ərazisində ermənilər tərəfindən xüsusi qulluq göstərməklə yetişdirilən narkotik tərkibli çətənə kolları aşkar edilib. Qeyd edək ki, daha əvvəl Füzuli rayonunun işğaldan azad edilən ərazilərində narkotik bitkilərin əkildiyi plantasiya da aşkarlanmışdı. | 2021-05-20 | Kəlbəcərdə ermənilərin saldığı narkotik plantasiyası aşkarlanıb - VİDEO | narkotik;kəlbəcər | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999889 | https://report.az/hadise/kelbecerde-ermenilerin-saldigi-narkotik-plantasiyasi-askarlanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:09+00:00 |
||
https://metbuat.az/news/1407147/hebsxanada-7-mehbusun-basi-kesildi.html | Qvatemalanın qərbində yerləşən həbsxanadakı qiyam nəticəsində azı 7 nəfərin başı kəsilib. Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, 2252 məhbusun olduğu həbsxanada qiyam ziyarət vaxtının bitməsindən bir neçə dəqiqə sonra başlayıb. Hadisəyə səbəb cinayətkar dəstələrin qarşıdurması göstərilib. | 2021-05-20 | Həbsxanada 7 məhbusun başı kəsildi - FOTOLAR | Həbsxanada, 7, məhbusun, başı, kəsildi, FOTOLAR xeberi, en son xeber, son xeberler | Dünya;Siyasət;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999904 | https://metbuat.az/news/1407147/hebsxanada-7-mehbusun-basi-kesildi.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:33:44+00:00 |
|
https://metbuat.az/news/1407148/siqaret-ustunde-baslayan-mubahise-olumle.html | Mingəçevirdə qətl törədilib. Metbuat.az APA-ya istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb. Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb. Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür. | 2021-05-20 | Siqaret üstündə başlayan mübahisə ölümlə NƏTİCƏLƏNDİ/ FOTO | Siqaret, üstündə, başlayan, mübahisə, ölümlə, NƏTİCƏLƏNDİ/, FOTO xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999628 | https://metbuat.az/news/1407148/siqaret-ustunde-baslayan-mubahise-olumle.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:33:50+00:00 |
|
https://report.az/region-xeberleri/gurcustan-azerbaycanla-quru-serhedlerini-acmagi-planlasdirir/ | Gürcüstan hakimiyyəti yay turizm mövsümündə qonşu ölkələrlə quru sərhədlərini açmağı planlaşdırır. “Report”u məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib. "Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik", - Natiya Turnava jurnalistlərə bildirib. Qeyd edək ki, Gürcüstan Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya ilə həmsərhəddir. Gürcüstan hakimiyyəti quru sərhədlərini 2020-ci ildə koronavirus pandemiyasına görə bağlayıb. Bu halda bəzi ölkələrin vətəndaşları Gürcüstana təyyarə ilə gedə bilərlər. Gürcüstan hakimiyyətinin nümayəndələri bildiriblər ki, pandemiya şəraitində ölkəyə hava yolu ilə gəlmiş turistlərin sağlamlıq vəziyyətinə nəzarət etmək daha asandır, nəinki quru sərhədi ilə. Turnava daha əvvəl bildirib ki, quru sərhədlərin açılışı koronavirus pandemiyasının üçüncü dalğası bitdikdən sonra reallaşacaq. | 2021-05-20 | Gürcüstan Azərbaycanla quru sərhədini açmağı planlaşdırır | Azərbaycan;Gürcüstan;sərhəd | Anar Tağıyev Anar Tağıyev Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999852 | https://report.az/region-xeberleri/gurcustan-azerbaycanla-quru-serhedlerini-acmagi-planlasdirir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520032040-01836.warc.gz | 2021-05-20T04:21:22+00:00 |
||
https://report.az/hadise/saatlida-reyd-kecirildi-suruculer-cerimelendi124/ | Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi və atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı polis əməkdaşları yol hərəkəti qaydalarını pozaraq qarşı zolaqla hərəkət edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və müvafiq sənədləri olmadan nəqliyyat vasitəsini idarə edən sürücüləri saxlayaraq, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər. Həmçinin yol polisi inspektorları tərəfindən saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Tədbirlər zamanı standartlara cavab verməyən və digər qayda pozuntularına yol verən avtomobil sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb. | 2021-05-20 | Saatlıda reyd keçirildi, sürücülər cərimələndi | reyd;Saatlı;sürücülər | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999918 | https://report.az/hadise/saatlida-reyd-kecirildi-suruculer-cerimelendi124/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:15+00:00 |
||
https://metbuat.az/news/1407149/kapital-bank-sahibkarlara-suretli-tender-mehsulunu-teklif-ed.html | Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir. “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; il ərzində bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir. Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər. | 2021-05-20 | Kapital Bank sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir | Kapital, Bank, sahibkarlara, “Sürətli, tender”, məhsulunu, təklif, edir xeberi, en son xeber, son xeberler | İqtisadiyyat;Siyasət;Dünya;Sosial;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999953 | https://metbuat.az/news/1407149/kapital-bank-sahibkarlara-suretli-tender-mehsulunu-teklif-ed.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:33:56+00:00 |
|
https://metbuat.az/news/1407150/amea-nin-bu-institutu-mehkemeye-verildi.html | Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri məhkəməyə verilib. Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi Rəsulova İnarə Əlizaman qızı Yasamal rayon Məhkəməsinə müraciət edib. O, yenidən işə bərpa olunmasını tələb edir. Bundan əlavə xanım elmi işçi onun mülki hüquqlarının pozultuğunu səbəb gətirərək, ona vurulan maddi və mənəvi zərərin ödənilməsini tələb edir. İş hakim Vahid Hacıyevin icraatına verilib. | 2021-05-20 | AMEA-nın bu institutu məhkəməyə verildi - SƏBƏB | AMEA-nın, bu, institutu, məhkəməyə, verildi, SƏBƏB xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999125 | https://metbuat.az/news/1407150/amea-nin-bu-institutu-mehkemeye-verildi.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:02+00:00 |
|
https://metbuat.az/news/1407151/erdogan-boyuk-mujdeni-aciqladi---cox-yaxsi-xeberler-gelir.html | Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Ankaranın 5 araşdırma gəmisi var və Aralıq dənizində işlər davam edir. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə Aralıq dənizinin şərqindəki araşdırmalarla bağlı sevindirici xəbərlər gələ bilər: “İndi İnşallah gözəl müjdələr alırıq. Bu müjdələrlə bərabər yaxında neft və təbii qazla bağlı xəbərlər eşitsəniz təəccüblənməyin”. Anar Türkeş / Metbuat.az | 2021-05-20 | Ərdoğan böyük MÜJDƏNİ AÇIQLADI - Çox yaxşı xəbərlər gəlir | Ərdoğan, böyük, MÜJDƏNİ, AÇIQLADI, Çox, yaxşı, xəbərlər, gəlir xeberi, en son xeber, son xeberler | Dünya;Siyasət;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Anar Türkeş | Metbuat.az | az | 0.999787 | https://metbuat.az/news/1407151/erdogan-boyuk-mujdeni-aciqladi---cox-yaxsi-xeberler-gelir.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:08+00:00 |
|
https://report.az/herbi-xeberler/azerbaycanin-ve-belarusun-mudafie-nazirleri-herbi-hisseleri-ziyaret-edibler/ | Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb. Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. | 2021-05-20 | Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər | müdafiə nazirləri;Hərbi hissə | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999664 | https://report.az/herbi-xeberler/azerbaycanin-ve-belarusun-mudafie-nazirleri-herbi-hisseleri-ziyaret-edibler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:27+00:00 |
||
https://metbuat.az/news/1407152/sehid-tebriz-ibrahimovun-cenazesi-ile-ata-ocaginda-vida-mera.html | Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi ilə ata ocağında vida mərasimi keçirilib. Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək. Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb. Allah rəhmət eləsin! | 2021-05-20 | Şəhid Təbriz İbrahimovun cənazəsi ilə ata ocağında vida mərasimi keçirilib - VİDEO | Şəhid, Təbriz, İbrahimovun, cənazəsi, ilə, ata, ocağında, vida, mərasimi, keçirilib, VİDEO xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999482 | https://metbuat.az/news/1407152/sehid-tebriz-ibrahimovun-cenazesi-ile-ata-ocaginda-vida-mera.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:14+00:00 |
|
https://metbuat.az/news/1407153/santaj-etdi-sonra-ise---20-yasli-sevgililerin.html | Şəki rayonunda bir neçə gün öncə intihar edən 20 yaşlı Gülər Mehdiyevanı (şərti) şantaj etməkdə təqsirli bilinən sevgilisi İ. M. həbs edilib. Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Gülər və həmkəndlisi, 2001-ci il təvəllüdlü İ. M.-lə bir müddət sevgili olublar və həmin zaman qız özünün şəxsi fotolarını mesaj vasitəsilə sevgilisinə göndərib. Müəyyən vaxtdan sonra isə Gülər 20 yaşlı sevgilisindən ayrılmaq istəyib. İ. M. isə ayrılacağı təqdirdə qızı həmin fotolarını yaymaqla şantaj edib. Gülər bu təhdidlərə dözməyərək özünü öldürəcəyini bildirib. Sevgilisi ona “get, öldür” tərzində cavab verib. Bütün bunlardan və şantajdan sonra G.Mehdiyeva mayın 12-də yaşadıqları evin həyətində özünü ağacdan asıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı onu sevgilisi İ. M.-ın şantaj edərək intihar etməsinə səbəb olduğu məlum olub. İ. M. saxlanılaraq ifadəsi alınıb və dünən, mayın 18-də istintaqın təqdimatı ilə Şəki rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, o, istintaq təcridxanasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir. | 2021-05-20 | Şantaj etdi, sonra isə... - 20 yaşlı sevgililərin FACİƏVİ SONU | Şantaj, etdi,, sonra, isə..., 20, yaşlı, sevgililərin, FACİƏVİ, SONU xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999391 | https://metbuat.az/news/1407153/santaj-etdi-sonra-ise---20-yasli-sevgililerin.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:19+00:00 |
|
https://report.az/herbi-xeberler/zakir-hesenov-ve-viktor-xrenin-polonez-raketlerine-baxis-kecirib/ | Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissəni ziyarət ediblər. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirlərinə qoşun xidməti, hərbi hissənin döyüş hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məruzə olunub. Hərbi hissə və şəxsi heyətin yüksək sosial məişət şəraiti ilə bağlı məlumat verildikdən sonra nazirlər burada yaradılan hərbi infrastrukturla tanış olub. Qərargah binası, əsgər yataqxanası, yeməkxanaya baxış keçirilib. Sonda müdafiə nazirləri “Polonez” əməliyyat-taktiki raket komplekslərinin saxlandığı park, döyüş raketlərinin saxlandığı anbar və texniki xidmət mərkəzində olub. | 2021-05-20 | Zakir Həsənov və Viktor Xrenin “Polonez” raketlərinə baxış keçirib | Zakir Həsənov;Raket | İsmayıl Nəsibli İsmayıl Nəsibli Report az https; Static Report Az; Photo; D | Report İnformasiya Agentliyi | az | 0.999435 | https://report.az/herbi-xeberler/zakir-hesenov-ve-viktor-xrenin-polonez-raketlerine-baxis-kecirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:33+00:00 |
||
https://metbuat.az/news/1407155/nato-dan-hemle.html | "Azərbaycanın Qarabağ müharibəsindən sonra Qərblə əməkdaşlığını inkişaf etdirməsi və yeni bir siyasi mərhələyə başlaması labüd idi. Xüsusilə, NATO ilə əlaqələrin davam etdirilməsi və regionda mürəkkəb bir vəziyyətin yaranması prosesində Azərbaycanın bu əməkdaşlığa ciddi bir ehtiyacı var". Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Siyasi şərhçi bildirdi ki, prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin NATO Baş katibi ilə görüşü və ardınca Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı ilə müzakirələri, hər iki təşkilatla Azərbaycan arasında bundan sonra yeni bir əməkdaşlıq mərhələsi kimi qiymətləndirmək olar.
"Hər iki mötəbər qurumun regionda və beynəlxalq proseslərdə aktiv rolu, Azərbaycana dəstəyi xüsusi əhəmiyyət daşıyacaqdır. NATO ilə əməkdaşlığın inkişaf etdirlilməsi məhz hazırkı siyasi müstəvidə Azərbaycanın mövqeyini gücləndirə bilər. Çünki, Ermənistanla sərhəd məsələsində problemlər ortaya çıxır, Azərbaycana qarşı haqsız siyasi hücumlar edilir. Ona görə də Ermənistanın bu siyasətinin qarşısını almaq diplomatik müstəvidə mövqelərimizin möhkəmləndirməsinə gətirib çıxaracaq".
Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycanın qarşısında çətin və gərgin bir siyasi mərhələ var. Qarabağ müharibəsindən sonra yeni bir siyasi çağırışlarla üz-üzəyik. Bu, gərgin siyasi prosesdə Qərblə yeni müstəvidə siyasi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın mövqelərini gücləndirlməsinə gətirib çıxara bilər. "NATO ilə əməkdaşlığa gəldikdə isə, ordumuzun NATO standartlarına keçidi sürətləndiriləcək və bu istiqamətdə Alyans Azərbaycana dəstəyini ifadə edəcək. NATO Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Birinci, bununla Cənubi Qafqazda müharibədən sonra, geosiyasi mövqeyini möhkəmləndirəcək. İkinci, Xəzər hövzəsində və Mərkəzi Asiyada yeni bir siyasi xətt izləyəcək. Üçüncü, Rusiyanın mövqeyini zəiflətməyə çalışacaqdır". Bəs Azərbaycan üçün NATO ilə yeni bir əməkdaşlıq hansı imkanları özündə ehtiva edir?
"Birincisi odur ki, Azərbaycan ordunu NATO standartlarına uyğun quraraq, Alyansın dəstəyini alacaq. İkinci addım odur ki, Ermənistanla problemlər fonunda NATO ilə əməkdaşlıq formatı çərçivəsində digər ölkələrin hər hansı bir siyasi təziqlərini neytrallaşdıra biləcəkdir. Üçüncü, Rusiya ilə əlaqələrində geniş manevr edəcəkdir". Gülbəniz Hüseynli / METBUAT.AZ | 2021-05-20 | NATO-dan HƏMLƏ: Rusiyanı Azərbaycanın əli ilə "əzəcək" | NATO-dan, HƏMLƏ:Rusiyanı, Azərbaycanın, əli, ilə, əzəcək xeberi, en son xeber, son xeberler | Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülbəniz Hüseynli | Metbuat.az | az | 0.999907 | https://metbuat.az/news/1407155/nato-dan-hemle.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:31+00:00 |
|
https://metbuat.az/news/1407156/aciq-havada-maskadan-istifade-legv-olunur.html | Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər. Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır: "Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm". | 2021-05-20 | Açıq havada maskadan istifadə ləğv olunur - TƏBİB rəsmisi AÇIQLADI | Açıq, havada, maskadan, istifadə, ləğv, olunur, TƏBİB, rəsmisi, AÇIQLADI, xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.993761 | https://metbuat.az/news/1407156/aciq-havada-maskadan-istifade-legv-olunur.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:37+00:00 |
|
https://report.az/infrastruktur/bakida-42-nomreli-muntezem-marsrutun-hereket-sxemi-muveqqeti-deyisdirilecek/ | Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. "Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək. | 2021-05-20 | Bakıda 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək | BNA;marşurut | Aynur Bayramova Aynur Bayramova Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.999986 | https://report.az/infrastruktur/bakida-42-nomreli-muntezem-marsrutun-hereket-sxemi-muveqqeti-deyisdirilecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:39+00:00 |
||
https://metbuat.az/news/1407158/sehid-polkovnikin-ovladi-dunyaya-geldi.html | Vətən müharibəsində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin qız övladı dünyaya gəlib. Metbuata.z xəbər verir ki, bu barədə Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Şəhidin yeni dünyaya gələn övladına Cənnət adı qoyulub. Qərib Baxşəliyevin vətənə əmanət 3 övladı var idi. | 2021-05-20 | Şəhid polkovnikin övladı dünyaya gəldi - FOTO | Şəhid, polkovnikin, övladı, dünyaya, gəldi, FOTO xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Gülər Seymurqızı | Metbuat.az | az | 0.999893 | https://metbuat.az/news/1407158/sehid-polkovnikin-ovladi-dunyaya-geldi.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520063814-01838.warc.gz | 2021-05-20T07:34:49+00:00 |
|
https://report.az/maliyye-xeberleri/susada-bas-vermis-yol-qezasina-gore-sigorta-odenisi-verilib/ | Azərbaycanın sığorta şirkətlərindən biri Şuşa şəhərində baş vermiş yol qəzasına görə sığorta ödənişi verib. “Report”a daxil olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə daşıma xidmətləri göstərən yük maşınlarından biri Şuşa istiqamətində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş verib. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Sığorta şirkəti öhdəliklərini yerinə yetirərək, dəymiş ziyana görə ödəniş edib. | 2021-05-20 | Şuşada baş vermiş yol qəzasına görə sığorta ödənişi verilib | Yol qəzası;Şuşa | İqtisadiyyat Şöbəsi | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/maliyye-xeberleri/susada-bas-vermis-yol-qezasina-gore-sigorta-odenisi-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:57:56+00:00 |
||
https://report.az/sehiyye-xeberler/yumsaldilma-tedbirleri-barede-muzakireler-aparilir/ | Ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tədbirləri barədə Nazirlər Kabineti yanında Operativ Qəraragah tərəfindən müzakirələr aparılır. Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, bununla bağlı hələ rəsmi qərar qəbul edilməyib. Qeyd edək ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, açıq havada fiziki məsafə qorunmaq şərtilə maskadan istifadənin ləğvi, habelə toy və digər mərasimlərin təşkili ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin qaydaların açıqlanması nəzərdə tutulur. | 2021-05-20 | TƏBİB: Yumşaldılma tədbirləri barədə müzakirələr aparılır | TƏBİB;məlumat | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.99989 | https://report.az/sehiyye-xeberler/yumsaldilma-tedbirleri-barede-muzakireler-aparilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:58:38+00:00 |
||
https://report.az/sosial-mudafie/daha-iki-sehid-ailesi-ucun-kicik-istehsal-muessiseleri-yaradilib/ | Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, lazımi avadanlıq verilməklə şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova (Nərimanov rayonu) üçün un məmulatlarının istehsalı, şəhid Qüdrət Adişovun anası Yaqut Adişova (Sabunçu rayonu) üçün isə tekstil məhsullarının istehsalı müəssiəsi qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və digər əməkdaşlar hər iki ailə ilə görüşüblər. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə də baxış olub. Şəhid ailələrinin sosial vəziyyətlərinin daim diqqətdə olduğu, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib. | 2021-05-20 | Daha iki şəhid ailəsi üçün kiçik istehsal müəssisələri yaradılıb | ƏƏSMN;şəhid ailələri | Şəfiqə Nazimqızı Şəfiqə Nazimqızı Report az https; Static Report Az; Photo; C | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/sosial-mudafie/daha-iki-sehid-ailesi-ucun-kicik-istehsal-muessiseleri-yaradilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:58:44+00:00 |
||
https://report.az/sou-biznes-xeberleri/samire-efendinin-ifasi-cox-sayda-baxis-toplayib/ | "Eurovision 2021" mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Efendinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına "YouTube"da 2 milyondan çox baxış olub. “Report” xəbər verir ki, bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də "YouTube"da Azərbaycan trendləri arasında birinci yerdədir. Xatırladaq ki, mayın 18-də birinci yarımfinalda müvəffəqiyyətlə ifa etmiş S.Efendi bu ayın 22-də keçiriləcək final konsertində iştirak etmək hüququ qazanıb. | 2021-05-20 | Samirə Efendinin yarımfinalda ifası çox sayda baxış toplayıb | “Eurovision - 2021”;samirə əfəndi | Nərgiz Oqtay Nərgiz Oqtay Report az https; Static Report Az; Photo | Report İnformasiya Agentliyi | az | 0.987723 | https://report.az/sou-biznes-xeberleri/samire-efendinin-ifasi-cox-sayda-baxis-toplayib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:58:50+00:00 |
||
https://report.az/xarici-siyaset/azerbaycan-xin-hindistana-cavab-verib/ | "Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib". "Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasına münasibət bildirərkən deyib. "İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib. Xatırlatmaq istərdim ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir. İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl mənasında yaxşı qonşuluq münasibətləri qurmağın yeganə yoludur. Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına töhfə verir və beynəlxalq hüquq normaları və prinsiplərinə hörməti təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı cəhdlər qəbuledilməzdir", - L.Abdullayeva bildirib. | 2021-05-20 | Azərbaycan XİN Hindistana cavab verib | XİN;Hindistan;cavab | Səid Qərib Səid Qərib Report az https; Static Report Az; Photo; Ba | Report İnformasiya Agentliyi | az | 1 | https://report.az/xarici-siyaset/azerbaycan-xin-hindistana-cavab-verib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520080331-01839.warc.gz | 2021-05-20T08:58:56+00:00 |
||
https://metbuat.az/news/1407131/yol-polisi-masinlari-yoxlamaq-ucun-yeni-cihaz-alib.html | Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə reyd keçirilib. DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobillər yol polisləri tərəfindən yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlanılıb.
Atmosferə nomadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb. Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər barələrində müvafiq tədbirlər görülüb. | 2021-05-20 | Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO | Yol, polisi, maşınları, yoxlamaq, üçün, yeni, cihaz, alıb, VİDEO xeberi, en son xeber, son xeberler | Ölkə;Siyasət;Dünya;Sosial;İqtisadiyyat;İdman;Şou-Biznes;Müsahibə;Sağlamlıq;Turizm | Metbuat az | Metbuat.az | az | 0.999972 | https://metbuat.az/news/1407131/yol-polisi-masinlari-yoxlamaq-ucun-yeni-cihaz-alib.html | metbuat.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520032040-01836.warc.gz | 2021-05-20T04:23:15+00:00 |
|
https://www.azadliq.org/a/31264230.html | Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, erməni və azərbaycanlı əsgərləri görüntüləyən videonun təhqiqatı nəticəsində sosial şəbəkələrin Azərbaycandakı istifadəçiləri tərəfindən tirajlanan videodakı insidentin mayın 17-də Ermənistan-Azərbaycan sərhədinin şərq sektorunda baş verdiyi məlum olub. AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, nazirlikdə bu video ilə bağlı “xidməti təhqiqata” başlanıb. Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “insidentin bütün təfsilatının aşkar edilməsinə və müvafiq hüquqi nəticələrin tətbiqinə çalışılacaq”. Bundan əvvəl Müdafiə Nazirliyi Geqarkunik vilayətində mayın 17-də Azərbaycan və Ermənistan hərbçiləri arasında “insidentin” baş verdiyini təsdiqləmişdi. Nazirlik əlavə etmişdi ki, problem çevik bir şəkildə və ciddi nəticələri olmadan çözülüb. İnsidentin konkret nədən ibarət olması açıqlanmır. Yerli sakinlər xəbərləri təkzib edirlər Azatutyun bu arada həm də Dağlıq Qarabağda yayılan bəzi şayiələrədən bəhs edib. Məlumatda deyilir ki, Dağlıq Qarabağdakı erməni icma başçıları Azərbaycan hərbçilərinin guya Kəlbəcər və Ağdərə istiqamətindən irəliləməsinə dair mediada çıxan xəbərləri təkzib ediblər. Azatutyin yazır ki, sözü gedən xəbərlər artıq şəbəkələrdən silinib. Erməni icma başçıları deyiblər ki, bu bölgəyə erməni köçkünlərin qaytarılması “strateji əhəmiyyət” daşıyır və lüzumsuz panika bu işə mane ola bilər. Azatutyunun yazdığına görə yayılmış videolardan biri “Qırmızı Bazar sakinləri əsas yola çıxaraq, düşmənin avtomobil karvanını dayandırıblar” adlanırdı. Bu video da internetdən silinib. Azatutyunun yazdığına görə bu kimi xəbərlərdən əvvəl guya azərbaycanlıların Qırmızı Bazarın yaxınlığındakı Tağaverd istiqamətində atəş açdıqlarına dair şayiələr dolaşırdı. AzadlıqRadiosuna müsahibəsində kəndin icra nümayəndəsi Oleq Arutyunyan bu xəbərlərin saxta olduğunu deyib. “Bizim kəndin camaatı Yerevandadır...” Müharibə nəticəsində ikiyə bölünmüş kəndin nümayəndəsi deyib ki, haqqında söhbət gedən atəşlər əslində başqa tərəfdə, həm də göyə atılır. Arutyunyan deyib ki, azərbaycanlılar buradan keçərkən nalayiq ifadələr işlədiblər, video çəkiblər və ermənilər də hirsləniblər. Nümayəndə bildirib ki, “bu mənada qeyri-adi heç nə baş verməyib”. Azatutyun yazır ki, Qırmızı Bazar kəndinin nümayəndələri ilə danışmaq mümkün olmayıb, amma kütləvi informasiya vasitələrində yayılan başqa bir xəbər də təkzib edilib. Bu xəbərdə deyilirdi ki, guya silahlı azərbaycanlılar ermənilərin nəzarətində olan Çərəkdar kəndinə yaxınlaşıblar və Həsənriz kəndi istiqamətində irəliləmək istəyiblər. Kəndin icra başçısı Kamo Tsakanyan bu informasiyanın yalan olduğunu bildirib: “Bizim kəndin camaatı Yerevandadır və bura qayıtmalıdır. Amma bu yalanı qəsdən yayırlar ki, onlar qayıtmasınlar”. Babayan: “Məqsəd sakinlərin Qarabağa qayıtmasına maneçilik yaratmaqdır” Dağlıq Qarabağ separatçılarının “xarici işlər naziri” kimi təqdim olunan David Babayan deyib ki, onlar hər bir hadisə barədə ayrıca informasiya verə bilmirlər, amma Dağlıq Qarabağda hazırda situasiya sabitdir və nəzarət altındadır: “Düşünürəm ki, buna bənzər insidentlər hələ olacaq, amma bu ümumilkdə stabillik və sülhə təhlükə yaratmır. Adətən belə olur: hansısa insidentlər baş verir, erməni avtomobillərini, əsasən azərbaycanlıların tərəfindən daşa basırlar. Belə hallar olub, atəş açılması halları, azərbaycanlıların irəliləmək cəhdləri olub. Belə cəhdlərin qarşısı yerindəcə alınır. Biz sülhməramlılara müraciət edirik. Hələlik heç bir qorxulu hadisə olmayıb”. Babayan iddia edib ki, Azərbaycanın “belə təxribatlarından” məqsəd erməni tərəfinə psixoloji təzyiq göstərmək və sakinlərin Qarabağa qayıtmasına maneçilik yaratmaqdır: “Elə etmək istəyirlər ki, artsaxlılar (qarabağlılar – red) burda situasiyanın qeyri-stabil olduğunu, həyat üçün təhlükəli olduğunu düşünsünlər. İkincisi isə, əlbəttə geosiyasi məqsədlər var – ermənilər və ruslar arasında qardaşlıq münasibətlərini sarsırtmaq istəyirlər...” Azatutyun yazır ki, 44 günlük müharibə dövründə Qarabağı 90 min erməni tərk edib, onlardan yalnız 53 mini qayıdıb. Xatırlatma 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. | 2021-05-20 | Qarabağda ‘səksəkəli’ şayiələr dolaşır | Qarabağ | Qarabağ | AzadlıqRadiosu | Qarabağda ‘səksəkəli’ şayiələr dolaşır | az | 0.999784 | https://www.azadliq.org/a/31264230.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520012922-01835.warc.gz | 2021-05-20T02:49:29+00:00 |
|
https://report.az/futbol-xeberleri/neftci-klubu-cempionluq-qelebesini-azarkesleri-ile-birlikde-qeyd-etdi/ | “Neftçi” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə Çempionluq Kubokunu öz bazasına gətirib. "Report"un məlumatına görə, bazada bu münasibətlə qarşılanma mərasimi keçirilib. Azarkeşlər komandanı böyük coşqu ilə salamlayıb. Onlar arasında Vətən müharibəsi qaziləri də olub. Azarkeşlər çempionluq sevincini futbolçularla birgə yaşayıblar. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a bildirib ki, komandanın qarşıda bir çox hədəfləri var: "Neftçi” ölkə çempionatında 8 ildir qalib ola bilmirdi. Bu mövsüm çempionluq bizim üçün çox vacib idi. “Neftçi” ailəsi olaraq inanırdıq ki, bunu bacaracayıq və bu gün çox sevincliyik. Şükür ki, çempionatı qızıl medallarla tamamladıq". Klubun sözçüsü onu da qeyd edib ki, “Neftçi” artıq daha geniş hədəflərə çatmaq üçün yeni transferlər haqqında fikirləşir: "Bizim üçün artıq bu mövsüm bitdi və yeni mövsüm haqqında fikirləşirik. Məşqçilər korpusunun məsləhət bildiyi mövqelərə yeni transferlər ediləcək. Kimləri isə komandada görmək istəmirsə, onlarla sağollaşacağıq. Çünki vaxtımız məhduddur. Qısa müddət ərzində Çempionlar Liqasına hazırlaşmalıyıq. İyulun 6-da Çempionlar Liqasının mərhələsi çərçivəsində ilk oynumuza çıxacağıq. Çalışacağıq ki, bu istiqamətdə bütün işlərimizi tamamlayaq". | 2021-05-20 | "Neftçi" klubu çempionluq qələbəsini azarkeşləri ilə birlikdə qeyd etdi | Neftçi;Azarkeşlər;çempionluq | Orxan Rasifoğlu Orxan Rasifoğlu Report az https; Static Report Az; Photo; Bb | Report İnformasiya Agentliyi | az | 0.998181 | https://report.az/futbol-xeberleri/neftci-klubu-cempionluq-qelebesini-azarkesleri-ile-birlikde-qeyd-etdi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520012922-01835.warc.gz | 2021-05-20T02:49:35+00:00 |
||
https://report.az/region-xeberleri/rusiyada-yeni-tehlukeli-bakteriya-askarlandi/ | Rusiyada göyöskürəyə oxşar xəstəliyə səbəb olan yeni bakteriya aşkar edilib. “Report” xəbər verir ki, bu barədə İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin mütəxəssislərinə istinadən "İzvestiya.ru" bildirib. Ekspertlərin sözlərinə görə, “Bordetella holmesii” bakteriyası həmin xəstəliyin əlamətlərini yaradır və xəstəlik daha yüngül formada keçir. Artıq Rusiyada yeni və köhnə xəstəlik törədiciləri aşkarlamağa qadir olan xüsusi test hazırlanıb. Bu halda göyöskürək vaksini “Bordetella holmesii”nin səbəb olduğu xəstəlikdən qorumur. Qeyd edilir ki, bir sıra xarici ölkələrin alimləri yeni bakteriyanı artıq 10 ildir araşdırırlar, ancaq o, Rusiyada daha əvvəl aşkarlanmayıb. Xarici ekspertlərin məlumatına görə, yeni bakteriyanın səbəb olduğu xəstəliyin müddəti 80 gün təşkil edir, o, göyöskürəkdən daha asan keçir. Bu halda “Bordetella holmesii” yoluxmasından sonra hələ heç bir ölümcül nəticə qeydə alınmayıb. | 2021-05-20 | Rusiyada yeni təhlükəli bakteriya aşkarlandı | Rusiya | Xəbərlər Şöbəsi Xəbərlər Şöbəsi Report az https; Static Report Az; Photo; A | Report İnformasiya Agentliyi | az | 0.999039 | https://report.az/region-xeberleri/rusiyada-yeni-tehlukeli-bakteriya-askarlandi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520012922-01835.warc.gz | 2021-05-20T02:49:41+00:00 |
||
https://news.day.az/azerinews/1344351.html | Azərbaycanda hər kəs bu müəllimdən danışır - Ən çətin riyazi hesablamaları... - VİDEO Bir riyaziyyat müəllimi çətin məsələ və misalların həlli üçün daha qısa yollar tapıb. Bu üsullarla həlli bir neçə dəqiqə vaxt alan misalları 15-20 saniyəyə hesablamaq olur. Malik Məmmədov trioqonomteriyanın həlli üçün kəşf etdiyi yeni üsulun təsdiqi üçün Təhsil Nazirliyinə müraciət edəcəyini deyir. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, ən çətin riyazi hesablamalar üçün sadə üsullar tapıb... Paytaxtda yaşayan riyaziyyat müəllimi Malik Məmmədov şagirdlərin yükünü azaltmaq üçün maraqlı üsula əl atıb. O, çətin məsələ və misalların həlli üçün daha qısa yollar tapıb. 11 ildir ki, riyaziyyat müəllimi işləyən Malik Məmmədov deyir ki, bir üsülun tapılmasına günlərlə, bəzən isə həftələrlə vaxt sərf edib. O, trioqonomteriyanın həlli üçün də yeni üsul kəşf edib. 1 həftəyə tapdığı bu üsulun təsdiqi üçün Təhsil Nazirliyinə müraciət edəcəyini deyir. Sosial şəbəkələrdəki paylaşımları vasitəsilə Malik müəllimi tapan şagird və valideynlər də bu cür üsullarla ilk dəfə qarşılaşdıqlarını, digər müəllimlərin də qaydaları ilk dəfə gördüklərini deyirlər. Malik Məmmədov yeni həll yollarının axtarışlarını davam etdirir. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Azərbaycanda hər kəs bu müəllimdən danışır - Ən çətin riyazi hesablamaları... - VİDEO | Azərbaycanca | null | Day.Az | az | 0.999129 | https://news.day.az/azerinews/1344351.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:16:15+00:00 |
||
https://news.day.az/azerinews/1344354.html | Pakistan və Azərbaycan birbaşa aviareyslərin açılmasını müzakirə edir Pakistan və Azərbaycan iki ölkə arasında birbaşa aviareyslərin açılmasını müzakirə edir. Trend-in məlumatına görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye öz "Twitter" səhifəsində yazıb. Səfir bildirib kik, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovla görüşüb. Görüş zamanı ikitərəfli birbaşa aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Pakistan və Azərbaycan birbaşa aviareyslərin açılmasını müzakirə edir | Azərbaycanca | null | Day.Az | az | 0.996564 | https://news.day.az/azerinews/1344354.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:16:21+00:00 |
||
https://news.day.az/azerinews/1344355.html | Azərbaycanda Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var - Səfir Azərbaycanda Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb. Səfir bildirib ki, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qrehem Stüartla birlikdə səfirliyin ticarət şöbəsinin İKT və səhiyyə sahələri üzrə apardıqları bazar araşdırmasının nəticələrinin təqdimatında iştirak edib: "Bir çox sahələrdə olduğu kimi burada da Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var". Qeyd edək ki, səfirliyin ticarət şöbəsi PwC tərəfindən səhiyyə sahəsində aparılan bazar araşdırması nəticələrinin təqdimatını təşkil edib. Tədbirdə çıxış edən nazir Q.Stüart deyib: "Böyük Britaniya xəstəxana dizaynı, tikinti və klinik partnyorluqlar da daxil olmaqla həyat elmləri, rəqəmsal səhiyyə, tibbi infrastrukturun planlaşdırma və idarəedilməsində qlobal liderdir. Azərbaycanda səhiyyə xidmətinin ölkənin rifahının təmin edilməsində getdikcə daha çox əhəmiyyətli rol oynadığını bilirəm". Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Azərbaycanda Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var - Səfir | Azərbaycanca | null | Day.Az | az | 0.999425 | https://news.day.az/azerinews/1344355.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:16:27+00:00 |
||
https://news.day.az/azerinews/1344357.html | Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri barəsində həbs qərarı verildi Binəqədi rayon Məhkəməsində bir neçə gün əvvəl Korrupsiya qarşı Mübarizə Baş Idarəsinin Bakı Baş Gömrük İdarəsindəki keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslər- Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov barəsində istintaq orqanın verdiyi təqdimatlara baxılıb. Day.Az APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə təqdimatlar təmin edilib. Adları çəkilən şəxslər barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub. Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri barəsində həbs qərarı verildi | Azərbaycanca | null | Day.Az | az | 0.999728 | https://news.day.az/azerinews/1344357.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:16:34+00:00 |
||
https://news.day.az/azerinews/1344370.html | “Azərbaycan dili” fənni üzrə keçirilən test imtahanı başa çatıb Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin - cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub. 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar. Bu gündən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | “Azərbaycan dili” fənni üzrə keçirilən test imtahanı başa çatıb | Azərbaycanca | null | Day.Az | az | 0.999762 | https://news.day.az/azerinews/1344370.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:17:00+00:00 |
||
https://news.day.az/azerinews/1344371.html | Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi Daxili İşklər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb. Nazitrlikdən Trend-ə verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd etmişdir. H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi | Azərbaycanca | null | Day.Az | az | 0.995828 | https://news.day.az/azerinews/1344371.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:17:06+00:00 |
||
https://news.day.az/azerinews/1344374.html | "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində AzTU-nun kafedrasının filialı açılıb - FOTO Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, "Şərq" İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak edib. Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək. Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре | 2021-05-20 | "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində AzTU-nun kafedrasının filialı açılıb - FOTO | Azərbaycanca | null | Day.Az | az | 0.999286 | https://news.day.az/azerinews/1344374.html | news.day.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2021/05/CC-NEWS-20210520102617-01841.warc.gz | 2021-05-20T11:17:12+00:00 |
Subsets and Splits