Dataset Viewer
Auto-converted to Parquet
requested_url
stringlengths
14
556
plain_text
stringlengths
300
10k
published_date
stringlengths
10
10
title
stringlengths
1
3.19k
tags
stringlengths
0
829
categories
stringlengths
0
1.04k
author
stringclasses
999 values
sitename
stringlengths
3
167
image_url
stringlengths
7
461
language
stringclasses
1 value
language_score
float64
0.7
1
responded_url
stringlengths
14
556
publisher
stringclasses
103 values
warc_path
stringlengths
92
92
crawl_date
stringlengths
25
25
https://report.az/elm-ve-tehsil/alimler-seherciyi-nde-ilk-binanin-7-ci-mertebesinde-isler-yekunlasib/
Bakı. 23 noyabr. REPORT.AZ/ AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev və İşlər idarəsinin müdiri Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar. Akademiyadan "Report"a bildirilib ki, AMEA rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib. Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb və yaxın günlərdə səkkizinci mərtəbənin inşasına başlanılacaq. AMEA prezidenti, akademik Akif Əlizadə inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Qeyd edək ki, mənzillərin ipoteka yolu ilə satışının təşkili məqsədilə ölkə başçısına müraciət olunub.
2018-11-23
“Alimlər şəhərciyi”ndə ilk binanın 7-ci mərtəbəsində işlər yekunlaşıb
Samirə Abdullayeva
Report İnformasiya Agentliyi
https://report.az/storag…a11ea479_675.jpg
az
0.999797
https://report.az/elm-ve-tehsil/alimler-seherciyi-nde-ilk-binanin-7-ci-mertebesinde-isler-yekunlasib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203052231-00598.warc.gz
2018-12-03T09:26:24+00:00
https://www.amerikaninsesi.org/a/taliban%C4%B1n-h%C9%99rbi-komandiri-%C3%B6ld%C3%BCr%C3%BCl%C3%BCb/4683644.html
Əfqanıstanın cənub bölgəsində ABŞ-ın dron hücumu nəticəsində Talibanın hərbi komandiri öldürülüb. Əfqan və Taliban Molla Əbdül Mənanın 4 tərəfdaşı ilə Helmənd vilayətinin Navzad rayonunda öldürüldüyünü bildirib. Üsyançıların bəyanatında Mənan Talibanın nəzarətində olan ərazilərin “kölgədəki vali” si adlandırıb. Sənəddə onun ölümü “böyük itki” kimi dəyərləndirilib. Helmənd Əfqanıstanın əsas narkotik ticarəti bölgəsidir. Mənan isə Talibanın maliyyələşdirilməsinə nəzarət edirdi. Talibanın bəyanatında öldürülən liderlərinin Helməndin 95 faiz ərazisinin ələ keçirilməsində Mənanın böyük rol oynadığı bildirilir.
2018-12-02
Talibanın hərbi komandiri öldürülüb
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…0_w1200_r1_s.jpg
az
0.999957
https://www.amerikaninsesi.org/a/taliban%C4%B1n-h%C9%99rbi-komandiri-%C3%B6ld%C3%BCr%C3%BCl%C3%BCb/4683644.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181202211036-00595.warc.gz
2018-12-02T22:20:07+00:00
https://www.azadliq.org/a/prezidentl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F-t%C9%99l%C9%99b-edirl%C9%99r/29634878.html
Övladları, yaxınları vətənə xəyanətdə ittiham olunanlar dekabrın 3-də yenidən Prezident Administrasiyasının önünə toplaşıblar. Onlar AzadlıqRadiosunda deyiblər ki, prezidentlə görüş və övladlarına bəraət verilməsini, istintaq zamanı işgəncə vermiş, araşdırmanı düzgün aparmamış şəxslərin cəzalandırılmasını tələb edirlər. Onların iddiasına görə, bəzisinin övladı istintaq zamanı işgəncə altında öldürülüb, bəzisi isə günahsız yerə həbs olunub, hazırda işlərinə Ali Məhkəmədə baxılır. Valideynlər artıq beşinci dəfədir Prezident Administrasiyasına gəlirlər. Sonuncu dəfə onları dekabrın 3-də şöbə müdiri Fuad Ələsgərovun qəbul edəcəyi bildirilsə də, günün birinci yarısında onlarla Ələsgərovun köməkçiləri görüşüb və işin araşdırıldığı haqda məlumat verilib. «Prezidentimizdən, Mehriban Əliyevadan ölən və həbs edilən hərbi qulluqçuların valideynlərini qəbul etmələrini xahiş edirəm», - 10 il azadlıqdan məhrum edilən Məcid Qasımovun atası Kamal Qasımov söyləyir. K.Qasımov oğlunun günahsız olduğunu, işgəncə altında, ölüm ayağında olduğu üçün ittihama qol çəkdiyini bildirir. Onun tələbi sözügedən işin yenidən araşdırılmasıdır. «Burda xalqa, Azərbaycan prezidentinə məlum olmayan məqamlar var. Ört-basdır edirlər. Məhkəmə tərəfindən də ört-basdır edilib. Gözləyirəm prezident bu işə qarışsın. Azərbaycan ordusuna olan təhqir ali baş komandanın təhqir edilməsidir, dövlətin təhqiridir», - ata söyləyir. ​«Qəsdən öldürüblər ki, danışmasınlar» Validə Əhmədova oğlu Elçin Quliyevin işgəncə altında öldürüldüyünü iddia edir: ​«Mayın 3-də istintaqa aparılıb, mayın 8-də ölüm xəbəri gəlib. Uşaqların hamısını oğurlayıb aparıblar. Sanki aparıb ermənilərə veriblər, yer üzündə hansı işgəncə varsa, onlara verilib. Komaya düşən olub, ölən olub. Qəsdən öldürüblər ki, danışmasınlar. Komadan ayılanların çoxu psixoloji xəstədir. Sağlam olan tək-tükdür». ​ 12 il azadlıqdan məhrum edilən Emin Əliyevin atası Abdulnasir Əliyev oğlunun Rusiyada doğulduğu halda könüllü şəkildə 2010-cu ildə hərbi xidmətə yollandığını, hərbi xidməti başa vurandan 7 il sonra vətənə xəyanətdə ittiham olunduğunu bildirir. Natiq Quluzadənin anası Bahar Quliyeva da oğluna işgəncə verildiyini deyir: «Qolunda, ayağında, kürəyində, sinəsində işgəncə izi var. Dəfələrlə toka veriblər, suya salıb boğublar, rezin dubinkayla döyüblər, ağızlarına palçıqlı əski verib su töküblər. Üç gün yemək, su verməyiblər. Ortada sübut yoxdur. Bir uşağın ifadəsi ilə 18 il iş verildi. Həmin uşaq Apellyasiya Məhkəməsində durub ifadəsini geri çəkdi, dedi ki, vicdan əzabı çəkirəm, Natiqin günahı yoxdur. Amma Apellyasiya Məhkəməsi bunu nəzərə almadı, hökmü qüvvədə saxladı. İş Ali Məhkəmədədir. Bəraət verilməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik». Xatırlatma Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən il mayın əvvəllərində birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub. Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr olan məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər. Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı. Ancaq həbs edilənlərin dəqiq sayı açıqlanmırdı. Elə bundan az sonra bəzi media orqanlarında vətənə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərləri Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq almışdılar.
2018-12-03
İlham Əliyevə şikayətə gəldilər
Azadliq Radiosu
Cəmiyyət
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/BA…D_w1200_r1_s.jpg
az
0.999357
https://www.azadliq.org/a/prezidentl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F-t%C9%99l%C9%99b-edirl%C9%99r/29634878.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203121452-00600.warc.gz
2018-12-03T13:51:05+00:00
https://report.az/hadise/magaza-sahibinin-157-min-manatini-menimseyen-qadina-serti-ceza-verilib/
Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttiham aktına əsasən, N.Namazova Bakıda sahibkar Arif Vəliyevin mağazasında çalışan zaman onun 157 min manat pulunu ələ keçirib. Zərərçəkmişin şikayəti əsasında saxlanılan qadının barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.Namazova zərərçəkmişə dəymiş zərəri ödəyib. A.Vəliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
2018-10-18
Mağaza sahibinin 157 min manatını mənimsəyən qadına şərti cəza verilib
İsmayıl Nəsibli
Report İnformasiya Agentliyi
https://report.az/storag…d26bb2fb_675.jpg
az
0.999833
https://report.az/hadise/magaza-sahibinin-157-min-manatini-menimseyen-qadina-serti-ceza-verilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203012105-00597.warc.gz
2018-12-03T04:25:20+00:00
https://report.az/hadise/abseronda-50-manata-gore-xalasi-oglunu-bicaqlayan-sexs-mehkeme-zalinda-hebs-edilib/
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlham Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. İ.Qədirovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub. Qeydək ki, hadisə bu ilin yayında Abşeron rayonunda baş verib. İ.Qədirov 50 manat pul üstündə xalası oğlu Xəyyam Babayevi bıçaqlayıb.
2018-11-01
Abşeronda 50 manata görə xalası oğlunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib
İsmayıl Nəsibli
Report İnformasiya Agentliyi
https://report.az/storag…d003ac45_675.jpg
az
0.999767
https://report.az/hadise/abseronda-50-manata-gore-xalasi-oglunu-bicaqlayan-sexs-mehkeme-zalinda-hebs-edilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203012105-00597.warc.gz
2018-12-03T04:25:23+00:00
https://report.az/hadise/narkoloji-merkezdeki-yangini-toretmekde-teqsirlendirilen-sexs-oglunu-ittiham-edib/
Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib. "Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emin Quliyev ifadə verib. O deyib ki, narkotik istifadəçisi olub və hadisədən 20 gün əvvəl Mərkəzdə müalicə almağa gedib: "Orada həkimim Afət xanım idi. Mən 16-cı, Məhəmməd isə 14-cü palatada qalırdı. Hadisə zamanı məni bir palatada yatdığım şəxslər oyatdı. Dərmanların təsirindən ağır yatırdım. Oyandığımda hər yer yanırdı. Tüstüdən çətinliklə çölə çıxdıq. Əlim yanmışdı, özüm də boğulurdum. Kimsə məni dartıb çölə çıxartdı. Həmin vaxt Məhəmmədi görmədim". Hakim bildirib ki, zərərçəkənin məhkəmə və istintaqa verdiyi ifadə arasında bəzi ziddiyyətlər var. E.Quliyev istintaqda verdiyi ifadəsini oxumadığını və məhkəmədə danışdıqlarının doğru olduğunu qeyd edib. Daha sonra şahid qismində təqsirləndirilən M.Məmmədovun oğlu Vahid Məmmədov yenidən dindirilib. M.Məmmədov oğlunu yalan danışmaqda ittiham edib: "O, kiminsə sözünə uyub burda yalan danışır. Mən heç vaxt "evi yandıracağam" deməmişəm. Anası da bunu ev üstündə məhkəməyə verib. Düzünü danış. Adamın namusu, vicdanı, kişiliyi olar". Prosesdə şahid qismində M.Məmmədovun bacısı Bəsti Yəhyayeva da dindirilib. O söyləyib ki, yanğından sonra qardaşı evlərinə gəlib: "Məhəmməd Mərkəzin yandığını dedi. Səbəbini soruşanda "bilmirəm" cavabını verdi. Qardaşım özünü günahı olan adam kimi aparmırdı. Üst-başı pis gündə idi. Hətta ayağında ayaqqabısı da yox idi. Pul verdim ki, gedib özünə ayaqqabı alsın". B.Yəhyayeva qardaşının həbs olunma xəbərini televizordan eşitdiyini qeyd edib: "Onun belə bir hadisə törətdiyinə inanmıram". Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib. Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata ayrılıb. O daha sonra dünyasını dəyişib.
2018-10-23
Narkoloji Mərkəzdəki yanğını törətməkdə təqsirləndirilən şəxs oğlunu ittiham edib
İsmayıl Nəsibli
Report İnformasiya Agentliyi
https://report.az/storag…2fcc453c_675.jpg
az
0.999293
https://report.az/hadise/narkoloji-merkezdeki-yangini-toretmekde-teqsirlendirilen-sexs-oglunu-ittiham-edib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203012105-00597.warc.gz
2018-12-03T04:25:26+00:00
https://report.az/hadise/agdamda-toya-gelen-sexs-bir-nece-saatdan-sonra-bicaqlanib/
Ağdam. 3 dekabr. REPORT.AZ/ Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb. Yerli sakin Teymur Qurbanov yaxın qohumunun toy məclisində iştirak edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, biçaqlanma zərərçəkənin toya daxil olmasından bir neçə saat sonra baş verib. Hələlik kim olduğu bilinməyən sərxoş səxs T.Qurbanova qəflətən iki bıçaq zərbasi vuraraq hadisə yerindən qaçıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yaralı ətrafdakı insanların köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Zərərçəkmişin əmisi Məhiyyədin Qurbanov "Report"un Qarabağ bürosuna bildirib ki, Ağdam RMX-da yaralıya lazımi tibbi yardım göstərilmədiyi üçün o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər T.Qurbanovun vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır. Bundan əvvəl Ağstafada bıçaqlanma hadisəsi baş verib.
2018-12-03
Ağdamda toya gələn şəxs bir neçə saatdan sonra bıçaqlanıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…66799e21_675.jpg
az
0.998782
https://report.az/hadise/agdamda-toya-gelen-sexs-bir-nece-saatdan-sonra-bicaqlanib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203012105-00597.warc.gz
2018-12-03T04:25:40+00:00
https://www.bbc.com/azeri/azerbaijan-46423251
Qadının saçının qırxılması məsələsi ilə bağlı "araşdırma aparılır" Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Rusiyada həyat yoldaşı və qohumları tərəfindən saçı qırxıldığı deyilən qadının məsələsi ilə bağlı araşdırma apardığını bildirib. Sosial şəbəkələrdə yayılan təxminən bir dəqiqəyə qədər olan videoda saçı qırxılmış gənc bir qadın görünür. Videodakı danışıqlarda bir kişinin qeyri-etik ifadələrlə qadını və qadının ailəsini təhqir etdiyi eşidilir. DİN-in sözçüsü Orxan Mansurzadə BBC News Azərbaycancaya bildirib ki, qadının anası günahkar şəxslərin cəzalandırılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edib. Məlumata görə, qadının anası, Mingəçevir şəhər sakini X.Malışova dekabrın 1-də polisə "ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulması" ilə bağlı ərizə yazıb. DİN bildirib ki, qadın 2013-cü ildə Gəncə şəhərində doğulmuş, hazırda Rusiya vətəndaşı olan E.Həsənov ilə ailə qurub və sonradan həyat yoldaşı və onun ailə üzvləri ilə birgə iki il Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Sonradan isə həyat yoldaşı ilə problem yaşayan qadın azyaşlı övladı ilə birgə anasının yanına qayıdıb. "Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb", məlumatda deyilir.
2018-12-03
Qadının saçının qırxılması məsələsi ilə bağlı "araşdırma aparılır"
Azərbaycan
null
BBC News Azərbaycanca
https://ichef.bbci.co.uk…5c67cba1f8f1.jpg
az
0.999962
https://www.bbc.com/azeri/azerbaijan-46423251
bbc.com
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T14:58:06+00:00
https://www.amerikaninsesi.org/a/nigeriya-prezidenti-sa%C4%9Fam-v%C9%99-b%C9%99nz%C9%99riml%C9%99-%C9%99v%C9%99z-edilm%C9%99mi%C5%9F%C9%99m/4684398.html
Nigeriya prezidenti Muhammadu Buhari deyir ki, o sağdır və sudanlı bənzəri ilə əvəz edilməyib. Buhari bazar günü iqlim sammiti üçün səfər etdiyi Polşada Nigeriya diasporası ilə görüşü zamanı özü haqda yayılmış şayələri təkzib etdi. “Bu həqiqi mənəm, sizi əmin edirəm.” – deyə Nigeriya prezidenti həmvətənləri qarşısında çıxış zamanı bildirib: “Mən tezliklə 76-cı doğum günümü qeyd edəcəm və möhkəm olmağa davam edəcəm.” Şayələr prezidentin adı qeyd edilməyən xəstəliyin müalicəsi üçün 2017-ci ilin böyük hissəsini Londonda keçirməsindən sonra yayılmağa başlayıb. Buhari bu şayələri yayan insanlar “cahil” və “dinsiz” adlandırıb.
2018-12-03
Nigeriya prezidenti: Sağam və bənzərimlə əvəz edilməmişəm
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…0_w1200_r1_s.jpg
az
0.998978
https://www.amerikaninsesi.org/a/nigeriya-prezidenti-sa%C4%9Fam-v%C9%99-b%C9%99nz%C9%99riml%C9%99-%C9%99v%C9%99z-edilm%C9%99mi%C5%9F%C9%99m/4684398.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:25:12+00:00
https://www.amerikaninsesi.org/a/kaliforniya-fire-yangin-paradayz-/4684322.html
Rəsmilər Kaliforniyadakı ölümcül yanğınlar zamanı itkin düşənlərin sayının azalaraq, 25-ə düşdüyünü bildirib. Batti mahalının şerifi “Kemp” yanğınında ölənlərin sayının 88 olduğunu deyib. Yanğının San-Fransiskodan 280 km. məsafədəki, təxminən 27 min sakini olan Paradayz şəhərini tamamilə külə döndərdiyi bildirilib. İki həftə əvvəl itkin düşənlərin sayının 1200 nəfər olduğunu deyən rəsmilər keçən cümə günü artıq 49 nəfərə endiyini deyib. Paradayzın şimal hissəsindəki bəzi bölgələrdə evakuasiya göstərişini qaldırsa da, sakinlərin Paradayza daxil olmalarına qadağa qoyulub. Yanğının səbəbi ilə bağlı araşdırmalar davam etsə də, şübhələr təchizat problem olan “PG&E” kommunal şirkətinin üzərinə düşüb.
2018-12-03
Kaliforniya yanğınlarının səbəbi araşdırılmaqda davam edir
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
ABŞ
VOA
VOA
https://gdb.voanews.com/…F_w1200_r1_s.jpg
az
0.998823
https://www.amerikaninsesi.org/a/kaliforniya-fire-yangin-paradayz-/4684322.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:25:18+00:00
https://www.amerikaninsesi.org/a/siyaset/4684361.html
Bu il iyulun 10-da Gəncədə baş verən hadisələrlə bağlı başlanmış və ayrıca icraata götürülmüş iki cinayət işinin istintaqı başa çatdırılıb. İş baxılması üçün məhkəməyə göndərilir. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun dekabrın 3-də yaydığı birgə məlumatında deyilir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. Məlumatda Gəncədə baş vermiş hadisələr radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, kütləvi iğtişaş kimi dəyərləndirilir. Bu zaman hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərildiyi, iki polis zabitinin qəsdən öldürüldüyü qeyd olunur. Rəsmi məlumatda deyilir ki, Maarif Hacıyev, Xəyal Qafarov adlı şəxslər Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və başqaları ilə birgə sosial şəbəkələrdə, şəxsi söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yayıblar, iyulun 10-da saat 20:00-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı meydana toplaşmaq barədə çağırışlar ediblər. Eyni zamanda bildirilir ki, Gəncədəki kütləvi iğtişaşlarda fəal iştirak etmiş Xəyal Qafarov, Samir İbrahimov və Əli Rzayevin əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edərək saxlamalarına, gəzdirmələrinə və daşımalarına dair əsaslı şübhələr var. M.Hacıyev, Ş.Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Onlarla bağlı işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən X.Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən K.Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən S.İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Ə.Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı da tamamlanıb. Bu iş də baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və polis əməkdaşına silahlı sui-qəsd törətməsi haqda rəsmi məlumat yayılıb. Məlumata görə, iyulun 10-da isə Gəncədə iğtişaşlar törədilib. İki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Baş Prokurorluğun məlumatına görə, həmin hadisələrlə bağlı 60 nəfər həbs edilib, Dövlət Təhlükəsizliyi Xidməti isə 5 nəfərin zərərsizləşdirildiyini bildirib.
2018-12-03
Gəncə hadisələri ilə bağlı iş məhkəməyə göndərilir
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Azərbaycan
VOA
VOA
https://gdb.voanews.com/…C_w1200_r1_s.jpg
az
0.99973
https://www.amerikaninsesi.org/a/siyaset/4684361.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:25:22+00:00
https://www.azadliq.org/a/vergi-qanun/29635085.html
“Vergi Məcəlləsinə əlavə dəyişikliklərdə başlıca hədəf kölgə iqtisadiyyatının həcminin azaldılması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir”. AZƏRTAC-ın məlumatına görə, Vergilər Nazirliyi Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva dekabrın 3-də qanunvericiliyə dəyişikliklərlə bağlı brifinqdə belə deyib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləndirmək olar: “Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləridir”. Samirə Musayeva deyib ki, kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması üçün məcəlləyə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Departament rəhbəri qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə güzəştləri qanunvericiliyə edilmiş ən mühüm dəyişikliklər kimi dəyərləndirib. Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. Maaşı 8000 manatdan yuxarı olanlar isə 8000 manatdan çox olan məbləğin 14% həcmində gəlir vergisinə cəlb olunur. Samirə Musayevanın sözlərinə görə, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Milli Məclis bugünlərdə Vergi Məcəlləsinə dəyişiklik və əlavələri təsdiqləyib. Bu dəyişiklik və əlavələrin 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
2018-12-03
Departament rəhbəri: Əsas hədəf kölgə iqtisadiyyatını kiçiltməkdir
Azadliq Radiosu
Xəbərlər
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/55…0_w1200_r1_s.jpg
az
1
https://www.azadliq.org/a/vergi-qanun/29635085.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:32:06+00:00
https://www.azadliq.org/a/guy-dietrich-a%C9%99liyev/29635227.html
Prezident İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidentiGuy Dietrich-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq etdiyini bildirib. İlham Əliyev adıçəkilən şirkətin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib. Guy Dietrich Azərbaycana səfərində məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etmək olduğunu söyləyib. Vitse-prezident bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunan Guy Dietrich bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirlməsi işinə töhfə verdiyini qeyd edib.
2018-12-03
Prezident SİSCO-nun nümayəndə heyətini qəbul edib
Azadliq Radiosu
Xəbərlər
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/73…3_w1200_r1_s.png
az
0.999778
https://www.azadliq.org/a/guy-dietrich-a%C9%99liyev/29635227.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:32:10+00:00
https://www.azadliq.org/a/trump-silahlanma/29635135.html
ABŞ prezidenti Donald Trump deyib ki, o “böyük və nəzarətsiz Silahlanma Yarışının mənalı şəkildə dayandırılması” üçün “gələcəkdə, müəyyən bir vaxtda” Çin prezidenti Xi Jinping və Rusiya prezidentiVladimir Putinlə danışıqlara başlayacağına “əmindir”. Trump bu barədə dekabrın 3-də Buenos Ayresdə keçirilmiş G20 sammitində Çin prezidenti ilə danışıqlardan və Putinlə qısa müzakirədən sonra yazıb. Trump, belə görünür silahlara və ya hərbiyə xərcləri nəzərdə tutaraq əlavə edib ki, Birləşmiş Ştatlar bu il 716 milyard dollar xərcləyib. Prezident bunun ardınca yazır: “Ağılsızlıqdır!” Trump oktyabr ayında Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Raketlərə dair Müqavilədən (INF) çıxmaq niyyətini bəyan etdikdən sonra Moksva və Vaşinqton arasında gərginlik daha da artıb. Trump demişdi ki, ABŞ bu müqavilədən Rusiyanın onun şərtlərini pozduğuna görə çıxmaq istəyir. O əlavə etmişdi ki, bu müqavilə ABŞ-ın əl-qolunu bağladığı halda, Çin kimi bu müqavilədə imzası olmayan başqa nüvə ölkələrinə raketlərin nəzarətsiz olaraq yaradılmasına və yerləşdirilməsinə sərbəstlik verir.
2018-12-03
Trump Rusiya və Çinlə silahlanma yarışına dair danışıqlardan yazır
Azadliq Radiosu
Siyasət
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/CB…0_w1200_r1_s.jpg
az
0.999558
https://www.azadliq.org/a/trump-silahlanma/29635135.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203140739-00601.warc.gz
2018-12-03T15:32:14+00:00
https://report.az/futbol/arsenal-in-zedeli-futbolcusu-qarabag-la-matcda-istirak-edecek/
Bakı. 8 noyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. "Report" klubun saytına istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib. 48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
2018-11-08
'Arsenal'ın zədəli futbolçusu 'Qarabağ'la matçda iştirak edəcək
Təbriz Quliyev
Report İnformasiya Agentliyi
https://report.az/storag…0bf6c3d5_675.jpg
az
0.991131
https://report.az/futbol/arsenal-in-zedeli-futbolcusu-qarabag-la-matcda-istirak-edecek/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203195453-00605.warc.gz
2018-12-03T20:01:59+00:00
https://www.amerikaninsesi.org/a/parisd%C9%99-i%C4%9Fti%C5%9Fa%C5%9Flardan-sonra-d%C9%99ymi%C5%9F-z%C9%99r%C9%99rl%C9%99rin-miqdar%C4%B1-%C3%B6l%C3%A7%C3%BCl%C3%BCb/4684751.html
Bu gün Parisdə iğtişaşlardan sonra dəymiş zərərlərin miqdarı ölçülüb. Restoranlar, mehmanxanalar və pərakəndə satış mərkəzlərinin ciddi təsirlərə məruz qaldığını deyən maliyyə naziri Bruno Le Mer ən ağır zərbənin Parisə dəydiyini bildirib. Bəzi restoranlar 20-50%, pərakəndə satış mərkəzləri 20-40% tənəzzülə məruz qalıb. Mehmanxanalarda bronlamalar 15-25% azalıb. Fransada yüksək vergilər və dizel qiymətlərinin artımına noyabrın 17-dən geniş etiraz aksiyaları baş qaldırıb. Fransa prezidenti Emmanuel Makron dünən etiraz aksiyaları zamanı ziyan dəymiş Triumf arkasını ziyarət edib. Daha əvvəl kabinetin təcili iclasını çağıran dövlət başçısı şəhərə Fransanın ən ağır iötişaşlarından bir gün sonra çıxıb. Dekabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 133 adam xəsarət alıb. Bundan başqa 400-dən çox aksiyaçının saxlandığı xəbər verilir.
2018-12-03
Parisdə iğtişaşlardan sonra dəymiş zərərlərin miqdarı ölçülüb
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…9_w1200_r1_s.jpg
az
0.998312
https://www.amerikaninsesi.org/a/parisd%C9%99-i%C4%9Fti%C5%9Fa%C5%9Flardan-sonra-d%C9%99ymi%C5%9F-z%C9%99r%C9%99rl%C9%99rin-miqdar%C4%B1-%C3%B6l%C3%A7%C3%BCl%C3%BCb/4684751.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203183423-00604.warc.gz
2018-12-03T18:50:20+00:00
https://www.azadliq.org/a/yeni-cerimeler/29635256.html
Yanvarın 1-dən Azərbaycanda bir sıra sahələrdə cərimələr artırılır. Məsələn, gələn ildən müqaviləsiz işə götürmənin cəriməsi hətta 6 min manat da ola bilər. Beləki, yeni dəyişikliyə görə, işəgötürən belə hala ilk dəfə yol verərsə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox halda bu əmələ yol verdikdə 6000 manat maliyyə sanksiyası ilə üzləşə bilər. İndiki qanunla bunun cəriməsi bütün hallarda 1000 manatdır. İşadamı, iqtisadçı ekspert Nazim Bəydəmirli düşünür ki, hökumətin məqsədi bu sahənin leqallaşdırılmasıdırsa, o zaman təkcə cərimələri artırmaqla buna nail olmaq mümkün deyil: “Bu cür qanun pozuntularını şərtləndirən əsas amillər aradan qaldırılmalıdır. Əslində böyük şirkətlərin vergidən yayınması onlar üçün problem deyil. Bu cərimələr özəlliklə, kiçik və orta sahibkarlıq üçün hədəflənib. Mən isə bunu olduqca böyük cərimə hesab edirəm”. Nazim Bəydəmirli hesab edir ki, cərimələr daha çox oliqarxların sahibi olduğu bizneslərə deyil, orta sahibkarlığa təsir edə bilər. Yeri gəlmişkən yada salaq ki, noyabrın 30-da Vergilər Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib. Bu gün – dekabrın 3-də Vergilər Nazirliyi sözügedən dəyişikliklərlə bağlı brifinq keçirib. Nazirliyin vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib ki, dəyişikliklərin əsas məqsədi bu sahədə islahatlara nail olmaqdır: “İslahatların böyük bir hissəsi də vergi güzəşt və azad olunmalarının təhlili ilə bağlıdır. Vergi güzəştlərinin iqtisadi səmərəsinin həm ölçülməsi, həm də qarşıya qoyulmuş məqsədə nail olunması üçün məcəlləyə bir sıra dəyişikliklər gətirilib. Sahibkarlara edilən güzəştlər üzrə gəlirlərin dəqiq uçotu aparılmırsa həmin sahibkara güzəşt edilən məğləğin 6 faizi qədər cərimə oluna bilər. Burada da əsas məqsəd güzəşt çətiri altında sui-istifadə hallarının aradan qaldırılmasıdır”. Samirə Musayeva deyir ki, əsas məqsəd şəffaflığın təmin olunması üçün bütün sahələrin leqallaşdırılmasıdır. Cərimələr də məhz sahibkarların, bir sözlə bütün vətəndaşların qanuna əməl etməsi üçün edilir. Məsələn, gələn ildən icazəsiz yerdə maşınını park edənlər 10 manat cərimələncək. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnəcəklər. Ekspert: “Cərimələr məmur maaşlarına getməməlidir” İqtisadçı Nazim Bəydəmirli cərimələrlə bağlı durumu təhlil edərkən, iki məqamı fərqləndirməyə çalışır. O deyir ki, birbaşa dövlət büdcəsinə daxil olan cərimələrin artırılmasının bu sahədə problemlərin həlli ilə izah edilməsini hardasa anlamaq olar. Amma ekspert əlavə edir ki, cərimələrin həmin orqanın əməkdaşlarının əməkhaqqına yönləndirilməsi heç bir halda qəbul olunan deyil: “Hər hansı pozuntuya görə, qanunla nəzərdə tutulsa ki, vətəndaşlar hər-hansı bir inzibati xətaya görə inzibati tənbeh edilə və ya başqa formada cəzalandırıla bilər. Əməkdaşların maaşı bir başa cərimələrdən asılı olduğuna görə onlar çox vaxt cərimə tətbiq edirlər”. Nazim Bəydəmirli ilk olaraq, vətəndaşları hüquqlarını bilməyə, qanunlara əməl etməyə və haqsız yerə cərimələndikləri zaman haqlarını tələb etməyə çağırır. Amma ekspert əlavə edir ki, bəzən bütün bu sadalananlar da haqsız yerə cərimələnmənin qarşısını ala bilməz. AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib: 2019-cu ilin dövlət büdcəsində vergilər xətti ilə cərimə və sanksiyalardan daxil olmalar 377 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 51 milyon manat daha çoxdur. Cərimələri artırmaqla hökumət bu sahədəki problemləri, qanundanyayınma hallarının qarşısını almağa çalışdığını bəyan edir. Bəs, buna nail olmaq mümkün olacaqmı?
2018-12-03
Yeni cərimələr oliqarxları yox, kiçik və orta biznesi hədəfləyir
Azadliq Radiosu
Cəmiyyət
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/61…0_w1200_r1_s.jpg
az
0.999872
https://www.azadliq.org/a/yeni-cerimeler/29635256.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203183423-00604.warc.gz
2018-12-03T19:00:21+00:00
https://www.azadliq.org/a/nato-ukrayna-rusiya/29635458.html
NATO rəhbəri Rusiyadan Azov dənizində baş vermiş hərbi qarşıdurma zamanı həbs edilmiş Ukrayna gəmilərinin və dənizçilərinin azad olunmasını tələb edib. Bu arada Rusiya prezidenti Vladimir Putinin sözçüsü Moskvanın Rusiyanı Krımla birləşdirəcək “quru dəhlizinin “ açılmasına çalışdığı barədə iddiaları rədd dib. NATO-nun baş katibi Jens Stoltenberg və Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatları dekarın 3-də veriblər. Rusiya Ukraynanın üç gəmisini və onların heyətlərini hələ də həbsdə saxlamaqda davam edir. Stoltenberg bu barədə NATO xarici işlər nazirlərinin görüşünə iki gün qalmış danışıb: “Rusiya bu yaxınlarda Kerç boğazında Ukrayna gəmilərini və dənizçilərini həbs edib. Belə hallarda güc tətbiq edilməsinə haqq qazandırıla bilməz. Biz sakitliyə və təmkinə çağırıq. Rusiya Ukrayna gəmilərini və dənizçilərini azad etməlidir”. O əlavə edib ki, Rusiya “Azov dənizində naviqasiya azadlığına və Ukrayna portlarına girişə əngəl törətməməlidir”. Rusiya Ukraynanın 3 gəmisini və onların ekipajlarını noyabrın 25-də həbs edib. Gəmilərin saxlanması zamanı Rusiya sahil keşikçiləri gəmilərə atəş açmış, onlardan birini taran etmişlər. Rusiya hazırda Ukraynanın şərqindəki moskvayönlü separatçıların vasitəsilə Luhansk və Donetsk regionlarına nəzarət edir. Bu regionları Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımla bir-birindən Ukraynanın nəzarətində olan kiçik Mariupol limanı ayırır. Ukrayna tərəfi son zamanlar Moskvanın bu kiçik torpaq ərazisini separatçıların əli ilə zəbt etmək cəhdlərindən həyəcan təbili çalır. Lakin Kremlin sözçüsü Dmitry Peskov bu iddiaları rədd edib: "Bu, tamamilə cəfəng iddialardır. Bu, daha bir gərginlik yaratmaq cəhdidir. Təəssüf ki, martın 31-ə təyin edilmiş Ukrayna prezident seçkiləri yaxınlaşdıqca biz belə iddiaları eşitməkdə davam edəcəyik.” Peskov iddia edib ki, “Rusiya heç yerə müdaxilə etməyib və heç yerdə dəhliz yaradılmasına çalışmayıb”.
2018-12-03
NATO Rusiyadan Ukrayna gəmilərinin və dənizçilərinin buraxılmasını tələb edir
Azadliq Radiosu
Siyasət
AzadlıqRadiosu
Azadlıq Radiosu
https://gdb.rferl.org/28…0_w1200_r1_s.jpg
az
0.998763
https://www.azadliq.org/a/nato-ukrayna-rusiya/29635458.html
azadliq.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203195453-00605.warc.gz
2018-12-03T20:14:40+00:00
https://www.bbc.com/azeri/azerbaijan-46431411
Azərbaycan: Canqayıb kəndinin yeganə ailəsi İlan kimi sürünən yol bizi Canqayıba aparır. Maşın yağışdan sonra suyu canına çəkən palçıqda üzüyuxarı - dağın ətəklərinə tərəf yorğun-yorğun irəlilədikcə, uzaqdan nöqtə kimi ağaran ev də böyüməyə başlayır. Bir neçə dəqiqədən sonra illərin yorğunluğundan "beli bükülmüş" ikimərtəbəli evin qarşısındayıq. Ətrafda gözə dəyən bir toyuq-cücədir, bir də kənarda yağışdan sonra günəşin şüaları altında mürgüləyən it... Lerikin bərbad kənd yolları bu videoda Lənkəran-Lerik yolu: "Uşaqları məktəbə apara bilmirik, bazara gedə bilmirik" Divarlarına yenicə əhəng çəkilsə də, köhnəliyi özünü uzaqdan bəlli edən, pəncərələrinin çərçivələri çoxdan çürümüş evdən səs-səmir gəlmir. Evin ətrafını dolaşıb "ev yiyəsi" deyə səslənirəm. Günortanın səssizliyində o başdan eşidilən qadın səsinə boylanırıq. Qoltuğundakı yuyulmuş paltarla dolu ləyənlə bulaqdan evə tərəf gələn orta yaşlı qadın hardan, nə səbəbə gəlməyimi soruşmur. Ləyəni torpağın üstünə qoyur, "Xoş gəlmisiniz" deyib indiyəcən tanımadığı adama -mənə sarılır. Şabranın mərkəzindən cəmi 10 kilometr aralıda - dağın ətəyindəki Canqayıb kəndində vur-tut bir ailə yaşayır. Bura sakinləri tərəfindən tərk edilmiş yeganə kənd deyil. İranda kənd-kənd gəzib kasıb uşaqlara nağıl oxuyan imamın hekayəsi Lənkəran sakinləri: "İşsizlik narkomaniyaya səbəb olur" Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda sakinlərinin sayı 10-dan aşağı olan 9 kənd var. 20-dən çox kənd isə tamamilə boş qalıb. Ləyəni əlindən yerə qoyub uşaq çevikliyi ilə qarşıma qaçan 59 yaşlı Zabitə Kiçikbəyova 31 ildir ki, yaxınlıqdakı Gəndob kəndindən Canqayıba gəlin köçüb. Söhbətə körpünü özü salır. "Ər evinə köçəndə hardasa 40 ailədən çoxu köçünü tutub başqa yerə getmişdi. Qalanları da gözümün qabağında köç elədi". Lerikin qorxulu su quyuları, susuzluqdan yanan kəndlər və insanlar Tərk edilmiş kənd bitki örtüyü altında qalıb - şəkillər - Camaat evini niyə tərk edib? - "İşsizlik, şəraitsizlik... Məktəb yox, uşaq bağçası yox, tibb məntəqəsi yox, qaz yox... Gördülər, odun da tükənir, qırmağa ağac qalmayıb, soyuqdan donmamaq üçün köçüb getdilər. Hələ o vaxt adamlar köçməyə başlayanda hökumət adamları gəlib deyirdi, getməyin, qaz çəkiləcək. 30 ildən çox keçib, ancaq hələ də qaz xətti çəkilməyib. Bəlkə də o vaxt çəksəydilər, adamlar qayıdardı. Köçüb gedənlər arada bir gəlib-gedirdilər, suyla, qazla, işıqla maraqlanırdılar, gördülər, yaxşılığa doğru ümid yoxdur, ayaqlarını həmişəlik buralardan çəkdilər. Bakıya gedəni oldu, Rusiyaya gedəni oldu, Şabranın özünə köçəni oldu... Odureey, kişi də gəlir", - günəş şüalarından qorunmaq üçün əllərini gözlərinin üstünə tutub bulaq tərəfdən gələn yolda çır-çırpı dolu arabasını itələyə-itələyə bizə tərəf addımlayan ərini nişan verir. Zabitə xanım özündən bir yaş böyük olan əri, Elxan Kiçikbəyovu hələ də kənddə qalmalarının əsas səbəbkarı sayır. "O vaxt hamı getdi, Elxan qaldı. Dedi, bura mənim ata-baba evimdir, mənə yadigardır, atıb gedərəm, dağılar, yox olar. Elə evin dam örtüyünü düzəldəndə də şikəst oldu. Damdan başıüstə yıxıldı, beyni silkələndi, o vaxtdan ruhi xəstəliyi var, ikinci qrup əlildir", deyir və gözləri dolur. Londondan kənar kənd həyatı: İngiltərədə kəndlərdə kim yaşayır? Kənd təsərrüfatı: ixtisaslı kadrlar niyə çatışmır? Canqayıbın son sakinləri son 5 ildə üst-üstə xeyli zərbə alıb. 5 il əvvəl kəndə, ailəsinə baş çəkməyə gələn 25 yaşlı ortancıl oğul Eldar yaxınlıqdakı kanala düşmüş iti xilas edərkən boğulub. "İyul ayı idi, Eldar bostan üstünə tikan yığmağa gedir, kanalı keçəndə Qaraboz suya düşür. Oğlum da dalıyca özünü suya atır, iti xilas eləyir, özü boğulur. Bizim də xəbərimiz yox... Bir də baxdıq ki, Qaraboz gəlib, zingildəyir, hürür, bizi kanala tərəf çəkir. Düşdük dalıyca, getdik ki..." Acı xatirənin onu daha da üzməsini istəmirəm, mövzunu dəyişməyə çalışmıram, amma o, elə bil məni eşitmir. "Elə burda dəfn elədik, kəndin yaxınlığında. Qoymadım başdaşına şəklini vursunlar. Bir yaşında qızı vardı, gəlinim ikinciyə hamilə idi, ikinci qızı da ölümündən bir neçə ay sonra doğuldu". Şamaxının Çölgöylər kənd sakinləri: "Ağlım kəsəndən buranın nə suyu, nə işığı, nə də qazı olub" Çində ictimai yerdə öpüşmək tabusunu dəf edən kənd Bu hadisədən sonra Qaraboz da həyətdə duruş gətirməyib. Zabitə xanım deyir ki, ailənin ən sadiq dostunu sonuncu dəfə oğlunun ölümündən 3 gün sonra bulağın başında görüb. "Oturmuşdum bulağın başında, ağlayırdım, Qaraboz da gəldi oturdu yanımda, dedim, ay Qaraboz, balamı əlimdən aldın, səbəbkar sən oldun. Döndüm, gördüm, gözlərində yaş var, durdu, sakitcə başını aşağı salıb getdi, o gün, bu gün, bir də Qarabozu buralarda görmədik. Beş il keçib". Eldarın həyat yoldaşı indi iki uşağı ailə Bakıda valideynlərinin yanında yaşayır. Eldardan başqa ailədə daha iki oğul var. Biri ailəli, digəri subaydır. Bir də ortalıqda qaçan, nənəsinə, babasına əl yetirən balaca Sevgi var. Yaşı məktəb hazırlığına düşsə də, ən yaxın məktəb 3 kilometr aralıdakı qonşu kənddə olduğundan ora getmir. Üstəlik, ailənin maddi imkanı yetərli deyil ki, Sevginin məktəb üçün əsas ehtiyaclarını qarşılasın, çanta, dəftər-qələm, geyim alsın, Zabitə xanım deyir. O əlavə edir ki, oğlanlarından biri Şabranda ayda 140 manata fəhləlik edir. Amma onun maaşı atasının müalicəsi üçün bankdan götürdükləri kreditə gedir. Elxan Kiçikbəyovun əlilliyə görə aldığı 127 manatla Zabitə xanımın aldığı 57 manatlıq təqaüd isə ailənin dolanışığına çatmır. Evdə nə soyuducu, nə paltaryuyan maşın, nə televizor, nə də başqa elektrik avadanlığı gözə dəyir. Qızınmaq üçün ailə odun sobası qalayır. İçəri girəndə məlum olur ki, ailədə südəmər körpə də varmış - Sevginin yaş yarımlıq qardaşı Elxan. Uşaqların atası onlara kənarda ev tikmək istəyir, ancaq imkansızlıqdan alınmır, Zabitə xanım ailənin planlarından danışır. Zabitə Kiçikbəyova deyir, neçənci dəfədir ki, oğlu palçıqdan kərpic kəsir, qurudur, divar hörür, ancaq yağış kərpici yuyub aparır. Qaldıqları qəzalı ikimərtəbəli evdən azca kənarda dağılmış divarın hissələri və tikmək arzusunda olduğu evin bünövrəsi qalıb. Zabitə başını qaldırıb ətrafa boylanır, barmağını çox da uzaq olmayan təpələrə uzadır və sovet vaxtı orada fəaliyyət göstərən məscidi xatırlayır. Deyir ki, çox vaxt hökumət adamları namaza gələnləri məsciddən dağıdardılar. "Ehhh, hara getdi bu camaat... Hamı çıxdı getdi. Bircə biz qaldıq... Kişi getmədi ki, getmədi", deyə gözləri ilə samovara növbəti odunu atan ərinə işarə edir. - Darıxmırsız burda? - Baharda gələsən bura, bəh-bəh, buralar bir yaşıllıq olur ki... Təzə çıxan otların ətri torpağın ətrinə qarışır. Qışda donuruq, yazda elə bil buzumuz açılır. Bir müddət əvvəl ailənin qonşu Ləcət kəndində əkin sahəsi olub. Vaxtilə arpa, taxıl əkilən sahəni 3 il əvvəl ehtiyaca görə dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Ancaq buunla da bitməyib, Zabitə deyir ki, nəvəsinə dərman almaq üçün həyətdəki hinduşkaları və ev quşlarının xeyli hissəsini də Şabran bazarında satmalı olub. İndi evin qarşısında balaca Sevginin hər gün nənəsi və babasıyla gedib bibər, xiyar, pomidor, göyərti topladığı kiçik bir bostan qalıb. Ailənin tərəvəz tələbatlarını əsasən bu bostan ödəyir. Əlavə olaraq, Elxan Kiçikbəyov tez-tez meşələrdən mövsümi meyvələrdən toplayır, həyat yoldaşı isə mürəbbə, kompot hazırlayır. Samovar çayını böyürtkən mürəbbəsi ilə içdikdən sonra bu isti mühiti qoyub paytaxta qayıtmağa həvəs qalmamışdı… Dağların ətəyində, Qələgahın, Ləcətin, Bilicinin əhatəsində yerləşən Canqayıbın üzərində günəş yavaş-yavaş yerini qara buludlara verirdi. Buradan tez çıxmaq lazım idi ki, bir azdan yağışın sürüşkən palçığa çevirəcəyi yolda qəza təhlükəsiylə üz-üzə qalmayaq. Maşın yorğun-yorğun irəliləyir, ilan kimi üzüaşağı sürünən yollar Canqayıbı ən sadiq sakinləriylə geridə qoyur. Chai-khana layihəsinin BBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Esmira Cavadova hazırlayıb.
2018-12-03
Azərbaycan: Canqayıb kəndinin yeganə ailəsi
Azərbaycan
null
BBC News Azərbaycanca
https://ichef.bbci.co.uk…104596800_1-.jpg
az
0.999184
https://www.bbc.com/azeri/azerbaijan-46431411
bbc.com
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203155857-00602.warc.gz
2018-12-03T16:40:37+00:00
https://www.amerikaninsesi.org/a/pakistan-hinditan-singh-mebed-serhed-border-/4679670.html
Hər ikisində də nüvə silahı olan və keçmişdə bir-biri ilə bir neçə dəfə müharibə aparan Hindistan və Pakistan nifrəti bir kənara qoyaraq, gələn il Sinkxizmin təməlinin qoyulmasının 550-ci ildönümünə hazırlıqlara başlayıb. Bu iki ölkə hindlilərin Pakistan ərazisində yerləşən müqəddəs Sinkx məbədini ziyarət etmələri üçün sərhəddə çəpər çəkilmiş yeni bir dəhliz inşa edib. Sinqhhizmin son dayanacağı olan bu məbəd Hindistan sərhədindən cəmi 4 km. məsafədə yerləşir. Lakin sərhəd keçid məntəqəsinin bağlı olması minlərlə siqh zəvvarının əvvəlcə Pakistanın sərhəd Lahor şəhərinə, oradan isə üç-dörd saatlıq yola çıxmaq məcburiyyətində qoyur. Belə olmadığı təqdiqdə onlar bu məbədə sərhədin o biri tərəfindən baxmaq məcburiyyətində qalır. Hindistanlı zəvvar Daman Pir Sinkx: “Sərhədin o biri tayındakı zəvvarların adətən durbinləri olur və onlar ziyatərlərini durbin vasitəsilə həyata keçirir.” Lakin gələn il sinqhizmin təməlkini qoyan Quru Nanakın 550-ci ildönümünün qeyd edilməsinə qədər Hindistan və Pakistan hökumətləri yeni sərhəd-keçid məntəqəsi yaradacaqlarına söz verib. Pakistanın baş naziri İmran Xan artıq Pakistan tərəfdə təməlin qoyulduğunu deyib. Plana əsasən hindistanlı zəvvarlar müqəddəs məbədə getmək üşün sərhəd-keçid məntəqəsinin terminalına getməlidir. Onları məbədə 4 km. uzunluqda, yanlarına çəpər çəkilmiş dəhlizdən xüsusi avtobuslar aparacaq. Müqəddəs məbədə ziyarətlə bağlı plan hər iki tərəfdə enişli-yoxuşlu gərgin münasibətlərdən keçərək məbədə çıxış əldə edilməsi ilə əlaqələrin normallaşmasında hərəkətverici qüvvə olacağına ümid edir. Lakin təhlilçilər belə yüksək gözləntilərə ehtiyatla yanaşır. Jurnalist Suhasini Heyder: “Biz münasibətlərin yaradııması üçün imkanların olduğunu görürük. Lakin mən siyasi həll olmadan Kartarpur dəhlizinin nə isə böyük bir dəyişikliklərə səbəb olacağınlı düşünmürəm.” Çıxışı zamanı İmran Xan iki nüvə silahlı qonşunun sülhdən başqa seçimi olmadığını deyib. Eyni zamanda o, əlavə edib ki, əsas mübahisənin səbəbi olan Kəşmir məsələsi də həll olunmalıdır. Hindistan siyasətçilərinin sərhəddə dəhlizin açılmasını alqışlamalarına baxmayaraq, Paksitanı Hindistan torparlarındakı terrorizmi dəstəkləməkdə ittiham edir.
2018-12-03
Hindistanla Pakistan arasındakı dəhliz
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…v_w1200_r1_s.jpg
az
0.999883
https://www.amerikaninsesi.org/a/pakistan-hinditan-singh-mebed-serhed-border-/4679670.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203195453-00605.warc.gz
2018-12-03T20:32:43+00:00
https://www.amerikaninsesi.org/a/usai%CC%87d-nin-maliyy%C9%99-d%C9%99st%C9%99yi-il%C9%99-goranboyda-yem-emal%C4%B1-v%C9%99-toxum-t%C9%99mizl%C9%99m%C9%99-m%C9%99nt%C9%99q%C9%99l%C9%99ri-in%C5%9Fa-edilib-/4684881.html
Dekabrın 3-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydex Sinqx Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində (Bakıdan 350 kilometr qərb) iki yem emalı və toxum təmizləmə məntəqələrinin açılışında iştirak edib. Bu barədə USAİD-in məlumatında deyilir. USAİD bildirir ki, yeni məntəqələr maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 2000-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. “İcmanıza olan dəstəyimiz ABŞ və Azərbaycan xalqları arasında davamlı dostluğun rəmzidir”, missiya direktoru Caydex Sinqx qeyd edib. O həmçinin USAID və Azərbaycan hökuməti arasında möhkəm və davamlı tərəfdaşlığı alqışlayıb. Goranboy rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilov, habelə USAID əməkdaşları və yerli sakinlər tədbirə qatılıblar. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. USAİD indiyədək ABŞ və Azərbaycan 215 000-dən çox insanın yaşadığı 146 müxtəlif icmada 125 icma layihəsi həyata keçirib.
2018-12-03
USAİD-nin maliyyə dəstəyi ilə Goranboyda yem emalı və toxum təmizləmə məntəqələri inşa edilib
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Azərbaycan
VOA
VOA
https://gdb.voanews.com/…0_w1200_r1_s.jpg
az
0.999671
https://www.amerikaninsesi.org/a/usai%CC%87d-nin-maliyy%C9%99-d%C9%99st%C9%99yi-il%C9%99-goranboyda-yem-emal%C4%B1-v%C9%99-toxum-t%C9%99mizl%C9%99m%C9%99-m%C9%99nt%C9%99q%C9%99l%C9%99ri-in%C5%9Fa-edilib-/4684881.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203195453-00605.warc.gz
2018-12-03T20:32:46+00:00
https://www.amerikaninsesi.org/a/amerikal%C4%B1lar%C4%B1n-52-faizi-qad%C4%B1n-prezident-fikrini-d%C9%99st%C9%99kl%C9%99yir/4684874.html
Senator Kamala Harris (Kaliforniya), Elizabet Uorren (Massaçussets), Kriten Gilibrand (Nyu-York) və çox ehtimal ki, 2016-cı il prezident seçkilərində namizəd Hillari Klinton kimi demkcrat qadınlar 2020-ci il prezident seçkilərinin potensiaa namizədi ola bilər. Lakin onların mübarizəsi kişilərlə müqayisədə daha ağır keçə bilər. Amerikalıların yarıdan çoxu qadın prezident ideyasına müsbət yanaşır. Kantar Public məsləhət şirkətinin keçirdiyinə sorğuya əsasən, amerikalıların 63 faizi korporasiyalarda qadın rəhbər fikrini dəstəkləyir. Respondentlərin 52 faizi qadınların prezident olması fikrinə mənfi yanaşmadıqlarını bildirib. Kişilərin çoxu liderliyin genderə əsaslandığını, qadınların əksəriyyəti isə kişilər qədər qadınların da rəhbər vəzifələrdə çalışa biləcəyinə inandığını bildirib. Şirkətin hesabatında deyilir ki, qadınların 60 faizi baş komandanlıq vəzifəsini yerinə yetirə biləcəklərinə, kişilərin isə 45 faizi buna inandıqlarını deyib. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq daxil olmaqla, 7 inkişaf etmiş ölkədə keçirilən sorğularda on min insan iştirak edib. İngiltərə və Almaniyaya hazırda qadınlar rəhbərlik edir.
2018-12-03
Amerikalıların 52 faizi qadın prezident fikrini dəstəkləyir
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
ABŞ
VOA
VOA
https://gdb.voanews.com/…0_w1200_r1_s.jpg
az
0.998305
https://www.amerikaninsesi.org/a/amerikal%C4%B1lar%C4%B1n-52-faizi-qad%C4%B1n-prezident-fikrini-d%C9%99st%C9%99kl%C9%99yir/4684874.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203195453-00605.warc.gz
2018-12-03T20:32:52+00:00
https://www.amerikaninsesi.org/a/arif-hac%C4%B1l%C4%B1-ab%C5%9F-s%C9%99firliyinin-m%C3%BC%C5%9Favirin%C9%99-t%C9%99qibl%C9%99rd%C9%99n-dan%C4%B1%C5%9F%C4%B1b-/4685002.html
ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşündə son günlər partiya ətrafında baş verən hadisələr diqqət mərkəzində olub. Müsavat Partiyasının məlumatında deyilir ki, dekabrın 3-də keçirilən görüşdə ölkədəki ictimai-siyasi durum, Müsavat Partiyasına artan təzyiqlər, o cümlədən siyasi mühacir Azad Həsənovun və gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbs edilməsi, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri və “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət işinin açılması ilə bağlı məsələlər müzakirə edilib. Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya gəlib və həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb. Noyabrın 21-də Müsavat Patiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs edilib. O banka olan borcunu vaxtında ödəməməkdə ittiham olunur. Noyabrın 30-da Bakı şəhər Prokurorluğu Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281-2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-2 (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirlən şəxs qismində ittiham elan edib. Müsavat Partiyası ittihamları siyasi sifariş hesab edir.
2018-12-03
Arif Hacılı ABŞ Səfirliyinin müşavirinə təqiblərdən danışıb
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Azərbaycan
VOA
VOA
https://gdb.voanews.com/…8_w1200_r1_s.jpg
az
0.999753
https://www.amerikaninsesi.org/a/arif-hac%C4%B1l%C4%B1-ab%C5%9F-s%C9%99firliyinin-m%C3%BC%C5%9Favirin%C9%99-t%C9%99qibl%C9%99rd%C9%99n-dan%C4%B1%C5%9F%C4%B1b-/4685002.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203213251-00606.warc.gz
2018-12-03T22:15:16+00:00
https://www.amerikaninsesi.org/a/%C9%99fqan%C4%B1standa-yaralanan-4-c%C3%BC-ab%C5%9F-%C9%99sg%C9%99rinin-v%C9%99fat-edib/4684958.html
Pentaqon ötən həftə Əfqanıstanda bomba partlayışı zamanı yaralanan 4-cü ABŞ əsgərinin vəfat etdiyini bildirib. Serjant Ceyson Mitçell Makklari bazar günü Almaniyadakı hərbi xəstəxanada dünyasını dəyişib. 24 yaşlı çavuş Pennsilvaniya ştatının Eksport şəhərindən idi. Digər 3 həbçi ötən çərşənbə axşamı günü Qəznidəki partlayışda həyatını itirmiş, 2 əsgər isə bədən xəsarəti almışdı. Bu, cari ildə ABŞ əsgərləri üçün ən ağır hücum hesab edilir.
2018-12-03
Əfqanıstanda yaralanan 4-cü ABŞ əsgəri vəfat edib
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
ABŞ
VOA
VOA
https://gdb.voanews.com/…D_w1200_r1_s.jpg
az
0.999518
https://www.amerikaninsesi.org/a/%C9%99fqan%C4%B1standa-yaralanan-4-c%C3%BC-ab%C5%9F-%C9%99sg%C9%99rinin-v%C9%99fat-edib/4684958.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203213251-00606.warc.gz
2018-12-03T22:15:17+00:00
https://www.amerikaninsesi.org/a/meynd%C9%99-y%C3%BCzl%C9%99rl%C9%99-santa-klaus-xeyriyy%C9%99-%C3%BC%C3%A7%C3%BCn-xiz%C9%99k-s%C3%BCr%C3%BCb/4684959.html
Meyn ştatındakı Sunday River adlı kurortun qarlı eniş və yoxuşları bazar günü Santa Klaus paltarı geyinmiş insanlarla dolu idi. Yerli təlim və tədris proqramlarına kömək məqsədilə təşkil olunan bu xizəksürmə yarışında iştirak etmək istəyən hər kəs Santa Klaus kimi ağ saqqal, qırmızı papaq və palto geyinməklə yanaşı həm də ən az 20 dollar dəyərində iştirak haqqı da ödəyiblər. Kurortdan verilən məlumata görə, bu il təşkil olunan tədbirdə yerli xeyriyyə təşkilatları üçün 4000 dollardan çox pul yığılıb. "Bu çox möhtəşəm idi. İnsanlardakı enerji fenomenaldır. Bu gün ilin ən sehrli günü idi." - deyə, kurortun tədbirlər üzrə direktoru Karolina Oktera bildirib. Santa Klauslar dağdan aşağı doğru xizək sürə-sürə əllərin zınqırov çalaraq "Ho Ho Hoə qışqırıblar.
2018-12-03
Meyndə yüzlərlə Santa Klaus xeyriyyə üçün xizək sürüb
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
ABŞ
null
VOA
https://gdb.voanews.com/…v_w1200_r1_s.jpg
az
0.99826
https://www.amerikaninsesi.org/a/meynd%C9%99-y%C3%BCzl%C9%99rl%C9%99-santa-klaus-xeyriyy%C9%99-%C3%BC%C3%A7%C3%BCn-xiz%C9%99k-s%C3%BCr%C3%BCb/4684959.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203213251-00606.warc.gz
2018-12-03T22:15:24+00:00
https://www.amerikaninsesi.org/a/parisd%C9%99-t%C9%99cili-yard%C4%B1m-ma%C5%9F%C4%B1nlar%C4%B1n%C4%B1n-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99ri-d%C9%99-%C3%BCmummilli-etirazlara-qo%C5%9Fulub/4685009.html
Fransada on illər ərzində ən ağır kütləvi aksiyaların qarşısının alınması üçün fövqəladə vəziyyət elan edilə bilər. Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir. Polisin məlumatına görə, bu aksiyalarda 400-dən çox aksiyaçı saxlanıb, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil omaqla 130-dan çox adamsa xəsarət alıb. "Dünən paytaxtakı aksiyalarda 412 nəfər həbs olunub. Bu son onillər ərzində qarşılaşmadığım bir vəziyyətdir." - deyə, Pariş şəhərinin polis nümayəndəsi Mişel Delpueş qeyd edib. Polisin məlumatına görə, xəsarət alanlardan 23-ü polisdir. Aksiyaçılar Parisin mərkəzində barrikadalar qurub, tonqal qalayıb, polisi daşa basıb, avtomobil və digər əmlaklara ziyan vurublar. "Təhlükəsizlik tədbirlərimizin bir hissəsi və yanğınları vaxtında müdaxilə etməli olan Paris xilasetmə briqadası tərəfindən 249 yanğın qeydə alınıb. Bu yanğınlarış 112-si nəqliyyat vasitələridir." - deyə, cənab Delpueş əlavə edib. Dekabrın 3-də Fransada təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub. "Biz ümid edirik ki, hökümət səbəbi başa düşər və bunun qanunla sonlandırar. Beləcə biz bir araya gəlib, birlikdə hər kəsin razı qalacağı yeni həll yolları üzərində müzakirə apara bilərik. Ancaq indiki nə hökümət, nə insanlar, nə işçilər bundan razı deyil." - deyə, təcili yardım maşınlarından birinin sürücüsü Rəşid Suxmanı bildirib. Fransa hakimiyyəti dəfələrlə bəyan edib ki, dizel yanacağına vergini qaldırmaqda məqsəd, ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını genişləndirməkdir. Fransa mətbuatının yazdığına görə, ölkə boyu keçirilən nümayişlərdə ümumilikdə 75 minədək adam iştirak edib.
2018-12-03
Parisdə təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…v_w1200_r1_s.jpg
az
0.999468
https://www.amerikaninsesi.org/a/parisd%C9%99-t%C9%99cili-yard%C4%B1m-ma%C5%9F%C4%B1nlar%C4%B1n%C4%B1n-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99ri-d%C9%99-%C3%BCmummilli-etirazlara-qo%C5%9Fulub/4685009.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203213251-00606.warc.gz
2018-12-03T22:15:28+00:00
https://www.amerikaninsesi.org/a/r%C9%99%C5%9Fad-%C5%9Firin-az%C9%99rbayca-inc%C9%99-balans-siyas%C9%99tind%C9%99n-istifad%C9%99-ed%C9%99c%C9%99k-video-/4684345.html
Siyasi analitik Rəşad Şirin Amerikanın Səsinə müsahibəsində ABŞ-ın İran və Rusiyaya sanksiyalarının Azərbaycana qarşı siyasi risklərindən danışıb. Amerikanın Səsi: Azərbaycan Rusiya və İranla qonşu olmaqla geopolitik mənada çox həssas regionda yerləşir. ABŞ isə Rusiya və İrana qarşı sanksiyaları getdikcə gücləndirir. Bu siyasət Azərbaycan üçün hansı nəticələr yaradır? Bunun Azərbaycana birbaşa iqtisadi təsirlərinin nə olacağını hələ demək çətindir. Neftin qiymətində oynamalar ola bilər. Rəşad Şirin: Amerikanın İrana tətbiq etdiyi sanksiyalar əsasən iqtisadi sanksiyalardır. Təbii ki, bu, böyük dövlətlərə təsir edən bir sanksiyadır. Bunun mənfi nəticəsi böyük dövlətlərə təsir edəcək. Onların böyük maraqları, İranla müqavilələri var. Məsəl üçün "Boeing" və ya "Airbus" şirkətlərinin 17-19 milyardlıq böyük müqavilələri var ki, onlar İrana təyyarə satacaqdılar. O lisenziyalar artıq dayandırılıb. Avropa şirkətləri də artıq ehtiyat edirlər. Onlar da İranla iqtisadi münasibətlərini davam etdirmək istəmirlər. Çünki Amerika tərəfindən sanksiyalara məruz qala bilərlər. Burada Amerikanın ən böyük gücü təbii ki, dollar məsələsidir, sanksiyaların nəticəsi olaraq İran bank köçürmələrindən, əməliyyatlarından kənarda qalmış olacaq. Demək olar ki, bütün müqavilələr, bütün bank köçürmələrinin böyük əksəriyyəti Amerika bankları üzərindən köçürüldüyü üçün, bu, çox böyük zərbədir. Bunun Azərbaycana birbaşa iqtisadi təsirlərinin nə olacağını hələ demək çətindir. Neftin qiymətində oynamalar ola bilər. Bu bizə təsir edə bilər. Azərbaycandan İrana qarşı mümkün siyasətdə daha aktiv rol oynaması istənilə bilər. Dediyim kimi hal-hazırda İrana qarşı bu sanksiyalar iqtisadi xarakterlidir. İran da təbii ki, buna reaksiya olaraq uranın istehsalını dayandırmaq istəmir və bunu davam etdirəcək. Amerikanın Səsi: Sizcə Azərbaycan bu durumda öz təhlükəsizliyi baxımından risklərin azaldılması üçün necə davranmalıdır? Çox vaxt Azərbaycanın maraqları Rusiya və İranın maraqları ilə üst-üstə düşmür. Rəşad Şirin: Mənə elə gəlir ki, Azərbaycan hər zaman istifadə etdiyi siyasətindən istifadə etməlidir və edəcək. Yəni həm Rusiya, həm də İranla bu incə balans siyasəti davam etdirilməlidir. Bunlar regionun böyük ölkələridir. Resursları, potensialı çox olan ölkələrdir. Azərbaycan hər zaman incə və həssas oyun oynayıb. Bir tərəfdən Qərb mütəffiqləri var. Azərbaycanın ABŞ, İsrail, Türkiyə ilə münasibətlərində onların maraqları fərqlidir. Çox vaxt Azərbaycanın maraqları Rusiya və İranın maraqları ilə üst-üstə düşmür. Azərbaycan bu vəziyyətdə mümkün olduğu qədər öz maraqlarını ortaya qoya bilməlidir. Azərbaycan üçün ən böyük maraq təbii ki, həyatda qalmaq-yəni təhlükəsizlik marağıdır. Çünki, dediyim kimi, İran və Rusiyanın resursları çoxdur. Məsəl üçün İran Suriya və İraqda çox böyük nüfuza sahibdir və qonşu ölkələrdə geniş əməliyyatlar apara bilir. Yəni bunlar hərbi əməliyyatlar ola bilər, psixoloji propaqanda ola bilər. Eyni dərəcədə də Rusiya. Son hadisələri biz gördük. Rusiyanın Ukrayna donanmasının 3 gəmisini həbs etməsi və s. Ətrafa daha çox qorxu, risk yarada bilən qüvvələrdir. Amerikanın Səsi: Bəzi ekspertlər və millət vəkilləri hesab edirlər ki, Azərbaycan Qarabağ məsələsinin həlli naminə Rusiya ilə yaxınlaşmalı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalıdır. Onların opponentləri isə çıxış yolunu Azərbaycanın Qərbə intiqrasiyasında görürlər. Bu mülahizələri necə qiymətləndirərdiniz? Sizcə daha bir fərqli yol varmı? Rəşad Şirin: Əslində Azərbaycan dövlətinin istədiyi həmin status-kvo başqa yoldur. Yəni heç bir bölgə alyansında, bölgə ittifaqında iştirak etməmək, qoşulmamağı, bu yolu seçmiş ölkədir. Bu siyasət 90-cı illərdən davam edən siyasətdir. Açığı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağın Azərbaycan üçün nə qədər faydalı olacağı sualı altındadır. Digər tərəfdən Qərb alyanslarına da üzv olmağın Qarabağ məsələsində bizə hansı üstünlükləri verəcəyi məsələsi də sual altındadır. Əslində NATO-ya üzv olmaq üçün ölkə olaraq etnik konfliktlər və ya sərhəd boyu mübahisələr olmamalıdır. NATO-nun üzvü olmaq üçün belə qaydalar da var. O baxımdan mənə elə gəlir ki, mövcud status-kvo, mövcud siyasət zatən başqa bir yoldur. Üçüncü yol hal hazırda bundan ibarətdir. Yəni ortada olmaq və qoşulmamaq.
2018-12-03
Rəşad Şirin: "Azərbaycan “incə balans” siyasətindən istifadə edəcək"
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Azərbaycan
null
VOA
https://gdb.voanews.com/…v_w1200_r1_s.jpg
az
0.999866
https://www.amerikaninsesi.org/a/r%C9%99%C5%9Fad-%C5%9Firin-az%C9%99rbayca-inc%C9%99-balans-siyas%C9%99tind%C9%99n-istifad%C9%99-ed%C9%99c%C9%99k-video-/4684345.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203155857-00602.warc.gz
2018-12-03T17:07:45+00:00
https://www.amerikaninsesi.org/a/i%CC%87spaniyan%C4%B1n-andalusiya-b%C3%B6lg%C9%99sind%C9%99-ultra-sa%C4%9F%C3%A7%C4%B1-partiya%C4%B1-qalib-g%C9%99ldi/4684390.html
Anti-immiqrant, Avroskeptik, ultra-sağçı partıya İspaniya qanunverici orqanında ilk yerini qazanıb. Bazar günü Andalusiya regional seçkilərində sayılan səslərin 96% ilə VOX partiyası 12 deputat yerinə sahib çıxaraq, mühafizəkar bloka üstünlüyü ələ keçirmək imkanı yaradıb. 2015-ci ildəki 47 yerlə müqayisədə Sosialistlər Andalusiya qanunverici orqanında cəmi 33 yer qazanıb. Sağçı partiyalar hökuməti formalaşdırmaq razılığına gəlsələr mərkəz solçu partiya son 36 ildə ilk dəfə olaraq İspaniyanın ən sıx məskunlaşmış bölgəsi üzərindəki idarəni itirə bilər. “Andalusçular yenə də tarix yazırlar. Onlar 36 illik Sosialist rejimini silkələdilər. Onlar digər İspaniya vətəndaşlarına “bu mümkündür, və hətta bunu bütün ölkədə belə etmək asandır” dedilər””, İspaniya prezidenti Santyaqo Abaskal deyib. Bu, Andalusiya bölgəsini 36 ildən artıq idarə edən Sosialist İşçilər Partiyasının tarixində ən pis göstərici olub. Səsvermə iyun ayında baş nazir seçilmiş Sosialist İşçilər Partiyasından Pedro Sançez üçün ilk seçki imtahanı olub. İspaniya bu günə qədər Avropanın siyasətini ələ keçirən ultra-sağçıların yüksəlməsinin qarşısını alıb. Lakin indi VOX Şimali Afrikadan Avropaya mühacir və sığınacaq axtaran miqrantları nəzərə alaraq anti-immiqrant siyasətindən istifadə edir.
2018-12-03
İspaniyanın Andalusiya bölgəsində ultra-sağçı partiya qalib gəldi
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Dünya
VOA
VOA
https://gdb.voanews.com/…C_w1200_r1_s.jpg
az
0.997288
https://www.amerikaninsesi.org/a/i%CC%87spaniyan%C4%B1n-andalusiya-b%C3%B6lg%C9%99sind%C9%99-ultra-sa%C4%9F%C3%A7%C4%B1-partiya%C4%B1-qalib-g%C9%99ldi/4684390.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203155857-00602.warc.gz
2018-12-03T17:07:47+00:00
https://www.amerikaninsesi.org/a/kiray%C9%99-verm%C9%99y%C9%99-iki-ev-al%C4%B1b-aldanan-futbol%C3%A7u/4684609.html
"Tikintisi davam edən binalardan almadıq ki, bizi aldadarlar. Bu bina hazır idi, hətta aldığımız mənzildə kirayənişin də vardı. Dedik ki, oğlumun toyuna qədər təmir edəcəyik. Gəldi, bu da belə oldu. Bu hadisədən sonra uşağımın nişanını da qaytardılar", – Mətanət Həmidova məhkəmədə bunları danışa-danışa ağlayır. Elə Eynura kirayə verdim. Bir müddət sonra gəlib gördüm ki, evimdə başqa bir ailə yaşayır. Eynur açarı onlara veribmiş. Mənə özlərini ev sahibi kimi təqdim elədilər. Dedilər ki, Eynur bu mənzilin onun özünün olduğunu deyib və satıb. Onları çətinliklə evdən çıxartdım. Xalidə Hüseynova O da Bakıda son illərdə mənzil dələduzluğunun qurbanı olmuş yüzlərlə zərərçəkəndən biridir. Konkret Mətanət Həmidovanın zərərçəkən statusunda tanındığı cinayət işi üzrə onun özündən başqa daha 57 nəfər aldadılan var. Bu adamlara qarşı dələduzluğa görə isə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub – Çingiz Bağırov və Eynur Xudiyev. CM-in 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələriylə ittiham olunan bu iki nəfərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Zərərçəkənlər arasında Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev də var. O, Yasamalda "Bakı" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi hazır binadan iki mənzil alıb, amma sonradan məlum olub ki, həmin evlər başqasının imiş. 3 ay kirayə pulu da ödənib "Yasamaldakı binalarla maraqlandım. "Bakı" tikinti şirkətinin elanlarını gördüm. Gedib mənzillərə özüm də baxmışdım. Mənzillərdə kirayənişinlər var idi. Onsuz mən də evləri alıb kirayə verəcəkdim. Ona görə dedim ki, kirayə qalanları çıxarmasınlar. Eynur üç ay mənə kirayə pulu ödədi. Hər ay 550 manatdan...", – məhkəmədə zərərçəkən qismində dindirilən futbolçu belə deyib. Hər iki mənzilin pulunu (150 min manatdan çox) tam ödədiyini deyən Rahid Əmirquliyev aldadılmasına görə tikinti kooperativinin rəhbəri Emil Məhərrəmovu günahlandırır. Deyir ki, mənzilləri ondan alıb, pulu da ona verib: "İndi də ondan şikayətçiyəm". Təqsirləndirilən şəxslərdən Eynur Xudiyev də şirkətin rəhbərini ittiham edir. Məhkəmədə deyib ki, bu işlərin başında Emil Məhərrəmov dayanır, ancaq nədənsə onu məsuliyyətə cəlb etməyiblər. Zərərçəkən Mətanət Həmidova da mənzilə baxmağa gələndə ona evdəki adamların kirayənişin olduğu deyilib. O mənzili almaqdan ötrü 103 min manat pul verdiyini deyən Mətanət Həmidova da oğlu üçün evi təmir etdirənə qədər onu kirayə vermək istəyib. Ona görə mənzildən yaşayanların çıxmasını istəməyib: "Sonra məlum oldu ki, ev başqalarına da satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin". "Bakı" tikinti şirkətinin elanlarını gördüm. Gedib mənzillərə özüm də baxmışdım. Mənzillərdə kirayənişinlər var idi. Onsuz mən də evləri alıb kirayə verəcəkdim. Ona görə dedim ki, kirayə qalanları çıxarmasınlar. Eynur üç ay mənə kirayə pulu ödədi. Rahid Əmirquliyev Təqsirləndirilən Eynur Xudiyev Mətanət Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalan danışıb və qadına mənzilin öz adına olduğunu deyərək onu yenidən Mətanət Həmidovaya satıb. Daha bir zərərçəkən Xalidə Hüseynova deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olub. Həmin binada aldığı mənzili kirayə vermək istəyib, şirkətin işçilərindən olan Eynurla bu barədə danışıb: "Elə Eynura kirayə verdim. Bir müddət sonra gəlib gördüm ki, evimdə başqa bir ailə yaşayır. Eynur açarı onlara veribmiş. Mənə özlərini ev sahibi kimi təqdim elədilər. Dedilər ki, Eynur bu mənzilin onun özünün olduğunu deyib və satıb. Onları çətinliklə evdən çıxartdım". Bu iş üzrə məhkəmə araşdırmaları davam edir. Cinayət Məcəlləsində bir qrup şəxsin əlbir olub dələduzluq etməsinə görə 4-7 min manat cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulub. Bu əməl adamlara xüsusilə külli miqdarda (500 min manatdan yuxarı) ziyan vurmaqla törədildikdə isə, cəzası 10 ildən 14 ilə qədər həbsdir. (c) AzadlıqRadiosu
2018-12-03
Kirayə verməyə iki ev alıb aldanan futbolçu
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
Azərbaycan
null
VOA
https://gdb.voanews.com/…0_w1200_r1_s.jpg
az
0.999658
https://www.amerikaninsesi.org/a/kiray%C9%99-verm%C9%99y%C9%99-iki-ev-al%C4%B1b-aldanan-futbol%C3%A7u/4684609.html
amerikaninsesi.org
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203155857-00602.warc.gz
2018-12-03T17:07:53+00:00
https://report.az/senaye/azerbaycanin-23-sirketinin-sial-paris-sergisinde-mehsullari-numayis-etdirir/
Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransanın paytaxı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb. İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Avropanın ən irimiqyaslı ərzaq sərgilərindən olan “Sial Paris”də İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir. Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, “Sial Paris” beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, xüsusi zövqlə dizayn edilmiş ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirəcək, ixrac imkanlarına dair müzakirələr aparacaqlar. “Sial Paris” beynəlxalq ərzaq sərgisi 25 oktyabr tarixinədək davam edəcək.
2018-10-23
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir
Aqşin Rafiqoğlu
Report İnformasiya Agentliyi
https://report.az/storag…28a21e39_675.jpg
az
0.999694
https://report.az/senaye/azerbaycanin-23-sirketinin-sial-paris-sergisinde-mehsullari-numayis-etdirir/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181203213251-00606.warc.gz
2018-12-03T22:45:56+00:00
https://report.az/siyasi-xeberler/daxili-siyaset/yap-gence-teskilati-telebelerle-gorusub/
Bakı. 6 noyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı şəhərdəki Dövlət Universitetində tədbir keçirib. Gəncə YAP-dan “Report”a verilən məlumata görə, tədbirdə partiya şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev, Gəncə Dövlət Univetsitetinin Elm və innovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, deputat Pərvin Kərimzadə, partiyanın ərazi ilk təşkilatının sədri Cavid Bağırzadə, universitetin müəllim və tələbə heyəti iştirak edib. Cavid Bağırzadə YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu qeyd edib. Bildirib ki, tələbələrin könüllü olaraq üzvlük üçün universitetin ərazi ilk partiya təşkilatına müraciət etməsi partiyanın Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirməsindən xəbər verir.  Deputat Naqif Həmzəyev Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə ali təhsil müəssisəsinin professor-müəllim heyətini təbrik edib. Deputat qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək dəyərin Gəncə sakinləri tərəfindən minnətdarlıqla qarşılandığını bildirib. N.Həmzəyev ötən illər ərzində təşkilatın gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, xüsusən gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb. Deputat Pərvin Kərimzadə Azərbaycanın ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayan, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirən Azərbaycan qadınlarına dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb: “Bu gün cəmiyyətimizdə hörmət, izzət sahibi qadınlara Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri ilə tarix yazan Mehriban xanım Əliyeva örnək və nümunədir”. Tələbələrdən Sabir Əbdürrəhmanov, Leyla Məmmədova, Hicran Əliyeva, Turanə Səfərova və başqaları çıxış edərək gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd ediblər. Tədbirdə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, Gənclər Birliyinin sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib. Sonda partiya sıralarına yeni daxil olan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
2018-11-06
YAP Gəncə təşkilatı tələbələrlə görüşüb
Mübariz Aslanov
Report İnformasiya Agentliyi
https://report.az/storag…b912373b_675.jpg
az
0.999987
https://report.az/siyasi-xeberler/daxili-siyaset/yap-gence-teskilati-telebelerle-gorusub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181202225631-00596.warc.gz
2018-12-03T00:33:08+00:00
https://report.az/siyasi-xeberler/daxili-siyaset/rovsen-rzayev-horadizde-vetendaslari-qebul-edib/
Bakı. 27 oktyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edib. Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbulda Füzuli və Beyləqan rayonlarında, həmçinin Cocuq Mərcanlıda (Cəbrayıl rayonu) yaşayan vətəndaşlar iştirak ediblər. Müraciət edənlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Onlar, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı müraciət ediblər. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən işlər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı bina və tikililərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı işlərin gedişini şəxsən nəzarətdə saxlayır. Vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
2018-10-27
Rövşən Rzayev Horadizdə vətəndaşları qəbul edib
İlkin Pirəli
Report İnformasiya Agentliyi
https://report.az/storag…28376de2_675.jpg
az
1
https://report.az/siyasi-xeberler/daxili-siyaset/rovsen-rzayev-horadizde-vetendaslari-qebul-edib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181202225631-00596.warc.gz
2018-12-03T00:33:18+00:00
https://report.az/siyasi-xeberler/daxili-siyaset/mekteb-direktoru-vezifesine-qebul-ucun-yeni-qaydalar-mueyyenlesib/
Bakı. 19 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi” qaydalarını təsdiqləyib. “Report” xəbər verir ki, sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində direktorların işə qəbulu məsələlərini və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən edir. Sənəddə qeyd olunub ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılacaq. Bu sənəd nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalara şamil edilmir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məhkumluğu ödənilməmiş və ya götürülməmiş, eləcə də məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron sistem vasitəsilə keçirilir. Müəssisələrdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan olunur. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və namizədlərin tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Bu mərhələdə namizədlərə 4 vakant yer (namizədin hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Müsabiqənin ikinci - imtahan mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Ümumi sualların 40%-i (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balınamizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir. Müsabiqənin üçüncü - müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Müsahibə mərhələsi üzrə keçid balı 3 bal müəyyən edilir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən aparılır. Müsahibə mərhələsində göstərdiyi nəticədən asılı olaraq namizədə direktor vəzifəsi vakant olan digər məktəblər də təklif oluna bilər. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər. Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər. Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Direktorlarla bağlanmış əmək müqavilənin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadımasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qəraq qəbul edildikdə müqavilə Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər. Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır. Direktorların işə qəbulu və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Direktorların işə qəbulu və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar namizədlər elektron ərizədə doldurulmuş məlumatların, təqdim edilmiş sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.
2018-10-19
Məktəb direktoru vəzifəsinə qəbul üçün yeni qaydalar müəyyənləşib
İlkin Pirəli
Report İnformasiya Agentliyi
https://report.az/storag…524c573f_675.jpg
az
1
https://report.az/siyasi-xeberler/daxili-siyaset/mekteb-direktoru-vezifesine-qebul-ucun-yeni-qaydalar-mueyyenlesib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181202225631-00596.warc.gz
2018-12-03T00:33:15+00:00
https://report.az/maraqli/ki-v-erdogan-putinle-ugurlu-fotosunun-cekilmesi-ucun-qizdan-yaninda-dayanmasini-xahis-edib/
Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib. "Report" xəbər verir ki, bu barədə "Zvezda" telekanalı məlumat yayıb. Qeyd edilir ki, iştirakçılar xatirə fotosu çəkdirmək üçün yanaşı dayanıblar. Ərdoğan onun yanında bir neçə kişinin, Putinin yanında isə üç qadının dayandığını müşahidə edib. Belə olduqda Türkiyə lideri fotokadrın yaxşı alınması üçün xanımlardan birinin onun tərəfinə keçməsini xahiş edib. Bundan sonra görüşün qadın iştirakçılarından biri Ərdoğanın sağ tərəfinə keçib və həvəslə fotoqraf qarşısında dayanıb.
2018-09-21
KİV: Ərdoğan Putinlə uğurlu fotosunun çəkilməsi üçün qızdan yanında dayanmasını xahiş edib - VİDEO - FOTO
Anar Tağıyev
Report İnformasiya Agentliyi
https://report.az/storag…3ff35520_675.jpg
az
0.990755
https://report.az/maraqli/ki-v-erdogan-putinle-ugurlu-fotosunun-cekilmesi-ucun-qizdan-yaninda-dayanmasini-xahis-edib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:13:30+00:00
https://report.az/maraqli/cenubi-koreyada-dunyanin/
Bakı. 27 noyabr. REPORT.AZ/ Dünyanın ən böyük əyləncə parkının inşa olunacağı ölkə məlum olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, park Cənubi Koreyada yerləşəcək. Koreyanın Çun-çeon şəhərindəki gölün ortasında yerləşən bir adada inşa edilməsi planlaşdırılan əyləncə parkında otel, su əyləncə parkı, alış-veriş və oyun mərkəzlərinin olacağı bildirilib. Əyləncə parkının təxminən 1,3 milyon kvadrat metr sahədə inşa olunması planlaşdırılır. Məlumatda o da qeyd edilib ki, tikilməsi planlaşdırılan park İngiltərədə olan Legolanddan iki dəfə böyük olacaq. Əyləncə parkının inşasına İngiltərənin "Merlin Entertainment Group" şirkəti 90 milyon dollar, layihənin Cənubi Koreya tərəfini təmsil edən "LL Development" firması isə təxminən 360 milyon dollar xərcləyəcək. Nəzərdə tutulan parkın inşasına sabah başlanılması planlaşdırılır.
2014-11-27
Cənubi Koreyada dünyanın ən böyük əyləncə parkı inşa ediləcək
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…a6e61115_675.jpg
az
0.996775
https://report.az/maraqli/cenubi-koreyada-dunyanin/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:13:53+00:00
https://report.az/maraqli/brayton-seherinde-dunyanin-ilk-saquli-kanat-yolu-qurasdirilib/
Bakı. 19 yanvar. REPORT.AZ/ Birləşmiş Krallıqda “Londonun gözü” çarxının memarı olan Marks Barfield Architects şirkəti yeni layihə təqdim edib. Şirkət tərəfindən Brayton şəhərinin sahilində dünyada ilk şaquli kanat yolu inşa olunub. Birləşmiş Krallıqda şəhəri müşahidə etmək üçün tikilən ən hündür qüllə artıq British Airways i360 adlanan bina sayılır. Təxminən 162 metr hündürlüyü olan qüllənin şüşə vaqonu eyni zamanda 200 sərnişin daşıya biləcək. Tikintisi yenicə yekunlaşmış qüllənin aşağı hissəsində eyni anda 400 qonağı qəbul edə biləcək restoran fəaliyyət göstərəcək. British Airways şirkətinin maliyyə dəstəyi ilə tikilən qüllənin ilk sınağının bu ilin yayında keçirilməsi nəzərdə tutulur. Qüllənin tikintisinə 2005-ci ildə başlanılıb, lakin iqtisadi böhrana görə 2008-ci ildə dayandırılıb. Tikinti işləri yenidən 2014-cü ildə bərpa olunub. Kanat yolu ilə axşamlar 20 dəqiqə, gündüzlər isə 30 dəqiqə sürəcək ekskursiya uşaqlar üçün 7.5 funt sterlinqə, böyüklər üçün isə 15 funt sterlinqə başa gələcək.
2016-01-19
Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…906a2031_675.jpg
az
0.999012
https://report.az/maraqli/brayton-seherinde-dunyanin-ilk-saquli-kanat-yolu-qurasdirilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:16+00:00
https://report.az/maraqli/kanada-alimleri-insan-nadir-yirtici-mexluq/
Bakı. 22 avqust. REPORT.AZ/ İnsan nadir ən yırtıcı məxluqdur. "Report" BBC-yə istinadən xəbər verir ki, bu, Kanada alimlərinin apardığı araşdırmanın nəticəsində bildirilib. Həmin alimlər insanın heyvanların populiyasiya etdikləri ərazidə ovetmə üsullarını təhlil etməklə bu qənaətə gəliblər. "Science" jurnalında çap olunan məqalədə bildirilib ki, insanlar yaşlı, güclü vəhşiləri, başqa yırtıcılar arasında isə cavan heyvanları daha çox öldürür. Bu onların istifadə etdiyi silah və tələ ilə daha çox əlaqədardır. Çünki yaşlı və cavan heyvanları ovlayanda insanlar elə ciddi riskə getmir. İnsanlar yaşlı balıqları dənizdəki başqa yırtıcılarla müqayisədə 14 dəfə çox öldürür. Alimlərin qənaətincə, heyvanların bu kimi üsullarla öldürülməsi onların məhvi ilə nəticələnir. Çünki yaşlılar vəhşi heyvanlar və balıqların populiyasiyasının artmasında əsas rol oynayır.
2015-08-21
Kanada alimləri insanın nadir yırtıcı məxluq olduğu qənaətinə gəliblər
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…d407a3f7_675.jpg
az
0.998815
https://report.az/maraqli/kanada-alimleri-insan-nadir-yirtici-mexluq/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:19+00:00
https://report.az/maraqli/osmanli-sultaninin-nevesinin/
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bələdiyyə sultan nəvəsinin sümüklərini ümumi məzarlıqda basdırıb. II Əbdülhəmidin 5-ci törəməsi Nilhan Osmanoğlu deyib ki, şahzadə Mehmet Orxan Əfəndi II Əbdülhəmidin nəvəsi, Sultan Əbdülqadir xanın oğludur. O, hadisədən bir neçə gün əvvəl xəbərdar olduğunu, Orxan Əfəndinin sürgündəki həyatı boyu çətinliklərə dözdüyünü deyib: "Osmanlı ailəsi olaraq, baş verənlərdən çox üzüldük. Məsəslə ilə bağlı hökumətə müraciət edəcəyik. Orxan Əfəndinin son iş yeri qəbiristanlıqda gözətçilik olub". Orxan Əfəndi 1909-cu il oktyabrın 10-da Türkiyədə - Üsküdarda anadan olub. Qalatasaray liseyini bitirdikdən sonra təhsilini hərbi məktəbdə davam etdirib. 15 yaşında ailəsi ilə birlikdə Türkiyədən sürgün edilib. II Dünya müharibəsində Albaniya kralı Əhməd Zogun yavəri olub. Bu ölkənin Hərbi Hava Qüvvələrində kapitan rütbəsində pilot kimi xidmət edib. Mehmet Osmanoğlu ingilis, alman, fransız, italyan, ispan, macar, ərəb, portuqal və türk dillərini mükəmməl bilirmiş. Amerikanın Parisdəki qəbiristanlığında çalışan Osmanoğlu rəhbərlikdən təqaüdə çıxıb. 1994-cü il martın 12-də Fransanın Nis şəhərində dünyasını dəyişib.
2014-12-09
Osmanlı sultanının nəvəsinin sümükləri 200 avroya görə qəbiristanlıqdan çıxarılıb
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…b5bfd83c_675.jpg
az
0.999483
https://report.az/maraqli/osmanli-sultaninin-nevesinin/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:26+00:00
https://report.az/maraqli/dunyada-ehalinin-sayi-durmadan-artir/
"Report" xəbər verir ki, Birləşmiş Ştatların Əhalinin siyahıya alınması bürosunun proqnozlarına əsasən, yeni ilin ilk günündə dünyada hər saniyədə 4,3 doğum və 1,8 ölüm halı baş verib. Çin dünyada əhalisi ən böyük ölkəsi olaraq qalmağa davam edir. Bu ölkədə sakinlərin sayı 1 milyard 300 milyondan artıqdır. Dünyada əhali sayına görə ikinci yerdə isə Hindistan bərqarar olub. Orada əhalinin sayı 1 milyard 200 milyon nəfər təşkil edir.
2015-01-02
Dünyada əhalinin sayı durmadan artır
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…b3bce41c_675.jpg
az
0.993969
https://report.az/maraqli/dunyada-ehalinin-sayi-durmadan-artir/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:46+00:00
https://report.az/maraqli/korsikada-dalga-50-tonluq-kasalot-cesedini-sahile-atib/
Bakı. 27 noyabr. REPORT.AZ/ Korsikanın qərb sahilində yerləşən çimərlikdə uzunluğu 12 metr, çəkisi isə 50 tondan çox olan kaşalot cəsədi aşkar edilib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Corse Net Infos" nəşri yazıb. Bildirilir ki, nəhəng balina bazar ertəsi səhər Qaleriya kommunası ərazisində Korsika regional parkının bir hissəsi olan "Skandola" qoruğunun əməkdaşları tərəfindən tapılıb. Park nümayəndəsi Jan-Mari Dominiçi bildirib ki, kaşalot, ehtimal ki, bir neçə gün əvvəl ölüb. Onun sözlərinə görə, məməlinin nədən öldüyü hələ aydın deyil, lakin kürək üzgəci ilə quyruq arasındakı travma izləri kaşalotun qocalıqdan deyil, digər heyvanların hücumuna məruz qalaraq öldüyünü güman etməyə əsas verir. İndi meriya və yanğın xidməti 50 tonluq balinanın təxliyyə planını hazırlamalıdır. Əməliyyata regionda proqnozlaşdırılan güclü külək mane ola bilər. Bundan əvvəl Yeni Zelandiya sahillərində 145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub.
2018-11-27
Korsikada dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…9ea19d68_675.jpg
az
0.998936
https://report.az/maraqli/korsikada-dalga-50-tonluq-kasalot-cesedini-sahile-atib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:50+00:00
https://report.az/maraqli/dunyanin-en-uzunomurlu-qadinlarindan-birinin-gurcustanda-yasadigi-melum-olub/
Bakı. 16 fevral. REPORT.AZ/ Yer kürəsinin ən uzunömürlü qadınlarından birinin Gürcüstanın qərbində, Martvilidə yaşadığı məlum olub. "Report" "Novosti Qruziya"ya istinadən xəbər verir ki, Kseniya Berulava 1900-cü ilin 13 fevralında doğulub və o, bugünlərdə 117 yaşını qeyd edib. Uzunömürlü qadın hazırda öz qızıyla birlikdə yaşayır. Onun həyat yoldaşı Dmitri Berulava 1943-cü ildə Kerç ətafındakı döyüşlərdə həlak olub. Kseniyanın qızı Aveline Qaldava isə bu yaxınlarda 79 yaşını tamam edib. Uzunömürlü qadının doğum gününü yaxınları və Gürcüstanın Veteranlar üzrə Dövlət Xidmətinin Regional İdarəsinin nümayəndələri təbrik edib.
2018-09-19
Dünyanın ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub - VİDEO
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…ae180c27_675.jpg
az
0.998185
https://report.az/maraqli/dunyanin-en-uzunomurlu-qadinlarindan-birinin-gurcustanda-yasadigi-melum-olub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:53+00:00
https://report.az/maraqli/yaponiya-polisi-cinayetlerin-ustunun-acilmasi-ucun-suni-intellektden-istifade-etmek-niyyetindedir/
Bakı. 29 yanvar. REPORT.AZ/ Yaponiya polisi cinayətlərin üstünün açılması və qarşısının alınması üçün süni intellekt sistemlərindən istifadə etməklə bağlı eksperiment aparmağa qərar verib. "Report" TASS-a istinadən xəbər verir ki, eksperiment ölkənin ən sıx məskunlaşma olan bölgələrindən birində - paytaxt Tokioya bitişik Kanaqava prefekturasında keçiriləcək. Aprel ayından etibarən region polisinə müxtəlif tipli və bir-biri ilə əlaqəli olmayan, o cümlədən sosial şəbəkələrdən əldə olunmuş məlumatların təhlilini həyata keçirəcək özü-özünü öyrədən kompüter sisteminin tətbiqi üçün maliyyə ayrılacaq. Güman edilir ki, bu, qanunu pozan şəxslərin müəyyənləşdirilməsinə, onların növbəti addımlarını, o cümlədən yeni cinayətlərin törədiləcəyi vaxtın və yeri proqnozlaşdırmağa yardım edəcək. Sistem riyazi statistikanın ən müasir metodlarını tətbiq edəcək. Yaponiya polisi əvvəllər də kompüter analizindən qismən istifadə edib. Onun yarıdmı ilə əlavə patrul xidmətinin tələb olunduğu yerlər - ən kriminogen bölgələr müəyyən edilib. Ancaq bu şəkildə cinayətin olacağını hələ heç vaxt proqnozlaşdırmaq mümkün olmayıb.
2018-01-29
Yaponiya polisi cinayətlərin üstünün açılması üçün süni intellektdən istifadə etmək niyyətindədir
Cəfər Ağadadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…fafeb6bc_675.jpg
az
0.999814
https://report.az/maraqli/yaponiya-polisi-cinayetlerin-ustunun-acilmasi-ucun-suni-intellektden-istifade-etmek-niyyetindedir/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:14:56+00:00
https://report.az/maraqli/dunyada-ilk-defe-tamamile-robotlasdirilmis-restoran-ise-baslayib/
Bakı. 8 may. REPORT.AZ/ Dünyada ilk dəfə Bostonda tamamilə robotlaşdırılmış restoran açılıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, restoranın yaradılmasında Massaçusets Texnoloji İnstitutunun 4 tələbəsi iştirak edib. Onlara bu işdə "Michelin" ulduzunun qalibi, şef-aşpaz Daniel Bulyu kömək edib. Robotlar restoranda aşpaz, xidmətçi (ofisiant) və xadiməni əvəz edirlər. Restoranın qurucuları robotların bütün hərəkətlərini dəqiq hazırlayıblar. Bu, onlara yeməkləri tez və keyfiyyətli hazırlamağa, çatdırmağa kömək edir. Restoranın mətbəxi 7 hissəyə - bloka ayrılıb. Onların hər biri müəyyən yeməklərin hazırlanmasına xidmət edir. Zaldan mətbəxə siqnal daxil olur. Bundan sonra sistem onu lazım olan bloka göndərir. Müştərilər sifariş vermək üçün yeməyi monitordakı menyudan seçməlidirlər. Yemək bir neçə dəqiqə ərzində hazırlanır. Hər bir robot mətbəxdə öz yeməyinin hazırlanmasına xidmət edir. Mətbəxin qapıları müştərilərin üzərinə açıqdır. Onlar burda sifarişin hazırlanması prosesini izləyə bilərlər. İş prosesində hər hansı nasazlığın yaranmaması üçün robotları iki əsl aşpaz müşahidə edir.
2018-09-21
Dünyada ilk dəfə tamamilə robotlaşdırılmış restoran işə başlayıb - VİDEO - FOTO
Anar Tağıyev
Report İnformasiya Agentliyi
https://report.az/storag…f3c183b7_675.jpg
az
0.997565
https://report.az/maraqli/dunyada-ilk-defe-tamamile-robotlasdirilmis-restoran-ise-baslayib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:15:00+00:00
https://report.az/maraqli/sifreli-fles-kartlar/
Bakı. 9 fevral. REPORT.AZ/ Yaponiyanın “Toshiba” şirkəti Toshiba Encrypted USB Flash Drive fləş-daşıyıcılarının satışa çıxarılması haqqında məlumat verib."Report" xarici mətbuata istinadən xəbər verir ki, Encrypted USB Flash Drive qurğuları adi fləş kartlardan rəqəmli klaviatura ilə təchiz edilməsilə fərqlənir. Fləş-daşıyıcı sahibi rəqəmli klaviatura vasitəsilə xüsusi şifrə daxil edərək, kənar şəxsin qurğudan istifadə etməsinin qarşısını alır. Quraşdırılmış uzunömürlü batareyalar isə fləş kartı USB-konnektora qoşmazdan əvvəl şifrəni daxil etməyə imkan verir. Əvvəlcədən təyin edilmiş şifrə 10 dəfə yanlış daxil edildiyi halda, daşıyıcıda olan bütün informasiya silinir. Qeyd edək ki, 4 Gb yaddaşlı fləş kartın dəyəri 60 ABŞ dolları, 32 Gb yaddaşlı qurğunun dəyəri isə 180 ABŞ dolları təşkil edir.
2015-02-09
Şifrəli fləş kartlar təqdim olunub
Aynur Osmanqızı
Report İnformasiya Agentliyi
https://report.az/storag…c53d4c15_675.jpg
az
0.995648
https://report.az/maraqli/sifreli-fles-kartlar/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:15:23+00:00
https://report.az/maraqli/cili-sahillerinde-40-a-yaxin-balinanin/
Bakı. 9 may. REPORT.AZ/ Çilinin cənub sahillərində azı 37 balinanın cəsədi aşkarlanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çilinin Milli Balıqçılıq Xidməti məlumat yayıb. Balinalar sudan sahilə çıxıblar. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil. Mütəxəssislər balinaların iki həftə öncə sahilə atıldıqlarını ehtimal edirlər, ancaq yerli iqlim şəraiti onların ölüm səbəbini dəqiqləşdirməyə imkan vermir.
2015-05-09
Çili sahillərində 40-a yaxın balinanın cəsədi aşkarlanıb
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…f181e5bb_675.jpg
az
0.999165
https://report.az/maraqli/cili-sahillerinde-40-a-yaxin-balinanin/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:15:30+00:00
https://report.az/maraqli/i-taliyali-tedqiqatcilar-mona-lizanin-qebrini-tapiblar/
Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyalı tədqiqatçılar rəssam Leonardo da Vinçinin məşhur əsərindəki Mona Lizaya aid olduğunu iddia etdikləri məzar aşkarlayıblar. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məzardakı sümüklər Mona Lizanın rəsminin çəkildiyi vaxta, yəni XVI əsrə aiddir. Arxeoloji qazıntı aparan qrup bildirib ki, tarixi qeydlər və analizlər məzardan çıxan sümüklərin Mona Lizaya aid ola biləcəyini göstərir. Bu xəbər kəşf, elm və sənət dünyasında müzakirə mövzusuna çevrilib. Belə ki, bu təbəqələrdən olan insanlar dəlil və sümüklərin qəbrin Mona Lizaya aid olduğunu söyləmək üçün yetərli olmadığını deyirlər.
2015-09-25
Mona Lizanın qəbri tapılıb?
Aygün İbrahimova
Report İnformasiya Agentliyi
https://report.az/storag…01306139_675.jpg
az
0.999465
https://report.az/maraqli/i-taliyali-tedqiqatcilar-mona-lizanin-qebrini-tapiblar/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:15:53+00:00
https://report.az/maraqli/butun-keniya-meymuna-gore-isiqsiz-qalib/
Bakı. 8 iyun. REPORT.AZ/ Bütün Keniyada elektrikin kəsilməsinin səbəbkarı hidroelektrik stansiyasına girən və transformatorun üzərinə düşən meymun olub. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. Elektrik stansiyasının operator şirkətinin məlumatına görə, nəticədə transformator sönüb, bu da 180 meqavatt gücün itirilməsinə və zəncirvari reaksiyanın yaranmasına gətirib çıxarıb. Elektrik enerjisinin verilməsinin bərpasına bir neçə saat tələb olunub. Meymun ciddi xəsarət almayıb. Keniyada elektrik enerjisi tez-tez sönür. Bununla əlaqədar yerli sahibkarlar şəxsi generator alıb.
2016-06-08
Keniya meymuna görə tamamilə işıqsız qalıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…2e704ecc_675.jpg
az
0.99469
https://report.az/maraqli/butun-keniya-meymuna-gore-isiqsiz-qalib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:16:00+00:00
https://report.az/maraqli/antarktidadan-uels-boyda-neheng-aysberq-qopub/
Bakı. 12 iyul. REPORT.AZ/ Alimlər Antarktidanın qərbində Larsen S buzlağından nəhəng parçanın ayrıldığını və nəticədə tarixin ən böyük aysberqlərindən birinin yarandığını xəbər veriblər. "Report" BBC-yə istinadən xəbər verir ki, onun sahəsi təqribən 6 min kvadratkilometr təşkil edir. Bu isə Uelsin ölçüsü ilə müqayisə oluna bilər. Alimlər nəhəng aysberqin ayrılmasını uzun müddətdir gözləyiblər. Belə ki, hələ 2011-ci ildə buzlaqda çat aşkar edilib, 2014-cü ildə isə çat sürətlə artmağa başlayıb. Alimlərin sözlərinə görə, hazırda çatın ölçüsü sürətlə böyüyür, qopan hissəni isə cərəyanlar və külək Atlantik okeanına apara bilər.
2017-07-12
Antarktidadan Uels boyda nəhəng aysberq qopub
Cəfər Ağadadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…f23d5986_675.jpg
az
0.999851
https://report.az/maraqli/antarktidadan-uels-boyda-neheng-aysberq-qopub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:16:13+00:00
https://report.az/maraqli/2020-ci-ilde-yaponiyada-surucusuz-taksiler-fealiyyet-gosterecek/
Bakı. 20 may. REPORT.AZ/ Yaponiya hökuməti bu gün 2020-ci ildə sürücüsüz taksilərin istifadəyə buraxılması haqqında qərar qəbul edib. Bu barədə "Report" "NHK"yə istinadən xəbər verir. Avtomatik rejimdə idarə olunan taksilər istehsalçı və idarə şirkətləri tərəfindən bəzi şərtlərinin yerinə yetirilməsi halında artıq 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paraolimpiya Oyunları zaman istifadə oluna bilər. Hökumət qanunvericiliyə müəyyən dəyişikliklər daxil etmək və belə taksilərin sınaqdan keçirilməsini tezləşdirmək niyyətindədir.
2016-05-20
2020-ci ildə Yaponiyada sürücüsüz taksilər fəaliyyət göstərəcək
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…089b8a9d_675.jpg
az
0.999997
https://report.az/maraqli/2020-ci-ilde-yaponiyada-surucusuz-taksiler-fealiyyet-gosterecek/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:16:26+00:00
https://report.az/maraqli/alimler-insanlarin-ne-qeder-plastik-tullantisi-yaratdiqlarini-hesablayiblar/
Bakı. 19 iyul. REPORT.AZ/ Plastikin yarandığı ilk gündən bəri bəşər övladı 8 milyard ton plastik istehsal edib. Onların üçdə ikisi hazırda tullantı kimi dünyaya yayılıb. Əksəriyyəti dünya okeanı üzərində tullantı nöqtələri kimi görünür. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Corciya universitetinin alimi Yenna Yambek məlumat verib. Plastik markalarının əksəriyyəti mikrobların təsirinə məruz qala bilmir. Bu səbəbdən də həmin plastik tullantıları çürüntüyə çevrilmir və yüz illərlə planetimizdə tullantı kimi qalaraq ekologiyanı çirkləndirəcək. Hər il dünyada 300 milyon ton plastik tullantısı formalaşır. Hesablamalar göstərir ki, bu sənaye 1950-ci ildən bəri yüksək templərlə inkişaf edib. Əgər 1950-ci ildə dünyada 2 milyon ton plastik tullantısı formalaşırdısa, indi bu rəqəm 400 milyon tondur.
2017-07-19
Alimlər insanların nə qədər plastik tullantısı yaratdıqlarını hesablayıblar
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…1538353c_675.jpg
az
0.996773
https://report.az/maraqli/alimler-insanlarin-ne-qeder-plastik-tullantisi-yaratdiqlarini-hesablayiblar/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:16:43+00:00
https://report.az/maraqli/dehlide-ogrular-nobel-mukafati-laureatinin-sertifikatini-ogurlayib/
Bakı. 7 fevral. REPORT.AZ/ Hindistanlı hüquq müdafiəçisi və Nobel mükafatı laureatı Kaylaş Satyarthinin evi soyulub. "Report" BBC-yə istinadən xəbər verir ki, oğrular Nobel medalının surətini və mükafatın verildiyini təsdiq edən sertifikatı da aparıblar. Hazırda ölkə xaricində olan K.Satyarthi qarət hadisəsinin bu gün səhər, evdə heç kim olmayan zaman baş verdiyini bildirib. "Evimin qapısının qıfılı sındırılıb, Nobel medalının surəti və sertifikat, eləcə də bir neçə başqa şey oğurlanıb. Hələlik evdən nəyin yoxa çıxdığını araşdırırıq", - deyə hüquq müdafiəçisi vurğulayıb. Oğrular həmçinin evdən qızıl-zinət əşyaları və elektronika vasitələrini aparıblar. Qeyd edək ki, K.Satyarthi 2014-cü ildə pakistanlı hüquq müdafiəçisi Malala Yusafzay ilə birlikdə Nobel Sülh Mükafatı laureatı olub. K.Satyarthiyə mükafat Hindistanda uşaqların oğurlanması və istismar edilməsi ilə mübarizədə göstərdiyi fəallığa görə verilib.
2017-02-07
Dehlidə oğrular Nobel mükafatı laureatının sertifikatını oğurlayıb
Cəfər Ağadadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…cf577a12_675.jpg
az
0.997777
https://report.az/maraqli/dehlide-ogrular-nobel-mukafati-laureatinin-sertifikatini-ogurlayib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:16:53+00:00
https://report.az/maraqli/roma-papasi-tereza-ananin-muqeddeslesemesine-maneeni-aradan-gotur/
Bakı. 18 dekabr. REPORT.AZ/ Roma Papası Frantsisk tanınmış katolik rahibəsi, müqəddəs ana Kəlküttəli Terezanın möcüzələrini qəbul edib. "Report" TASS-a istinadən xəbər verir ki, Papa bu qərarı özünün anadan olmasının 79 -cu ildönümüdə qəbul edib. Bununla 2003-cü ildən Kəlküttəli Terezanın müqəddəsləşməsinə maneə olan Roma katolik kilsəsinin qərarı aradan götürülüb. Xəbərə əsasən, bir neçə gün öncə Vatikanın Müqəddəsləşmə üzrə Məclisi yekdiliklə beynində şiş olan 35 yaşlı braziliyalı qadının Tereza ananın duaları ilə sağalmasını möcüzə sayıb. Həkimlər həmin xanıma bu xəstəliyinin müalicə olunmadığını bildiribmiş. "Əzab çəkən insana yardım etdiyi üçün" 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüş Tereza ananın müqəddəsləşməsi 2016-cı il sentyabrın 4-də, vəfatının 19-cu ili günü elan ediləcək. Qeyd edək ki, Tereza ana (əsl adı Aneza Qonca Boyaciu) 1910-cu il avqustun 26-da Makedoniya Skopye şəhərində alban ailəsində anadan olub. Uşaqlıqdan rahibə olmağı arzulayan Tereza 18 yaşında İrlandiyaya gedərək, "İrland Loreto bacıları" Rahibə Ordeninə qoşulub. Qonca 1927-ci ildə müqəddəs elan edilmiş Lizadan olan rahibə Terezanın şərəfinə 1931-ci ildə adını dəyişib. Orden onu Hindistana göndərib və o, 1948-ci ildə Kəlküttədə "Məhəbbət xeyriyyəçiləri bacılar" Rahibə Cəmiyyətini qurub. Hazırda bu qurumun 120 ölkədə 400 bölməsi və 700 xeyriyyəçi evi fəaliyyət göstərir. Tereza ana 1997-ci ildə Kəlküttədə vəfat edib. 2003-cü ilin oktyabrında Roma-katolik kilsəsi onu mömin elan etmişdi.
2015-12-18
Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…84b02e23_675.jpg
az
0.99885
https://report.az/maraqli/roma-papasi-tereza-ananin-muqeddeslesemesine-maneeni-aradan-gotur/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:17:00+00:00
https://report.az/maraqli/90-min-dollarliq-boceye-qulluq-eden-siyezen-sakini-onu-satmaga-calisi/
Bakı. 18 oktyabr. REPORT.AZ/ “Kərgədan böcəyi” adlanan həşəratın 90 min dollara satıldığı haqda məlumatlar Azərbaycan regionlarında maraqla qarşılanıb. Türkiyə bu böcəyi bəsləyib, artırmaq və bu yolla milyonçu olmaq xəyalına düşən insanlar da var. "Report"un məlumatına görə, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olan böcəyi tapan Siyəzən sakini Röyal İlyasov və ailə üzvləri “kərgədan böcəyi”nə "qulluq" edir. Böcəyi yumşaq dəsmal ataraq qutunun içində saxlayan İlyasovlar böcəyi satmağa çalışır. Ailə üzvləri böcəyə baxmaq üçün növbə də çəkir.
2015-10-18
90 min dollarlıq böcəyə qulluq edən Siyəzən sakini onu satmağa çalışır - FOTO
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…f20d65b3_675.jpg
az
0.99908
https://report.az/maraqli/90-min-dollarliq-boceye-qulluq-eden-siyezen-sakini-onu-satmaga-calisi/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:17:46+00:00
https://report.az/maraqli/con-kerri-evinin-qarsisini-qardan-temizlemediyi-ucun-cerime-olunub/
Bakı. 30 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət katibi Con Kerri Bostondakı (Massaçusets ştatı) evinin qarşısını qardan təmizləmədiyi üçün 50 dollar məbləğində cərimə olunub. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bostona güclü qar yağıb və qarın hündürlüyü yarımmetrdən artıq təşkil edib. Bununla əlaqədar olaraq, şəhər meri Martin Uolş yerli sakinlərin üzərinə evləri qarşısındakı səkiləri qardan təmizləmək öhdəliyi qoyub. Güclü qar zamanı Kerri ABŞ prezidenti Barak Obama ilə birgə Səudiyyə Ərəbistanında olub. Dövlət katibi geri qayıdanadək isə onun adına artıq cərimə yazılmış olub. Kerrinin mətbuat katibi Qlen Conson cərimənin tezliklə ödənəcəyini bildirib.
2015-01-30
Con Kerri evinin qarşısını qardan təmizləmədiyi üçün cərimə olunub
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…ec15a2ac_675.jpg
az
0.999045
https://report.az/maraqli/con-kerri-evinin-qarsisini-qardan-temizlemediyi-ucun-cerime-olunub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:17:50+00:00
https://report.az/maraqli/norvecin-bas-naziri-olkesinde-neft-ve-tebii-qazin-biteceyi-ili/
Bakı.8 aprel. REPORT.AZ/ Norveçin 80 illik neft və təbii qaz ehtiyatı qalıb. "Report" xəbər verir ki, bunu ölkənin baş naziri Erna Solberg bildirib. Hökumət başçısının sözlərinə görə, bərpa olunun enerji mənbələrinə sərmayə qoyulması haqda düşünmək lazımdır. Diqqəti Norveç iqtisadiyyatında neft və təbii qazın roluna çəkən baş nazir deyib: "Ölkəmizin 80 illik neft və təbii qaz ehtiyatı qalıb. Buna görə enerji sistemi üzərində daha çox işləmək gərəkdir". Xatırladaq ki, Norveç neft ixracatı üzrə dünyanın 5-ci, təbii qaza görə isə 2-ci dövlətidir. O, Avropaya ən çox təbii qaz ixrac edən ikinci ölkədədir.
2015-04-08
Norveçin baş naziri ölkəsində neft və təbii qazın bitəcəyi ili açıqlayıb
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…bcef6d40_675.jpg
az
0.999323
https://report.az/maraqli/norvecin-bas-naziri-olkesinde-neft-ve-tebii-qazin-biteceyi-ili/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:17:56+00:00
https://report.az/maraqli/rusiya-yagis-yagdira-bilecek-avadanliq-istehsal-edecek/
Bakı. 12 avqust. REPORT.AZ/ Tezliklə Rusiyada yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir. "Report" Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yağdıra biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb. Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.
2017-08-12
Rusiya yağış yağdıra biləcək avadanlıq istehsal edəcək
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…986b6f5e_675.jpg
az
0.996654
https://report.az/maraqli/rusiya-yagis-yagdira-bilecek-avadanliq-istehsal-edecek/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:18:16+00:00
https://report.az/maraqli/abs-108-tarixi-abideni-i-ran/
Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ 108 tarixi abidə nümunəsini İrana geri qaytarıb. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb. Xəbərə görə, İranın cənub-qərbindəki Çoqamış kurqanlarından aşkar edilən və uzun illər ABŞ-dakı Çikaqo Universitetində saxlanılan 108 daş kitabə və tarixi əsər İslam Respublikasının Milli Muzeyinə təhvil verilib. Tarixi əsərləri İran Milli Muzeyində keçirilən təntənəli tədbirdə Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri, arxeoloq Gil Steyn İran mədəni irsi baş idarəsi başçısının müavini Məhəmmədhəsən Talibana təqdim edib. "Bu əsərlər bizim eradan 4 min il öncəyə aid olub, ölkə ərazisində kənd təsərrüfatının ilk dövrlərinə təsadüf edir", - Taliban bildirib. Onun sözlərinə görə, Coqamışda aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan 264 tarixi nümunə araşdırma aparılması məqsədi ilə Çikaqo Universitetinin Şərqşünaslıq Universitetinə verilib: "Nümunələr ötən 50 ildə orada saxlanılıb. 3 il öncə isə 156 detal qaytarılıb". Məlumat üçün bildirək ki, Çoqamış abidələri (bəzi mənbələrdə Çığamış) içərisində ən maraqlı nümunələrdən biri də Azərbaycanda dünyanın ilk ansamblının təşəkkül tapdığını sübut edən, üzərində cəngdə, qoşanağara, qara zurna və kasalarda ifa edən musiqiçilər qrupunun və əlini qulağının dibinə qoyaraq mahnı oxuyan xanəndənin təsvir edildiyi daşdır.
2015-04-23
ABŞ 108 tarixi abidəni İrana qaytarıb
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…21359d09_675.jpg
az
0.999717
https://report.az/maraqli/abs-108-tarixi-abideni-i-ran/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:18:27+00:00
https://report.az/maraqli/nepalda-4-ayliq-korpe-dagintilar-altinda-sag-qalib/
Bakı. 29 aprel. REPORT.AZ/ Nepalın paytaxtı Katmanduda 22 saat dağıntılar altında qalan dörd aylıq oğlan uşağı aşkar edilib. "Report" xəbər verir ki, xilasetmə işləri aparan əsgərlər uşağın öldüyünü zənn edərək axtarışları dayandırıblar. Bir neçə saatdan sonra körpə ağlamağa başlayıb və onu dağıntılar altından çıxardıblar. Aparılan ilkin müayinə zamanı uşaqda ciddi travma aşkar olunmayıb. 25–26 aprel tarixlərində Nepalda baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 min 138 nəfərə çatıb. Dağıntılar altında hələ də çox insanın qalması səbəbindən, ölənlərin sayının artacağı gözlənilir. Hazırda ölkədə üçgünlük matəm elan olunub.
2015-04-30
Nepalda 4 aylıq körpə dağıntılar altında sağ qalıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…4e0987e3_675.jpg
az
0.997088
https://report.az/maraqli/nepalda-4-ayliq-korpe-dagintilar-altinda-sag-qalib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:18:43+00:00
https://report.az/maliyye/vergiler-naziri-cenubi-koreya-sefiri-ile-gorusub/
Bakı. 13 sentyabr. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. Bu barədə “Report”a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Görüşdə ölkələr arasındakı iqtisadi əlaqələr, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, həmçinin vergi sahəsində aparılan son islahatlar barədə fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
2018-09-13
Vergilər naziri Cənubi Koreya səfiri ilə görüşüb
Tural İbadlı
Report İnformasiya Agentliyi
https://report.az/storag…f058951a_675.jpg
az
0.999795
https://report.az/maliyye/vergiler-naziri-cenubi-koreya-sefiri-ile-gorusub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:30:12+00:00
https://report.az/maraqli/stallonenin-tecavuzu-ile-bagli-is-prokurorluga-gonderilib/
Bakı. 14 iyun. REPORT.AZ/ Los-Anceles Prokurorluğu Amerika aktyoru Silvestr Stallonenin təcavüzü işinə baxır. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb. Ədliyyə idarəsinin rəsmisi Qreq Rislinq bildirib ki, Santa-Moniko şəhərinin polisi Stallonenin işini çərşənbə günü prokurorluğa göndərib. Ötən ilin dekabrında TMZ nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Hollivud aktyoru Silvestr Stalloneni 30 il əvvəlki zorakılıqda ittiham edən qadın Santa-Moniko şəhərinin polisinə şikayət ərizəsi ilə müraciət edib. Bildirilirdi ki, polis təhqiqat aparır və sonra işdə cinayət tərkibi üçün sübutların olub-olmadığını müəyyən etmək məqsədilə işi prokurorluğa göndərəcək. Stallone təcavüzlə bağlı ittihamı rədd edib.
2018-06-14
Stallonenin təcavüzü ilə bağlı iş prokurorluğa göndərilib
Anar Tağıyev
Report İnformasiya Agentliyi
https://report.az/storag…54141c30_675.jpg
az
0.996951
https://report.az/maraqli/stallonenin-tecavuzu-ile-bagli-is-prokurorluga-gonderilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:18:56+00:00
https://report.az/maliyye/bank-vtb-azerbaijan-iii-beynelxalq-bankciliq-forumunun-terefdasi-olub/
Bakı. 20 noyabr. REPORT.AZ/ Bank VTB (Azərbaycan) “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq bank forumunun tərəfdaşı olub. Forumun iştirakçıları iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüsləri, rəqəmsallaşmanı, maliyyə texnologiyaları sahəsində cari vəziyyəti və bazardakı son trendləri müzakirə edib. Bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin “Bank transformasiyası” panelində forum iştirakçıları ilə gələcək ödəniş texnologiyalarını, innovasiyaların bank əməliyyat proqramlarına tətbiqini, eləcə də bu sahədə qəbul olunmuş dövlət proqramlarını müzakirə edib. “Rəqəmsal bankçılığa keçid dövlətin strateji məqsədlərindən biridir. Bu, vergi inzibatçılığının sadələşdirilməsinə, iqtisadiyyatın şəffaflaşmasına, eləcə də əhalinin keyfiyyətli və müasir texnologiyalarına çıxışına yardım edir. Bank VTB (Azərbaycan) həm bizim biznesin, həm də ümumilikdə bütün bank sektorunun inkişafına təkan verən bu proseslərin daha da sürətlə irəlləməsində maraqlıdır”, - deyə VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin jurnalistlərə müsahibəsi zamanı qeyd edib. Forumun sonunda bank VTB (Azərbaycan) III Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank Tərəfdaşı” nominasiyasında diplom ilə mükafatlandırılıb.
2018-11-20
“Bank VTB (Azerbaijan)” III Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Tural İbadlı
Report İnformasiya Agentliyi
https://report.az/storag…88612d5a_675.jpg
az
0.999274
https://report.az/maliyye/bank-vtb-azerbaijan-iii-beynelxalq-bankciliq-forumunun-terefdasi-olub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:30:16+00:00
https://report.az/maraqli/braziliyada-velosipedci-avtomobili-elle-yolun-kenarina-cekib-vi-deo/
Bakı. 30 iyul. REPORT.AZ/ Braziliyada görünməmiş hadisə baş verib. Öz yolu ilə gedən velosipedçi qarşısında avtomobil gördüyü zaman velosipeddən düşüb və maşını əlləri ilə qaldıraraq öz yolundan kənara çəkib. "Report" xəbər verir ki, söhbət velosipedçinin arxa tərəfindən tutaraq qaldırıb kənara qoyduğu, çox da böyük olmayan "Fiat Uno" avtomobilindən gedir. Bir çox şahidlər velosipedçinin bu jestini alqışlarla qarşılayaraq ona dəstək nümayiş etdiriblər. Qeyd edək ki, "YouTube"da yerləşdirilən bu videoya gün ərzində 800 mindən artıq insan baxıb.
2018-09-19
Braziliyada velosipedçi avtomobili əllə yolun kənarına çəkib - VİDEO
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…3cd608f2_675.jpg
az
0.996799
https://report.az/maraqli/braziliyada-velosipedci-avtomobili-elle-yolun-kenarina-cekib-vi-deo/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:19:24+00:00
https://report.az/maliyye/azerbaycanda-yeni-odenis-sistemleri-yaradila-biler/
Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir”. "Report" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib. "Sənəddə ödənişlərlə bağlı bir çox məsələlər öz əksini tapıb. Qanun layihəsi bütövlükdə bu sahəni hüquqi şəkildə tənzimləyir, kifayət qədər əhatəlidir. Onun hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınıb, yəni beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. Bu gün də maliyyə sektoru və aidiyyəti dövlət qurumları ilə müzakirələr aparlır, sənəd təkmilləşdirilir”, - deyə o qeyd edib. MBNP rəsmisinin sözlərinə görə, qanun layihəsi çərçivə sənədi rolu oynamaqla yanaşı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir: “Sənəddə yeni innovasiyaların tətbiqinə, ödəniş sistemi iştirakçılarının və istehlakçılarının hüquq və vəzifələrinin tənzimlənməsinə geniş yer verilib. Bunun tətbiqindən müsbət nəticələr əldə edəcəyik. Ödəniş sistemləri, elektron pul təşkilatları, benəlxalq kart təşkilatları və ödəniş agentlərinin fəaliyyəti hüquqi baxımdan tənzimlənəcək”. Onun sözlərinə görə, qanunla ödəniş təşkilatarı, elektron pul təşkilatları, ödəniş sistemi operatorları, kart təşkilatları və ödəniş agentlərinin fəaliyyətinin hüquqi əsasları tənzimlənəcək. O həmçinin bildirib ki, qanunda elektron pul təşkilatlarının daha geniş fəaliyyəti nəzərdə tutulub: “Elektron pul təşkilatları həm ödəniş təşkilatlarının fəaliyyətini, həm də elektron pulun emissiyasını həyata keçirəcək. Ödəniş təşkilatları isə elektron pul emissiyası həyata keçirməyəcək. Əsas fərq budur. Bundan əlavə, ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən digər fəaliyyət də həyata keçirilə bilər. Onlar ödəniş sisteminin operatoru olmaq istədikdə əlavə lisenziya almalıdırlar. Qanun bu şəkildə qəbul olunarsa, Azərbaycanda yeni ödəniş sistemlərinin yaradılması mümkün ola bilər”.
2018-11-16
Azərbaycanda yeni ödəniş sistemləri yaradıla bilər
Nərmin Rəhimova
Report İnformasiya Agentliyi
https://report.az/storag…e283c35f_675.jpg
az
1
https://report.az/maliyye/azerbaycanda-yeni-odenis-sistemleri-yaradila-biler/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:30:27+00:00
https://report.az/maraqli/i-ran-sefirliyi-eli-agcqa/
Bakı. 26 dekabr. REPORT.AZ/ İranın Serbiyadakı səfirliyi Əli Ağcanın Roma Papası II Pavelə sui-qəsdi ilə bağlı dediklərini təkzib edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ə.Ağca bu sui-qəsdlə bağlı tapşırığı İranın o vaxtkı Ali Rəhbəri ayətullah Ruhulla Musəvi Xomeynidən aldığını deyib. Səfirlikdən bildirilib ki, ayətullah Xomeyninin çeşidli dinlərə, özəlliklə Roma Papasına çox yaxşı münasibəti olub. Əli Ağca Serbiya televiziyasına müsahibəsində "Mənə cənnət vəd edilib" adlı kitabında sui-qəsd tapşırığını ayətullah Xomeynidən alması ilə bağlı yazdıqlarını bir daha təkrar söyləyib. Xatırladaq ki, 1981-ci il mayın 13-də Əli Ağca Roma Papası İohann II Pavelə sui-qəsd etmişdi. Həmin vaxt katoliklərin başçısı qarın nahiyəsi və əlindən yaralanmışdı. Ə.Ağca hadisə yerində saxlanılmışdı. O, cəzasının 19 ilini İtaliya həbsxanasında çəkib. 2000-ci ildə Türkiyəyə təhvil verilib. 2006-cı ilədək ölkəsinin həbsxanasında saxlanılıb.
2014-12-26
İran səfirliyi Əli Ağca ilə bağlı açıqlama verib
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…33fee5ad_675.jpg
az
0.998846
https://report.az/maraqli/i-ran-sefirliyi-eli-agcqa/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:19:49+00:00
https://report.az/maraqli/alimler-ayda-su-oldumasi-ehtimalini-tesdiqleyen-yeni-faktlar-askarlayiblar/
Bakı. 24 iyul. REPORT.AZ/ Yerin təbii peyki olan Ayda su olması ehtimalı var. "Report" xəbər verir ki, amerikalı alimlər bu ehtimalı təsdiqləyən faktlar aşkarlayıblar. Braun universitetinin nəşri olan "Nature Geoscience" jurnalında qeyd olunub ki, Hindistanın kosmosda olan peyki "Chandrayaan-1"də olan "Moon Mineralogy Mapper" aləti vasitəsi ilə alimlər Ayın səthində şüşəvari qranullar görüblər. Bu qranullar Ayın demək olar ki, bütün səthində var. Araşdırmanın müəllifləri qeyd edirlər ki, Ayın dərinliklərindən çıxan piroklastik materiallarda su olması onu göstərir ki, orada suyun mənbəyi də var.
2017-07-25
Alimlər Ayda su olması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…fbec5ab8_675.jpg
az
0.992829
https://report.az/maraqli/alimler-ayda-su-oldumasi-ehtimalini-tesdiqleyen-yeni-faktlar-askarlayiblar/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:23+00:00
https://report.az/maraqli/nasa-marsa-ucmaq-isteyenlerin-erize-qebuluna-baslayacaq/
Bakı. 5 noyabr. REPORT.AZ/ NASA Mars planetinə hazırlığı görülən uçuşla əlaqədar ekipaj üzvlüyünə düşmək istəyənlər üçün ərizə qəbuluna başlayacaq. "Report" xəbər verir ki, kosmik agentlik artıq Qırmızı planeti görmək istəyənlərin qəbulu ilə bağlı ərizə qəbulunun tarixini də açıqlayıb. Namizədlərin anketlərinin nəzərdən keçirilməsi 2015-ci il dekabrın 14-dən 2016-cı il fevral ayının ortalarına qədər olan müddətdə olacaq. Seçilmiş namizədlərin adları isə 2017-ci ilin ortalarında elan olunacaq. Kosmik agentlik gələcək astronavtların qarşısına bir sıra tələblər qoyub: ABŞ vətəndaşlığı, mühəndislik, biologiya, fizika və ya riyaziyyat ixtisasları üzrə akkreditasiyadan keçmiş təhsil ocağında bitirilmiş ali təhsil və ən azı bakalavr dərəcəsi. Bundan əlavə, namizədlər ixtisası üzrə ən azı üç il iş təcrübəsinə və ya reaktiv təyyarənin komandiri kimi ən azı 1000 saat uçuş etdiyini sübut edən sənədlərə malik olmalıdır. Agentliyin məlumatında, həmçinin qeyd olunur ki, namizədlər fiziki və uzun uçuşlara dözümlülük üzrə NASA testlərindən keçməlidir.
2015-11-05
NASA Marsa uçmaq istəyənlərin ərizə qəbuluna başlayacaq
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…2fb22fd7_675.jpg
az
0.999549
https://report.az/maraqli/nasa-marsa-ucmaq-isteyenlerin-erize-qebuluna-baslayacaq/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:30+00:00
https://report.az/maraqli/youtube-130-olkede-hostinqe-giris-imkanlarini-artirib/
Bakı. 3 fevral. REPORT.AZ/ Mobil telefonlar üçün yeni "YouTube Go" proqramı dünyanın 130 ölkəsində əlçatandır. "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu proqram təminatı pis internet şəraitində videohostinqə qoşulmağa imkan verəcək. Rəsmi bloqda deyilir ki, şirkət "YouTube Go"-u geniş internet şəbəkəsinin olduğu yerlərdə istifadəyə buraxmağı planlaşdırmır. "YouTube Go" proqramı mobil internet əlaqənin zəif olduğu və ya bahalı internet trafiklərinin olduğu ölkələrdə bu hostinqin çarxlarına baxış üçün yaradılıb. Yeni proqram təminatı telefonun yaddaşında videoyazıların saxlanılması funksiyasını təklif edir. Videofayllara baxmaq və ya onları internetdən istifadəsiz şəkildə başqalarına paylaşmaq olar. İstifadəçilər yazının həcminə nəzarət edə və qısa keyfiyyətli çarxları yükləyə bilərlər.
2018-02-03
'YouTube' 130 ölkədə hostinqə giriş imkanlarını artırıb
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…125f1c1f_675.jpg
az
0.998561
https://report.az/maraqli/youtube-130-olkede-hostinqe-giris-imkanlarini-artirib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:43+00:00
https://report.az/maraqli/terterde-zibillikden-xviii-esre-aid-kilim-tapilib/
Tərtər. 6 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yaşı iki əsr əvvələ aid olan qədim klim tapılıb. Rayon Mədəniyyət və turizm şöbəsinin müdürü Gündüz Mürsəlovun "Report"un "Qarabağ" bürosuna verdiyi məlumata görə, kilim yerli sakin Aybəniz Məmmədova tərəfindən Ədalət Paşayev küçəsindəki məişət tullantıları toplanan ərazidən tapılıb. Araşdırma zamanı məlum olub ki, həmin kilim XVIII əsrə aiddir. Onun uzunluğu 4, eni isə 1,50 metrə yaxındır. İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib.
2016-09-06
Tərtərdə zibillikdən XVIII əsrə aid kilim tapılıb - FOTO
Valeh Dadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…18106415_675.jpg
az
0.998489
https://report.az/maraqli/terterde-zibillikden-xviii-esre-aid-kilim-tapilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:53+00:00
https://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinin-ibam-mobil-elavesine-daha-bir-nece-yeni-funksiya-elave-edilib/
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq platformalarını daha da inkişaf etdirməkdədir. Bu prosesin davamı kimi IBAm mobil əlavəsinə daha bir neçə yeni funksiya əlavə olunub. Belə ki, indi IBAm istifadəçiləri sistemə sürətli giriş üçün 4 rəqəmli pinkod təyin edə, öz hesabları arasında milli və xarici valyutada ölkə daxilində köçürmələr apara, öz hesabları arasında valyuta mübadiləsi həyata keçirə, rekvizitlərini əldə edə və paylaşa bilərlər. IBAm mobil əlavəsinin aşağıda göstərilən bir çox imkanlarından da faydalanmaq olar: Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib: “İBAm mobil əlavəsində son yenilənmələr nəticəsində təklif olunan funksionallar müştərilərimizə bir sıra rahat həllər və imkanlar yaradır. Belə ki, artıq dəyərli müştərilərimiz Banka gəlmədən bir çox xidmətlər üçün digər banklara köçürmələrini rahatlıqla həyata keçirə bilər, eyni zamanda öz hesabları üzrə rekvizitləri əldə edərək ödənişləri qəbul etmək məqsədilə onu paylaşa da bilərlər.”. IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər. Yükləmə linkləri: Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8 Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
2018-11-19
Azərbaycan Beynəlxalq Bankının “IBAm”mobil əlavəsinə daha bir neçə yeni funksiya əlavə edilib
Tural İbadlı
Report İnformasiya Agentliyi
https://report.az/storag…5e75ef19_675.jpg
az
0.99966
https://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinin-ibam-mobil-elavesine-daha-bir-nece-yeni-funksiya-elave-edilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:31:02+00:00
https://report.az/maraqli/mastercard-boyuk-britaniyada-selfi-ile-odenislerin-heyata-kecirilmesi-sistemini-istifadeye-verecek/
Bakı. 22 fevral. REPORT.AZ/ Böyük Britaniyada "MasterCard" istifadəçiləri ödənişlərini selfi və barmaq izləri ilə həyata keçirə biləcək. "Report" RBK-ya istinadən xəbər verir ki, "MasterCard" bu texnologiyanın yayda daha 14 ölkədə tətbiq ediləcəyini bəyan edib. Britaniyalı kart sahibləri selfi identifikasiyası ilə yanaşı, şəxsiyyətinin yoxlanışı üçün barmaq izlərindən istifadə edə biləcəklər. Bunun sayəsində artıq istifadəçilərə PIN kod, şifrə və ya ödənişi təsdiq kodlarını daxil etmək lazım gəlməyəcək. Məlumata görə, bu cür texnologiyadan artıq ABŞ-da və pilot versiya olaraq Hollandiyada istifadə edilib. "MasterCard"ın təhlükəsizlik üzrə prezidenti Acey Bhalla Hollandiya və ABŞ-da selfi ilə ödənişin kart sahiblərinin çox xoşuna gəldiyini deyib. Onun sözlərinə görə, şirkət həmçinin göz bəbəyi və səs vasitəsilə şəxsiyyətin (müştərinin) tanınması variantını da sınaqdan keçirib.
2016-02-22
'MasterCard' Böyük Britaniyada selfi ilə ödənişlərin həyata keçirilməsi sistemini istifadəyə verəcək
Cəfər Ağadadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…cad874fe_675.jpg
az
0.999716
https://report.az/maraqli/mastercard-boyuk-britaniyada-selfi-ile-odenislerin-heyata-kecirilmesi-sistemini-istifadeye-verecek/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:56+00:00
https://report.az/maraqli/i-nterpol-bu-defe/
Bakı. 17 noyabr. REPORT.AZ/ İnterpol bu dəfə təbiət düşmənlərini hədəfə alıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq təşkilat bütün dünyada təbiətə ciddi ziyan vuran şəxslərin axtarışı ilə bağlı mübarizə tədbirlərinə start verib. Belə ki, İnterpol nəsli kəsilməkdə olan heyvanları, xüsusilə də qeyri-qanuni fil dişi və balıq ovu ilə məşğul olan 139 nəfərin həbs edilməsi üçün beynəlxalq axtarışlara başlayıb. Həmin şəxslər ümumilikdə 36 ölkənin vətəndaşlarıdır. Təşkilatın bununla bağlı yaydığı bəyanatda həmin şəxsləri tanıyanlar və ya haqlarında məlumatı olanlardan tezliklə aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur: "Bu sahədə ən çox adı hallanan 9 nəfərin həbs olunmasında vətəndaşlar daha diqqətli olmalıdırlar".
2014-11-17
İnterpol bu dəfə təbiət düşmənləri ilə mübarizə aparacaq
Samirə Abdullayeva
Report İnformasiya Agentliyi
https://report.az/storag…387c3e5c_675.jpg
az
0.999832
https://report.az/maraqli/i-nterpol-bu-defe/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:20:59+00:00
https://report.az/maraqli/rusiyadan-olkemize-getirilmis-nadir-bizonlar-nesil-artirib/
Bakı. 23 aprel. REPORT.AZ/Azərbaycan faunasına aid olmayan, Rusiyanın şimal vilayətindən bir il bundan əvvəl respublikamıza gətirilmiş 2 baş bizon nəsil artırıb. "Report" xəbər verir ki, heyvanlar yerli mühitə uyğunlaşdıqdan sonra onlardan bir dişi bala əldə olunub. Hazırda Xızı rayonunun meşə massivində saxlanılan bizonlar buranın təbii mühütünə uyğunlaşıb və nəslini artırma imkanı daha əlverişli sayılır. Bu heyvanları qoruyub artırmaq üçün meşə, tala və yarımsəhra ərazilərin olması vacib sayılır. Onlar xüsusi mühafizə olunur. Bizonların sağlamlığı baytarlar tərəfindən nəzarətə götürülüb. Bu heyvanların bir sıra xüsusiyyəti var: - nəsli kəsilməkdə olan bizonlar vəhşi təbiətə uyğunlaşırlar, onlar öz nəsillərini qorumaq qabiliyyətinə malikdir. Qeyd edək ki, bir neçə il əvvəl Qobustan ərazisində bizona aid olan sümüklər, bu heyvanın sümüklərindən düzəldilmiş əşyalar tapılıb. Qobustan qaya rəsmlərində bizon təsvidlərinə rast gəlmək mümkündür. Lakin yer quruluşunun fövqəladə dəyişikliyinin baş verməsi səbəbindən bəzi canlılar kimi bizonların da böyük qismi məhv olub. Hazırda dünyanın bir sıra ölkələrində az sayda mövcud olan bu heyvanlar nəsli kəsilməkdə olan canlılar qrupuna aid edilir.
2016-04-23
Rusiyadan ölkəmizə gətirilmiş nadir bizon nəsil artırıb - FOTO
Valeh Dadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…ce651917_675.jpg
az
0.998048
https://report.az/maraqli/rusiyadan-olkemize-getirilmis-nadir-bizonlar-nesil-artirib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:21:13+00:00
https://report.az/maraqli/10-kilometrlik-hundurlukden-duserek-sag-qalan-stuardessa-vesna-vulovic-vefat-edib/
Bakı. 24 dekabr. REPORT.AZ/ 1972-ci ilin yanvarında Almaniyanın Hermsdorf şəhərində baş vermiş təyyarə qəzasında sağ qalan keçmiş stüardessa Vesna Vuloviç Belqradda 67 yaşında vəfat edib. “Report” Serbiya KİV-inə istinadən xəbər verir ki, qadın dostların zənglərinə cavab vermədiyinə görə, onlar polisə müraciət edib. Polis əməkdaşları keçmiş stüardessanın evinə baş çəkərək onun cəsədini hamam otağında aşkar ediblər. Qeyd edilir ki, o, bir neçə gün əvvəl vəfat edib. Vuloviçin ölüm səbəbi dəqiq bilinmir, lakin “Večernje novosti” nəşrinin yazdığına görə, onun səhhəti ilə bağlı problemləri olub. 44 il bundan öncə baş verən təyyarə qəzasının səbəbi hava gəmisinin göyərtəsinə keçirilən bombanın partlaması ehtimal edilir. Təyyarə havada partlayıb, göyərtəsində olan 28 sərnişindən isə yeganə sağ qalan serbiyalı stüardessa olub. O, paraşütsüz 10160 metrlik hündürlükdən yerə düşərək sağ qalıb. Vuloviç çoxsaylı zədələr və sınıqlar alıb və bir neçə gün komada olub. 1985-ci ildə, qəzadan 13 il sonra Vesna Vuloviçin adı Ginnes Rekordlar Kitabına daxil edilib.
2016-12-24
10 kilometr hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…e25e0ed5_675.jpg
az
0.997304
https://report.az/maraqli/10-kilometrlik-hundurlukden-duserek-sag-qalan-stuardessa-vesna-vulovic-vefat-edib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:21:30+00:00
https://report.az/maraqli/misirde-7-min-ilden-cox-yasi-olan-artefaktlar-askar-olunub/
Bakı. 15 mart. REPORT.AZ/ Misirdə yaşı 7 min ildən çox oan Neolit dövrünə aid artefaktlar aşkar edilib. "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Youm al-Sabia" nəşri məlumat yayıb. Fevralın əvvəlindən ölkənin şimalında yerləşən Daqahliyə rayonunda qazıntılarla məşğul olan Misir-Fransa birgə arxeoloji missiyası Misir torpağında nə vaxtsa tapılan ən qədim abidələri təqdim edib. Daqahliyə arxeoloji kompleksinin rəhbəri Səlim əl-Bağdadinin sözlərinə görə, tapılan əşyalar arasında balıq ovu, həmçinin taxıl emalı üçün nəzərdə tutulan primitiv alətlər var.
2017-03-15
Misirdə 7 min ildən çox yaşı olan artefaktlar aşkar olunub
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…d1a37faf_675.jpg
az
0.998127
https://report.az/maraqli/misirde-7-min-ilden-cox-yasi-olan-artefaktlar-askar-olunub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:21:43+00:00
https://report.az/maliyye/abs-ve-kanada-simali-amerika-azad-ticaret-zonasi-ile-bagli-raziliq-elde-edib/
Bakı. 1 oktyabr. REPORT.AZ/ Kanada və ABŞ Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) ilə bağlı razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Kanadanın "CTV News" telekanalına yüksək çinli amerikalı mənbə məlumat verib. KİV-də yayılan məlumatlara görə, Kanadanın xarici işlər naziri Xristiya Friland və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythauzer qısa zamanda birgə bəyanatla çıxış edəcəklər. Eyni zamanda, qeyd olunur ki, razılaşmanın əldə olunmasına baxmayaraq, onun hələ yekun təsdiqi qalıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tələbi ilə ABŞ, Meksika və Kanada NAFTA Azad Ticarət Zonasının aktuallaşması üzrə müzakirələr aparırlar. D.Tramp həmçinin Mexiko və Ottava ilə ayrı-ayrılıqda ticarət razılaşmalarının olmasını üstün tutacağını bildirib, bu isə NAFTA-nın üstündən xətt çəkə bilər.
2018-10-01
ABŞ və Kanada Şimali Amerika Azad Ticarət Zonası ilə bağlı razılıq əldə edib
Aydan Topçibaşeva
Report İnformasiya Agentliyi
https://report.az/storag…62d19730_675.jpg
az
0.998426
https://report.az/maliyye/abs-ve-kanada-simali-amerika-azad-ticaret-zonasi-ile-bagli-raziliq-elde-edib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:31:09+00:00
https://report.az/maliyye/bank-of-baku-yeni-i-l-kampaniyasi-kecirir/
Bakı. 3 dekabr. REPORT.AZ/ Yeniliklərin bankı olan Bank of Baku, 2018-ci ilin son ayında maddi ehtiyaclarını qarşılayaraq, yeni ilə daha sevinclə başlamaq istəyənlər üçün yeni kredit kampaniyasına start verir. Yeni il qabağı elan edilən bu kampaniya müştərilərin sevincinə səbəb olmaqla bərabər, həm də onlar üçün əsl bayram hədiyyəsinə çevriləcək. Belə ki, kampaniyadan faydalanan müştərilər əmək haqqının 15 mislinədək krediti, ØZAMİNSİZ; ØKomissiyasız; ØSığorta haqqı olmadan; Øvə 48 ayadək əldə edə biləcəklər. Yəni, Bankın istər köhnə, istərsə də yeni müştəriləri, Bank of Baku-ya müraciət edərək, nağd pul kreditini rəsmi əmək haqqı məbləğinin 15 mislinədək ZAMİNSİZ əldə edəcəklər. Məsələn, əgər müştərinin aylıq əmək haqqı 520 AZN-dirsə, həmin şəxs 8000 AZN-dək krediti heç bir zamin tələbi olmadan ala biləcək. Komissiya haqqı isə kampaniya çərçivəsində kredit əldə edən bütün müştərilərə Bank of Baku tərəfindən HƏDİYYƏ olunacaq. Kampaniyadan faydalanan şəxsləri, eyni zamanda aşağıdakı SƏRFƏLİ ŞƏRTLƏR də gözləyir: ØMaksimal 20.000 AZN-dək kredit əldə etmək imkanı; Øİllik faiz dərəcəsinə 6%-dək ENDİRİM; ØNÖVBƏSİZ çevik rəsmiləşmə. Qeyd edək ki, 48 ay müddətinədək verilən sərfəli kredit məhsulunda heç bir sığorta xərci yoxdur. Kampaniyadan maaş kartı digər banklara aid olan müştərilərin də faydalanmaq imkanı var. Yeni ilə özəl olaraq elan edilən kampaniyadan faydalanmaq istəyən şəxslər Bank of Baku-nun istənilən filialına yaxınlaşa (ünvanlar - https://goo.gl/WWSUpa ), 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud da onlayn kredit sifarişi bölməsindən - https://goo.gl/WjJDW8kredit sifarişini edə bilərlər. Kampaniya 10 yanvar 2018-ci il tarixinədək keçərlidir. Bank of Baku-nun elan etdiyi bu və ya digər kampaniya və yeniliklər haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar. Daha ətraflı: 145 Məlumat Mərkəzi
2018-12-03
'Bank of Baku' Yeni İl kampaniyası keçirir
Economic Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…1c958e3c_675.jpg
az
0.998894
https://report.az/maliyye/bank-of-baku-yeni-i-l-kampaniyasi-kecirir/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204012358-00608.warc.gz
2018-12-04T01:31:12+00:00
https://report.az/maraqli/cinde-dunyanin-ilk-genetik-cehetden-modifikasiya-edilmis-ekizleri-dogulub/
Bakı. 26 noyabr. REPORT.AZ/ Çinli alim He Tszyankuy dünyada ilk genləri süni şəkildə dəyişdirilmiş insanları - əkiz qız uşaqlarını yaratmağa kömək göstərdiyini iddia edir. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Alimin sözlərinə görə, yeni doğulan körpələrin DNT-ləri yeni gen redaktə üsulu (CRISPR) ilə dəyişdirilib. "Modifikasiyanın mahiyyəti orqanizmə HİV virusuna yoluxmamaq bacarığını ötürməkdir. Belə mutasiya insanlar arasında təbii qarşılanır, amma çox nadirdir", - He Tszyankuy izah edib. Alim bildirib ki, bu eksperimentə görə məsuliyyət daşıyır və onu yalnız bu sahədə birinci olmağa görə yox, həm də belə tədqiqatların aparılmasına cığır açmaq üçün həyata keçirib. Araşdırmalar göstərir ki, qızlardan yalnız birində lazımi genin hər iki nüsxəsi dəyişdirilib, ikincidə isə isə yalnız bir nüsxə dəyişin, yəni o, HIV-ə qarşı immunitet qazanmayıb. Qeyd edək ki, alimlərin He Tszyankuyun iddiasına ilk reaksiyası birmənalı olmayıb. Onların çoxu belə təcrübələrin aparılmasının erkən, təhlükəli olduğunu və həkim etikasını pozduğunu söyləyib.
2018-11-26
Çində dünyanın ilk genetik cəhətdən modifikasiya edilmiş əkizləri doğulub
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…cf8fa94b_675.jpg
az
0.998408
https://report.az/maraqli/cinde-dunyanin-ilk-genetik-cehetden-modifikasiya-edilmis-ekizleri-dogulub/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:22:13+00:00
https://report.az/maraqli/simali-koreya-liderinin-sinqapurda-otel-hesabini-odeyecek-teref-mueyyenlesmeyib/
Bakı. 2 iyun. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda otel hesabını ödəyəcək tərəf, hələ ki, müəyyən edilməyib. “Report” “Washington Post”a istinadən xəbər verir ki, Şimali Koreya liderinin qalacağı mehmanxanada prezident otağının bir gecəsinin qiyməti 6 min dollardır. Bu hesaba onu müşayiət edəcək nümayəndə heyətinin otel hesabı daxil deyil. Bundan başqa, Şimali Koreya tərəfi Pxenyandan Sinqapura uçmaq üçün dövlət təyyarəsi də tələb edə bilər. Məlumata görə, Şimali Koreya xərcləri başqa tərəfin öz üzərinə götürməsini istəyərdi, amma ABŞ bütün xərcləri boynuna götürməyə hazır olsa da, bunu qarşı tərəfə təhqiredici təsir bağışlayacağından ehtiyatlanır. Ona görə də ABŞ Sinqapurla şimali koreyalıların hesabını ödəməsinə dair danışıqlar aparır. Belə bir təcrübə artıq olub. 2018-ci ildə Cənubi Koreyanın Pxençxne şəhərində keçirilən Qış Olimpiya Oyunlarına gedən Şimali Koreyadan olan nümayəndə heyətinin xərclərini Seul üzərinə götürmüşdü. Həmin vaxt bu, Cənubi Koreyaya 2,6 milyon dollara başa gəlmişdi. Qeyd edək ki, bu il iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında ilk tarxi görüş keçiriləcək.
2018-06-02
Şimali Koreya liderinin Sinqapurda otel hesabını ödəyəcək tərəf müəyyənləşməyib
Sədrəddin İsmayılov
Report İnformasiya Agentliyi
https://report.az/storag…b1481e5c_675.jpg
az
0.998618
https://report.az/maraqli/simali-koreya-liderinin-sinqapurda-otel-hesabini-odeyecek-teref-mueyyenlesmeyib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:22:23+00:00
https://report.az/maraqli/celilabadda-orta-esrlere-aid-oldugu-ehtimal-edilen-kurqan-askarlanib/
Cəlilabad. 16 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda Orta əsrlərə aid kurqan aşkar edilib. “Report”un Aran bürosu xəbər verir ki, rayonun Şıxlar kəndində bayraq dirəyi basdırılması üçün qazıntı işləri aparılarkən təpəcik ərazidən insan sümüklərinin qalıqları tapılıb. Mütəxəssislərin fikrincə, ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhatə olunması buranın qədim kurqan olduğunu deməyə əsas verir. Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar. Tarixi mənbələrdən məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış. Artıq tapıntı ilə bağlı Aərbaycan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutuna məlumat verlib.
2018-04-16
Cəlilabadda Orta əsrlərə aid olduğu ehtimal edilən kurqan aşkarlanıb - FOTO
Valeh Dadaşov
Report İnformasiya Agentliyi
https://report.az/storag…488f527b_675.jpg
az
0.999506
https://report.az/maraqli/celilabadda-orta-esrlere-aid-oldugu-ehtimal-edilen-kurqan-askarlanib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:22:43+00:00
https://report.az/maraqli/polsa-metbuatinda-novruzla-elaqedar-azerbaycanda-yeni-il-basliqli-meqale-derc-edilib/
Varşava. 21 mart. REPORT.AZ/ Polşanın www.ttg.com.pl (Travel Trends Group) saytında “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib. Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə məqalədə (http://ttg.com.pl/nowy-rok-w-azerbejdzanie/) Novruz bayramının tarixi, Azərbaycanda bu bayramın qeyd edilməsi ənənələrinə yer verilib. Yazıda qeyd edilib ki, keçmiş sovet dönəmində qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqı bu bayramı bağlı qapılar arxasında olsa da qeyd edib. Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Novruz bayramı rəsmi bayram statusunu alıb. Məqalədə astronomik təqvim ilə Azərbaycanda yeni ilin 20 mart, saat 14:29-da daxil olduğu bildirilir.
2017-03-21
Polşa mətbuatında Novruzla əlaqədar “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib
News Department
Report İnformasiya Agentliyi
https://report.az/storag…37d22e8e_675.jpg
az
0.993642
https://report.az/maraqli/polsa-metbuatinda-novruzla-elaqedar-azerbaycanda-yeni-il-basliqli-meqale-derc-edilib/
report.az
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz
2018-12-04T10:22:46+00:00
End of preview. Expand in Data Studio

Dataset Summary

CC-News-AZ is a curation of news articles from CommonCrawl News in the Azerbaijani language.
CommonCrawl News is a dataset containing news articles from news sites all over the world. The data is available on AWS S3 in the Common Crawl bucket at /crawl-data/CC-NEWS/.

Data Fields

  • title: a string feature.
  • text: a string feature.
  • authors: a string feature.
  • domain: a string feature.
  • date: a string feature.
  • description: a string feature.
  • url: a string feature.
  • image_url: a string feature.
  • date_download: a string feature.

How to use this dataset

from datasets import load_dataset
dataset = load_dataset("w95/ccnews_az", split="train")

Cite

@misc{nur2025ccnews_az,
      title={cnews_az: CCNEWS-AZ}, 
      author={Enrike Nur},
      year={2025},
}
Downloads last month
47