requested_url
stringlengths 14
556
| plain_text
stringlengths 300
10k
| published_date
stringlengths 10
10
| title
stringlengths 1
3.19k
| tags
stringlengths 0
829
| categories
stringlengths 0
1.04k
| author
stringclasses 999
values | sitename
stringlengths 3
167
| image_url
stringlengths 7
461
⌀ | language
stringclasses 1
value | language_score
float64 0.7
1
| responded_url
stringlengths 14
556
| publisher
stringclasses 103
values | warc_path
stringlengths 92
92
| crawl_date
stringlengths 25
25
|
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
https://report.az/maraqli/i-taliyada-fasist-nisani-seklinde-evler-askar-olunub-foto/ | Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın cənub-şərqində yerləşən Brindizi əyalətində faşist nişanı şəklində evlər aşkar olunub. "Report" xəbər verir ki, evlər Speççiolla və Pantanacianni kəndlərinin sakinləri tərəfindən "Google Maps" vasitəsilə tapılıb. İlkin araşdırmalar göstərib ki, evlər İtaliyada faşizm dövründə deyil, ötən əsrin 90-cı illərində inşa edilib. Tikililərə görə kimin məsuliyyət daşıdığını hələ ki, müəyyən etmək mümkün olmayıb. Lakin polis hesab edir ki, memar tapılacağı təqdirdə belə, bu hərəkətin qəsdən edildiyini sübuta yetirmək və onu məsuliyyətə cəlb etmək çətin ki, mümkün olsun. Evlərin sökülməsi də planlaşdırılmır. | 2015-09-25 | İtaliyada faşist nişanı şəklində evlər aşkar olunub - FOTO | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999963 | https://report.az/maraqli/i-taliyada-fasist-nisani-seklinde-evler-askar-olunub-foto/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:25:00+00:00 |
|||
https://report.az/maraqli/d%C3%BCnyada-s%C3%BCni-%C3%BCr%C9%99yi-olan-ikinci-insan/ | Ürəyin köçürülməsi üzrə əməliyyat bir neçə həftə əvvəl tam məxfi şəraitdə Nanta tibb mərkəzində keçirilib. Çəkisi 900 qram olan süni ürək artıq çəkidən əziyyət çəkən pasiyentə köçürülüb. Süni ürəyin köçürülməsi üzrə ilk əməliyyat 2013-cü ilin dekabr ayında Jorj Pompidu Avropa hospitalında aparılıb. Lakin bioprotezin köçürüldüyü 76 yaşlı kişi mexanizmin işindəki nasazlıq səbəbindən 2,5 ay sonra vəfat edib. | 2014-09-09 | Dünyada süni ürəyi olan ikinci insan | Viktoriya Lebedeva | Report İnformasiya Agentliyi | az | 0.999555 | https://report.az/maraqli/d%C3%BCnyada-s%C3%BCni-%C3%BCr%C9%99yi-olan-ikinci-insan/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:25:20+00:00 |
|||
https://report.az/maraqli/ukraynada-leninin-hele/ | Bakı. 9 dekabr. REPORT.AZ/ Son bir ildə Ukraynada baş verən hadisələr Leninin heykəllərinin dağıdılması ilə müşayiət edilib. "Report" "BBC"yə istinadən xəbər verir ki, son bir ildə Ukraynada kommunistlərin rəhbəri Vladimir İliç Leninin 504 heykəli məhv olunub. Ukrayna Milli Abidələr İnstitutunun açıqlamasına əsasən, ölkə üzrə Leninin 1700-ə yaxın heykəli olub. Xatırladaq ki, Leninin heykəllərinin uçurulmasına 2013-cü ilin dekabrın 8-də Kiyevdən başlanılıb. Belə heykəllər ən çox Xmelnitsk və Vinnitsk vilayətlərində dağıdılıb. | 2014-12-09 | Ukraynada Leninin hələ 1200 heykəli qalır | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.998947 | https://report.az/maraqli/ukraynada-leninin-hele/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:25:43+00:00 |
|||
https://report.az/maraqli/i-taliyanin-en-qoca-mafiya-bascisi-hebsxanada-vefat-edib/ | Bakı. 3 noyabr. REPORT.AZ/ İtaliyada ən qoca məhkum Françesko Barbaro 92 yaşında vəfat edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Parma şəhərindəki həbsxanada dünyasını dəyişib. Françesko Barbaro Parmadakı ciddi rejimli həbsxanada cəza çəkmək şərtilə azadlıqdan ömürlük məhkum olunub. Məhkum ölümündən bir neçə gün əvvəl səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Barbaro İtaliyanın cənubundakı Kalabrii vilayətindəki "ndranqeti" klanının rəhbəri olub. Bu klan bütün dünyada, o cümlədən Latın Amerikası və Avstraliyadakı cinayətkar aləmə rəhbərlik edib. O, 1980-ci ildə insan oğurluğu ilə məşğul olub və sonra narkotik ticarətinə nəzarət etməyə başlayıb. Barbaro bu əməllərinə görə azadlıqdan 20 il məhkum edilib. 2013-cü ildə azadlığa buraxılan keçmiş məhkum polis əməkdaşını qətlə yetirdiyinə görə yenidən həbs edilib. Onun hər iki oğlu da həbsxanada cəza çəkir. | 2018-11-03 | İtaliyanın ən qoca mafiya başçısı həbsxanada vəfat edib - FOTO | Anar Tağıyev | Report İnformasiya Agentliyi | az | 0.999665 | https://report.az/maraqli/i-taliyanin-en-qoca-mafiya-bascisi-hebsxanada-vefat-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:25:46+00:00 |
|||
https://report.az/maraqli/britaniyanin-en-varli-adami-kesmis-sovet-vetendasidir/ | Bakı. 26 aprel. REPORT.AZ/ 1978-ci ildə SSRİ-dən mühacirət etmiş Warner Music şirkətinin rəhbəri Len Blavatnik Britaniyanın ən varlı adamı adlandırılıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Blavatnikin varidatını Sunday Times qəzeti 13,17 milyard funt (20 milyard dollar) olaraq dəyərləndirib. Len Blavatnik qəzetin hər il tərtib etdiyi milyarderlər siyahısına bu il başçılıq edir. Blavatnik 13 milyard funtluq varidaları olan Şri və Gopi Hinduja qardaşlarından qabağa çıxa bilib. 2 il əvvəl bu siyahiya daha bir keçmiş sovet vətəndaşı Əlişer Usmanov başçılıq edirdi. Sunday Times onun varidatını 9,8 milyard funt məbləğində qiymətləndirib. Qəzetin qeyd etdiyinə görə, Britaniyanın ən zəngin 1000 nəfərinin varidatı son 10 il ərzində 2 dəfədən çox artaraq ümumilikdə 830 milyard dollara çatıb. | 2015-04-26 | Britaniyanın ən varlı adamı keşmiş sovet vətəndaşıdır | News Department | Report İnformasiya Agentliyi | az | 0.990749 | https://report.az/maraqli/britaniyanin-en-varli-adami-kesmis-sovet-vetendasidir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:25:50+00:00 |
|||
https://report.az/maraqli/yaponiyada-selfi-cubuqlarini-qadagan-edirler/ | Bakı. 19 avqust. REPORT.AZ/ Yaponiyada ictimai yerlərdə selfi çubuqlarının istifadəsinə qadağalar tətbiq olunmağa başlayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl müvafiq məhdudiyyətləri Mie prefekturasındakı "Nagashima Spa Land" əyləncə parkı tətbiq edib. Hazırda insanlar selfi üçün çubuqlarla hovuz və attraksiona buraxılmır. İyun ayında bu cür qadağalar Ayti prefekturasındakı İnuyama şəhərində meymunlar parkında tətbiq olunub, çünki onun ərazisi elektrik hasarla əhatə olunub, həm də bu cür qurğuları meymunlar diqqətsiz turistlərin əlindən asanlıqla ala bilər. Məhdudiyyətlər tədricən dəmir yolunda da qoyulmağa başlayıb. "JR Tokai" şirkətinin əməkdaşları stansiyalarda yüksək gərginlikli xətlərin yaxın olması ilə bağlı selfi çubuqlarından istifadənin təhlükəli olması haqqında xəbərdarlıq edir. Bundan başqa, bir çoxları sürətli ekspresslərlə şəkil çəkdirməyə can atır və bunun üçün platformanın kənarına dayanır. İyul ayından ABŞ-ın "Walt Disney" şirkəti də öz attraksionlarında selfi çubuqlarının istifadəsinə qadağa qoyub. | 2015-08-18 | Yaponiyada selfi çubuqlarını qadağan edirlər | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.998584 | https://report.az/maraqli/yaponiyada-selfi-cubuqlarini-qadagan-edirler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:00+00:00 |
|||
https://report.az/maraqli/fransa-parlamenti-iclasa-gelmeyen-senatorlar-cerimelenecek/ | Bakı. 11 mart. REPORT.AZ/ Fransa Senatı iclaslara qatılmayan senatorları cərimələməyə başlayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, parlament intizamının möhkəmləndirilməsi üzrə yeni tədbirlər barədə çərşənbə günü Yuxarı Palatanın sədri Jerar Larşe Senat bürosunun qəbul etdiyi qərarın nəticələrinə əsasən məlumat verib. "Senatorların palataların iclaslarında iştirak etməməsi halları təkrarlanacağı təqdirdə yeni maliyyə qadağası rejimi tətbiq olunacaq", - deyə Larşe bildirib. Bu qayda cari ilin oktyabr ayının 1-dən qüvvəyə minəcək. Larşenin məlumatına görə, yeni tədbirlər Fransa Parlamentinin Yuxarı Palatasında təmsil olunan bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən dəstək alıb. "İndi iclaslara qatılmayan sentorların həm əmək haqqı, həm də təmsilçilik vəsaiti üzrə dotasiyaları aşağı salınacaq. Nəticədə onlar üçün ziyan ayda 4,4 min avro və ya rübdə 13,2 min avro təşkil edə bilər", - deyə Larşe qeyd edib. | 2015-03-11 | Fransa Parlamenti iclasa gəlməyən senatorlar cərimələnəcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.999186 | https://report.az/maraqli/fransa-parlamenti-iclasa-gelmeyen-senatorlar-cerimelenecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:13+00:00 |
|||
https://report.az/maraqli/i-si-d-ve-pyd-terrorcularinin-i-raq-ve-suriyadan-ogurladiqlari-tarixi-eserler-tapilib/ | Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində İŞİD və PYD terrorçularının İraq və Suriyadan oğurladıqları muzey eksponatları və məzarlardan qarət etdikləri tarixi əsərlər tapılıb. “Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Qaçaqçılığa qarşı Mübarizə İdarəsindən bildirilib. Hadisə ilə bağlı ikisi Suriya əsilli olmaqla qaçaqmalçı dəstənin 9 üzvü şübhəli şəxs qismində saxlanılıb. Tarixi əsərlər arasında Şumer mədəniyyətinə aid 3500 illik 152 ədəd döyüş geyimi də var. Asur və Akkad mədəniyyətinə aid 3500 illik yaşı olan silindrik möhürlər və çoxlu sayda qiymətsiz tarixi əsərlər də aşkarlanaraq götürülüb. | 2018-01-26 | İŞİD və PYD terrorçularının İraq və Suriyadan oğurladıqları tarixi əsərlər tapılıb | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999865 | https://report.az/maraqli/i-si-d-ve-pyd-terrorcularinin-i-raq-ve-suriyadan-ogurladiqlari-tarixi-eserler-tapilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:20+00:00 |
|||
https://www.azadliq.org/a/vergi-deyisiklik-natiq-ceferli/29636580.html | «İstər hökumətin, istərsə də Vergi Nazirliyinin islahatlar aparmaq niyyəti ciddidir və bu islahatların nə dərəcədə əhəmiyyətli olub-olmadığı yaxın vaxtlarda özünü göstərəcək». REAL Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli vergi islahatları ilə bağlı şərhində bildirir. O hesab edir ki, bərabərlik prinsipi pozulduğundan bu islahatlar problemlər də gətirəcək: «Bərabərliyin pozulması budur ki, islahatlar və ya 7 il müddətinə vergidən azad olunmaq güzəşti ancaq özəl sahəyə tətbiq edilir. Bu isə o deməkdir ki, eyni işi yerinə yetirən dövlət məktəbində dərs deyən müəllim gəlir vergisi ödəməkdə davam edəcək, amma özəl məktəbdə dərs deyən müəllim vergidən azad olunacaq». «İşəgötürənlə işəgötürülən sövdələşməyə gedəcək» Rəsmilər söyləyir ki, islahatların məqsədi kölgə iqtisadiyyatını kiçiltməkdir. N.Cəfərli düşünür ki, burada şərtlər yetərli deyil, işəgötürənlə işəgötürülənin üst-üstə düşən maraqları var: «İşəgötürülən 6 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 10%-i, işəgötürən isə 44 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 15%-i qədər sosial müavinət ödənişi etməlidir. Bu isə tərəflərə maraqlı deyil. Nəticədə daha az müavinət ödənilməsi üçün işəgötürən iş yerlərinin, işəgötürülən maaşların az göstərilməsində maraqlı olaraq sövdələşməyə gedəcəklər». «Pensiya sisteminin başına elə oyun açıblar...» İqtisadçının qənaətincə, elə bir şərait yaradılmalı idi ki, işəgötürülən işəgötürəni maaş sahəsində şəffaflığa məcbur etməkdə maraqlı olsun. Amma indiki halda işəgötürülən istər kölgə iqtisadiyyatının azaldılmasında, istərsə də şəffaflığın artırılmasında maraqlı görünmür. «Səbəb də budur ki, 2006-cı ildən bu yana pensiya sisteminin başına elə oyun açıblar ki, insanlar Sosial Müdafiə Fonduna ödədikləri vəsaitlərin geri qayıdacağına əmin deyildirlər. Ona görə də, nisyə pensiyanın dalınca deyil, hazırkı nağd maaşın yuxarı olmasının dalınca gedirlər», - ekspert izah edir. N.Cəfərli vurğulayıb ki, nazirliyin hədəf və məqsədi düzgün olsa da, bu hədəf və məqsədi reallaşdıracaq vasitələr sona qədər düşünülməyib. Milli Məclisin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur. | 2018-12-04 | 'Dövlət məktəbində işləyən müəllim vergi ödəyəcək, özəldə işləyən yox' | Azadliq Radiosu | İqtisadiyyat | AzadlıqRadiosu | Azadlıq Radiosu | az | 0.999839 | https://www.azadliq.org/a/vergi-deyisiklik-natiq-ceferli/29636580.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:21+00:00 |
|
https://report.az/maraqli/roma-papasi-sosial-sebekede-ilk-selfisini-yerlesdirib/ | Bakı. 14 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk növbəti dəfə ictimaiyyəti öz səmimiliyi və müasir internet tendensiyalarına marağı ilə təəccübləndirib. "Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də Vatikanın rəsmi "İnstagram" səhifəsində Roma Papasının şəxsən çəkdiyi ilk selfisi yerləşdirilib. Üzündəki ifadədən onun həyatsevər insan olduğu görünür. Bir neçə saat ərzində şəkil on minədək insan tərəfindən bəyənilib və maraqlı şərhlərə səbəb olub. Roma Papasını həmçinin islahatçı da adlandırırlar. Çünki o, kilsəni sadə insanlara daha da yaxın etmək niyyətindədir. O, artıq bir neçə dəfə keşişləri daha sadə həyat tərzi sürməyə və kasıblara yardım etməyə çağırıb. | 2015-12-14 | Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999829 | https://report.az/maraqli/roma-papasi-sosial-sebekede-ilk-selfisini-yerlesdirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:23+00:00 |
|||
https://www.azadliq.org/a/n%C9%99f%C9%99rin-%C3%B6l%C3%BCm-i%C5%9Fi-geri-qay%C4%B1td%C4%B1/29636535.html | Bir il öncə Bakıda – Xocasən-Lökbatan yolunda beş nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı cinayət işini məhkəmə geri qaytarıb. Bakı Ağır Cinayətlər Məhkəməsi belə nəticəyə gəlib ki, istintaq vaxtı qanun pozuntularına yol verilib, bu iş düzgün araşdırılmayıb, ona görə də təkrar istintaqa qaytarılıb yenidən araşdırma aparılmalıdır. İstintaq dövründə ən böyük qanun pozuntularından biri isə dövlət hesabına təyin edilmiş vəkilin hərəkətləri olub. 2017-ci ilin dekabrında baş vermiş qəzada «Mercedes» markalı minik avtomobiliylə yük maşını toqquşmuş, bir ailənin beş üzvü ölmüşdü. Ölənlər arasında 6 aylıq körpə də vardı. Həmin hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan isə yük maşınının sürücüsü Heydər Quliyevdir. H.Quliyev bildirir ki, qəzanın baş verməsində onun təqsiri olmayıb. Yolda getdiyi yerdə «Mercedes» gəlib yük maşınına çırpılıb. Sürücünün sözlərinə görə, o, uzun müddət təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunduğunu bilməyib. Müstəntiq ona bu barədə heç bir söz deməyib. Müdafiəçi kimi dindirmə protokollarına və başqa sənədlərə imza atmış vəkil Şükür Şıxıyevi isə ümumiyyətlə, görməyib. Bu vəkili məhkəməyə çağırıb dindirəndə məlum olub ki, H.Quliyev doğru deyir. Vəkil Ş.Şıxıyev özü də etiraf edib ki, iştirak etmədiyi istintaq hərəkətlərinin protokollarına imza atıb: «Ekspertiza rəyinə baxanda gördüm ki, Heydər Quliyev günahkardır. Bu adam beş nəfərin ölümünə səbəb olmuşdu. Özü orada yox idi. Bildim ki, buna görə məni yenə idarəyə çağıracaqlar. Ona görə elə bütün sənədlərə qol çəkdim...». Vəkilin bu cür davranışı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilib. H.Quliyev CM-in 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. H.Quliyevin ittiham olunduğu maddədə 5 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 ildən 10 ilə qədər həbs nəzərdə tutulub. | 2018-12-04 | 5 nəfərin ölüm işi geri qayıtdı | Azadliq Radiosu | Cəmiyyət | AzadlıqRadiosu | Azadlıq Radiosu | az | 0.999711 | https://www.azadliq.org/a/n%C9%99f%C9%99rin-%C3%B6l%C3%BCm-i%C5%9Fi-geri-qay%C4%B1td%C4%B1/29636535.html | azadliq.org | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:23+00:00 |
|
https://report.az/maraqli/mektebli-pentaqon-rehberinin-telefon-nomresini-qezetinden-taparaq-ondan-musahibe-alib/ | Bakı. 11 iyul. REPORT.AZ/ Amerikalı məktəb şagirdi Teddi Fişer təsadüfən qəzetdə Ceyms Mattisin telefon nömrəsini görüb və ondan təxminən 45 dəqiqə davam edən müsahibə alıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, yeniyetmə nömrəni "Washington Post" qəzetində gedən yazıdakı şəkildə görüb. Həmin məqalədəki şəkildə Donald Trampın əlində sənədlər olan mühafizəçisi əks olunub. Vərəqlərdən birinin üzərində Mettisin adı və telefon nömrəsi əks olunub. Sonradan şəkli nəşrin saytından çıxarıblar. "Əmin olmaq üçün ona zəng etdim. Çünki mənə maraqlı gəlirdi. Həqiqətən onun səsi idi", - təşəbbüskar şagird bildirib. O, müsahibə almaq xahişi ilə Mettisə mesaj göndərib və Pentaqon rəhbəri ona zəng edib. Tərəflər təxminən 45 dəqiqə ABŞ-ın xarici və daxili siyasət məsələlərini müzakirə ediblər. Daha sonra Pentaqon rəhbəri ilə müsahibə məktəb qəzetində dərc olunub. | 2017-07-11 | Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999971 | https://report.az/maraqli/mektebli-pentaqon-rehberinin-telefon-nomresini-qezetinden-taparaq-ondan-musahibe-alib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:30+00:00 |
|||
https://report.az/maraqli/kanadada-ana-ogurlanmis-oglu-ile-31-il-sonra-gorusub/ | Bakı. 31 oktyabr. REPORT.AZ/ Kanadada ana və oğlu 31 il sonra görüşə biliblər. "Report" "Global News"a istinadən xəbər verir ki, Linet Mann-Lyuisin 2 yaşlı uşağı 1987-ci ildə qadının əri tərəfindən oğurlanıb. Alan Mann oğurladığı körpə ilə birlikdə ABŞ-a köçməyə və saxta sənədlər hazırlamağa nail ola bilib. Atası oğluna anasının öldüyünü deyib. Lakin ata 31 il sonra ABŞ qanunvericiliyinin çoxsaylı pozuntularında ittiham olunub və araşdırmalar zamanı onun Kanadada uşağın itkin düşməsi faktı üzrə axtarışda olduğu üzə çıxıb. Kişi Kanadaya ekstradisiya olunacaq və məhkəmə qarşısına çıxarılacaq. Linet Mann-Lyuis 31 il ərzində ilk dəfə oğlunu görüb. O, etiraf edib ki, oğlu ilə görüşdən əvvəlki anlar onun həyatında ən həyəcanlandırıcı olub. | 2018-10-31 | Kanadada ana oğurlanmış oğlu ilə 31 il sonra görüşüb | News Department | Report İnformasiya Agentliyi | az | 0.997474 | https://report.az/maraqli/kanadada-ana-ogurlanmis-oglu-ile-31-il-sonra-gorusub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:46+00:00 |
|||
https://report.az/maraqli/i-svecrede-inek-buynuzlari-ile-bagli-referendum-kecirilecek/ | Bakı. 22 noyabr. REPORT.AZ/ İsveçrədə noyabrın 25-də inək buynuzları ilə bağlı referendum keçiriləcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, referendum inək buynuzlarının kəsilməsinə qarşı çıxan 66 yaşlı yerli fermer Armen Kapolun təşəbbüsü və bu məqsədlə 100 min imza toplması nəticəsində baş tutacaq. Fermer heyvanlara təbiətin onları yaratdığı kimi hörmət edilməsinin zəruriliyini önə çəkir. İndi İsveçrədə ya inəklərin buynuzları kəsilir, ya da buynuzsuz inək doğumu üçün genetik dəyişiklik edilir. A.Kapol hesab edir ki, buynuzlar inəklərin ünsiyyətinə və bədəninin istiliyini tənzimlənməsinə kömək edir. O hətta hər buynuzlu inək üçün illik 190 İsveçrə frankı ayrılmasını təklif edir. | 2018-11-22 | İsveçrədə inək buynuzları ilə bağlı referendum keçiriləcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.99933 | https://report.az/maraqli/i-svecrede-inek-buynuzlari-ile-bagli-referendum-kecirilecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:47+00:00 |
|||
https://report.az/maraqli/i-ndoneziyada-29-yasli-mugenni-sehnede-ilan-sancmasi-neticesinde-olub/ | Bakı. 7 aprel. REPORT.AZ/ İndoneziya müğənni İrma Byul səhnədə ilan sancması nəticəsində ölüb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, faciə Qərbi Yava əyalətinin Karavange rayonunda baş verib. Belə ki, aktrisa səhnədə kobra ilanlarla şou göstərirmiş, təsadüfən kral kobrasının quyruğunu tapdalayıb, bu səbəbdən də ilan onu bud nahiyəsindən sancıb. Lakin aktrisa təqdimatı dayandırmayıb və tibbi yardım üçün müraciət etmək əvəzinə şounu davam etdirib. O, həmçinin məşqçisinin təklif etdiyi zəhər əleyhinə olan maddəni içməkdən də imtina edib. 29 yaşlı aktrisanın ilan vurduqdan 45 dəqiqə sonra vəziyyəti pisləşib və həyatını itirib. Qeyd edək ki, Kral kobrası dünyanın ən uzun zəhərli ilan növüdür. Bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır. Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir. | 2016-04-07 | İndoneziyada 29 yaşlı müğənni səhnədə ilan sancması nəticəsində ölüb - FOTO | Aynur Osmanqızı | Report İnformasiya Agentliyi | az | 0.999376 | https://report.az/maraqli/i-ndoneziyada-29-yasli-mugenni-sehnede-ilan-sancmasi-neticesinde-olub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:26:50+00:00 |
|||
https://report.az/maraqli/medesinde-narkotik-aparan-kuryer-paketin-partlamasi-neticesinde-teyyarede-olub/ | Bakı. 22 oktyabr. REPORT.AZ/ Portuqaliyadan İrlandiyaya uçan zaman qəflətən dünyasını dəyişən braziliyalı sərnişin narkotik kuryeri çıxıb, onun ölümünə səbəb isə mədəsində apardığı kokain paketinin partlaması olub. "Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə İrlandiya polisi məlumat yayıb. Patoloqoanatom hesabatına əsasən, 25 yaşlı Con Kennedi Santos Quraxao bazar günü Lissabondan Dublinə uçarkən ölümündən əvvəl içində ağ toz olan paketlər udub. İrlandiyanın "The Irish Times" nəşrinin məlumatına görə, Santos Quraxao təqribən 800 qram kokain udub və narkotiklər 56 min avro dəyərində qiymətləndirilib. | 2015-10-22 | Mədəsində narkotik aparan kuryer, paketin partlaması nəticəsində təyyarədə ölüb | News Department | Report İnformasiya Agentliyi | az | 0.996606 | https://report.az/maraqli/medesinde-narkotik-aparan-kuryer-paketin-partlamasi-neticesinde-teyyarede-olub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:00+00:00 |
|||
https://report.az/maraqli/avstriyada-golden-adolf-hitlerin-uzuyu-tapilib/ | Bakı. 14 sentyabr. REPORT.AZ/ Adolf Hitlerə məxsus gümüş üzük Avstriyadakı Topliz gölündən tapılıb. “Report” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, üzərində A.Hitlerin adı həkk olunmuş üzüyü tapan kolleksiyaçı Gerhard Zauner onu 60 ildən çoxdur axtardığını, hələ 1959-cu ildə elə həmin gölə daldığını söyləyib. Onun sözlərinə görə, üzük Hitlerin qarət olunmuş və indi Avropanın müxtəlif yerlərinə səpələnmiş şəxsi kolleksiyasındaymış. | 2018-09-14 | Avstriyada göldən Adolf Hitlerin üzüyü tapılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.999358 | https://report.az/maraqli/avstriyada-golden-adolf-hitlerin-uzuyu-tapilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:16+00:00 |
|||
https://report.az/maraqli/alimler-gunes-sisteminde-daha-bir-planet-askarlayib/ | Bakı. 21 yanvar. REPORT.AZ/ Kaliforniya Texnologiya İnstitutunun alimləri Maykl Braun və Konstantin Batıgin Günəş sistemində daha bir, doqquzuncu planetin olması qənaətinə gəlib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu planetin kütləsi Yerinkindən 10 dəfə çoxdur. Tədqiqatçıların fikrincə, planet Yerdən Neptunun orbiti ilə müqayisədə təxminən 20 dəfə uzaq məsafədə yerləşir. Alimlər planeti günəş sisteminin periferiyasında olan "uzaq kosmos"a atılan nəhəng qaz toplusu hesab edir. Onun "uzaqda" qalmasının səbəbi kimi isə Yupiter və Saturn planetlərinin cazibə qüvvələrini göstəriblər. Tədqiqatın müəllifləri hesab edir ki, müasir optik texnika buna imkan verməsə də, növbəti beş ildə astronomlar teleskop vasitəsilə "yeni" planeti görə biləcək. | 2016-01-21 | Alimlər Günəş sistemində daha bir planet aşkarlayıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.998258 | https://report.az/maraqli/alimler-gunes-sisteminde-daha-bir-planet-askarlayib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:20+00:00 |
|||
https://report.az/maraqli/texasda-aciq-sekilde-silah-gezdirmeye-icaze-verilib/ | Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən etibarən ABŞ-ın Texas ştatının barlarında qoburda tapançalı insanlar görünə bilər. "Report" "The Independent"ə istinadən xəbər verir ki, bu, ötən ilin iyun ayında ştatda qəbul olunan qanunun 2016-cı ildə qüvvəyə minməsindən sonra mümkün olub. 1 yanvar 2016-cı il tarixinədək Texasda silahı ətrafdakıları əsəbiləşdirməmək üçün gizli gəzdirmək lazım idi. İndi isə kovboy olmaq istəyənlərə artıq heç nə mane olmur. | 2016-01-01 | Texasda açıq şəkildə silah gəzdirməyə icazə verilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.997934 | https://report.az/maraqli/texasda-aciq-sekilde-silah-gezdirmeye-icaze-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:26+00:00 |
|||
https://report.az/maraqli/cin-dahi-rehberinin-heykelinin-sokulmesinin-sebebi/ | Bakı. 9 yanvar. REPORT.AZ/ Çin Xalq Respublikasının dahi rəhbəri Mao Tszedunun 37 metrlik qızıl su çəkilən heykəli qanunsuz olaraq tikildiyi üçün sökülüb. "Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb. Heykəl ölkənin Henan əyalətinin Tunsyuy qəsəbəsində yerli iş adamlarının maliyyə vəsaiti hesabına tikilib. Heykəlin tikintisinə 460 min dollar xərclənib. Sosial şəbəkədə heykəlin uyğun yerdə qoyulmadığı haqda məlumatlar yayılıb. Çünki 1950-ci illərdə, Mao Tszedunun hakimiyyəti dövründə Henan əyalətində əhali aclıqdan əziyyət çəkib. Çində məmurlar onu bildirib ki, bu heykələ sərf edilən pul təhsilə xərclənsəydi xeyri daha çox olardı. Qeyd edək ki, Mao Tszedun Çin Xalq Respublikasının dövlət başçısı olub. O, 1949-cu ildən 1976-cı ilədək ölkəyə rəhbərlik edib. 1976-cı ildə 83 yaşında ölüb. | 2016-01-09 | Çin dahi rəhbərinin heykəlinin sökülməsinin səbəbi açıqlanıb | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999396 | https://report.az/maraqli/cin-dahi-rehberinin-heykelinin-sokulmesinin-sebebi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:29+00:00 |
|||
https://report.az/maraqli/stokholmda-xette-pilotsuz-avtobuslar-buraxilacaq/ | Bakı. 30 dekabr. REPORT.AZ/ İsveçin Nəqliyyat Agentliyi paytaxt Stokholmda pilotsuz sərnişin avtobuslarının tətbiqini bəyənib. "Report" xəbər verir ki, bu haqda "Gazeta.ru" bildirib. Nəqliyyat Agentliyi rəhbərliyinin fikrincə, bu tarixi qərar insanlar üçün innovasiyaların əhəmiyyətli inkişafına imkan yaradacaq. Agentlikdə qeyd ediblər ki, yollarda möhkəm və təhlükəsiz avtomatik hərəkətin təminatı üçün bir sıra tədqiqatlar və sınaqlar keçirmək lazımdır. Həmçinin pilotsuz avtobusların istehsalçı şirkəti də sübut etməlidir ki, onların nəqliyyatı sərnişinlər, həm də başqa sürücülər üçün təhlükəsizdir. | 2017-12-30 | Stokholmda xəttə pilotsuz avtobuslar buraxılacaq | News Department | Report İnformasiya Agentliyi | az | 0.997499 | https://report.az/maraqli/stokholmda-xette-pilotsuz-avtobuslar-buraxilacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:43+00:00 |
|||
https://report.az/maraqli/yeni-zelandiya-teyyare-sernisin-qeza/ | Bakı. 8 yanvar. REPORT.AZ/ Yeni Zelandiyada mühərriki dayanan təyyarənin sərnişinləri və pilotları qəzadan saylı dəqiqələr əvvəl özlərini aşağı ataraq xilas ola biliblər. "Report" xəbər verir ki, təyyarənin mühərriki dayanan kimi, o, gölə düşməyə başlayıb. Göyərtədə olan 13 sərnişin və heyət üzvləri xilasedici paraşütlərdən istifadə edərək uğurlu şəkildə eniş ediblər. Gölə düşən təyyarə yanmağa başlayıb və batıb. | 2015-01-08 | Yeni Zelandiyada qəzaya uğrayan təyyarənin sərnişinləri özlərini aşağı atıblar | News Department | Report İnformasiya Agentliyi | az | 0.999928 | https://report.az/maraqli/yeni-zelandiya-teyyare-sernisin-qeza/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:56+00:00 |
|||
https://report.az/maraqli/fransada-elil-usagin-3d-printer/ | Bakı. 19 avqust. REPORT.AZ/ Fransada əlsiz doğulan 6 yaşlı Maksans 3D printer texnologiyası ilə hazırlanan əl protezini əldə edib. "Report" TASS-a istinadən xəbər verir ki, uşaq öz "yeni əli"nin eskizini özü çəkib və super qəhrəmanın əlcəyinə oxşatmaq üçün parlaq rənglər seçib. "e-NABLE" xeyriyyə təşkilatı uşağın arzusunu yerinə yetirməyi öz üzərinə götürüb. Uşağın çəkdiyi şəkilləri əsas götürərək şirkətin mütəxəssisləri onun üçün sadə və ucuz protez modelini yaradıb. Belə ki, bu növ protezlərin orta qiyməti 1000 avro olduğu halda, şirkətin hazırladığı protezin dəyəri 200 avrodan aşağıdır. Süni əlin funksiyaları məhdud olsa da, onun mexanizmi uşağa sadə hərəkətləri icra etməyi imkan verir. Maksans böyüdükcə şirkət onu yeni protezlərlə təmin edilməsini də öz üzərinə götürüb. | 2015-08-19 | Fransada əlil uşağın 3D printer texnologiyası ilə əl protezi çap edilib | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999342 | https://report.az/maraqli/fransada-elil-usagin-3d-printer/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:27:59+00:00 |
|||
https://report.az/maraqli/qazaxistan-prezidenti-onunla-selfi-cekdirmek-isteyen-milyarderi-kenara-iteleyib/ | Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerli milyarder Bulat Utemuradovun onunla selfi çəkdirmək istəməsinə düşməncəsinə reaksiya verib. "Report" xəbər verir ki, insident Astanada, MDB ölkələri başçılarının sammiti zamanı baş verib. Bulat Utemuradov gülümsəyərək telefonla prezidentə yaxınlaşıb və ondan icazə almadan selfi çəkməyə başlayıb. Lakin dövlət başçısı onunla şəkil çəkdirmək istəməyib. Nazarbayev narazı halda və hətta oliqarxın üzünə baxmadan onu əli ilə kənara itələyib. Milyarder isə pərt vəziyyətdə kənara çəkilib. | 2018-09-19 | Qazaxıstan prezidenti onunla selfi çəkdirmək istəyən milyarderi kənara itələyib - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.998341 | https://report.az/maraqli/qazaxistan-prezidenti-onunla-selfi-cekdirmek-isteyen-milyarderi-kenara-iteleyib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:28:13+00:00 |
|||
https://report.az/maraqli/dunyada-ilk-defe-yaponiyada-robotlarin-toyunu-etdiler/ | Bakı. 28 iyun. REPORT.AZ/ Dünyada ilk dəfə olaraq Yaponiyada robotların toyunu ediblər və rəsmi qaydada bu nikahı qeydə alıblar. Bu barədə "Report" "Qazeta.Ru."ya istinadən xəbər verir. Robot Froys və onun gələcək həyat yoldaşı android Yukirin ailə qurublar. Mərasimdə, həmçinin robotların yaradıcısı Mayava Denki iştirak edib və "gəlini" taxta aparıb. Toy Tokionun əhalinin ən sıx olduğu ərazilərindən birində baş verib və bu toya çoxlu sayda insanlarla bərabər digər robotların da qatıldığı bildirilir. | 2015-06-28 | Dünyada ilk dəfə Yaponiyada robotların toyunu ediblər | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.99713 | https://report.az/maraqli/dunyada-ilk-defe-yaponiyada-robotlarin-toyunu-etdiler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:28:16+00:00 |
|||
https://report.az/maraqli/microsoft-un-hemtesiscisi-kopek-baliqlarinin-heyatinin-tedqiqine-4-milyon-dollar-ayirib/ | Bakı. 10 İyul. REPORT.AZ/ "Microsoft"un həmtəsisçisi köpək balıqlarının həyatını tədqiq edəcək "Global FinPrint" layihəsinə 4 milyon dollar ianə ayırıb. "Report" xəbər verir ki, layihə avqust ayında start götürəcək, hesablamalar üç il ərzində aparılacaq. Tədqiqatçılar suda 10 metrdən 100 metrədək dərinlikdə kameralar yerləşdirəcəklər. Hər bir kamera qarşısında kiçik qəfəsin içərisində yem qoyulacaq. Əgər bu müddət ərzində yaxınlıqdan köpək balığı və skat keçərsə, yemin qoxusu onları kameraya doğru cəlb edəcək. Təşkilatçılar "Global FinPrint" layihəsini dünyada mərcan riflərində yaşayan köpək balığı və skatların ilk qlobal videotədqiqatı adlandırırlar. Onlar bu şəkildə dünya sularında yaşayan bu balıqların sayı barədə məlumat toplayacaqlarına ümid bəsləyirlər. Alimlər ümid edirlər ki, əldə ediləcək məlumatlar onlara köpək balıqları və skatları nəsli kəsilməkdən qorumaqda kömək edəcək. | 2018-09-21 | 'Microsoft'un həmtəsisçisi köpək balıqlarının həyatının tədqiqinə 4 milyon dollar ayırıb - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.999775 | https://report.az/maraqli/microsoft-un-hemtesiscisi-kopek-baliqlarinin-heyatinin-tedqiqine-4-milyon-dollar-ayirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:28:20+00:00 |
|||
https://report.az/maraqli/donald-tramp-helsinki-gorusunde-putine-goz-vurub-vi-deo/ | Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Helsinki şəhərində Rusiya dövlət başçısı Vladimir Putinlə keçirilən görüşdə ona göz vurub. "Report" xəbər verir ki, "Sky News"un müxbiri Mark Stoun bu məqəma diqqət edərək "Twitter"də olayın gerçəkləşdiyi videonu yayımlayıb. Videoda görünür ki, iki liderin mimikası və jestləri oxşardır: onlar əvvəlcə aşağı baxırlar, sonra növbə ilə pencəklərinə toxunurlar, ardından bir anlıq əllərini bir-birinə toxundururlar və sonda onların baxışları toqquşur. Videonun sonunda Tramp Putinə göz vurur. | 2018-09-19 | Donald Tramp Helsinki görüşündə Putinə göz vurub - VİDEO | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.996207 | https://report.az/maraqli/donald-tramp-helsinki-gorusunde-putine-goz-vurub-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:28:50+00:00 |
|||
https://report.az/maraqli/cinde-dunyanin-en-uzun-deniz-korpusu-acilib-vi-deo/ | Bakı. 23 oktyabr. REPORT.AZ/ Çin Xalq Respublikasının başçısı Si Tszinpinqin iştirakı ilə Honkonqu Çinin materik hissəsi ilə birləşdirən körpünün təntənəli açılışı olub. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, 55 kilometrlik körpü dünyada ən uzun dəniz körpüsü sayılır. Açılış mərasimi Quandun əyalətinin cənub sahillərindəki Çjuhay şəhərində keçirilib. Tikinti Çin hökumətinə 20 milyard dollara başa gəlib və təxminən, 9 il vaxt aparıb. Dörd yüz min ton poladdan iistifadə edilən konstruksiya 8 ballıq zəlzələyə, ən güclü tayfuna və yük gəmiləri ilə toqquşmaya dözümlüdür. | 2018-10-23 | Çində dünyanın ən uzun dəniz körpüsü açılıb - VİDEO | Tural Asadi | Report İnformasiya Agentliyi | az | 0.998876 | https://report.az/maraqli/cinde-dunyanin-en-uzun-deniz-korpusu-acilib-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:28:53+00:00 |
|||
https://report.az/maraqli/ceki-canin-oglu-alti-ay-hebs-cezasina-mehkum-edilib/ | Bakı. 9 yanvar. REPORT.AZ/ Pekin məhkəməsi məşhur aktyor Ceki Çanın oğlu Ceysi Çana 6 ay müddətinə həbs cəzasına verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Dekabr ayında prokurorluq 32 yaşlı Ceysi Çanı narkotik saxlamaqda ittiham edib. Məhkəmə 1,5 saatdan az davam edib. Fan Tszumin adı ilə də tanınan Ceysi Çan sentyabr ayında Pekində dostu, məşhur Tayvan aktyoru Ke Çjendunla birgə saxlanılıb. Saxlanılan şəxslərin keçdiyi narkotik testi müsbət nəticələnib. Həbs olunduqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edərək götürüb. | 2015-01-09 | Ceki Çanın oğlu 6 ay həbs cəzasına məhkum edilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.99559 | https://report.az/maraqli/ceki-canin-oglu-alti-ay-hebs-cezasina-mehkum-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:00+00:00 |
|||
https://report.az/maraqli/amsterdamda-ilk-intihar-qurgusu-teqdim-olunub-foto/ | Bakı. 17 aprel. REPORT.AZ/ Hollandiyanın Amsterdam şəhərində keçirilən Cənazə Sənayesi Sərgisində ilk intihar qurğusu nümayiş etdirilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Sarco" adlı bu aparat Hollandiyada hazırlanıb. O, gələcəyin kosmik uçuşlarını xatırladan futuristik dizayndadır. Qeyd olunur ki, qurğunun ixtiraçıları hollandiyalı dizayner Aleksandr Bannink və uzun illərdir evtanaziyanı qanuniləşdirməyin tərəfdarı olan avstraliyalı fəal Filip Niçkedir. İxtiraçıların fikrincə, bu qurğu bütün arzu edənlərə həyatdan ağrısız köçməy imkanı verəcək. Qeyd edək ki, sərgidə yalnız qurğunun maketi nümayiş olunub, lakin istifadəçilər VR-eynəklər geyərək və virtual olaraq qurğunun içərisinə daxil olaraq onu sınaqdan keçiriblər. İxtiraçılar bu modelin ilin sonuna qədər qurulacağına ümid edirlər. | 2018-04-17 | Amsterdamda ilk intihar qurğusu təqdim olunub - FOTO | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.991228 | https://report.az/maraqli/amsterdamda-ilk-intihar-qurgusu-teqdim-olunub-foto/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:16+00:00 |
|||
https://report.az/maraqli/abs-da-suni-nefes-aparatindan-ayrilmasina-qerar-verilen-yeniyetme-komadan-cixib/ | Bakı. 7 may. REPORT.AZ/ ABŞ-da süni nəfəs aparatına qoşulu olan və valideynlərinin artıq onun ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verdiyi yeniyetmə oğlan qəfildən komadan ayılıb. Bu barədə "Report" "USA Today"ə istinadən xəbər verir. 13 yaşlı Trenton Makkinli mart ayının əvvəlində qəzaya uğrayıb və ağır kəllə -beyin travması alıb. Trenton xəstəxanaya aparılarkən ürəyi dörd dəfə, bir dəfə isə 15 dəqiqəlik müddətə dayanıb. Həkimlər yeniyetmənin valideynlərinə belə uzun oksigen çatışmazlığnın beyində qarşısıalınmaz dəyişikliklərə səbəb olduğunu, uşağın sağ qalacağı təqdirdə belə, heç vaxt huşunun bərpa olmayacağını və ömürlük süni nəfəs aparatına möhtac qalacağını söyləyib. Nəticədə valideynlər oğlunu həyatda tutan sünü nəfəs aparatının söndürülməsinə, onun orqanlarının isə xəstə uşaqlara verilməsinə razılaşıblar. Amma bunun baş verməsinə bir gün qalmış yeniyetmə qəfildən müstəqil şəkildə nəfəs almağa, danışmağa başlayıb və hətta yataqdan qalxıb. Trentonun özünün dediyinə görə, qəza anını xatırlamır, amma komada olduğu müddətdə qəlbinin cənnətdə olduğunu bilir. "Başverənlərin başqa izahı yoxdur. Sadəcə, Tanrının istəyi idi. Hətta həkimlər də bununla razıdırlar", - uşaq deyib. | 2018-05-07 | ABŞ-da süni nəfəs aparatından ayrılmasına qərar verilən yeniyetmə komadan çıxıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.999632 | https://report.az/maraqli/abs-da-suni-nefes-aparatindan-ayrilmasina-qerar-verilen-yeniyetme-komadan-cixib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:26+00:00 |
|||
https://report.az/maraqli/nasa-fezadan-birbasa-yayimi-gozlenilmeden-dayandirib/ | Bakı. 30 İyun. REPORT.AZ/ ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) peyklər vasitəsi təşkil etdiyi kosmik fəzadan birbaşa yayımı gözlənilmədən dayandırıb. "Report"un Türkiyə mətbuatına əsasən verdiyi məlumata görə, bu qərara səbəb kimi üç bilməyən cismin atmosferi tərk edərək yer kürəsindən uzaqlaşmasını əks etdirən kadrların yayılması göstərilir. Bəzi ekspertlər görüntüdəki cismlərin uçan naməlum obyektlər olduğunu iddia ediblər. | 2018-09-21 | NASA fəzadan birbaşa yayımı gözlənilmədən dayandırıb - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.999277 | https://report.az/maraqli/nasa-fezadan-birbasa-yayimi-gozlenilmeden-dayandirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:29+00:00 |
|||
https://report.az/maraqli/tataristan-prezidenti-oz-mikrobloqunda-bakida-cekdiyi-sekilleri-yerlesdirib/ | Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov özünün İnstagram səhifəsində Bakının görməli yerlərində çəkdiyi şəkilləri yerləşdirib. "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, prezident Rüstəm Minnixanov sosial şəbəkədəki səhifəsində Azərbaycanın tatar icması ilə görüşündən görüntülər, “Alov Qüllələri”nin, “Panorama” əyləncə çarxının, Dövlət Bayrağı Meydanının, Dənizkənarı Milli Parkın fotoşəkillərini yerləşdirib. Bakının görüntüləri, eləcə də Azərbaycanda yaşayan tatarlarla çəkilmiş şəkillər Prezident səhifəsinin abunəçiləri tərəfindən maraqla qarşılanıb. | 2015-04-14 | Tatarıstan prezidenti öz mikrobloqunda Bakıda çəkdiyi şəkilləri yerləşdirib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999911 | https://report.az/maraqli/tataristan-prezidenti-oz-mikrobloqunda-bakida-cekdiyi-sekilleri-yerlesdirib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:46+00:00 |
|||
https://report.az/maraqli/idman-sahesine-qoyulan-qadagalardan-biri/ | Bakı. 14 aprel. REPORT.AZ/ İran Voleybol Federasiyası prezidentinin müavini vəzifəsinə qadın təyin olunub. "Report" xəbər verir ki, bu haqda İran KİV məlumatı yayıb. Yeni müavin keçmiş idmançı Zöhrə Mirsepasidir. O,1987-1991-ci illərdə "Xarəzmi" voleybol klubunda çıxış edib. "Ölkəmizdə qadınlarla bağlı porblemləri həll etmək üçün üç mərhələli bir layihə ərsəyə gətirdik. İranda qadın voleybolunun inkişaf edərək, Asiyada kişi idmançıların səviyyəsinə çatmasını istəyirəm", - o, vurğulayıb. Federasiya rəhbərliyində edilən dəyişikliklə yanaşı, ölkənin qadınlardan ibarət voleybol üzrə yığma komandasına əcnəbi məşqçi də gətiriləcək. Qeyd edək ki, İranda qadınlara stadionlarda və idman zallarında bəzi idman oyunlarını izləməsinə qoyulacaq qadağanın aradan qaldırılması məsələsinə baxılması nəzərdə tutulur. İranın idman həyatı ilə bağlı başqa xəbərdə isə bildirilib ki, 1979-cu il inqilabından sonra futbol üzrə İran yığmasının kapitanı ilk dəfə xristian, erməni Andranik Teymuryan olub. | 2015-04-14 | İranda idman sahəsinə qoyulan qadağalardan biri götürüləcək | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.998773 | https://report.az/maraqli/idman-sahesine-qoyulan-qadagalardan-biri/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:29:43+00:00 |
|||
https://report.az/maraqli/nesli-tukenen-sican-ucun-qoruma-plani-hazirlanib/ | Bakı. 3 oktyabr. REPORT.AZ/ Dünyada yalnız 24 yerdə özünə məskən salan və nəsli tükənmək təhlükəsilə qarşı-qarşıya qalan ağac siçanları üçün xüsusi qoruma planı hazırlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan planda gəmiricinin insanlara tanıdılması və onun çoxalması üçün lazımi şəraitin yaradılması əsas hədəf kimi götürülüb. Dünyada yalnız 24 yerdə özünə məskən salan gəmirici yuvalarının 11-i Türkiyənin qərbindəki Trakya bölgəsindədir. Siçanların yuva saldıqları ağaclıq sahələr insanlar tərəfindən məhv edildiyindən, gəmiricilərin nəsli tükənmək üzrədir. Buna görə də təqdiqatçılar mövcud təhlükənin qarşısını almaq üçün xüsusi plan hazırlayıblar. Xatırladaq ki, qoz, tut, badam ağaclarında yuva quran siçanlar ancaq ağacda yatırlar. | 2015-10-03 | Nəsli tükənən siçan üçün qoruma planı hazırlanıb - FOTO | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.998757 | https://report.az/maraqli/nesli-tukenen-sican-ucun-qoruma-plani-hazirlanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:30:00+00:00 |
|||
https://report.az/maraqli/cenubi-koreyada-taksilere/ | Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyada qadın taksi sürücülərinin avtomobilinə xüsusi qoruyucu şüşə taxılacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, artıq Seul şəhər bələdiyyəsinin sürücüsü qadın olan təxminən 35 taksiyə xüsusi vəsitədən hazırlanmış qoruyucu şüşə taxdığı bildirilib. Xərcinin 250 min von (təxminən 250 dollar) olduğu bildirilən şüşələrin çox qüvvətli çəkic zərbələrinə qarşı belə dayanıqlı olan PC-dən hazırlandığı və sürücüyə edilən hər hansı bir hücuma qarşı qoruma məqsədilə taxıldığı qeyd edilib. Bələdiyyənin yaxın zamanlarda cəmiyyətin reaksiyalarını da nəzərə alaraq, bütün taksilərə qoruyucu şüşələr taxacağı ifadə edilib. Bu cür qoruma şüşələrinin xüsusilə qadın taksicilər tərəfindən müsbət qarşılanacağı ehtimal edilir. Qeyd edək ki, təhlükəsizliklə əlaqədar problemlərin çox sıx yaşanmadığı Cənubi Koreyada taksi və avtobus sürücülərinin bəzən içkili vətəndaşların hücumuna uğrayır. | 2014-12-08 | Cənubi Koreyada taksilərə qoruyucu şüşə taxılacaq | News Department | Report İnformasiya Agentliyi | az | 0.99968 | https://report.az/maraqli/cenubi-koreyada-taksilere/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:30:24+00:00 |
|||
https://report.az/maraqli/rza-zerrabin-musadire-edilmis-pullari/ | Bakı. 23 dekabr. REPORT.AZ/ 2013-cü il dekabrın 17-də korrupsiya və rüşvət əməliyyatında ifadə vermək üçün saxlanılmış türkiyəli iş adamı Rza Zərrabla birlikdə Abdulla Habbaninin müsadirə edilmiş bir milyon lirəsi, 800 min avrosu, iki kiloqram qızılı və 60 min dolları, 55 min lirəlik faizi geri qaytarılıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, dekabrın 17-də Rza Zərrabla birlikdə "rüşvət alma və rüşvət verməyə vasitəçilik etmə" və "cinayət işlətmək məqsədilə dəstə qurmaq" ittihamları əsasında tutulan Abdullah Habbaninin işlədiyi yerdə müsadirə edilən pullar bu gün faizi ilə təhvil verilib. Rza Zərraba yaxınlığı ilə tanınan Habbaninin ədliyyədəki pullarının üstünə bir ildə 55 min lirə faiz gəlib. | 2014-12-23 | Rza Zərrabın müsadirə edilmiş pulları geri qaytarılıb | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999344 | https://report.az/maraqli/rza-zerrabin-musadire-edilmis-pullari/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:30:27+00:00 |
|||
https://report.az/maraqli/banqladesde-uzguculuk-dersleri-qanunla-mecburi-oldu/ | Bakı. 10 aprel. REPORT.AZ/ Banqladeş hökuməti uşaqların ölkənin çoxsaylı su yollarında və hövzələrində boğulmalarının qarşısını almaq məqsədilə məktəblərdə üzgüçülük dərsini icbari fənn elan edib. "Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Banqladeşdə hər il 5-17 yaşları arasında olan 18 min uşaq boğulur. Təhsil Nazirliyi bildirib ki, yerli göl və gölmələr dərslərin keçilməsi üçün münasib vəziyyətə gətiriləcək. Suda boğulmalar Qanq çayının sahilində yerləşən Banqladeşdə gizli epidemiya adlandırılır. Qurbanlar əsasən yoxsul ailələrdən olan uşaqlardır. Təhsil naziri Nazrul Islam Khan AFP xəbər agentliyinə deyib ki, ölkədə hər gün 48 nəfər boğulur. O əlavə edir ki, bu, Avstraliyada göstəricilərindən dəfələrlə yüksək rəqəmdir. Banqladeşdə hər dörd uşaq ölümündən biri suda boğulma nəticəsində baş verir. | 2015-04-10 | Banqladeşdə üzgüçülük dərsləri qanunla məcburi oldu | News Department | Report İnformasiya Agentliyi | az | 0.999807 | https://report.az/maraqli/banqladesde-uzguculuk-dersleri-qanunla-mecburi-oldu/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:30:43+00:00 |
|||
https://report.az/maraqli/dubay-polisi-bomba-zerersizlesdiren-dronu-silahlanmaya-qebul-edib/ | Bakı. 30 may. REPORT.AZ/ Dubay polisi bomba zərərsizləşdirilməsi üçün pilotsuz uçan aparat - dron yaradıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, polis dronun artıq test edildiyini və sürətli müdaxilə tələb edən vaxtlı bombaların zərərsizləşdirilməsi üçün istifadə olunacağını deyib. Dron 10 dəqiqə uça bilər və su atəşi ilə təchiz olunub. O, nəqliyyat vasitələrində və binalarda pəncərələri qıra bilər. Bundan əlavə, aparatda kamera quraşdırılıb və onun köməyi ilə mütəxəssislər bombanı məsafədən zərərsizləşdirəcəklər. | 2017-05-30 | Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999847 | https://report.az/maraqli/dubay-polisi-bomba-zerersizlesdiren-dronu-silahlanmaya-qebul-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:30:56+00:00 |
|||
https://report.az/maraqli/sekiye-noxud-iriliyinde-dolu-yagib-foto/ | Bakı. 6 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Şəki rayonuna dolu yağıb. "Report" xəbər verir ki, göy gurultusu və şimşək çaxması ilə müşahidə olunan dolu, əsasən şəhər ərazisinə yağıb. Təqribən iki dəfə fasilə ilə düyü və noxud iriliyində yağan dolu təsərrüfata ziyan vurmayıb. Şəki Regional Hidrometeorologiya Müəssisəsinin Hidrometeorologiya şöbəsinin rəisi Qüdrət Eminov "Report"a bildirib ki, yaz fəslinə xas olan dolu yağması, əsasən mart ayında görünən hadisədir. Səhərdən etibarən qeyri-sabit keçən hava şəraiti nəticəsinə saat 12:28-dən 12:35-dək düyü iriliyində, ikinci dəfə saat 12:43-dən 12:49-dək noxud iriliyində cəmi 13 dəqiqə müddətində dolu yağıb. Şöbə müdiri onu da əlavə edib ki, respublikanın şimal-qərb bölgəsində sulu qar və qar yağacağı gözlənilir. | 2016-03-06 | Şəkiyə noxud iriliyində dolu yağıb - FOTO | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.999565 | https://report.az/maraqli/sekiye-noxud-iriliyinde-dolu-yagib-foto/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:00+00:00 |
|||
https://report.az/maraqli/omanda-qadin-taksi-suruculeri-fealiyyete-baslayiblar/ | Bakı. 1 mart. REPORT.AZ/ Oman sultanlğının küçələrində zərif cinsin nümayəndələrini daşımaq üçün qadın taksi sürücüləri fəaliyyətə başlayıblar. "Report" xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb. Məlumata görə, Omanın Yol Polisi Departamenti hələ yanvarın sonlarında ölkədə qadınlara taksi və yük avtomobilləri idarə etməyə icazə veriləcəyini bildirib. Polisin xəbərində deyilirdi, bu təşəbbüs Oman hökumətinin qadınların biznesdə və işdə eyni hüquqlarla bolgüsü üzrə siyasətinin hissəsidir. Omanda qadınlar üçün nəzərdə tutulan taksi avtomobilləri qara narıncı rəngli maşınlardan çəhrayı, mavi və ağ rənglə seçiləcəklər. Ölkə qadınları taksi sürmək hüququ barədə xəbəri sevinclə qarşılayıblar. Qadınlar hesab edirlər ki, bu, taksiləri onlar üçün daha çox təhlükəsiz edəcək və pulu qazanmağa imkan verəcək. | 2018-03-01 | Omanda qadın taksi sürücüləri fəaliyyətə başlayıblar | News Department | Report İnformasiya Agentliyi | az | 0.999841 | https://report.az/maraqli/omanda-qadin-taksi-suruculeri-fealiyyete-baslayiblar/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:20+00:00 |
|||
https://report.az/maraqli/zaqatala-sakini-15-derece-saxtada-caya-bas-vurub-foto-vi-deo/ | Bakı. 6 yanvar. REPORT.AZ/ Zaqatala sakini -15 dərəcə şaxtada dağ çayına baş vurub. "Report" xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib. Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib. Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, "Ginnesin Rekordlar Kitabı"na düşmək arzusunda olduğunu dilə gətirib. | 2018-09-21 | Zaqatala sakini -15 dərəcə şaxtada çaya baş vurub - FOTO - VİDEO | Valeh Dadaşov | Report İnformasiya Agentliyi | az | 0.992895 | https://report.az/maraqli/zaqatala-sakini-15-derece-saxtada-caya-bas-vurub-foto-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:23+00:00 |
|||
https://report.az/maraqli/abs-vetendasina-elektrik-enerjisinden-istifadeye-gore-284-mlrd-dollar-borc-yazilib/ | Bakı. 25 dekabr. REPORT.AZ/ Pensilvaniya ştatında yaşayan amerikalı qadına elektrik enerjisindən istifadəyə görə 284 milyard dollar məbləğində borc yazılıb. "Report" "Fox News"a istinadən xəbər verir ki, 58 yaşlı Yera Mariya Horomanskinin sözlərinə görə, bunu eşidərkən onu az qala infarkt vuracaqmış. Qadın və oğlu dərhal elektrik enerjisi tədarükçüsü ilə məsələni aydınlaşdırmağa yollanıb. Çünki qəbzdə yazılana əsasən, onlar 2018-ci il oktyabr ayının sonuna qədər göstərilən məbləği ödəməli imişlər. Məlum olub ki, şirkətdə səhvə yol verilib. | 2017-12-25 | ABŞ vətəndaşına elektrik enerjisindən istifadəyə görə 284 mlrd. dollar borc yazılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.998459 | https://report.az/maraqli/abs-vetendasina-elektrik-enerjisinden-istifadeye-gore-284-mlrd-dollar-borc-yazilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:26+00:00 |
|||
https://report.az/maraqli/boyuk-britaniyada-sabiq-bas-nazirin-vesiyyeti-derc-edildi/ | Bakı. 28 dekabr. REPORT.AZ/ Böyük Britaniya Milli Arxiv İdarəsi öz rəsmi saytında təxminən 41 milyon vəsiyyətnamə dərc edib. Bunların arasında krallığın Sabiq baş nazir Uinston Çörçillin, yazıçı Alan Milnenin və Şahzadə Diananın da vəsiyyətnamələri var. "Report" un məlumatına görə, saytda vəsiyyətnamələrlə tanış olmaqla yanaşı, həmçinin sənədin rəqəmli surətini yükləmək imkanı təklif olunur. Sözügedən sənədin hazırlanması üçün on gün vaxt və xidmət haqqı olaraq 16 dollar tələb olunur. Onlayn-arxiv minlərlə britaniya sakininə itkin düşmüş qohumlarını tapmaq və öz ailəsinin tarixini izləmək imkanı yaradır. | 2014-12-28 | Böyük Britaniyada sabiq baş nazirin vəsiyyəti dərc edildi | News Department | Report İnformasiya Agentliyi | az | 0.999749 | https://report.az/maraqli/boyuk-britaniyada-sabiq-bas-nazirin-vesiyyeti-derc-edildi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:29+00:00 |
|||
https://report.az/maraqli/2030-cu-iledek-orta-omur-muddeti-ilk-defe-90-ili-otecek/ | Bakı. 22 fevral. REPORT.AZ/ Cənubi Koreya qadınların orta ömür müddətinin 90 ili ötəcəyi dünyada ilk ölkə olacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və London İmperial Kollecinin alimlərinin araşdırmasına görə, bu hal 2030-cu ildə baş verəcək. Araşdırmaya görə, 2030-cu ilə qədər digər inkişaf etmiş ölkələrdə də qadınlar kifayət qədər uzun müddət yaşayacaq, amma onlar bu göstəricidə Cənubi Koreyaya çata bilməyəcəklər. Yaponiya, Fransa, İspaniya və İsveçrədə qadınların orta ömür müddəti 88 ilə çatacaq. Kişilər isə 2030-cu ilə qədər Cənubi Koreya, Avstraliya və İsveçrədə daha uzunömürlü olacaq. Alimlərin proqnozlarına görə, bu ölkələrdə gözlənilən orta ömür müddəti 84 il təşkil edəcək. Qeyd edək ki, alimlər Cənubi Koreyada orta ömür müddətinin artmasını iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlayır: uşaqlar daha yaxşı qidalanır, əhalinin səhiyyə xidmətlərinə və son tibbi texnologiyalara çıxışı yaranıb. | 2017-02-22 | 2030-cu ilədək orta ömür müddəti ilk dəfə 90 ili ötəcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.999637 | https://report.az/maraqli/2030-cu-iledek-orta-omur-muddeti-ilk-defe-90-ili-otecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:46+00:00 |
|||
https://report.az/maraqli/i-lk-com-domeninin-yaranmasindan-30-il-otur/ | Bakı. 16 mart. REPORT.AZ/ 30 il bundan əvvəl ilk .com domeni qeydiyyatdan keçib. ABŞ-ın Masaçusets ştatında fəaliyyət göstərən Symbolics şirkəti 1985-ci il martın 15-də ilk dəfə .com domenindən istifadə edib. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı domen adlarının satışı ilə məşğul olan Verisign şirkəti xüsusi məlumat yayıb. News York Daily News portalı yazır ki, symbolics.com domeni indi də qeydiyyatdadır və aktivdir. Şirkət qeyd edir ki, hazırda .gov, .net və sairə domenlər mövcud olsa da .com domeni ən çox istifadə edilən veb-ünvandır. Hər dəqiqədə dünyada bir .com domeni qeydiyyata alınır. Hazırda 115 milyon .com domeni qeydiyyatdadır. | 2015-03-16 | İlk .com domeninin yaranmasından 30 il ötür | News Department | Report İnformasiya Agentliyi | az | 0.99093 | https://report.az/maraqli/i-lk-com-domeninin-yaranmasindan-30-il-otur/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:50+00:00 |
|||
https://report.az/maraqli/yaponiyada-gps-li-ayaqqabilar-satisa-cixarilib/ | Bakı. 20 noyabr. REPORT.AZ/ Yaponiyada GPS-li ayaqqabılar satışa çıxarılıb. "Report" xəbər verir ki, sistem real vaxt rejimində ayaqqabı sahibinin harada olduğunu smartfon və ya kompüterin ekranında izləmək imkanı verir. "Tracker" ayaqqabının dabınana quraşdırılıb. Ayaqqabı sahibini həm onun valideynləri və tanışları, həm də tibb müəssisələrinin əməkdaşları izləyə biləcəklər. İstehsalçı hesab edir ki, bu məhsul yaddaş pozğunluğundan əziyyət çəkən qoca və uşaqlar üçün faydalı olacaq, çünki məhz onlar yollarını aza bilərlər. Bu kəşfə qədər Yaponiyada xüsusi medalyonlardan istifadə olunurdu, lakin yaşlı insanlar onu tez-tez evdə unudurdular. | 2015-11-20 | Yaponiyada GPS-li ayaqqabılar satışa çıxarılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.996862 | https://report.az/maraqli/yaponiyada-gps-li-ayaqqabilar-satisa-cixarilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:53+00:00 |
|||
https://report.az/maraqli/almaniyada-mehkeme-muellimlere-qoyulan-hicab-qadagasini-legv-edib/ | Bakı. 13 mart. REPORT.AZ/ Almaniya Federal Konstitusiya Məhkəməsi dövlət məktəblərində işləyən müəllimlərə tətbiq olunan baş örtüsü qadağasının ölkə konstitusiyasına zidd olduğunu bəyan edərək ləğv edib. "Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, 2004-cü ildə qoyulan bu qadağa din azadlığını pozur. Məhkəmə iddiası iki müsəlman müəllimə tərəfindən qaldırılmışdı. Qadağaya səbəb kimi hicabın siniflərdə təfriqəyə səbəb ola biləcyi və müəllimin neytrallığı barədə sualların yarana biləcəyi göstərilirdi. | 2015-03-13 | Almaniya məhkəməsi müəllimlərə qoyulan hicab qadağasını ləğv edib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999871 | https://report.az/maraqli/almaniyada-mehkeme-muellimlere-qoyulan-hicab-qadagasini-legv-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:31:56+00:00 |
|||
https://report.az/maraqli/cinin-czyanbey-kendinde-160-dan-cox-cutluk-kompensasiya-almaq-ucun-bosanmaq-qerarina-gelib/ | Bakı. 4 mart. REPORT.AZ/ Çinin şərqindəki Çzyanbey kəndində 160-dan çox evli cütlük yüksək miqdarda kompensasiya almaq üçün boşanmaq qərarına gəlib. "Report" "China Daily" qəzetinə istinadən xəbər verir ki, onlar evlərinin söküləcəyi təqdirdə külli miqdarda pul vəsaiti almaq məqsədilə bu addımı atıblar. Məlumata görə, hakimiyyət orqanları Çzyansu vilayətinin Çzyanbey kəndindəki evləri sökərək onun ərazisində texnologiyalarının inkişafı üzrə mərkəzin tikintisini qərara alıb. Nəticədə kənddə yaşayan ailələr bir neçə onillik müddətində Çzyanbeyi tərk etməli olacaqlar. Hökumət onlara 220 kvadratmetr sahəsi olan evlər ayırmağı vəd edib. Lakin kənd sakinləri müəyyən ediblər ki, əgər evli cütlüklər ayrılsa, onlara əlavə olaraq 70 kvadratmetr daşınmaz əmlak və nağd kompensasiya düşür. Bəzi ər-arvadlar boşanacaqları təqdirdə nikahda olmayan insanlar kimi iki yeni evə və ya əlavə kompensasiya olaraq 19 min dollar ödənişə iddia edə biləcəklərini başa düşüblər. Bu səbəbdən cütlüklərin əksəriyyəti boşanmağa qərar verib. Lakin onlar hətta boşanmadan sonra da birlikdə yaşamağa hazırlaşır. Çoxları kompensasiya aldıqdan sonra yenidən evlənmək niyyətindədir. Onlardan bəziləri artıq 80 ildən çoxdur evlilik həyatı yaşayırlar. "China Daily" qəzeti vurğulayıb ki, yerli hüquq şirkəti boşanmalara etdiyi hüquqi köməyə görə daha 2 min dollar gəlir əldə edir. Maraqlı cəhət burasındadır ki, əslində boşanan cütlüklərin əlavə kompensasiya alıb-almayacaqları hələ aydın deyil. Çünki hakimiyyət orqanları qanundakı bu boşluqdan məlumatlıdır. Lakin kompensasiya almaq şərtlərində dəyişikliyin olub-olmayacağı barədə məlumat verilmir. | 2017-03-04 | Çinin Çzyanbey kəndində 160-dan çox cütlük yüksək miqdarda kompensasiya almaq üçün boşanmaq qərarına gəlib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999412 | https://report.az/maraqli/cinin-czyanbey-kendinde-160-dan-cox-cutluk-kompensasiya-almaq-ucun-bosanmaq-qerarina-gelib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:32:20+00:00 |
|||
https://report.az/maraqli/sotlandiyali-poctalyon-inek-formali-avtomobille-azerbaycandan-kececek-foto/ | Bakı. 14 iyul. REPORT.AZ/ Şotlandiyadan olan poçtalyon Monqolustana səfər etməyə hazırlaşır və bu məqsədlə "Ford Fiesta" markalı avtomobilini Haylend inəyi formasına salıb. "Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, Qrem Donohi 40 yaşı münasibətilə 4 həftəlik səyahətə çıxmağı düşünür. Marşrut boyu o, 17 ölkədən, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandan keçmək və səfərini Monqolustanın paytaxtı Ulan-Batorda başa vurmaq niyyətindədir. Poçtalyon avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir. Q.Donohi səyahət üçün hazırlığın heç də asan olmadığını qeyd edib. Xüsusən bütün zəruri vizaları almaq və lazımi peyvəndləri vurmaq çətin olub. Qeyd edək ki, Q.Donohinin həyat yoldaşı demensiya xəstəliyindən əziyyət çəkir və səfərin məqsədi də bu cür xəstələrin müalicəsi üçün pul toplamaqdır. | 2017-07-14 | Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999469 | https://report.az/maraqli/sotlandiyali-poctalyon-inek-formali-avtomobille-azerbaycandan-kececek-foto/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:32:23+00:00 |
|||
https://report.az/maraqli/i-taliyali-qiz-sehven-basqa-aileye-ovladliga-verildiyi-ucun-rekord-meblegde-tezminat-teleb-edir/ | Bakı. 23 iyul. REPORT.AZ/ İtaliyanın Cənub vilayəti olan Apulinin rəhbərliyinə müraciət edən 26 yaşlı Antonella onun bioloji valideynləri və qardaşı 9 milyon avro məbləğində məhkəmə iddiası qaldırıblar. Onlar 1989-cu ildə Kanoza-di-Pulya şəhərinin dövlət xəstəxanasında baş vermiş səhvin qurbanı olublar. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məbləğ İtaliya üçün bu qəbildən olan işlərdə tələb olunan rekord rəqəmdir. Belə ki, 1989-cu il iyunun 22-də doğum evində yeni doğulan körpələr səhvən başqa valideynlərə verilib. Körpə Lorena həmişə özünü ailəsində yad hesab edib, lakin bunun səbəbini özü üçün illər boyu aydınlaşdıra bilməyib. O, 18 yaşında ailə quraraq evlərini tərk edib. Olduqca kasıb ailədə böyüyən Antonella isə valideynləri tərəfindən heç bir diqqət görməyib. Onlar rəsmi boşanandan sonra Antonella nənəsi və babasının yanına köçür, daha sonra isə uşaq evində yaşamağa məcbur olur. O, həyatında hansısa sirrin olduğunu həmişə hiss edir. Problemin çözülməsində "Facebook"un da böyük rolu olub. İstifadəçilər iki nəfərin çox oxşadığını müəyyən ediblər. Beləliklə, Antonella gözlənilmədən doğma qardaşı Françeskonu, daha sonra isə bioloji valideynlərini tapır. Aparılan DNT analizi onların bioloji qohumluğunu təsdiq edir. Beləliklə, 26 il sonra gənc qız Apulinin rəhbərliyindən dəymiş mənəvi ziyana görə 3 milyon avro, onun bioloji valideynləri və qardaşı isə 6 milyon avro tələb edib. İş üzrə məhkəmə prosesi sentyabrda Trani şəhərində başlayacaq. İtaliya mətbuatı hesab edir ki, bu məhkəmə prosesi hər cəhətdən çətin olacaq. | 2015-07-22 | İtaliyalı qız səhvən başqa ailəyə övladlığa verildiyi üçün rekord məbləğdə təzminat tələb edir | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999484 | https://report.az/maraqli/i-taliyali-qiz-sehven-basqa-aileye-ovladliga-verildiyi-ucun-rekord-meblegde-tezminat-teleb-edir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:32:47+00:00 |
|||
https://report.az/maraqli/cinde-hunlarin-tarixine-hesr-olunmus-dunyanin-ilk-muzey-kompleksi-acilib/ | Bakı. 8 avqust. REPORT.AZ/ Çinin Hohhot şəhərində (Daxili Monqolustan muxtar rayonunun inzibati mərkəzi, Şimali Çin) hunların əcdadları sayılan qədim köçəri tayfaların tarixi haqqında dünyada ilk muzey kompleksi açılıb. "Report" TASS-a istinadən xəbər verir ki, muzeydə Mərkəzi və Şərqi Asiyanın köçəri xalqlarının tarixində mühüm detalları izah edən bir çox arxeoloji tapıntılar və artefaktlar nümayiş olunur. Eksponatların çoxu Çinin şimal hissəsində mövcud olmuş və Çin hökmdarlarının uzun və yorucu müharibələr aparmağa məcbur olduğu xunnu xalqının (e.ə. III əsr - II əsr) dövlət quruluşları dövrünə aiddir. IV əsrdə Avropa ərazilərini fəth edən hunlar beynəlxalq tarixşünaslıqda bir qayda olaraq bu döyüşkən etnosun törəmələri hesab olunur. Muzeyin binası Şimali Asiyanın bəzi xalqlarının ölülərini basdırmaq üçün istifadə etdiyi kurqan və ya türbə şəklində olan piramida formalı iki bitişik tikilidən ibarətdir. | 2017-08-08 | Çində hunların tarixinə həsr olunmuş dünyanın ilk muzey kompleksi açılıb | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999348 | https://report.az/maraqli/cinde-hunlarin-tarixine-hesr-olunmus-dunyanin-ilk-muzey-kompleksi-acilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:32:56+00:00 |
|||
https://report.az/maraqli/turkish-airlines-teyyaresinde-dogulan-musterisi/ | Bakı. 22 avqust. REPORT.AZ/ "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarədə uçuş zamanı doğulan Türkiyə vətəndaşı Erkan Geldi bu şirkətdə stüard işinə qəbul edilib. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, E.Geldi 1990-cı ildə İzmir-Frankfurt reysini həyata keçirən təyyarədə doğulub və ona həmin gün layneri idarə edən pilotun adı qoyulub. İngilis dili ixtisası üzrə diplomu alandan sonra E.Geldi şirkətə iş üçün müraciət edib. "Mən müsahibə zamanı niyə məhz bu peşəni seçmişəm sualına cavabım o oldu ki, peşə özü məni seçib", - o qeyd edib. | 2015-08-21 | 'Turkish Airlines' təyyarəsində doğulan müştərisini şirkətə stüard işinə qəbul edib | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.997376 | https://report.az/maraqli/turkish-airlines-teyyaresinde-dogulan-musterisi/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:33:13+00:00 |
|||
https://report.az/maraqli/adolf-hitlerin-zirehli-avtomobili-herraca-cixarilib/ | Bakı. 16 yanvar. REPORT.AZ/ Nasist Almaniyasının lideri Adolf Hitler tərəfindən istifadə olunan zirehli avtomobil ABŞ-da “Worldwide Auctioneers” hərrac evində satışa çıxarılıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi dizayna malik olan və üstü açılan minik avtomobilinin bu həftə hərracda milyonlarla dollara satılacağı gözlənilir. Yanvarın 17-də Arizona ştatında keçiriləcək hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatının hesabına köçürüləcək. Qeyd edək ki, 1939-cu ildə istehsal edilən “Mercedes-Benz 770 Grosser Offener” modeli indiyədək satışa çıxarılan ən tarixi əhəmiyyətli avtomobil hesab olunur. Dövrünün ən son texnoloji nailiyyətlərini özündə əks etdirən dördnəfərlik avtomobildən İtaliya siyasətçisi Benito Mussolininin Münhenə dövlət səfəri zamanı istifadə olunub. Avtomobildən həmçinin nasistlərin fransızlar üzərində qələbəsi münasibətilə 1940-cı ildə Berlində keçirilən parad zamanı istifadə edilib. 7.7 litr mühərrikli və 230 at gücünə malik olan avtomobilin maksimal sürəti saatda 100 kilometrdir. Nəqliyyat vasitəsi qalınlığı 30 mm olan gülləkeçirməyən şüşələrə malikdir. Avtomobildən sonuncu dəfə nasist Almaniyasının Yuqoslaviya və Yunanıstan üzərində qələbə qazanması münasibətilə 1941-ci ilin mayın 4-də A.Hitlerin iştirakı ilə Berlində keçirilən parad zamanı istifadə olunub. Vüsal Əzizov | 2018-01-16 | Adolf Hitlerin zirehli avtomobili hərraca çıxarılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.998886 | https://report.az/maraqli/adolf-hitlerin-zirehli-avtomobili-herraca-cixarilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:33:16+00:00 |
|||
https://report.az/maraqli/ruminiyada-turistler-ucun-buz-otel-istifadeye-verilib/ | Buxarest. 11 fevral. REPORT.AZ/ Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib. "Buz otel"də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar. Hər tərəfdən Karpat dağları ilə əhatə olunan otel dəniz səviyyəsindən 2 min metr yüsəklikdə yerləşir. Bura uzunluğu 3700 metr olan kanat yolu vasitəsiylə gəlmək mümkündür. | 2018-02-11 | Rumıniyada turistlər üçün 'Buz otel' istifadəyə verilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999327 | https://report.az/maraqli/ruminiyada-turistler-ucun-buz-otel-istifadeye-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:33:31+00:00 |
|||
https://report.az/futbol/dunya-ve-avropa-cempionu-fransali-futbolcu-rober-pires-azerbaycana-sefer-edecek/ | Bakı. 3 dekabr. REPORT.AZ/ 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək. Bu barədə "Report" AFFA-ya istinadən xəbər verir. Dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq. Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək. | 2018-12-03 | Dünya və Avropa çempionu, fransalı futbolçu Rober Pires Azərbaycana səfər edəcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.994341 | https://report.az/futbol/dunya-ve-avropa-cempionu-fransali-futbolcu-rober-pires-azerbaycana-sefer-edecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T13:08:15+00:00 |
|||
https://report.az/futbol/uefa-bakida-kecirilecek-avropa-liqasinin-finalinda-var-sisteminden-istifade-edecek/ | Bakı. 3 dekabr. REPORT.AZ/ UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında videotəkrar (VAR) sistemindən istifadə edəcək. "Report" xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Daha əvvəl VAR-ın 2019-cu il UEFA Super Kuboku uğrunda matçda, 2020-ci il Avropa çempionatının final mərhələsində, 2020-2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən və 2021-ci il Millətlər Liqasının finalında tətbiq olunacağı müəyyənləşib. Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. | 2018-12-03 | UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək | Təbriz Quliyev | Report İnformasiya Agentliyi | az | 0.997225 | https://report.az/futbol/uefa-bakida-kecirilecek-avropa-liqasinin-finalinda-var-sisteminden-istifade-edecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204121406-00614.warc.gz | 2018-12-04T13:08:25+00:00 |
|||
https://report.az/maraqli/sumuk-iliyi-xercenginden-eziyyet-cekenler-ucun-yeni-derman-hazirlanib/ | Bakı. 20 iyul. REPORT.AZ/ İngiltərəli elm adamlarının icad etdiyi yeni dərmanla xərçəng hüceyrələrini məhv etmək mümkün olacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni dərman vasitəsi immun sistemini daha da gücləndirir. Bu da sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni şans deməkdir. Alimlər bildirir ki, dərman xərçəng hüceyrələrində SLAMF 7 adlı molekulu hədəf seçərək immun sisteminin bu hüceyrələri məhv etməsinə imkan verir. Professor Qrehem Cakson deyib ki, dərman sayəsində sümük iliyi xərçənginin müalicəsində yeni bir dövr başlayır: "Bununla da xəstələr daha az əzab çəkəcək və daha uzun yaşaya biləcəklər. Həmçinin, xəstələr daha az kimyaterapiyaya məruz qalaraq yaşamaq şanslarını artırmış olurlar". Xatırladaq ki, məsələyə dair məqalə "New England Journal Of Medicine" jurnalında dərc olunub. Qeyd edək ki, bu xəstəlik daha çox 60 yaşı keçən insanlarda rast gəlinir. | 2015-07-20 | Sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni dərman hazırlanıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.998913 | https://report.az/maraqli/sumuk-iliyi-xercenginden-eziyyet-cekenler-ucun-yeni-derman-hazirlanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:34:00+00:00 |
|||
https://report.az/maraqli/i-taliyada-siqaret-kotuyunu-yere-atanlar-300-avro-cerime-olunacaq/ | Bakı. 29 dekabr. REPORT.AZ/ İtaliya parlamentariləri ictimai yerləri zibilləyən şəxslərə qarşı tədbirlərin sərtləşdirilməsi ideyasını dəstəkləyiblər. "Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro məbləğində cərimə ediləcəklər. Eyni zamanda saqqızı yerə tüpürüb atanlar 30 avro, bir istifadəlik stakanları zibil qutularına məhəl qoymadan yerə tullayanları isə 150 avro cərimə gözləyir. Cərimələrdən əldə olunacaq vəsaitin velosiped dayanacaqlarının abadlaşdırılması və zibilin toplanması üzrə texnologiyaların tətbiqinə sərf olunacağı gözlənilir. Nəşr yazır ki, parlament tərəfindən qəbul olunan qarar yerli idarəetmə orqanlarının üzərinə mümkün qədər çox zibil qutusu və külqabı quraşdırmaq öhədəliyi qoyur. | 2015-12-29 | İtaliyada siqaret kötüyünü yerə atanlar 300 avro cərimə olunacaq | News Department | Report İnformasiya Agentliyi | az | 0.999783 | https://report.az/maraqli/i-taliyada-siqaret-kotuyunu-yere-atanlar-300-avro-cerime-olunacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:34:30+00:00 |
|||
https://report.az/maraqli/turkiyede-cinsi-tecavuzde-teqsirlendirilen-sexslere-yeni-mualice-usulu-tetbiq-edilecek/ | Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyədə cinsi təcavüzdə təqsirləndirilərək cəza alan şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək. "Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bununla bağlı "Cinsi toxunulmazlığa qarşı cinayətlərdə cəza alan şəxslərə tətbiq olunacaq müalicə üsulları və digər öhdəliklər haqqında Əsasnamə" rəsmi qəzetdə dərc olunub. Məlumatda bildirilir ki, müalicə metodu elmi dildə "kimyəvi xədim" də adlandırılır. Sənədə əsasən, təcavüzə görə həbsdə yatan şəxsə cəzanın icrası zamanı və ya şərti azadlığa buraxıldıqdan sonrakı müddətdə cinsi istəyin azaldılması məqsədilə tibbi müalicə də daxil olmaqla məhkəmənin qərarı ilə bir sıra məhdudlaşdırmalar ola bilər. Bunlara müalicə məqsədli proqramlara qatılmaq, cinayətkara zərərçəkənin yaşadığı və işlədiyi ərazidə yaşamağı, onun olduğu yerlərə yaxınlaşmağı və uşaqların olduğu yerdə işləməyi qadağan etmək daxildir. | 2016-07-26 | Türkiyədə cinsi təcavüzdə təqsirləndirilən şəxslərə yeni müalicə üsulu tətbiq ediləcək | News Department | Report İnformasiya Agentliyi | az | 0.999971 | https://report.az/maraqli/turkiyede-cinsi-tecavuzde-teqsirlendirilen-sexslere-yeni-mualice-usulu-tetbiq-edilecek/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:34:50+00:00 |
|||
https://report.az/maraqli/62-milyarder-dunya-ehalisinin-yarisi-qeder-servete-malikdir/ | Bakı. 19 yanvar. REPORT.AZ/ Dünyada qlobal bərabərsizlik və zənginlərlə yoxsullar arasında uçurum durmadan dərinləşməkdədir. İsveçrənin Davos şəhərində keçiriləcək növbəti Dünya İqtisadi Forumu öncəsi “Oksfam” beynəlxalq humanitar təşkilatı dünya əhalisi arasında sərvət bölgüsünü əks etdirən “1 faiz üçün iqtisadiyyat” adlı hesabat yayıb. Hesabatda göstərilir ki, dünyanın 62 ən zəngin insanının ümumi sərvəti dünyanın yoxsulluq içində yaşayan əhalisinin (planetimizin 3,6 milyard sakini) ümumi sərvəti qədərdir. Bir il əvvəl bu göstərici 80 nəfərə, 2010-cu ildə isə 388 nəfərə bərabər olub və bu da zəngin təbəqənin hansı sürətlə öz vəsaitlərini artırdığını əks etdirir. Dünyanın ən zəngin 62 şəxsi son beş ildə öz varidatını 44 faiz artıra bilib, onların ümumi sərvətinin həcmi 1,76 trilyon dollara çatıb. Dünya əhalisi son beş ildə 400 milyon nəfər artsa da, dünya əhalisinin yoxsul kəsiminin vəsaitləri həmin dövrdə təxminən 41 faiz azalıb. Beynəlxalq təşkilatın hesabatında qeyd edilir ki, sosial bərabərsizlik böhranı həll olunmayınca dünyada yoxsulluq üzərində qələbə qazanmaq mümkün olmayacaq. Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da bildirir ki, dünyadakı iqtisadi bərabərsizlik arzuolunmaz tendensiyaların, eləcə də terrorizmin vüsət alması üçün başlıca səbəblərdən biridir. İsveçrənin “Credit Suisse” maliyyə şirkətinin analizləri əsasında tərtib olunmuş 2015-ci il üzrə “Dünya sərvət hesabatı”nda dünya əhalisinin cəmi 1 faizinin sərvəti bütün dünya əhalisinin varidatından çox olduğu qeyd olunur. Zənginlərin sərvəti və kapitaldan gəlirlərinə qarşı vergilərin yetərli səviyyədə tətbiq edilməməsi, xüsusilə böyük konsernlər və milyarderlərin öz gəlirlərini “vergi vadi”lərində cəmləşdirməsi və həmin gəlirləri vergidən yayındırması nəticəsində inkişaf etməkdə olan ölkələrə hər il milyardlarla dollar zərər dəyir. | 2016-01-19 | 62 milyarder dünya əhalisinin yarısı qədər sərvətə malikdir | News Department | Report İnformasiya Agentliyi | az | 0.999776 | https://report.az/maraqli/62-milyarder-dunya-ehalisinin-yarisi-qeder-servete-malikdir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:34:53+00:00 |
|||
https://report.az/maraqli/abs-da-hundurluyune-gore-ikinci-goydelen-satisa-cixarilib/ | Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-da ölkədə hündürlüyünə görə ikinci göydələn olan Willis Tower satışa çıxarılıb. Bu barədə məlumatlı mənbələrə əsaslanan Bloomberg agentliyi bildirib. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəllər Sears Tower kimi tanınan Çikaqo göydələninin qiyməti təxminən 1,5 milyard dollar təşkil edə bilər. Hazırda binaya Lloyd Qoldman və Cozef Çetritin daxil olduğu investorlar qrupu sahibdir. 2004-cü ildə onlar göydələni MetLife kompaniyasından 841 milyon dollara almışdılar. 1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub. Hündürlüyü 443 metr olan Willis Tower, eyni zamanda dünyanın ən uca göydələnləri sırasında 12-ci yerdə qərarlaşıb. Hər il binanı 1 milyondan çox turist ziyarət edir. | 2015-03-06 | ABŞ-da hündürlüyünə görə ikinci göydələn satışa çıxarılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.996647 | https://report.az/maraqli/abs-da-hundurluyune-gore-ikinci-goydelen-satisa-cixarilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:34:56+00:00 |
|||
https://report.az/maraqli/havanin-isti-kecmesi-telefonlarin-partlamasina-sebeb-ola-biler/ | Bakı. 24 avqust. REPORT.AZ/ İsti havada telefonlarda qobur və örtüklərdən istifadə olunması onların partlamasına səbəb ola bilər. "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Akdeniz Universitetinin Mühəndislk fakültəsinin professoru Şükrü Özən deyib. O bildirib ki, qobur və örtüklər istiliyi saxlayır və elektrik cihazlarında istiliyin dağılmasına mane olur. Bu da cihazın partlamasına gətirib çıxara bilər: "Havanın temperaturu yüksək olduğu aylarda elektrik cihazları, telefonlar işləyərkən daha da qızır. İsti havada telefonları pəncərə önünə, avtomobilin içində günəşin qızdırdığı yerlərə qoymaq olmaz". Yay aylarında telefonların partlama hallarının tez-tez baş verdiyini bildirən professor, cihazların batereyasının azalmasının onların istiliyinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib. O, yayda xüsusilə, hamilə qadınların və uşaqların telefondan istifadə etmə müddətinə diqqət edilməsinin vacibliyini də vurğulayıb. | 2016-08-24 | Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər | Aygün İbrahimova | Report İnformasiya Agentliyi | az | 0.988055 | https://report.az/maraqli/havanin-isti-kecmesi-telefonlarin-partlamasina-sebeb-ola-biler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:35:26+00:00 |
|||
https://report.az/maraqli/marsda-minlerle-il-evvel-yasamis-mexluqun-qaliqlari-aydin-gorunur-foto/ | Bakı. 22 iyul. REPORT.AZ/ Bir qədər əvvəl sosial şəbəkələrdə yayılmış videoçarxın müəllifləri hesab edir ki, Marsda həyat mövcud olub və çox guman ki, indi də mövcuddur. "Report"un verdiyi xəbərə görə, videonun keyfiyyəti yüksək olmasa da, minlərlə il əvvəl Qırmızı planetdə yaşamış məxluqun qalıqları aydın görünür. Videonun müəlliflərinin təhlil etdiyi NASA tərəfindən çəkilən minlərlə videogörüntülər Marsda həyatın mövcud olduğunu deməyə əsas verir. Videonun müəllifləri qeyd edirlər ki, NASA-nın kosmik aparatları nəinki Marsda əvvəllər həyatın mövcudluğunu, orada indi də canlıların olduğunu göstərir. | 2015-07-22 | Marsda minlərlə il əvvəl yaşamış məxluqun qalıqları aydın görünür - FOTO | News Department | Report İnformasiya Agentliyi | az | 0.99973 | https://report.az/maraqli/marsda-minlerle-il-evvel-yasamis-mexluqun-qaliqlari-aydin-gorunur-foto/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:35:29+00:00 |
|||
https://report.az/maraqli/yemende-silahlari-meyve/ | Xəbərdə qeyd edilib ki, son zamanlar silahlı qruplaşmaların hakimiyyət qurmaq istədikləri bu ölkədə iqtisadi böhran müşahidə olunsa da, silah satışında artım nəzərdən yayınmayıb: "Ona görə də hazırda 25 milyon əhalisi olan Yəməndə silahlı qarşıdurmaların sayının daha da artacağı istisna olunmur. Çünki ölkədə adambaşına 2-dən çox silah düşür. Eyni zamanda, bu işi ticarətə çevirənlər də az deyil. Silah satışının həyata keçirildiyi yer olan Çuhanə əyalətindəki bazarda bu işlə məşğul olan satıcılar satışı açıq şəkildə edirlər. Hətta elə ərazilər var ki, orada silahları meyvə-tərəvəz kimi satırlar. Hökumət rəsmiləri isə silah satışındakı artımı təbii qarşılayır. Onlar bunu ölkədəki vəziyyətlə əlaqələndirirlər". Silah satışı ilə məşğul olan tacir Abdüsselam əl-Məcid bildirib ki, yəmənlilər tapança və tüfəng almaqda olduqca maraqlıdırlar: "ABŞ istehsalı olan "Glock" tapançalarına maraq daha çoxdur. Bu silahın qiyməti 3200 dollardan başlayır. Digər ən çox satılan silah isə Rusiya istehsalı "Makarov PM" tipli tapancadır. Onun qiyməti 1700 dollardan başlayır". Qeyd edək ki, Yəmən Konstitusiyası vətəndaşların silah gəzdirməsinə qarşı heç bir qadağa tətbiq etmir. Ölkənin Konstitusiyasının odlu silah gəzdirmə ilə bağlı 9-cu maddəsində Yəmən vətəndaşlarının özlərini müdafiə üçün şəxsi tapança və tüfəngdən istifadə etmələrinə icazə verən müddəa əksini tapıb. | 2014-11-15 | Yəməndə silahları meyvə-tərəvəz kimi satırlar | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999344 | https://report.az/maraqli/yemende-silahlari-meyve/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:35:43+00:00 |
|||
https://report.az/maraqli/britaniya-mehkemesi-teyyarede-siqaret-ceken-sexsi-9-il-muddetine-azadliqdan-mehrum-edib/ | Bakı. 26 may. REPORT.AZ/ Britaniyanın Birmingem şəhər Məhkəməsi 2016-ci ildə təyyarənin ayaqyolunda siqaret çəkərkən, yanğın törədən Con Koksin cəzasını ağırlaşdırıb. “Report” BBC-yə istinadən xəbər verir ki, 2015-ci ildə o, Birmingehmdən Misirin Şarm-əş-Şeyx kurort şəhərinə uçan təyyarənin göyərətsində siqaret çəkərkən, törətdiyi yanğına görə 4,5 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin yanvarında məhkəmə işə yenidən baxıb. C.Koks günahkar olduğunu deyərək, davranışının insanların həyatı üçün təhlükə yaratdığını etiraf edib. Məhkəmə isə onun cəzasını ağırlaşdıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. Apelyasiya məhkəməsində C.Koks bildirib ki, həmin tarixdək anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçirib. Siqareti də bu səbəbdən çəkib. Qeyd edək ki, C.Koksun da göyərtəsində olduğu təyyarədə 200 sərnişin olub 10 min metr yüksəklikdə uçurmuş. | 2017-05-26 | Britaniya məhkəməsi təyyarədə siqaret çəkən şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999808 | https://report.az/maraqli/britaniya-mehkemesi-teyyarede-siqaret-ceken-sexsi-9-il-muddetine-azadliqdan-mehrum-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:35:46+00:00 |
|||
https://report.az/maraqli/sergey-lavrov-ermenistana-sefer-zamani-agri-dagin-seklini-cekib/ | Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə yerləşən və Ermənistan ərazisindən də görünən Ağrıdağın şəklini çəkib. "Report"un məlumatına görə, fotonu sosial şəbəkədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerləşdirib. O, şəkilə yazdığı qeyddə bildirib ki, həmin gün Ararat dağı (Ağrıdağ) çox gözəl görünürdü və xarici işlər naziri Sergey Lavrov dağı çəkmək qərarına gəldi. S.Lavrov aprelin 21-22-də Ermənistanda səfərdə olub. Qeyd edək ki, ermənilər uzun illərdir Ağrıdağın onlara məxsus olması barədə əsassız iddialar irəli sürürlər. Ermənilərin milli simvolu kimi təqdim olunan Ağrıdağ başqa ölkənin ərazisində yerləşməsinə baxmayaraq, işğalçı Ermənistanın dövlət gerbində də öz əksini tapıb. | 2016-04-23 | Sergey Lavrov Ermənistana səfəri zamanı Ağrıdağın şəklini çəkib - FOTO | Şamil Əlibəyli | Report İnformasiya Agentliyi | az | 0.999791 | https://report.az/maraqli/sergey-lavrov-ermenistana-sefer-zamani-agri-dagin-seklini-cekib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:13+00:00 |
|||
https://report.az/maraqli/http-protokolu-ilk-defe-qlobal-miqyasda-yenilenib/ | Bakı.19 fevral. REPORT.AZ/ HTTP (Hyper Text Transfer Protocol) protokolu 16 il ərzində ilk dəfə qlobal miqyasda yenilənib. "Report" "hi-news.ru" saytına istinadən xəbər verir ki, HTTP protokolu İnternetin fundamental əsaslarından biridir. Bu protokol olmadan sosial şəbəkələr, bloqlar və s. mövcud olmazdı. Hipermətnin ötürülmə protokolu kimi izah edilən HTTP digər mətnlərə istinadları nəzərdə tutur. Bu, məlumatların hipermətn sənədləri şəklində HTML (veb-səhifələrin əsas nişanlama dili) və digər formatlarda ötürülməsi üçün protokoldur. Digər protokollar kimi HTTP da səhifələrin daha sürətli yüklənməsi üçün təkmilləşdirilə bilər. Son 16 il ərzində “IETF HTTP Working Group” şirkətinin əməkdaşları məhz bu işlə məşğul olub. HTTP/2 - protokolun ilk ciddi yenilənməsidir. Yenilənmə veb-səhifələrin yüklənməsini sürətləndirəcək, silinmiş serverlərlə İnternet-əlaqələrin keyfiyyətini yaxşılaşdıracaq, brauzerin eyni məlumatları bir neçə dəfə yükləməməsi üçün keş yaddaşın işini optimallaşdıracaq. Bu yenilənmənin köməyi ilə eyni zamanda bir neçə sorğunu emal etmək mümkün olacaq. Həmçinin istifadəçi məlumatlarının mühafizəsi də əhəmiyyətli dərəcədə güclənəcək. “Google” korporasiyasının nümayəndələri şirkətin Ümumdünya İnternet Şəbəkəsi istifadəçiləri üçün məlumatların yüklənmə sürətini artırmaq məqsədilə HTTP/2 protokoluna keçməyi planlaşdırdığını bildirib. İstehsalçılar artıq müvafiq saytda protokolun spesifikasiyalarına giriş əldə edə bilərlər. Adi istifadəçilər isə yenilənmiş protokol qüvvəyə mindikdə ondan istifadə edə biləcəklər. | 2015-02-19 | HTTP protokolu ilk dəfə qlobal miqyasda yenilənib | Aynur Osmanqızı | Report İnformasiya Agentliyi | az | 0.999747 | https://report.az/maraqli/http-protokolu-ilk-defe-qlobal-miqyasda-yenilenib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:23+00:00 |
|||
https://report.az/maraqli/gelen-il-ana-betnindeki-usagin-uzerinde/ | Bakı. 14 oktyabr. REPORT.AZ/ Alimlər daha bir yeniləyə imza ataraq ilk dəfə olaraq ana bətnində uşağın üzərində kök hüceyrəsinin müalicəsini aparacaqlar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni müalicə üsulunu İsveçin Karolinska İnstitutunun mütəxəssisləri həyata keçirəcəklər. Onlar dünyada nadir görülən uşaq xəstəliyini müalicə etmək üçün tibbdə ilk dəfə kök hüceyrəsi müalicəsi aparacaqlar. 25 min uşaqdan bir rast gəlinən "iç-içə keçmiş sümük sindromu" (Osteogenesis imperfect) üçün kəşf olunan müalicə üsulu körpəyə ana bətnində müdaxiləni tələb edir. İsveçli ekspertlərin icad etdiyi müalicə gələn ilin yanvar ayında İngiltərənin Great Ormond Xəstəxanasında ana bətnindəki körpəyə tətbiq olunacaq. Məlumatda o da qeyd olunub ki, yeni müalicə növündə ana bətnindəki körpəyə şpris vasitəsilə yeridilən kök hüceyrələr uşağın sümüklərini möhkəmləndirir və beləliklə, sümüklərin quruluş pozğunluqlarının qarşısını alacaq. Xatırladaq ki, adıçəkilən xəstəlik müəyyən edildiyi zaman hamiləlik dərhal dayandırılır. Çünki bu xəstəliyin daşıyıcısı olan uşaqlar çox sayda sümük sınığı ilə doğulur və yaşadığı qısa ömürlərində əlil arabasına məhkum olurlar. | 2015-10-16 | Gələn il ana bətnindəki uşağın üzərində ilk dəfə kök hüceyrəsi müalicəsi aparılacaq | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999794 | https://report.az/maraqli/gelen-il-ana-betnindeki-usagin-uzerinde/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:26+00:00 |
|||
https://report.az/maraqli/pakistanda-yoxsul-sexsin-18-milyon-dollardan-cox-pulu-uze-cixib/ | Bakı. 5 oktyabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərində yaşayan 52 yaşlı Məhəmməd Əbdül Qədirin 2,3 milyard Pakistan rupisi (18 milyon ABŞ dollarından artıq) olan bank hesabı üzə çıxıb. “Report” “The Guardian”a istinadən xəbər verir ki, şəhərin yoxsul məhəlləsində yaşayan və son vaxtlaradək faluda deyilən qızılgül suyu, süd və əriştə qarışığı sataraq gündə 500 rupi (4,6 dollar) qazanan savadsız M.Ə.Qədir Federal Təhqiqatlar Agentliyində (FTA) dindirilənədək nə qədər böyük sərvət sahib olmasından xəbərsiz olub. Belə ki, 2014-2015-ci illərdə açılmış həmin bank hesabından 2016-cı ildə bütün vəsaitin çıxarıldığı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. FTA əməkdaşları Qədirin adına açılan bank hesabı vasitəsilə naməlum mənşəli pulların yuyulduğu qənaətindədir. Ümumiyyətlə, müxtəlif aztəminatlı şəxslərin adına açılmış və milyardlarla məbləğdə vəsaitlərin ötürüldüyü 77 buna bənzər hesab aşkar edilib. Bu işlərdə sabiq prezident Asif Əli Zərdarinin də əli ola biləcəyi bildirilir. M.Ə.Qədir isə bank hesabı haqqında xəbər yayılandan sonra tanışların ona milyarder deyərək ələ saldıqlarından gileylənir, bu məsələnin başına cəncəl açacağından, quldurlar tərəfindən qaçırılacağı qorxusundan küçəyə çıxmadığını deyir. | 2018-10-05 | Pakistanda yoxsul şəxsin 18 milyon dollardan çox pulu üzə çıxıb | Tural Asadi | Report İnformasiya Agentliyi | az | 0.999438 | https://report.az/maraqli/pakistanda-yoxsul-sexsin-18-milyon-dollardan-cox-pulu-uze-cixib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:30+00:00 |
|||
https://report.az/maraqli/ebu-dabiye-dolu-yagib/ | Əbu-Dabi. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bu yerlər üçün nadir hesab edilən təbiət hadisəsi müşahidə olunub. "Report" xəbər verir ki, bu gün ölkəyə gələn şimal siklonu səbəbindən şəhərə dolu yağıb. Temperaturun müsbət olması səbəbindən dolunun ölçüsü cüzi olub və tez əriyib. İki dəqiqədən bir qədər çox davam edən dolu sonradan yağışla əvəz olunub ki, bu da bu diyarlar üçün nadir hadisə hesab olunur. | 2015-02-22 | Əbu-Dabiyə dolu yağıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.999426 | https://report.az/maraqli/ebu-dabiye-dolu-yagib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:43+00:00 |
|||
https://report.az/maraqli/son-135-ilde-musahide-olunan-en-isti-il-2015-ci-ilde-qeyde-alinib/ | Bakı. 21 yanvar. REPORT.AZ/ Son 135 ildə müşahidə olunan ən isti il 2015-ci ildə qeydə alınıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Amerikanın Milli Okean və Atmosfer İdarəsi (NOAA) ilə birlikdə çalışan ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) yayıb. Məlumatda bildirilib ki, 2014-cü illə müqayisədə ötən il daha isti il olub. Belə ki, aparılan araşdırmalar zamanı məlum olub ki, keçən ilin 10 ayı 136 il ərzində qeydə alınan ən isti dövr kimi qiymətləndirilib. NASA-nın Goddard Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmidt rekord istiliklə bağlı açıqlamasında faktı təsdiqləyib və bunun istixana qazları ilə əlaqəsinin olduğunu deyib. Agentliyin yaydığı digər məlumatda isə yaxın gələcəkdə ABŞ-ın şimal-şərqində və ona yaxın olan ərazilərdə qar fırtınasının baş verəcəyi proqnozlaşdırılır. Qar fırtınasının Vaşinqton, Filadelfiya, Nyu-York və Nyu-Cersi, o cümlədən təxminən 50 milyon amerikalının yaşadığı bölgədə təsirli olması gözlənilir. | 2016-01-21 | Son 135 ildə müşahidə olunan ən isti il 2015-ci ildə qeydə alınıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.998761 | https://report.az/maraqli/son-135-ilde-musahide-olunan-en-isti-il-2015-ci-ilde-qeyde-alinib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:50+00:00 |
|||
https://report.az/maraqli/obamanin-maskasi-ile-ogurluq-edenler/ | Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının polisi ölkə prezidenti Barak Obamanın maskası ilə dükanları qarət etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. "Report" xəbər verir ki, bu haqda "KTLA" telekanalı məlumat yayıb. River Pobison və Frenki Ernandes adlı bu iki nəfər bu ilin mayın 29-dan iyulun 9-dək 15 oğurluq hadisəsində ittiham olunurlar. Onlar 11 şəhərdə dükan və Yanacaqdoldurma Məntəqəsini qarət etməkdə şübhəli bilinirlər. River Pobison və Frenki Ernandesi barmaq izlərinə əsasən tutmaq mümkün olub. Polis River Pobison evində axtarış apararkən, oradan 150 marixuana kolu aşkarlayıb. Hər iki şübhəli həbsxanadadır. Onların buraxılması üçün bir milyon dollar məbləğində girov müəyyənləşdirilib. | 2015-07-11 | Barak Obamanın maskası ilə oğurluq edənlər tutulub | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.998128 | https://report.az/maraqli/obamanin-maskasi-ile-ogurluq-edenler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:36:59+00:00 |
|||
https://report.az/maraqli/13-yasli-sahibkara-investisiya/ | Bakı. 21 yanvar. REPORT.AZ/ 13 yaşlı Sübham Banerje görmə qabiliyyətini itirənlər üçün daha ucuz qiymətə başa gələn qabarıq mətn yazan aparat hazırlayıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Dünyanın ən maraqlı hadisəsi Amerikada baş verib. Yeni aparatının patentini alan uşağın sahibkarlıq şirkətinə dünyanın ən məşhur "İntel" şirkəti investisiya yatırıb. Gənc sahibkar bu cür aparatın 2 min dollar dəyərində olduğunu deyib. O isə hədəfinin daha ucuz qiymətə, yəni 350 dollar civarında olan aparat düzəldib satmaq olduğunu bəyan edib. Azyaşlı sahibkar qurduğu şirkətin icraçı direktoru olması üçün yaşının çatmadığını deyərək bildirib ki, bu səlahiyyəti onun anası Malini icra edir. Oğlunun uğuru ilə qürur duyduğunu deyən Malini Sübham əlavə edib ki, övladının düşündüyü bu ixtira yaşlı nəsil tərəfindən icad olunmalı idi, lakin bu fikir 13 yaşındakı bir uşaqdan çıxdı. | 2015-01-21 | Dünyanın məşhur şirkəti 13 yaşlı sahibkara investisiya yatırıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.991135 | https://report.az/maraqli/13-yasli-sahibkara-investisiya/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:02+00:00 |
|||
https://report.az/maraqli/rusiya-vetendasi-abs-da-150-il-muddetine-azadliqdan-mehrum-edilib/ | Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-da Amerika və Rusiya vətəndaşlığı olan Yusif Abramov adlı şəxs Rusiyaya səfərləri zamanı uşaqlara qarşı törətdiyi cinsi zorakılıq əməllərinə görə 150 il müddətinə azadlıqdan məhrum edilib. "Report" TASS-a istinadən xəbər verir ki, 58 yaşlı Y.Abramov 2015-ci ilin noyabrında müqəssir bilinib. Cani 2014-cü ilin aprelində Rusiya və Amerika hüquq-mühafizə orqanlarının birgə təhqiqatı nəticəsində həbs olunub. | 2016-03-15 | Rusiya vətəndaşı ABŞ-da 150 il müddətinə azadlıqdan məhrum edilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.998961 | https://report.az/maraqli/rusiya-vetendasi-abs-da-150-il-muddetine-azadliqdan-mehrum-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:13+00:00 |
|||
https://report.az/maraqli/musiqinin-emeliyyat-zamani-agrilari/ | Bakı. 14 avqust. REPORT.AZ/ Əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləmək ağrıları azaldır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə ingilis elm adamları gəliblər. Alimlər apardığı araşdırmaların nəticəsində əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləyən xəstələrin ağrısının daha az olduğunu və sağalma dövrünü daha asan keçirdiklərini müəyyən ediblər. Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər. Xəstələrin bəziləri musiqinin ağrıları azaltdığını, bəziləri isə rahatladıcı təsirinin olduğunu qeyd ediblər. Eyni zamanda, musiqinin əməliyyatdan sonrakı narahatlığı də azaltdığı müəyyən olunub. Elm adamları, həmçinin anesteziya zamanı da musiqinin müsbət təsir göstərdiyini sübuta yetiriblər. | 2015-08-14 | Musiqinin əməliyyat zamanı ağrıları azaltdığı müəyyənləşib | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.999871 | https://report.az/maraqli/musiqinin-emeliyyat-zamani-agrilari/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:23+00:00 |
|||
https://report.az/maraqli/britaniyali-avarceken-sakit-okeani-ilk-defe-diaqonal-uzre-kecib/ | Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı Biden iyunun 1-də San Fransiskodan yola çıxaraq gündə 15 saat avar çəkib və 209 gün sonra 7400 mil məsafə qət edərək Avstraliyanın Kerns bölgəsinə çatıb. O, bildirib ki, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlaşdırıb, lakin pis hava şəraiti buna mane olub. "Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", - deyə o söyləyib. Əslən İngiltərənin Şeffild şəhərindən olan Biden Kanadada yaşayır. Biden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib. | 2015-12-27 | Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib | News Department | Report İnformasiya Agentliyi | az | 0.997694 | https://report.az/maraqli/britaniyali-avarceken-sakit-okeani-ilk-defe-diaqonal-uzre-kecib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:30+00:00 |
|||
https://report.az/maraqli/hollandiyada-plastik-butulkalardan-yol-salinacaq/ | Bakı. 17 İyul. REPORT.AZ/ Yol səthinin zədələnməsi təhlükəli çuxurların və yorucu tixacların əmələ gəlməsinə gətirib çıxarır ki, bu da sonda yolların bahalı təmiri ilə nəticələnir. "Report" xəbər verir ki, bu səbəbdən Hollandiya hökuməti asfalt yollara alternativ olaraq plastik yolların tikiləcəyini elan edib. Fabrik istehsalı olan plastmass pilətələrdən yollar əvvəlcə dünyada ilk dəfə olaraq Rotterdamda inşa ediləcək. Yeni yol örtüyünün modulları tullanmış plastik butulkalardan hazırlanacaq. "PlasticRoad" layihəsi asfalta "yaşıl" alternativ kimi baxılır. Yeni yollar LEGO konstruktorunun prinsipi üzrə quraşdırılacaq. Layihənin podratçısı yerli "VolkerWessels" şirkətidir. Şirkət nümayəndələri bildirirlər ki, plastik yol örtükləri ənənəvi asfalta nisbətdə daha az təmir tələb edir və - 40-dan +80 dərəcəyədək ekstremal temperaturlara dözümlüdür. Onların tikintisi aylarla yox, həftələ vaxt aparır. Bundan əlavə, plastik yolların çəkilməsi dünyada ekoloji vəziyyətin yaxşılaşmasına öz əhəmiyyətli töhfəsini verəcək. | 2015-07-17 | Hollandiyada plastik butulkalardan yol salınacaq | News Department | Report İnformasiya Agentliyi | az | 0.997786 | https://report.az/maraqli/hollandiyada-plastik-butulkalardan-yol-salinacaq/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:43+00:00 |
|||
https://report.az/maraqli/professor-gelincikler-qiz-usaqlarini-passivlesdirir/ | Bakı. 7 sentyabr. REPORT.AZ/ Kembric Universitetinin professoru Dame Athene Donald oyuncaq gəlinciklərin qız uşaqlarını elmdən uzaqlaşdırdığını açıqlayıb. "Report"un məlumatına görə, professor bunun yerinə qız uşaqlarının leqolarla oynamasının onların yaradıcılığını inkişaf etdirəcəyini bildirib: "Qız uşaqlarının oyuncaqları onları passivləşdirir. Leqo ilə xəyal gücünü inkişaf etdirmək və yaradıcı düşünmək əvəzinə, "Barbi"nin saçını darayırlar". Dame Athene Donald bunun qız uşaqlarının həyatlarının irəliləyən illərində elm sahəsində bir kariyera seçmə ehtimalını aşağı saldığını vurğulayıb. | 2015-09-07 | Professor: 'Gəlinciklər qız uşaqlarını passivləşdirir' | Aygün İbrahimova | Report İnformasiya Agentliyi | az | 0.99652 | https://report.az/maraqli/professor-gelincikler-qiz-usaqlarini-passivlesdirir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:50+00:00 |
|||
https://report.az/maraqli/abs-da-cinsi-azliqlarin-yurusunde-atisma/ | Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ Ali Məhkəməsinin cinsi azlıqların nikahı ilə bağlı qərarını dəstəkləyən qrupun San-Fransiskoda keçirdiyi yürüşündə atışma baş verib. "Report" xəbər verir ki, bu haqda NBC telekanalı məlumat yayıb. Belə ki, həmin qanunun əleyhdarları ilə tərəfdarı olan nümayişçilər arasında dava-dalaş düşüb. Əleyhdarlardan biri tapança ilə atəş açıb, nəticədə cinsi azlığı müdafiə edənlərin 64 yaşlı nümayəndəsi yaralanıb. Hadisə ilə bağlı polis iki nəfəri saxlayıb. | 2015-06-28 | ABŞ-da cinsi azlıqların yürüşündə atışma düşüb | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.998958 | https://report.az/maraqli/abs-da-cinsi-azliqlarin-yurusunde-atisma/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:53+00:00 |
|||
https://report.az/maraqli/uinston-cercilin-bunkeri-ziyaretcilerin-uzune-acilib/ | Bakı. 14 aprel. REPORT.AZ/ İkinci Dünya Müharibəsində Britaniya baş nazirinin bunkerinə çevrilmiş London metrosunun "Down Street" stansiyası ilk dəfə ictimaiyyətin üzünə açılıb. "Report" xəbər verir ki, Londonun almanlar tərəfindən intensiv bombardman edilən vaxtlarında Meyfer rayonundakı stansiya bunkerə və komanda məntəqəsinə çevrilib. İngilistərə sakinləri, habelə bu ölkəyə səfər edən turistlər uzun illərdən sonra ilk dəfə Uinston Çerçilin bunkerini görə biləcəklər. | 2016-04-14 | Uinston Çerçilin bunkeri ziyarətçilərin üzünə açılıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.997711 | https://report.az/maraqli/uinston-cercilin-bunkeri-ziyaretcilerin-uzune-acilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:37:57+00:00 |
|||
https://report.az/maraqli/meksikada-insanlarla-uzen-dunyanin-en-boyuk-kopekbaligi-lente-alinib/ | Bakı. 13 aprel. REPORT.AZ/ Meksikanın Cənubi Kaliforniya ştatı sahillərində turistlər insanlarla üzən dünyanın ən böyük köpəkbalığını lentə almağa müvəffəq olublar. "Report" "Sputnik"ə istinadən xəbər verir ki, videoyazının müəllifi olan 36 yaşlı operator Tarsitsio Sanüdo Suares görüntüləri dronun köməkliyi ilə qeydə alıb. Kadrlarda köpəkbalığının yanında üzən 3 nəfər sezilir. Sonradan onlara daha bir nəfər qoşulur. Üzənlərdən biri hətta dəniz nəhənginin quyruğuna da toxunur. | 2018-09-19 | Meksikada insanlarla üzən dünyanın ən böyük köpəkbalığı lentə alınıb - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.991745 | https://report.az/maraqli/meksikada-insanlarla-uzen-dunyanin-en-boyuk-kopekbaligi-lente-alinib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:13+00:00 |
|||
https://report.az/maraqli/uruqvay-prezidenti-teyyarede-sernisini-bogulmadan-xilas-edib/ | Bakı. 30 oktyabr. REPORT.AZ/ Həkim-onkoloq işləyən Uruqvay prezidenti Tabare Vaskes Fransa reysi zamanı xanım sərnişini boğulmadan xilas edib. "Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Onların məlumatına görə, qız minməmişdən əvvəl təsadüfən yediyi yerfındığına verdiyi kəskin allerqik reaksiya səbəbindən boğulmağa başlayıb. Vaskes öz şəxsi həkimi ilə birgə qıza lazımi yardımı göstəriblər. Onların müdaxiləsi sayəsində təyyarəni təcili endirmək tələb olunmayıb. | 2015-10-30 | Uruqvay prezidenti təyyarədə sərnişini boğulmadan xilas edib | News Department | Report İnformasiya Agentliyi | az | 0.99895 | https://report.az/maraqli/uruqvay-prezidenti-teyyarede-sernisini-bogulmadan-xilas-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:17+00:00 |
|||
https://report.az/maraqli/amerikada-martin-luter-kinqin-xatiresi-anilir/ | BAKI. 19 yanvar. REPORT.AZ/ Amerikada Martin Lüter Kinqin xatirəsi anılır. "Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, bu tanınmış vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub. 1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı. 1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı. Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu. 1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram, 1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib. Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir. | 2015-01-19 | Amerikada Martin Lüter Kinqin xatirəsi anılır | News Department | Report İnformasiya Agentliyi | az | 0.998837 | https://report.az/maraqli/amerikada-martin-luter-kinqin-xatiresi-anilir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:20+00:00 |
|||
https://www.bbc.com/azeri/other-news-46436589 | Quyudan 900 il əvvələ aid qızıl pullar tapılıb Arxeoloqlar İsraildə qədim liman şəhəri - Kesariyada 900 il əvvələ aid olduğu güman edilən qızıl sikkə kolleksiyası aşkar edib. Nadir tapıntı qızıl sırğanın bir tayı ilə birgə quyunun yanında daşların arasında bürünc qablarda tapılıb. Görünür ki, bu 24 sikkənin sahibi onları ələ keçməməsi üçün gizlədib, amma özü bir daha geri qayıtmayıb. Arxeoloqlar bildirirlər ki, güman ki, sikkələrin sahibi 1101-ci ildə Səlib yürüşləri zamanı qətliamda öldürülüb. Əşyalar Kesariya Dünya İrsi ərazisində aparılan qazıntı və konservasiya layihəsi zamanı tapılıb. "Tapıntı Kesariya tarixində ən dramatik hadisələrin - şəhərin Səlibçilər tərəfindən zorakı fəthinin səssiz nümunəsidir", İsrail Tarixi Abidələr Qurumundan arxeoloqlar bildirib. Onların sözlərinə görə, yazılı mənbələrə görə, şəhərin sakinlərinin əksəriyyəti 1100-1118-ci illər arasında Yerusəlim Səlib krallığına başçılıq edən I Baldvin ordusu tərəfindən qətlə yetirilib. "Buna görə də xəzinənin sahibinin və onun ailəsinin qətliamda öldüyünü və ya köləliyə satıldığını güman etmək ağlabatandır," qazıntı direktorları Dr. Piter Gendelman və Məhəmməd Hatar bildirib. | 2018-12-04 | Quyudan 900 il əvvələ aid qızıl pullar tapılıb | Digər xəbərlər | null | BBC News Azərbaycanca | az | 0.999192 | https://www.bbc.com/azeri/other-news-46436589 | bbc.com | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz | 2018-12-04T07:20:49+00:00 |
||
https://report.az/maraqli/camadanda-turkiyeye-adam-kecirtmek-isteyen-sexs-yaxalanib/ | Bakı. 24 mart. REPORT.AZ/ Türkiyədə çamadan ilə ölkə ərazisinə adam keçirtmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlama zamanı Gürcüstandan olan sərnişinin çamadanı Türkiyə gömrükçülərinə şübhəli gəlib. Baxış zamanı onun içərisindən Türkiyə ərazisinə girişi qadağan edilən 22 yaşlı qız çıxıb. O, bu şəkildə qonşu ölkəyə keçməyə cəhd göstərib. | 2015-03-24 | Çamadanda Türkiyəyə adam keçirtmək istəyən şəxs yaxalanıb | News Department | Report İnformasiya Agentliyi | az | 0.999792 | https://report.az/maraqli/camadanda-turkiyeye-adam-kecirtmek-isteyen-sexs-yaxalanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:23+00:00 |
|||
https://report.az/maraqli/amerikali-astronomlar-qalaktikada-kulek-musahide-edibler/ | Bakı. 7 sentyabr. REPORT.AZ/ Amerikalı astronomlar kosmosda güclü qaz axınına rast gəliblər. “Report”un məlumatına görə, Texas Universitetinin alimləri bunu Günəş sistemindən 12 milyard işıq ili məsafədə yerləşən SPT2319-55 qalaktikasında müşahidə ediblər. Tədqiqatçılardan Castin Spilker bu cür axınların qalaktikaların təşəkkül tapması və inkişaf tərzi ilə sıx bağlı hadisə olduğunu bildirib. Qeyd edək ki, indiyədək bu cür axınlar fəzanın Yer kürəsinə nisbətən yaxın güşələrində müşahidə olunurdu. Sözügedən axın isə 12 milyard işıq ili məsafədə, deməli, 12 milyard il bundan əvvəl, yəni kainatın əmələ gəlməsindən cəmi 1 milyard il sonra baş verdiyindən onun öyrənilməsi fövqəladə elmi əhəmiyyət kəsb edir. | 2018-09-07 | Amerikalı astronomlar qalaktikada külək müşahidə ediblər | News Department | Report İnformasiya Agentliyi | az | 0.999701 | https://report.az/maraqli/amerikali-astronomlar-qalaktikada-kulek-musahide-edibler/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:26+00:00 |
|||
https://report.az/maraqli/rumin-hakeri-hillari-klintonun-elektron-poctunun-parolunu-ele-kecirdiyini-iddia-edir/ | Bakı. 5 May. REPORT.AZ/ "Guccifer" təxəllüslü məşhur rumın hakeri Marsel Leksel Lazar bir neçə il əvvəl Hillari Klintonun elektron poçtunun parolunu sındırdığını bəyan edib. "Report"un məlumatına görə, bu haqda o, "Fox News" telekanalına müsahibəsində bildirib. Amerikada cəza çəkdiyi həbsxanadan telekanala müsahibə verən haker bildirib ki, 2013-cü ilin martında Klintonun elektron poçtunun parolunu sındırdıqdan dərhal sonra o, ABŞ-ın dövlət katibi öz postundan gedib. Qeyd edək ki, ABŞ-a ekstradisiyadan sonra məhkəmə prosesinin başlanmasını gözləyən hakerə qarşı cinayət işi keçmiş dövlət katibinin elektron poçtuyla bağlı qaldırılmayıb. Lakin haker bildirir ki, o, əvvəlcə Klintonun məsləhətçisi Sidni Blyumentalın elekrton poçtunun parolunu sındırıb. Bundan sonra isə skanerin IP ünvanının köməyilə Klintonun elektron ünvanını tapıb və onun elektron poçtunun da parolunu sındırıb. Marsel Leksel Lazar bundan sonra Klintonla Blyumental arasındakı onlarla elektron məktubu mətbuata ötürüb. | 2016-05-05 | Rumın hakeri Hillari Klintonun elektron poçtunun parolunu ələ keçirib | News Department | Report İnformasiya Agentliyi | az | 0.973618 | https://report.az/maraqli/rumin-hakeri-hillari-klintonun-elektron-poctunun-parolunu-ele-kecirdiyini-iddia-edir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:43+00:00 |
|||
https://report.az/maraqli/qirat-loqosundan-yalniz-demokrat/ | Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin Demokrat Partiyası Doğru Yol Partiyasının emblemi və loqosunun Mühafizəkar Yüksəliş Partiyası tərəfindən istifadəsi ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə şikayət edib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2007-ci il mayın 27-də Ana Vətən və Doğru Yol partiyalarının birləşməsi nəticəsində yaranan Demokrat Partiyasının "Qırat" loqosundan 2013-cü il fevralın 8-də təsis olunan Mühafizəkar Yüksəliş Partiyası istifadə edib. Məhkəmənin çıxardığı qərara əsasən, "Qırat" loqosundan yalnız Demokrat Partiyası istifadə edə bilər. | 2014-12-24 | 'Qırat' loqosundan yalnız demokratlar istifadə edə bilər | Sədrəddin İsmayılov | Report İnformasiya Agentliyi | az | 0.999582 | https://report.az/maraqli/qirat-loqosundan-yalniz-demokrat/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:46+00:00 |
|||
https://report.az/maraqli/kaliforniyada-ofisiant-tapdigi-32-min-dollari-sahibine-qaytarib/ | Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində fəaliyyət göstərən "Applebee's" kafesinin ofisiantı müştərilərin masada unutduqları 32 min dolları polisə təhvil verib. "Report" xəbər verir ki, bu barədə "Fresno Bee" nəşri yazır. Erika Qonzales və anası Berta sözügedən məbləği banka qoymaq istəyiblər, lakin orada seyf olmayıb, bu səbəbdən onlar bankı tərk ediblər. Onlar nahar etmək üçün pul çantası ilə restorana gəliblər, axşam saatlarında isə pulları itirdiklərini anlayıblar. Ailə bu barədə polisə məlumat verib, tezliklə hüquq-mühafizə orqanlarına "Applebee's"dən zəng daxil olub. Ofisiant pulu tapdığını deyərək onları polisə təhvil verib. Restoran əməkdaşının adının açıqlanmasını istəmədiyi və mükafatdan imtina etdiyi bildirilir. Qeyd olunur ki, bu məbləğ ofisiantın illik məvacibi ilə müqayisə oluna bilər. | 2018-09-21 | Kaliforniyada ofisiant tapdığı 32 min dolları sahibinə qaytarıb - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.998214 | https://report.az/maraqli/kaliforniyada-ofisiant-tapdigi-32-min-dollari-sahibine-qaytarib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:50+00:00 |
|||
https://report.az/maraqli/dunyada-ilk-defe-qola-taxilan-kvars-saatinin-yaradicisi-dunyasini-deyisib/ | Bakı. 20 avqust. REPORT.AZ/ Dünyada ilk olaraq kvars qol saatlarının yaradıcısı olan Rene Le Kultr İsveçrədə vəfat edib. "Report" xəbər verir ki, bu barədə Arcinfo qəzeti məlumat yayıb. Bildirilib ki, mərhumun 100 yaşı var idi. Belə ki, ixtiraçı yubileyini qeyd etdikdən 3 həftə sonra dünyasını dəyişib. Qeyd edək ki, qola taxılan ilk marka kvars saatları 1967-ci ildə İsveçrədə keçirilən ümumdünya dəqiqlik müsabiqəsindədə təqdim olunub. Rene Le Kultr həmçinin İsveçrədə elektronika və mikrotexnika mərkəzinin yaradıcılarından biri idi. | 2018-08-21 | Dünyada ilk dəfə qola taxılan kvars saatının yaradıcısı dünyasını dəyişib | News Department | Report İnformasiya Agentliyi | az | 0.998148 | https://report.az/maraqli/dunyada-ilk-defe-qola-taxilan-kvars-saatinin-yaradicisi-dunyasini-deyisib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:53+00:00 |
|||
https://report.az/maraqli/apple-2019-cu-ilde-elektromobil-yaratmagi-planlasdirir/ | Bakı. 22 sentyabr. REPORT.AZ/ Apple artıq 2019-ci ildə elektromobilin istehsalına başlamaq üçün işləri sürətləndirib. "Report" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Titan adlanan bu layihə üzərində şirkət artıq bir ildən yuxarı müddətdir çalışır. Hazırda Apple əvvəllər 600 nəfər təşkil edən və elektromobilin yaradılması ilə məşğul olan struktur əməkdaşlarının sayını üç dəfə artırır. Bununla yanaşı bildirilir ki, şirkət həmçinin pilotsuz avtomobillərin yaradılması sahəsində çalışan mütəxəssisləri də işə cəlb edib. | 2015-09-22 | Apple 2019-cu ildə elektromobil yaratmağı planlaşdırır | News Department | Report İnformasiya Agentliyi | az | 0.999616 | https://report.az/maraqli/apple-2019-cu-ilde-elektromobil-yaratmagi-planlasdirir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:38:56+00:00 |
|||
https://report.az/maraqli/afrikanin-saxara-sehrasina-ikinci-il-ardarda-qar-yagib/ | Bakı. 8 yanvar. REPORT.AZ/ Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar – dünyanın Afrikanın şimalında yerləşən ikinci ən böyük səhrası olan Saxaraya ikinci il ardarda qar yağıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, səhraya düşən yağıntının hündürlüyü cəmi 40 sm təşkil edib. Bununla belə, günün sonunadək qar əriməyə başlayıb. Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər artıq qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə qar 1979-cü ildə yağıb. | 2018-01-08 | Afrikanın Saxara səhrasına ikinci il ardarda qar yağıb - FOTO | News Department | Report İnformasiya Agentliyi | az | 0.99882 | https://report.az/maraqli/afrikanin-saxara-sehrasina-ikinci-il-ardarda-qar-yagib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:39:00+00:00 |
|||
https://report.az/maraqli/abs-in-mudafie-nazirliyi-yadplanetlileri-tedqiq-edib/ | Bakı. 17 dekabr. REPORT.AZ/ Pentaqon yadplanetliləri də müşahidə etməyi nəzərdə tutan erokosmik təhdidi tədqiq edən geniş proqrama bir neçə yuz milyon dollar vəsait xərcləyib. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, elan olunmayan proqram çərçivəsində tədqiqat 2007-ci ildə başlayıb və 2012-ci ildə yekunlaşıb Proqram çərçivəsində fizika qanunlarına uyğun hərəkət etməyən uçan obyektlər tədqiq edilib. Bura o cümlədən San-Dieqo sahilləri yaxınlığında iki ABŞ qırıcısı tərəfindən təqib edilən oval formada olan obyekt də aiddir. | 2017-12-17 | ABŞ-ın Müdafiə Nazirliyi yadplanetliləri tədqiq edib | News Department | Report İnformasiya Agentliyi | az | 0.99964 | https://report.az/maraqli/abs-in-mudafie-nazirliyi-yadplanetlileri-tedqiq-edib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:39:17+00:00 |
|||
https://report.az/maraqli/nyu-york-sakini-evindeki-ogurluq-hadisesini-canli-izleyib-vi-deo/ | Bakı. 20 sentyabr. REPORT.AZ/ Nyu-York sakini kirayə qaldığı mənzildə baş verən oğurluq hadisəsinin "Canary" mühafizə sistemi vasitəsi ilə əldə etdiyi videoyazısını internetə yerləşdirib. "Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb. Sistem bir neçə ötürücüdən istifadə edir və çağırılmamış qonaqlar, yaxud hər hansı başqa qeyri-standart vəziyyətlər barədə xəbər verir. Bundan əlavə, o ev sahibinin smartfonunda quraşdırılmış kameranın köməkliyi ilə evi izləmək imkanı verir. Videoyazıda iki oğru növbə ilə pəncərədən evə daxil olur. Sonradan onlardan biri deyir: "Bizi gördülər". Və onlar təcili olaraq mənzili tərk edirlər. Bir neçə dəqiqədən sonra siqnalizasiya sistemi işə düşür. Video müəllifi qeyd edir ki, o, polislərə zəng etdiyindən siqnalizasiyanı gec işə salıb. Denni adlı Nyu-York sakini oğruların evdən dəyəri 80 dollar olan qolbaq aparmağa macal tapdıqlarını qeyd edib. Hazırda polis videoda üzləri aydın görünən şübhəli şəxslərin axtarışı ilə məşğuldur. | 2018-09-21 | Nyu-York sakini evindəki oğurluq hadisəsini canlı izləyib - VİDEO | News Department | Report İnformasiya Agentliyi | az | 0.99869 | https://report.az/maraqli/nyu-york-sakini-evindeki-ogurluq-hadisesini-canli-izleyib-vi-deo/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:39:43+00:00 |
|||
https://report.az/maraqli/malayziyada-yarim-il-hava-limaninda-yasayan-suriya-vetendasi-hebs-olunub/ | Bakı. 2 oktyabr. REPORT.AZ/ Malayziya polisi yarım il ərzində Kuala Lumpur Beynəlxalq Hava Limanının uçuş zonasında yaşamış və sosial şəbəkələrdə həyatı barədə reportajlar aparan Suriya vətəndaşını həbs edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Suriya vətəndaşı Həsən əl-Kantar mart ayında Dəməşqə uçuş bileti ilə uçuş zonasına daxil olub və 6 ay müddətində orada qalıb. O, sosial şəbəkələrdə Suriyaya qayıdacağı təqdirdə, orduya cəlb olunacağı və cəbhəyə göndəriləcəyini bildirərək vətənə dönməkdən imtina etdiyini açıqlayıb. Dünən isə Əl-Kantar məhdud girişli ərazidə qeyri-qanuni qalmaq ittihamı ilə həbs edilib. "Biletlə uçuş zonasına çıxan sərnişinlər təyyarəyə oturub uçmalıdır. O isə bunu etməyib. Deməli, bu müddət ərzində məhdud girişli ərazidə qeyri-qanuni qalıb. Hökumət buna reaksiya verməli, vəziyyəti həll etməli idi", - deyə Malayziyanın Miqrasiya Xidmətinin baş direktoru Mustafar Əli suriyalının həbsi barədə danışarkən söyləyib. Onun sözlərinə görə, polis bölməsində sorğu-sualdan sonra Əl-Kantar miqrasiya orqanlarına veriləcək. | 2018-10-02 | Malayziyada yarım il hava limanında yaşayan Suriya vətəndaşı həbs olunub | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999569 | https://report.az/maraqli/malayziyada-yarim-il-hava-limaninda-yasayan-suriya-vetendasi-hebs-olunub/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:39:50+00:00 |
|||
https://report.az/maraqli/das-dovrunde-insanlar-gemiricilerle-qidalanib/ | Bakı. 22 oktyabr. REPORT.AZ/ İnsanlar 5 min il bundan əvvəl gəmiricilər ilə qidalanmış ola bilər. “Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar bu qənaətə Şotlandiyanın şimalında Orkney adalarında arxeoloji sahələrdə aparılan qazıntı işləri zamanı gəliblər. Arxeoloqlar qazıntı zamanı çoxu tarla siçanları olmaqla yandırılmış gəmirici sümükləri aşkar ediblər. Tapıntılar Daş dövründə həmin ərazidə yaşayan insanların heyvanları ya qızardıb, ya da qaynadıb yedikləri ehtimalını artırır. Bu da Avropada Neolit dövründə yaşayan insanların gəmiriciləri qida kimi istifadə etdiyinin ilk sübutudur. | 2016-10-22 | Daş dövründə insanlar gəmiricilər ilə qidalanıb | Samirə Abdullayeva | Report İnformasiya Agentliyi | az | 0.996494 | https://report.az/maraqli/das-dovrunde-insanlar-gemiricilerle-qidalanib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:39:56+00:00 |
|||
https://report.az/maraqli/honkonq-sakini-aldadilaraq-tanimadigi-sexse-ere-verilib/ | Bakı. 29 avqust. REPORT.AZ/ Honkonqda 21 yaşlı qızı aldadaraq tanımadığı çinliyə ərə veriblər. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. Toyun təşkilatçıları qızı əmin ediblər ki, o, yalançı toy məclisində gəlin rolunu oynayacaq və bu, toyların təşkili üzrə şirkət tərəfindən hazırlanan treninqdir. Mərasim zamanı o və tanımadığı oğlan nikahın bağlanması haqqında əsl sənədi imzalayıblar. Ərə verildiyinin həqiqət olduğunu evə qayıdarkən anlayan qadın kömək üçün hüquqşünaslara müraciət edib. Polis dəlil çatışmazlığı səbəbindən ona yardım edə bilməyib və o, bu barədə yerli həmkarlar ittifaqına müraciət edib. Qeyd edək ki, 21 yaşlı qız bu ilin may ayında toy mərasimlərinin təşkili ilə məşğul olan şirkətdə işə başlayıb. Treninqlərdən bir həftə sonra qız Çində yalançı toy adı altında ərə verilib. Honkonq polisi hər il Çin və Honkonq vətəndaşları arasında, təxminən, 1 000 saxta nikah qeydə alır. Bu nikahlardan sonra Çin sakinləri Honkonq şəhərinə köçmək arzusunu reallaşdıra bilirlər. | 2018-08-29 | Honkonq sakini aldadılaraq tanımadığı şəxsə ərə verilib | Cəfər Ağadadaşov | Report İnformasiya Agentliyi | az | 0.999639 | https://report.az/maraqli/honkonq-sakini-aldadilaraq-tanimadigi-sexse-ere-verilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:16+00:00 |
|||
https://report.az/maraqli/abs-da-sehven-40-il-hebsde-yatan-kisi-azad-edilib/ | Bakı. 24 yanvar. REPORT.AZ/ Amerikanın Uaytvill (Şimali Karolina ştatı) şəhər məhkəməsi səhvən çıxarılan qərar əsasında ömrünün 40 ilini həbsdə keçirən 70 yaşlı Cozef Slecin azad edilməsi barədə qərar qəbul edib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, 1976-cı ildə Slec 74 yaşlı qadını və onun 57 yaşlı qızını qətlə yetirməkdə şübhəli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Lakin bu yaxınlarda aparılan DNT ekspertizası göstərib ki, onun törədilən cinayətlərdə əli yoxdur. Eyni zamanda, əsas şahidlərdən biri öz ifadəsindən imtina edib. Yeni təfərrüatların öyrənilməsindən sonra məhkəmə Sleci günahsız bilib. Azadlığa çıxan məhbus jurnalistlərə müsahibəsində "indi əsl çarpayıda yatmağa hazırlaşdığını və ola bilsin ki, hovuzda çiməcəyini" bildirib. | 2015-01-24 | ABŞ-da səhvən 40 il həbsdə yatan kişi azad edilib | News Department | Report İnformasiya Agentliyi | az | 0.999659 | https://report.az/maraqli/abs-da-sehven-40-il-hebsde-yatan-kisi-azad-edilib/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:20+00:00 |
|||
https://report.az/maraqli/bill-qeyts-suni-intellekt-beseriyyet-ucun-tehluke-menbeyidir/ | Bakı. 29 yanvar. REPORT.AZ/ "Microsoft" şirkətinin yaradıcılarından biri olan Bill Qeyts bildirib ki, texnologiyaların sürətlə inkişafı bəşəriyyəti narahat etməlidir, çünki süni intellekt bizim həyatımızı dəyişə bilər. "Report" "Business Insider" nəşrinə istinadən xəbər verir ki, internet resurslarından birində Bill Qeytsə suni intellektin insan həyatına təsiri barədə sual verilib və Qeyts cavabında bildirib ki, onun fikrincə, hazırda süni intellekt bəşəriyyət üçün təhlükə yaratmır, lakin bu, gələcəkdə dəyişə bilər. "Mən o insanlardanam ki, superintellektin bəşər üçün təhlükə yarada biləcəyini hesab edirəm. Əvvəlcə maşınlar bizim işimizi görəcək və o qədər də ağıllı olmayacaq. Bir neçə onilliklər sonra isə maşınlar ağıllanacaqlar ki, bu da bizim üçün təhlükəli ola bilər. Mən başa düşmürəm axı bu nə üçün əksər insanları narahat etmir", - Bill Qeyts bildirib. | 2015-01-29 | Bill Qeyts: 'Süni intellekt bəşəriyyət üçün təhlükə mənbəyidir' | News Department | Report İnformasiya Agentliyi | az | 0.99795 | https://report.az/maraqli/bill-qeyts-suni-intellekt-beseriyyet-ucun-tehluke-menbeyidir/ | report.az | https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204101328-00613.warc.gz | 2018-12-04T10:40:23+00:00 |
Subsets and Splits